AMUR

Məhəbbət ilahəsi (Qədim Roma); iri çay. Anan başa düşən, anlayan, qanan, yada salan.
AMULƏ
AMURƏ
OBASTAN VİKİ
Qara amur
Qara amur və ya Çin külməsi (lat. Mylopharyngodon piceus) — Çəkikimilər dəstəsindən balıq növü. Öz cinsinin yeganə nümanyəndəsidir. Rusiyada nadir növ sayılır və sayları getdikcə azalır. Çində isə sənaye əhəmiyyətli balıq növüdür. 1972-ci ildən SSRi ərazisində Amur çayının hövzəsində ovlanması qadağan edilmişdir. Növ Amur çayı hövzəsindən Çinin cənubuna qədər ərazilərdə yayılmışdır. Bədəni uzadılmış formadadır və iri pulcuqlarla örtülmüşdür. Xarici görünüş baxımından ağ amura bənzəyir ancaq rənginin tündlüyünə görə ondan seçilir. Qara amurlar molyusklar, həmcinin həşərat sürfələri və digər orqanizmlərlə qidalanır.
Amur kirpisi
Amur kirpisi — Amur kirpisi (Erinaceus amurensis), həmçinin Mançuriya kirpisi də adlanır, daha açıq rəngli olsa da, görünüşü və davranışı ilə Avropa kirpisinə bənzəyən kirpidir. Digər kirpilər kimi, ov axtararkən qoxu və eşitmə duyğusundan istifadə edir və "kirpi" adı yem axtararkən etdiyi donuza bənzər homurtulara aiddir. Bu kirpi Avropa kirpisi ilə yaxından əlaqəlidir və ondan bir qədər böyük və daha açıq rəngdədir, baş və bədən uzunluğu 160 ilə 290 mm (6 və 11 düym) arasındadır və çox qısa quyruğu var. Çəkisi 600 ilə 1000 q (21 və 35 unsiya) arasındadır. Baş, arxa və yanlar uzun, iti tikanlarla örtülmüşdür. Bunlar iki fərqli rəngdədir; bəziləri düz ağdır; digərlərinin ağ və ya sarımtıl-qəhvəyi əsası və ucu, mərkəzi hissəsi isə ortadan tünd qəhvəyi rəngə malikdir və heyvana tamamilə solğun, qəhvəyi-boz rəng verir. Başındakı tüklər bir-birindən çılpaq dərinin ensiz zolaqları ilə ayrılır. Keratinlə örtülmüş tüklər möhkəmdir ki, qırılmasın və yıxılmasın. Bu onurğalar təhlükə zamanı müdafiə mexanizmi kimi istifadə olunur. Kirpi qıvrılaraq topa çevrilir, burada onların tükləri çölə baxır və üzü/başı içəriyə bükülür.
Venera və Amur
Baykal–Amur magistralı
Baykal–Amur magistralı (rus. Байкало-Амурская магистраль, БАМ, Baykalo-Amurskaya magistral, BAM) — Rusiyanın Şərqi Sibirdə və Uzaq Şərqdə Sakit okeana çıxan dəmir yol magistralı. Ümumi uzunluğu 4300 km-dir. Tikintisinə 1940-cı ildən başlanmışdır. 1989-cu ildə istifadəyə verilmişdir. Baykal-Amur magistralının tikilməsinin şərəfinə 1976-cı ildə "Baykal-Amur magistralının tikintisinə görə" medalı təsis edilmişdir.
Amur
Amur çayı — Rusiyada çay
Amur (mifologiya)
Amur və ya Kupidon — Qədim Roma mifologiyasında məhəbbət tanrısı. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Amur arizeması
Amur arizeması (lat. Arisaema amurense) — aroidkimilər fəsiləsinin arizema cinsinə aid bitki növü.
