EN

is. Bir şeyin köndələn vəziyyətdə uzunluğu. Küçənin eni. Otağın eni. Parçanın eni.
– Eni iki kilometrdən artıq olmayan [torpaq] bir zolaq kimi uzanıb gedirdi. M.İbrahimov.
[Tövlənin] iyirmi səkkiz arşın uzunu, yeddi arşın yarım enidir. Qantəmir.
Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng bir dərədən ibarətdir. Ə.Sadıq.

□ En dairəsi coğr. – ekvatordan meridiana qədər olan (dərəcələrlə göstərilən) məsafə. Cənub en dairəsi.
En kəsiyi fiz. – cismin oxuna perpendikulyar müstəvi ilə kəsiyi; eninə kəsiyi.
◊ Enə vermək1) kökəlmək;
2) eninə böyümək, eninə genişlənmək.
Bostandakı kələmlər enə verir, balqabaqlar qarınlarını şişirdir, pomidorların sifəti qızarırdı. Ə.Vəliyev.

Eni ilə uzunu bir olmaq – həddindən artıq kökəlmək, köklükdən yumrulaşmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EN uzunluq

Antonimlər (əks mənalı sözlər)

  • EN EN – UZUN Tövlənin iyirmi səkkiz arşın uzunu, yeddi arşın yarım enidir (Q.Qantəmir)
EMULSİYALI
EN₁

Digər lüğətlərdə