İSRAF

is. [ ər. ] Artıq və lazımsız yerə xərcləmə, sərf etmə, işlətmə, dağıtma, puç etmə. İsraf haramdır. ( Ata. sözü ).
Atasının bu qədər yersiz israfı və belə faciəli ölümü Əşrəfi çox düşündürürdü. A.Şaiq.
Yoxlama zamanı Toğrulun xəzinədən israf xərclədiyi və qiymətli şeyləri mənimsədiyi meydana çıxdı. M.S.Ordubadi.

// İsrafla, israf ilə şəklində – artıqlaması ilə, artıq olaraq.
Sərf etdi ciyər qanını israf ilə çeşmim; Bilməz ki, bu gün qanla pərişan olacaqdır. Qövsi.

□ İsraf etmək (eləmək)1) artıq və lazımsız yerə sərf etmək, xərcləmək, işlətmək, dağıtmaq. Belə məlum olur ki, israf eləyirsiniz.
Yoxsa mən heç vaxt inana bilmənəm ki, bir boçka su əlli iki nəfər fəhləyə kifayət eləməyə. C.Məmmədquluzadə;

2) özünə inanılıb tapşırılmış pulu, malı və s.-ni qanunsuz olaraq öz şəxsi məqsədləri üçün xərcləmək, sərf etmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İSRAF xərcləmə — dağıtma — işlətmə

Etimologiya

  • İSRAF Ərəbcədir, sərf (eləmək), məsrəf sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İSPOLKOM
İSRAFCIL
OBASTAN VİKİ
Mikayıl bəy İsrafilbəyov
Mikayıl bəy Hüseyn bəy oğlu İsrafilbəyov (?-?) — Gəncə qəzasının rəisi (-11 iyun 1919), Hüseyn bəy İsrafilbəyovun oğlu. == Həyatı == Mikayıl bəy Hüseyn bəy oğlu Gəncə şəhərində anadan olmuşdu. Gəncə gimnaziyasını bitirmişdi. Qəza idarəsində işləmişdi. Polis pristavı kimi qulluq etmişdi. ADR dönəmində öncə qubernator Xudadat bəy Rəfibəyovun yanında şöbə məsləhətçisi, sonra Gəncə qəzasının rəisi olmuşdu. O, 1884-1890-cı illərdə Yelizavetpol şəhər klassik kişi gimnaziyasında oxumuşdu Mikayıl bəy İsrafilbəyov Qatır Məmmədin dəstəsinə qarşı vuruşmuşdu. ADR hökuməti üsyançılar üzərinə müsavat ordusunun adlı-sanlı komandirlərindən olan Mahmud bəy Paşayev və Mikayıl bəy İsrafilbəyovun rəhbərliyi ilə 3-cü və 8-ci süvari alayları göndərdi. Qoşun 1919-cu il 28 iyunda Gorana çatdı. Qoşun hissələri o dövr üçün ən müasir top və pulemyotlarla təchiz edilmiş və say etibarı ilə üsyançılardan xeyli üstün idi.
Möhsün İsrafilbəyov
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir. == Həyatı == Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir.
Möhsün İsrafilbəyov (Qədirli)