Amur cökəsi
Amur cökəsi (lat. Tilia amurensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Amur enlibaşı
Amur enlibaşı (lat. Pseudorasbora parva) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin pseudorasbora cinsinə aid heyvan növü. Bədəni üst tərəfdən sarımtıl-boz, yanlardan açıq boz, üzgəcləri (bel, döş, qarın, anal və quyruq) açıq sarımtıl rəngdədir. Körpə fərdlərdə bədənin arxa hissəsində yan xətti boyunca tünd rəngli qara zolaq olur, yetkin fərdlərdə bu zolaq itir. İri fərdlərin pulcuqlarının arxa hissəsi aypara formalı qara zolaqla örtülmüşdür. Azərbaycan sularında yaşayan Amur enlibaşının uzunluğu 3.1–9.5 sm, kütləsi 0.33–10.7 q arasında dəyişir. Şirin və şortəhər su hövzələrində yaşayan Amur enlibaşı durğun su tutarlarında daha çoxsaylı olur. Qış aylarında yırtıcı balıqlardan qorunmaq üçün su hövzələrinin dib hissələrində passiv hərəkət edirlər. Ömrün uzunluğu orta hesabla 4–5 il olub, 1–2 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Amur məxmərağacı
Amur məxmərağacı (lat. Phellodendron amurense) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin məxmərağacı cinsinə aid bitki növü. Çində və Koreyada yayılmışdır. Hündürlüyü 25 m-ə, gövdəsinin diametri 70 sm-ə çatan, kənarları aşağıya doğru əyilmiş, sıx çətirli ağacdır. Gövdəsi boz qabıqla örtülmüş və iki qatlıdır: üst qatı məxməri, alt qatı sarıdır. Yarpaqları lələkvaridir, 5–13 xırda yarpaqcıqdan ibarətdir, uzunluğu 25–35 sm-dir. Yarpaqcıqların kənarı tam və ya bir qədər dalğavari dişlidir, ucu sivridir. Üstdən nöqtəşəkilli, açıq-yaşıldır, lətli vəzilərlə örtülüdür. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri bircinslidir, sarımtıl-yaşıl rəngdədir, budaqlarının uclarında süpürgəşəkilli çiçək qrupunda toplaşmışdır.
Amur nərəsi
Amur nərəsi (lat. Acipenser schrenckii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Amur plitəsi
Amur plitəsi — materik qabığı üzərində yerləşən litosfer plitəsi. Plitənin sahəsi 0,13066 steradion təşkil edir. Plitənin üzərində Mancuriya, Koreya yarımadası, Qərbi Yaponiya və Primorsk diyarının əraziləri yerləşir. Adətən Avrasiya plitəsinin təkib hissəsi kimi göstərilir. Şimaldan və qərbdən Avrasiya plitəsi, şimal-şərqdən Oxot plitəsi, cənubdan isə Filippin plitəsi ilə sərhədlənir. Avrasiya plitəsi ilə Amur plitəsi arasında Baykal rifi yerləşir.
Amur pələngi
Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub. Zahiri görünüşü üçün pələngin görünüşünə baxın. Bədənin uzunluğu 190-290 sm-dir. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədərdir. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır.
Amur quşarmudu
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Amur qızılquşu
Amur qızılquşu (lat. Falco amurensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Amur qərənfili
Amur qərənfili (lat. Dianthus amurensis) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Amur vilayəti
Amur vilayəti (rus. Амурская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Amur vilayəti Rusiyanın cənub-şərqində, şimaldan Stanovoy Silsiləsi və cənubda Amur çayı arasında yerləşir və şimalda Saxa respublikası ilə, şərqdən Xabarovsk diyarı və Yəhudi muxtar vilayəti, cənubda Çinin Heilongjiang şəhəri və qərbdə Zabaykal diyarı ilə həmsərhəddir.
