is. 1. Camaat, xalq, adamlar. El üçün ağlayan gözsüz qalar. (
Ata. sözü ).
Bahar fəsli el şad olur sərasər; Hərgiz məndən özgə yoxdur mükəddər. Q.Zakir.
Fələyin cəbrindən, el tənəsindən; Dərdim artıb bir ümmana dönübdür. Aşıq Ələsgər.
Bildir bu zaman idi.
El məscidə yığılmışdı. Mir Cəlal.
□ El anası, el atası – elin başçısı, hamının qayğısını çəkən, dərdinə şərik olan, işinə yarayan, xeyir-şərində iştirak edən adam.
[Mirzə Heydər:] A başına dönüm, axır mənim təqsirim nədir? Mən deyəndə bir el anasıyam, sən çağırırsan, sənin işini görürəm, bu çağırır, gəlib onun işini görürəm. Ə.Haqverdiyev.
Həsən hamının dadına çatır, hamının xeyrini-şərini görür.
Həsən el atasıdır. S.Rəhman.
El ədəbiyyatı – şifahi xalq ədəbiyyatı, folklor.
Bu sarsıntılıq, bu qatışıqlıq el ədəbiyyatında gözəl parçalar yaratmış olsa da, yazı ədəbiyyatında bir qədər boşluq vücuda gətirmişdi. C.Cabbarlı.
Yazılı klassik ədəbiyyatla bərabər, Azərbaycan dilində zəngin el ədəbiyyatı yaranır. M.İbrahimov.
El oğlu, el qızı – bir eldən olan, həmvətən, həmyerli (bəzən müraciət məqamında işlənir).
El oğlum, yadımdadır o dəmlər indikitək; Bağdakı uşaqlara, bir söz, ürəkdin, ürək. S.Rüstəm.
Gözümün önündə canlanır hər an; Yolların yorğunu o qəmgin qarı; Bir də el oğlumun qərib məzarı. M.Rahim.
[Sevinc:] Sən səhv edirsən, Mahmud! Mən bu gün sənin üçün bir el qızı yox, bir məktəb yoldaşıyam. Z.Xəlil.
El yardım komitəsi – 1917-ci il inqilabının ilk illərində ayrı-ayrı kəndlərdə, qəzalarda yoxsul kəndlilərə kömək etmək məqsədi ilə təşkil edilən komitə.
Bir tərəfdən, özünün yorulmaq bilmədən çalışması, digər tərəfdən, el yardım komitəsinin və başqa kənd təşkilatlarının maddi və mənəvi yardımı ilə Bəxtiyar özünə kəndin kənarında bir evcik düzəltmişdi. S.Hüseyn.
El yolu – işlək, böyük yol, gediş-gəliş çox olan yol.
El yolunun altında maşın dayandı. Ə.Vəliyev.
2. Ölkə, məmləkət, vilayət.
Sağ gedəsən ulusuna, elinə; Misri qılınc bağladaram belinə. “Koroğlu”.
Molla Vəli Vidadi və Molla Pənah Vaqif hər ikisi bir əsrin və bir elin adamlarıdır. F.Köçərli.
[Səlim:] Gəzdim, dolaşdım, uğradım hər elə; Mən böylə bir qadın görmədim hələ. H.Cavid.
□ Eldən-elə – bir eldən o biri elə, elbəel. Eldən-elə gəzmək.
– [Qərib:] Bir söz ilə eldən-elə atıldım; Bu qərib ellərdə yaxdı nar məni. “Aşıq Qərib”.
3. Tayfa, qəbilə.
Mən də ata və ana tərəfindən Müqəddəm elindənəm. M.F.Axundzadə.
Deyirlər ki, qədim zamanlarda bu torpaqda bir el yaşarmış. M.İbrahimov.
◊ Elin dilinə salmaq (düşmək) – dillərə salmaq.