Nadir İsrafilov
Nazim Rza İsrafiloğlu
Rzayev Nazim İsrafil oğlu (Nazim Rza) — kino və televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kinofestivallarının laureatı == Həyatı == Nazim Rza 1941-ci il yanvar ayının 11-də Gəncə şəhərinin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Ata babası Rza Əsədullayev Gədəbəy bölgəsində tanınmış xeyriyyəçilərdən biri olmuşdur. Ana babası isə "Difai" partiyasının Gəncə şöbəsinin katibi, ilk nizamişünas Mirzə Məhəmməd Axundzadə olmuşdur. Atası İsrafil Rzayev və anası Hafizə Axundzadə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (indiki ADAU) bitirərək, uzun illər baytarlıq sahəsində çalışmışlar. Nazim Rza 1945-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, Bakı şəhər 1 saylı orta məktəbdə oxumuş, lakin həmin tədris ocağının hərbi-təmayüllü məktəbə çevrilməsi ilə bağlı təhsilini öncə 44, sonra 7 və 14 saylı məktəblərdə davam etdirmişdir. Orta məktəbdə oxuyarkən, eyni zamanda 1 saylı şəhər Musiqi məktəbində də təhsil almış və 1956-cı ildə fortepiano ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra istehsalatın müxtəlif sahələrində çalışmış, 1959-1964-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsində təhsil almışdır. 1964-cü ildə Bakının Suraxanı bölgəsindəki S.Orconikidze adına Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışmış, elə həmin ilin axırlarından 1965-ci ilin sonuna kimi hərbi xidmətdə olmuşdur. 1966-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun (hazırda Sankt-Peterburq İncəsənət Akademiyası adlanır) televiziya rejissorluğu fakültəsinə daxil olmuş və 1971-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirmişdir. Diplom işi "İnsan Xəzəri xilas edir" televiziya filmi artıq Beynəlxalq və Ümumittifaq kinofestivallarında mükafat və xüsusi diplomlar almışdır.
Ramal İsrafilov
Ramal İsrafilov (15 iyun 1985, Şamaxı) — Azərbaycanlı müğənni, bəstəkar. == Həyatı == İsrafilov Ramal 1985-ci il, iyun ayının 15-i Şamaxı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Valideynlərinin dediyinə görə 3 yaşında olarkən pianoda ilk dəfə "Cücələrim" mahnısını ifa edib. 1991-ci ildə Şamaxı şəhər 5 saylı orta məktəbə daxil olub. 1993-cu ildə ilk dəfə Türkiyənin Rize şəhərində Sarımsaq festivalı adlı konsert proqramında çıxış edib. 1997-ci ildə təhsilini davam etdirmək üçün Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olub. 1998-ci ildən 2000-ci ilə qədər Bakı şəhərindəki "Səyyah" folklor ansamblında solist kimi fəaliyyət göstəib. Bir çox böyük səhnələrdə həmin ansambl ilə çıxış edib. 2001-ci ildə təhsil aldığı məktəbi bitirib. 2002-ci ildə görkəmli Azərbaycan bəstəkarı Vaqif Gərəyzadənin yaratdığı "Aypara" vokal qrupuna dəvət olunub.
Rauf İsrafilov