Amur xoruzgülü
Amur xoruzgülü (lat. Adonis amurensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Amur yasəməni
Amur yasəməni (lat. Syringa amurensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. Təbiətdə Uzaq Şərqdə bitir. Hündürlüyü 20 m, diametri 20-30 sm olan, sıx çətirli ağacdır. Yarpaq ayaları enli-yumurtavari və ya ellipsvari olub, zəif qırışlıdır. Çiçəkləri ətirli, ağ rəngli, diametri təxminən 6-8 mm, uzunluğu 25 sm-ə qədər olan sıx süpürgə çiçək qrupuna yığılmışdır. İyul ayında 3 həftəyə qədər müntəzəm və bol çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir, uzunluğu 1,5 sm, eni 0,3-0,4 sm olan, iki laylarla açılan qutucuqlardan ibarətdir. Meyvəsinin qabığı tünd boz və ya qonur rənglidir. Balvericidir. Tez böyüyür.
Amur yağıotu
Amur yağıotu (lat. Epilobium amurense) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü.
Amur zirinci
Amur zirinci (lat. Berberis amurensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Yaponiyada və Çində meşələrdə, dağ çaylarının sahillərində, daşlıq torpaqda bitir. Hündürlüyü 2-3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır,yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Yarpaqları sadə, dərili, iri, uzunluğu 10 sm-ə qədər olan yumurtaşəkilli, neştərvari formalı, kənarları xırda dişlidir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. Uzun zoğlarda yarpaqları növbəli yerləşir, qısa zoğlarda dəstələrə yığılmışdır. Bu cür dəstələrin bünövrəsində 3-5 yerə bölünmüş, iri iynələr şəklini dəyişmiş yarpaqlar hesab edilir.
Amur çayı
Amur çayı (çin. 黑龍江, rus. Амур) — Uzaq şərq və Şimali Asiya ərazisindən axan çay. Çay Rusiya və Çin sərhədi boyunca axır. Onun uzunluğu 2824 metr təşkil edir. Çay Oxot dənizi və Yapon dənizinə tökülür. Çayın adı tunqus-mancur dillərində "amar", "damur" olaraq "böyük çay" mənasında işlədilir. Çinlilər Amuru "Xeyxe" (çin. 黑河) — "qara çay", sonra isə "Xeylunszyan" — (çin. 黑龙江) "Qara əjdaha çayı" adlandlrmışlar.
Amur üzümü
Vitis amurensis (lat. Vitis amurensis) — Yapon dənizinin sahilində Muli çayınadək, qərbdə Priamuryedə-Zei Çayınadək, Manjuriya, Priamurye, Çin, Koreya meşələrində bitir. Uzaq Şərqin subtropik bitkilərinin relektidir. Gövdəsinin diametri 5-10 sm, salxımın uzunluğu 20-25 m-dək olan lianadır. Zoğları yaşıl və ya qırmızımtıl, payızda qırmızı-qonur rəng alır. Yarpaqları formaca dəyişkən - bütöv, üç və ya beş hissəli, yumurtavari və ya yumru ola bilər. Kənarları dişlidir, üstü çılpaq, alt tərəfi tükcüklüdür, ölçüsü 9-dan 25 sm-dək dəyişir. Xırda, balverici çiçəkləri çox sıx olmayan salxımlara yığılmışdır. May ayının ikinci ongünlüyündə çiçəkləyir. Amur üzümü ikievli bitkidir.
Amur şaqqıldaqmeyvəsi
Amur şaqqıldaqmeyvəsi (lat. Physocarpus amurensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaqqıldaqmeyvə cinsinə aid bitki növü. Şimali-Şərqi Çində, Uzaq Şərqin cənubunda bitir. Hündürlüyü 3 m-ə qədər olan sıx yarpaqlı koldur. Cavan zoğları hamar olub, qonur-boz rəngli qabıqla örtülmüşdür. Yarpaqları iridir, uzunluğu 8-10 sm-ə qədərdir, 3-5 hissəlidir, qarağatın yarpaqlarına bənzəyir. Çiçəkləri ağ rənglidir, diametri 15-18 mm, qoxusuzdur. 10-15 ədəd çiçəkləri çətirşəkilli hamaşçiçək qrupuna yığılmışdır. May-iyun aylarında 3 həftə ərzində çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir.
