İMAMZADƏ

is. [ ər. imam və fars. …zadə] İmamların, övliyaların və onların övladlarının basdırıldığı yer; ziyarətgah.
[Gövhərtacın anası:] Dünən mən gedib imamzadədə şam yandırdım. Ə.Haqverdiyev.
Bu on beş il ərzində yer qalmadı – pir, imamzadə, ocaq, ziyarət qalmadı ki, Münəvvər xanım baş vurmasın… Mir Cəlal.
[Molla:] Bu saat camaat özündən çıxmışdır, dəstələr təşkil edərək imamzadəyə gedir. P.Makulu.

İMAMLIQ
İMAN

Digər lüğətlərdə