ARDINCA

zərf Dalınca, arxasınca, izincə; izləyərək, təqib edərək. Ardınca getmək. Bir-birinin ardınca gəlmək. Günlər, həftələr, aylar bir-birinin ardınca gəlib keçir.
– Hər qandə şam olursə, ardıncə sübhdəmdir. Nəsimi.
Xurşidi-mey ardınca səni hər gecə ta sübh; Ey mah, nə layiqdi ki, səyyarə desinlər. S.Ə.Şirvani.
Əcnəbi müsafir Bakının məşəqqətli ruzgarına adət etmədiyindən tozun qorxusundan gözlərini yumub, Məşədi Əsgərin ardınca ahəstə-ahəstə gedirdi. S.M.Qənizadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ARDINCA dalınca — arxasınca — izincə

Antonimlər (əks mənalı sözlər)

  • ARDINCA ARDINCA – QABAĞINCA Məşədi Əsgərin ardınca ahəstə-ahəstə gedirdi (S.M.Qənizadə); Elə mən də sənin qabağınca evə gəlmişəm
ARDICILLIQ
AREÁL
OBASTAN VİKİ
Arzuların ardınca...
Arzuların ardınca... — tammetrajlı bədii filmi rejissor Ramil Ağasıyev tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Melodram xərçəng xəstəsi olan gəncin həyatının son aylarından bəhs edir. Film rejissorun ilk böyük işidir. Əsas rolları Ziya Ağa və Zarina Qurbanova ifa edirlər. == Məzmun == Melodram xərçəng xəstəsi olan gəncin həyatının son aylarından bəhs edir. Hələ uşaq ikən atası tərəfindən atılmış Kamil (Ziya Ağa) tənha yaşayır. Bütün həyatını tənhalıqda keçirən və sevginin nə olduğunu bilməyən Kamil mövcudluğunun mənasını yalnız işləməkdə görür. Öz balaca fotostudiyasında işləyən Kamil insanlara qarşı soyuqdur və onun yeganə təsəllisi ötəri tanışlıqlardır. Vaxtsız xəstəlik Kamilin plansız həyatını alt-üst edir.
Günəş ardınca, sağlamlıq ardınca (film, 1971)
== Məzmun == Reklam filmi Azərbaycanın İttifaqda məşhur olan kurortları — Naftalan, Abşeron, İstisu, Nabran haqqındadır.
Arzuların ardınca... (film, 2015)
Arzuların ardınca... — tammetrajlı bədii filmi rejissor Ramil Ağasıyev tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Melodram xərçəng xəstəsi olan gəncin həyatının son aylarından bəhs edir. Film rejissorun ilk böyük işidir. Əsas rolları Ziya Ağa və Zarina Qurbanova ifa edirlər. == Məzmun == Melodram xərçəng xəstəsi olan gəncin həyatının son aylarından bəhs edir. Hələ uşaq ikən atası tərəfindən atılmış Kamil (Ziya Ağa) tənha yaşayır. Bütün həyatını tənhalıqda keçirən və sevginin nə olduğunu bilməyən Kamil mövcudluğunun mənasını yalnız işləməkdə görür. Öz balaca fotostudiyasında işləyən Kamil insanlara qarşı soyuqdur və onun yeganə təsəllisi ötəri tanışlıqlardır. Vaxtsız xəstəlik Kamilin plansız həyatını alt-üst edir.

Digər lüğətlərdə

газови́к документи́рование закли́ниваться наклоня́ть опла́кивать дифференциа́л испаря́емость и́шиас опа́ловый подкопы́тник расшиби́ться сверхсветово́й au pied de la lettre bluey delusion dinner-hour poundage ralph visual show well-set-up ажиотаж гудрон квантовый разниться увлажниться