Ağ amur
Ağ amur (lat. Ctenopharyngodon idella) — Çəkikimilər dəstəsindən balıq növü. Öz cinsinin yeganə nümanyəndəsidir. Uzunluqları 120 sm, çəkiləri isə 40 kq çatır. Bədəni uzunsovdur, qalın pulcuqlarla ilə örtülüdür. Çox sürətli böyüməyi ilə fərqlənir. Amur hövzəsində yaşayır 68–75 sm uzunluğundadır və 9–10 yaşda yetginləşir Otla qidalanırlar. Əsas kürüləmə zonaları Ussuri çayında, Sungari çayı, Xanka gölü, Çin çayları, Volqada (aşağıya doğru), Don (orta və aşağı səviyyədə) və Dnepr-Bug hövzəsində yerləşir.1960-cı illərdə çəmən sazişi nəticəsində SSRİ-nin Avropa hissəsində yerləşdirildi. Hazırda Ukrayna, Rusiya, ABŞ, Qazaxıstan (İlı çayı, Balxaş gölü) və bir çox Avropa ölkələrində bir balıqçılıq əhəmiyyətio daşıyır. Ağ sazanlarının karp ilə birlikdə yetişdirilməsi balıq yetişdirməsinin məhsuldarlığını artırır.
Dianthus amurensis
Amur qərənfili (lat. Dianthus amurensis) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Epilobium amurense
Amur yağıotu (lat. Epilobium amurense) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü.
Eragrostis amurensis
Eragrostis amurensis (lat. Eragrostis amurensis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin eragrostis cinsinə aid bitki növü. Eragrostis pilosa var. amurensis (Prob.) Vorosch.
Eragrostis pilosa var. amurensis
Eragrostis amurensis (lat. Eragrostis amurensis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin eragrostis cinsinə aid bitki növü. Eragrostis pilosa var. amurensis (Prob.) Vorosch.
Falco amurensis
Amur qızılquşu (lat. Falco amurensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Galium amurense
Galium boreale var. amurense
Muravyov-Amurski yarmadası
Muravyov-Amurski yarımadası — Rusiya Federasiyasının Primorsk diyarı ərazisində yerləşən yarımada. Yarımada coğrafi baxımdan Primorsk diyarının cənub-qərb sahillərində yerləşir. Sahillərini Yapon dənizinin suları yuyur. Rpimorski diyarının ən böyük yarımadasıdır. Yarımada Nikolay Nikolayeviç Muravyov-Amurskinin şərəfinə adalndırılmışdır. Yarımadada Vladivastokun kontinental hissəsi yerləşir. Coğrafi kordinatı: 43°09′ şm. e. 131°59′ ş. u.
Nikolay Muravyov-Amurski
Nikolay Nikolayeviç Muravyov-Amurski (rus. Никола́й Никола́евич Муравьёв-Аму́рский, 23 avqust 1809-30 noyabr 1881) — Rusiya hərbçisi, qraf, 1847-1861-ci illərdə Şərqi Sibirin general-qubernatoru. Rusiyanın Sakit okeanda mövqeyinin möhkəmləndirməsi ilə əlaqədar olaraq rus mülkədarları,tacirləri və hərbi-inzibati dairələri Amur çayı hövzəsindəki mübahisəli sərhədlər barədə razılığa gəlmək üçün hökumətə müraciət etdilər.Bu istiqamətdə xüsusi fəallıq göstərən Şərqi Sibirin general-qubernatoru N. Muravyev oldu. Çinin İngiltərə ilə 1840-1842-ci illərdə apardığı I tiryək müharibəsi onda böyük narahatlıq doğurdu.Daha sonra Fransa da Çinin qərbin kapitalist dövlətlərinin köməyi ilə əsarət altına almağı və Sakit Okeanın Çin sahillərində dəniz limanları açmağı qərarlaşdırdı. Rusiya İngiltərə, Fransa və ABŞ gəmilərinin Amura daxil olmasına görə onları hədələməyə başladı.ABŞ-dən olan çoxsaylı sənayeçilər Oxot dənizində kit ovu ilə məşğul olmağa başladılar. Hələ 1840-cı illərdən Nikolay Muravyev Amur çayı hövzəsində bununla məşğul olmağı məsləhət görmüşdü. 