DƏDƏ-BABA

is.
1. Ulu babalar, əcdad. Dədə-baba qaydasınca.
– Kassirlə dədəbabadan qanbir qohum çıxanlar bir-birinə yapışmışdılar. Mir Cəlal.

2. Dədə-babadan şəklində zərf – babalardan, qədimdən, çox köhnədən.
□ Dədəbabadan qalma – çox köhnə, qədim.
[Hacı Murad:] Yox, onlar da dədə-babadan qalma adətlərdir. S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏDƏ-BABA dədə-baba bax ata-baba
DƏDƏ
DƏDƏLİ

Digər lüğətlərdə