Rauf İsrafilov (d.1956, Azərbaycan SSR, Bakı ş.) — TESOC Çoxmədəniyyətli Məskunlaşma Xidmətinin baş mütəxəssisi, professor. == Həyatı == 1956-cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur.Atası professor, anası isə Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifəsində çalışmışdır. === Ailəsi === Ailəlidir, 2 uşağı var. == Fəaliyyəti == Bir müddət Bakı Dövlət Universitetində geologiya fakultəsində mühazirələr demiş, lakin bütün iş fəaliyyəti Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitunda keçmişdir. 1978-ci ildə ora baş laborant vəzifəsinə qəbul edilmiş və son vəzifəsi geoekologiya departamentinin rəhbəri olmuşdur. Aspiranturanı Moskvada bitirmiş və elmlər namizədi dərəcəsini orada almışdır. Gürcüstanda müdafiə edərək elmlər doktoru olmuş, hidrogeologiya sahəsində professor adını qazanmışdır. Fullbrayt proqramı- aparıcı alimlərin mübadiləsi proqramı çərçivəsində Amerika Dövlət Departamentinin dəvəti ilə bir il Cənubi Florida Universitetində aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Amerikada imtahan verib hidrogeoloq kimi peşəsini təsdiqləyən lisenziya almışdır. == Təltif və mükafatları == 2001-ci ildən alim kimi NATO-nun Sülh Naminə Elmi Tədqiqat proqramlarına qoşularaq üç dəfə böyük qrantlar udub Azərbaycana gətirmişdir.
Solmaz İsrafilbəyli
İsrafilbəyli Solmaz Hüseyn qızı (13 mart 1928, Bakı – 11 yanvar 2024) — tibb elmləri doktoru (1974), professor (1979), əməkdar elm xadimi (1987). == Həyatı == Solmaz Hüseyn qızı İsrafilbəyli 1928-i ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir Solmaz İsrafilbəyli həkim kimi ilk əmək fəaliyyətinə Xızı rayonunda başladı və 1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun bazasında "mamalıq və ginekologiya" ixtisası üzrə aspiranturaya daxil oldu. Solmaz xanım şəxsi söhbətlərində bir qayda olaraq, o dövrün görkəmli həkimlərindən və tibb alim-lərindən F. N. İlyinlə, M. K. Mahmudbəyova ilə, M. M. Hacıqasımovla, A. A. Atayevlə birgə çalışdığı və onların zəngin təcrübəsindən bəhrələndiyi haqda həvəslə danışır. Onun professor F. N. İlyinin rəhbərliyi ilə işləyib, 1960-cı ildə müdafiə etdiyi "Nisbi göstərişlər əsasında aparılan Sezar kəsiyi əməliyyatı məsələsinə dair" mövzusunda namizədlik dissertasiyasının müddəaları bütün sonrakı elmi-pedaqoji fəaliyyətinin əsas motivini təşkil etmişdir. Çünki o vaxtdan onilliklər keçsə də, bu mövzu aktuallığını itirməmişdir. Solmaz xanım bütün ömrü boyu dünyaya insan gəlişinin – doğuşun təbii yolla başa çatdırılmasının qızğın tərəfdarı olmuş, özü nümunəvi bir cərrah – mama-ginekoloq olmasına baxmayaraq, həmkarlarından Sezar kəsiyi əməliyyatına yalnız hamilə qadının və doğulacaq körpənin həyatına təhlükə ola biləcəyi hallarda əl atmağı tələb etmişdir. Solmaz İsrafilbəyli 1960-cı ildən başlayaraq, Ə. Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləmişdir. Burada o, əvvəl assistent vəzifəsində işləmiş, 1967-ci ildə dosent vəzifəsinə seçilmişdir və 1968-ci ildə ona adı çəkilən institutun "Mamalıq və ginekologiya" kafedrasının müdiri vəzifəsi həvalə edilmişdir.
Sur-e İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. == Fəaliyyəti == "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.
Sure-İsrafil