1850-ci illərə qədər çar və daha nüfuzlu olan Peterburq əyanları buna meyil etdilər ki, Rusiya Sakit Okeandakı öz gücündən uzaqlaşmasın. Krim müharibəsi zamanı öz igidliyi ilə fərqlənən N. Muravyev Amurun aşağı hissəsinə artilleriya ilə təchiz olunmuş qoşunun və solsahil Amurun Rusiyaya verilməsinin təsdiqi üçün Çinlə danışıqlar aparacaq.Səlahiyyətli nümayəndənin göndərilməsi haqqında çarın icazəsinə nail oldu. Çinin 1856-1860-cı illərdə İngiltərə və Fransa ilə apardığı ikinci tiryək müharibəsi və 1850-1864-cü illərdə Xuan Sütsuanın rəhbərliyi altında baş qaldıran taypinlər hərəkatı onun vəziyyətini xeyli mürəkkəbləşdirdi.İngilis-fransız hərbi qüvvələrinin şimal-şərqi Çinə hücumları dayandı.Yaranmış belə bir vəziyyətdə çin hökuməti əlverişli razılaşmaya əsasən Nerçinski müqaviləsi ilə zorla alınmış torpaqların bir hissəsini Rusiyaya qaytardı.1828-ci iln 28 mayında Amur çayının sol sahilinin (Arqundan Amura qədər olan hissə) ya məxsus hesab olundu.Ussuriya ilə dəniz arasındakı torpaqlar isə ölkələr arasında sərhədlər dəqiq müəyyə olunana qədər açıq qaldı.Amur, Ussuriya və Sunquridə gəmi səfərləri üçün icazə yalnız rus və çin gəmilərinə verildi.
Persicaria amurensis
Persicaria amphibia (lat. Persicaria amphibia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Chulusium amphibium (L.) Raf.
Polygonum amphibium var. amurense
Persicaria amphibia (lat. Persicaria amphibia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Chulusium amphibium (L.) Raf.
Sorbus amurensis
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Sorbus pohuashanensis var. amurensis

Tilia amurensis
Amur cökəsi (lat. Tilia amurensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Vitis amurensis
Vitis amurensis (lat. Vitis amurensis) — Yapon dənizinin sahilində Muli çayınadək, qərbdə Priamuryedə-Zei Çayınadək, Manjuriya, Priamurye, Çin, Koreya meşələrində bitir. Uzaq Şərqin subtropik bitkilərinin relektidir. Gövdəsinin diametri 5-10 sm, salxımın uzunluğu 20-25 m-dək olan lianadır. Zoğları yaşıl və ya qırmızımtıl, payızda qırmızı-qonur rəng alır. Yarpaqları formaca dəyişkən - bütöv, üç və ya beş hissəli, yumurtavari və ya yumru ola bilər. Kənarları dişlidir, üstü çılpaq, alt tərəfi tükcüklüdür, ölçüsü 9-dan 25 sm-dək dəyişir. Xırda, balverici çiçəkləri çox sıx olmayan salxımlara yığılmışdır. May ayının ikinci ongünlüyündə çiçəkləyir. Amur üzümü ikievli bitkidir.
