1. Ay işığı, mahtab; açıq və işıq hava.
// Sif. mənasında. Aydınlıq gecə.
– Ülkər aydan ucadır; Nə aydınlıq gecədir; Mənim halım pis keçir; Sənin halın necədir? ( ).
Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar, bir böyük palıd ağacının dibində, aydınlıq gecədə.
Aydınlıq gecədə, gözəl bir çeşmənin kənarında cavanlar halə qurub əyləşib, növbə ilə oxuyub-çalanlara qulaq verirdilər.
2. İşıq, nur.
Ey, gözüm aydınlığı, zülmətdən ənvar istəmə.
3. İşıqlı yer. Ovçular aydınlıqda oturub söhbət edirdilər.
4. məc. Xoşbəxtlik mənasında. □ Aydınlığa çıxasan! – “xoşbəxt olasan!”, “yaxşı gün görəsən!” mənasında təşəkkür, təbrik ifadəsi.
Aydınlığa çıxmaq – xoşbəxtliyə çatmaq, rahat və məsud həyata çatmaq.
Aydınlıq içində olmaq – xoşbəxt və rahat həyat keçirmək.
[Xırda xanım:] Bala, aydınlıq içində ol, imanın kamil olsun.