Suri-İsrafil

Vidadi İsrafilov
Vidadi Vaqif oğlu İsrafilov (18 iyun 1987, Gurbulaq, Daşkəsən rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vidadi İsrafilov 18 iyun 1987-ci ildə Daşkəsəndə anadan olub. 2005-2009-cu ildə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində təhsil alandan sonra təyinatla kəndinə müəllim olaraq qayıtdı. Sonradan yenidən Gəncəyə köçmüşdü. Ailəli və 2 övlad atası idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vidadi İsrəfilov Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 12 noyabr 2020-ci il tarixdə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi İsrafilov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vəli İsrafilov
Vəli Rəşadət oğlu İsrafilov (18 oktyabr 2002; Tümen, Rusiya) — Azərbaycanı təmsil edən üzgüçü. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Vəli İsrafilov 2002-ci il oktyabrın 18-də Rusiyanın Tümen şəhərində anadan olub. Əslən Masallı rayonundan olan Vəli İsrafilov, 2008-ci ildən idmanla məşğul olur. == Karyerası == Vəli İsrafilov 2019-cu ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan Dünya Çempionatında 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirində bürünc medala sahib oldu. 2020-ci ildə isə Vəli İsrafilov Funşal şəhərində (Portuqaliya) Avropa Çempionatında mübarizə apardı və 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin qalibi oldu. Vəli İsrafilov 2021-ci ildə XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Vəli İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirdə mübarizə apardı. 8 idmançının mübarizə apardığı final mərhələsində Vəli İsrafilov 1:04.86 dəqiqə nəticə göstərdi və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu. Vəli İsrafilov həmdə 2016-cı ildə Belarus nümayəndəsi Vladimir İzotu tərəfindən müəyyən olunan Paralimpiya rekordunu (1:06.82) da yenilədi.
Çingiz İsrafilov
Çingiz İsrafilov (1942, Varşava, Ümumi Hökumət) — Amerika Kolumbiya Universitetinin məzunu, yeni dövr Türkiyə iqtisadiyyatının banisi sayılan Turqut Özalın iqtisadi məsələlər üzrə məsləhətçisi, iqtisadiyyatin liberallaşdırılması və özəlləşdirmə proqramının rəhbəri. == Həyatı == Əmisi İsrafil İsrafilov Gəncə üsyanının iştirakçılarındandır, Üsyan bolşeviklər tərəfindən amansızlıqla yatırıldıqdan sonra ailə Türkiyəyə mühacirət etməli olub, oradan isə Avropaya köçüblər. Əsilləri Daşkəsənin ucqar kəndi olan Əmirvar kəndindəndir. Siyasi mühacirətə getməmişdən əvvəl 1915–1920-ci illər arasında ailəsi Şəmkirin Seyfəli kəndində yaşayıb. Çingiz İsrafilov 1942-ci ildə Polşanın paytaxtı Varşava şəhərində doğulub, sonrakı fəaliyyətini əsasən Türkiyədə qurub. Kolumbiya Universitetinin Riyaziyyat fakultəsindən 1967-ci ildə məzun olub, eyni universitetdə 1970–1975-ci illərdə doktarantura pilləsində "Osmanlı İmperiyasının iqtisadi tarixi" üzrə dərs almışdır, lakin tezisini tamamlamamışdır. 1990–1992-ci illərdə Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə müşavirliyini də həyata keçirib. 2001-ci ildə Şota Rustaveli adına Batumi Dövlət Universitetindən Fəxri Doktor elmi dərəcəsini almışdır. == Fəaliyyəti == 1967–1973 Cİ-Pi Morqan Bankı Menecment Araşdırması departamentində ekspert. 1973–1976 United States Trust Company Sahibkarlıq Elmi Departamentində böyük mütəxəssis.
İkram İsrafil
İkram İsrafil (16 yanvar 1964, Bideyiz, Nuxa rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == İkram İsrafil 1964-cü il yanvarın 16-da Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. 1984-cü ildən M. Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası və gənclər birliyinin sədri işləmişdir. 1991-ci ildən Sumqayıt aşqarlar zavodunun, "Azadlıq" kiçik müəssisəsinin sex rəisi, "Xəzər" Səhmdar Cəmiyyətinin şöbə rəisinin müavini, 1993-cü ildən "Qalayçı" firmasının direktoru vəzifələrində çalışmışdır. 1996–2002-ci illərdə Sumqayıt şəhərində Mikayıl Müşfiq adına 34 nömrəli orta məktəbdə direktor müavini olmuşdur. === Ailəsi === Evlidir, 3 övladı var. Ağ Partiyasının sədri Tural Abbaslının qaynatasıdır. == Siyasi fəaliyyəti == Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Braziliya, Azərbaycan-Norveç, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
İkram İsrafilov