Şimal amurları
Şimal Amurları (rus. Северные амуры) — 1807–1814 il Napoleon müharibələri dövründə fransızlar tərəfindən başqırd döyüşçülərinə verilmiş tarixən yaranmış addır . 1807-ci ilin iyununda Tilzit sülh müqaviləsinin imzalanması meydana çıxdı. O zaman başqırd döyüşçüləri yay və oxlarla silahlanırdılar. Fransızlar, onları imperiya mədəniyyətinin təsiri altında antik Allah Amur ilə müqayisə edirdilər. Napaleon generalı de Marbonun öz memuarlarlarında Napaleon ordusuna qarşı başqırd döyüşçüləri tərəfindən hazırlanmış yaylara malik olanlara fransızlar "şimal Amurları" ləqəbi verdilər. Başqırd alaylarının Napoleon Fransası ilə müharibə hələ 1806–1807-ci illərdə rus- prussiya-fransız müharibəsində başlanmışdı. Napoleona qarşı Orenburq kənarından 600 kalmık, 1000 Çelyabinsk və Orenburq kazakı və 7 min başqırd hərəkət etdi. 1813–1814-cü ildə rus ordusunun xarici yürüşləri zamanı bu addan istifadənin coğrafiyasını genişləndi. Napoleon qoşunlarının basqınına qarşı mübarizə üçün başqırdların təşəbbüsü ilə Rusiya hökuməti 28 alay yaratmışdı.
Panthera pardus amurensis
Uzaq Şərq bəbiri (lat. Panthera pardus orientalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Physocarpus amurensis
Amur şaqqıldaqmeyvəsi (lat. Physocarpus amurensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaqqıldaqmeyvə cinsinə aid bitki növü. Şimali-Şərqi Çində, Uzaq Şərqin cənubunda bitir. Hündürlüyü 3 m-ə qədər olan sıx yarpaqlı koldur. Cavan zoğları hamar olub, qonur-boz rəngli qabıqla örtülmüşdür. Yarpaqları iridir, uzunluğu 8-10 sm-ə qədərdir, 3-5 hissəlidir, qarağatın yarpaqlarına bənzəyir. Çiçəkləri ağ rənglidir, diametri 15-18 mm, qoxusuzdur. 10-15 ədəd çiçəkləri çətirşəkilli hamaşçiçək qrupuna yığılmışdır. May-iyun aylarında 3 həftə ərzində çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir.
Syringa amurensis
Amur yasəməni (lat. Syringa amurensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. Təbiətdə Uzaq Şərqdə bitir. Hündürlüyü 20 m, diametri 20-30 sm olan, sıx çətirli ağacdır. Yarpaq ayaları enli-yumurtavari və ya ellipsvari olub, zəif qırışlıdır. Çiçəkləri ətirli, ağ rəngli, diametri təxminən 6-8 mm, uzunluğu 25 sm-ə qədər olan sıx süpürgə çiçək qrupuna yığılmışdır. İyul ayında 3 həftəyə qədər müntəzəm və bol çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir, uzunluğu 1,5 sm, eni 0,3-0,4 sm olan, iki laylarla açılan qutucuqlardan ibarətdir. Meyvəsinin qabığı tünd boz və ya qonur rənglidir. Balvericidir. Tez böyüyür.
Populus amurensis
Dəfnəyarpaq qovaq (lat. Populus laurifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Növün arealı Qərbi və Şərqi Sibiri, Qazaxıstanı, Monqoliyanı, Çinin şimal rayonlarını əhatə edir. Mədəni şəraitdə Rusiyada yayılmışdır. Hündürülüyü 10–20 (25) m, çadırvari çətirli ağacdır. Zoğları və cavan budaqları sarı və ya sarımtıl-qonur, üç uzunsov qanadvari buğumludur. Yaşlı ağaclarda gövdənin aşağı hissəsində dərin yarıqlı, tünd bozdur; yaşlı budaqlarda yaşılımtıl-qonur, hamardır. Tumurcuqları uzunsov-yumurtavari, iti, uzunluğu 1–2 sm, yapışqanlıdır. Yarpaqları bünövrəsində yumru, ucunda biz, kənarları xırda dişli, zoğlarda yarpaq ayası ensiz, lansetvari; budaqlarda-yumurtavari və ya uzunsov, uzunluğu 6–15 sm, eni 2–7 sm-dir. Saplaqların uzunluğu 6 sm-dir, silindrik, üstü çıxıntılıdır.
Geranium amurense
Sibir ətirşahı (lat. Geranium sibiricum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. Geranium sibiricum subsp.

Digər lüğətlərdə