AYILTMAQ

f.
1. Yuxudan oyatmaq, ayılmağa, gözlərini açmağa məcbur etmək. Telefonun zəngi bizi yuxudan ayıltdı.
– Kərim bəy dərhal Güləndamı ayıltdı; qız özünü itirdi. Mir Cəlal.
Səhər yuxusundan ayıldır məni; Sinəmə sığmayan böyük duyğular. S.Vurğun.

2. Özündən getmiş və ya sərxoş adamı özünə gətirmək, huşa gətirmək. Sərxoşu ayıltmaq. Özündən getmiş qızı həkim ayıltdı.
3. məc. Gözünü açmaq, başa salmaq, qəflət yuxusundan oyatmaq; bilmədiyi, xatırında olmadığı şeyi yadına salmaq.
Axırı bir gün atası rəhmətlik hesabdar Gəldiyevi ayıltdı. Mir Cəlal.
[Sonralar] xalqımızı ayıltmaq üçün ziyalıların çalışdığını dərk etməyə başladım… H.Sarabski.

// Ayıq salmaq, duyuq salmaq.
Düşməni ayıltmaq olmaz, onlar da güclüdürlər. N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AYILTMAQ ayıltmaq bax oyatmaq
AYILTMA
AYIN-OYUN

Digər lüğətlərdə

белёхонький козлёнок орнаменто́вка пого́дка спе́шенный стреле́цкий фло́ппи вокали́ст йот переселе́нческий чистопро́бный Athelstane exhedra hallo maestoso nightcap sportsmanship storm-glass tensometer unloving курятник осиротеть пророк флагдук шептун