İsrafil
İsrafil — kişi adı. İsrafil Aşurlı — İsrafil Şahverdiyev — İsrafil Səttarzadə İsrafil Məmmədov İsrafil Məmmədov (tarixçi) — tarix elmləri namizədi, tarixçi. İsrafil Məmmədov (qəhrəman) — Sovet İttifaqı qəhrəmanı.
İsrafil (arxangel)
İsrafil (ərəb. إسرافيل‎) — islam inancına görə dörd böyük mələkdən biri. İsrafilin vəzifəsi Qiyamət günü sura üfürərək ölüləri diriltməkdir. Yəhudi inancına görə isə səkkiz mühakimə edən mələklərdəndir. == Yəhudilikdə == İsrafil olaraq bilinən bu mələk İbranicə Seraphiel olaraq adlandırılır, və adı apokrif və ya apokratif sayılan Yenoxun kitabında qeyd olunub. Yəhudi inancına görə səkkiz mühakimə edən mələkdən biridir. Rəvayətə görə onun boyu yeddi göy qədər, üzü mələklərin üzünə, bədəni isə qartalların bədəninə bənzəyir. O işıq kimi gözəl bir varlıqdır. Eyni zamanda o mələklərə nəzarət edən və onlara Allahı zikr edib ucaldması üçün ilahilər öyrədən bir mələk olduğu bildirilir. == İslamda == Qurani-kərimdə bu mələyin adı bir başa keçməsə də bir çox yerdə sura üfürəcək mələk olaraq məçhul formada qeyd olunur.
İsrafil Abbaslı
Abbaslı İsrafil İsmayıl oğlu (1 fevral 1938, İrəvan – 24 mart 2013, Bakı) — AMEA Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiri (2003-2013), filologiya elmləri doktoru (1986), professor (1998). == Həyatının erkən dövrü == Abbaslı İsrafil İsmayıl oğlu 1938-ci il fevralın 1-də İrəvan şəhərində anadan olmuşdur. === Təhsili === 1944-54-cü illərdə İrəvan Azərbaycan orta məktəbində təhsil almış, orta təhsili tamamladıqdan sonra 1955-1960–cı illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində ali təhsil almışdır. 1960-cı ildə Bakı şəhərinə gəlmiş və 1961-ci ilin avqustundan əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat və Dil İnstitutunda başlamışdır. == Fəaliyyəti == 1987-cı ildən Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, 1997-ci ildən Ədəbiyyat İnstitutu Folklor EMM-nin Azərbaycan folkloru şöbəsinin müdiri, 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiri idi. 1966-cı ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1998-ci ildə Folklorşünaslıq ixtisası üzrə professor elmi adını almışdır. Abbaslı uzun illər SSRİ EA Dil və Ədəbiyyat bölməsindəki Folklor Surasının üzvü kimi fəaliyyət göstərmiş, əksər Ümumittifaq və Beynəlxalq müşavirələrdə iştirak etmişdir. O, altı cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin I cildi və ASE-nin III, VI, VII, VIII, IX, X cildlərinin əsas müəlliflərindəndir. Beynəlxalq indekslə çap olunan "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" məcmuəsində çap edilmiş bir sıra problem araşdırmaların müəllifidir. Beş cildlik "Azərbaycan dastanları"nın, iyirmi cildlik "Azərbaycan klassik ədəbiyyatı kitabxanası"nın I kitabı, əlli cildlik "Dünya uşaq ədəbiyyatı" seriyasının III kitabı, "Azərbaycan ədəbiyyatı inciləri" seriyasının "Dastanlar" cildinin, "Azərbaycan folklorunun ilkin nəşrləri" seriyasının və s.
İsrafil Aşurlu
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı. 2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. == Bioqrafiya == İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur. İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur. Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir.
İsrafil Aşurlı

İsrafil Hüseynov
İsrafil Sami oğlu Hüseynov (4 dekabr 1931, Gəncə – 31 yanvar 1986, Bakı) — görkəmli neftçi, qazma ustası, Sosialist Əməyi Qəhrəmanı (1977), Azərbaycan Dövlət mükafatı (1972), Lenin ordeni laureatı, SSRİ Ali Sovetinin deputatı (IX–X çağırış). == Həyatı == Əmək fəaliyyətinə 1957-ci ildə "Gürgan-neft" Mədənlər İdarəsində başlamışdır. 1965 ildən qazma ustası işləmişdir. 1980 ildən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Sovet Sülhü Müdafiə Komitəsi sədrinin müavini, SSRİ Ali Sovetinin (9-10-cu çağırış) deputatı, Azərbaycan Kommunist Partiyası 29-cu, Sovet İKP 25-ci qurultaylarının nümayəndəsi olmuşdur. "Azərbaycan neft ustası", "SSRİ fəxri neftçisi" fəxri adlarına layiq görülmüşdür. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. İsrafil Sami oğlu Hüseynov fəhlə, texnik, istehsalat şöbəsinin mühəndisi, Neft-qaz sənayesi işçilərinin həmkarlar İttifaqı Respublika Komitəsinin sədri işləmişdir. İ.Hüseynov briqadası, açıq dənizdə işləyərək ölkə praktikasında ilk dəfə olaraq 1531 saylı quyunu nəzərdə tutulduğundan 69 gün əvvəl təhvil vermişdir (2040 m). Quyunun kommersiya sürəti plana görə 290,5 m/dəz-ay, normaya görə 365,9 olsa da 496,9 m/dəz-ay təşkil etdi. Bu maili qazmada Avropa rekordu idi.
İsrafil Həşimov
İsrafil Həşimov - (azərb. Həşimov İsrafil Ağababa oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1964-cü il aprelin 3-də Bakıda anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 144 nömrəli tam orta məktəbdə almışdır. Azərittifaq sistemində satıcı işləyib. İki uşağı var. Günel 1988-ci ildə, Aysel 1989-cu ildə anadan olmuşdur. Həyat yoldaşı Quliyeva Gülnisə Qasım qızı heç yerdə işləmirdi. İsrafil həmin axşam evdən çıxıb, bütün gecə evə gəlməyib.
İsrafil Məmmədov
İsrafil Məmmədov (tarixçi) — tarix elmləri namizədi, tarixçi. İsrafil Məmmədov (qəhrəman) — Sovet İttifaqı qəhrəmanı.
İsrafil Məmmədov (kimyaçı)
İsrafil Məmmədov — (Tam adı: İsrafil Allahverdi oğlu Məmmədov ; d.25 iyun 1927 Ordubad - ö.28 oktyabr 1995 Bakı ) — Kimyaçı, Kimya elmləri doktoru (1965), Professor (1972). == Həyatı == Məmmədov İsrafil 25 iyun 1927-ci ildə Ordubad şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini, 1955-ci ildə Azərbaycan Milli EA Kimya İnstitutunun aspiranturasını bitirmiş, 1951-1971-ci illərdə burada kiçik və böyük elmi işçi vəzifələrində çalışmış, 1971-1972-ci illərdə isə korroziya prosesinin inhibitorlaşdırılması laboratoriyasına rəhbərlik etmişdir. 1972-1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun (indiki Naxçıvan Dövlət Universiteti) rektoru olmuşdur. == Elmi fəaliyyəti == 1978-1980-ci illərdə AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitunda böyük elmi işçi, 1980-1986-cı illərdə dispers sistem və səth hadisələri laboratoriyasının müdiri, 1987-1989-cu illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Naxçıvan şəhərində yerləşən "Araz" təcrübə zavodunun direktorunun elmi işlər üzrə müavini işləmişdir. 1986-91-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin İnstitunda (indiki Azərbaycan Milli Aerokosmik Agentliyi) laboratoriya müdiri, 1991-1992-ci illərdə Ordubadda Xüsusi Konstruktor Bürosunun direktor müavini və Baş mühəndisi, 1992-1995-ci illərdə AMEA Y.Məmmədəliyev adına Neft Kimyası Prosesləri İnstitunda aparıcı elmi işçi vəzifələrində işləmişdir. Tədqiqatları mürəkkəb çoxfazalı sistemlərdə metalların korroziyası, korroziyaya qarşı inhibitorların yaradılması və onların təsir mexanizminin öyrənilməsinə həsr edilmişdir. O, 200-dən çox elmi işin, 4 monoqrafiyanın, 30 müəlliflik şəhadətnaməsinin müəllifidir. Bir sıra beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. == Xatirəsi == “Ömür təqvimindən tökülən yarpaqlar” kitabı İsrafil Məmmədovun həyatının bəzi məqamlarını əks etdirir.

Digər lüğətlərdə