NADİR

sif. [ ər. ] Aztapılan, az təsadüf edilən, az ələ düşən. Nadir kitab. Nadir əlyazması. Nadir şey.
– Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi.

□ Nadir hallarda – arabir, hərdənbir, təsadüfən, təkdənbir, çox seyrək, az.
Tərlan adətən nadir hallarda əsəbiləşirdi. M.Hüseyn.
“Baş üstə” sözünü nadir hallarda dilinə gətirən Rüstəm kişi bu dəfə ürəyindən keçsə də demədi… M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NADİR NADİR, UNİKAL
  • NADİR tək-tük — seyrək — az

Antonimlər (əks mənalı sözlər)

  • NADİR NADİR – KÜTLƏVİ Nadir malların çoxunu müdir özünə yaxın olan mağazalar arasında bölüşdürürdü (C.Əmirov); Bakıda kütləvi malların sərgisinin açılışı ol
NADİNCLİK
NADİRÜLVÜCUD
OBASTAN VİKİ
Nadir
Nadir — Kişi adı və təxəllüs.
Nadir Abbasov
Nadir Xuduş oğlu Abbasov — Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon, Salyan Rayon və Ağdam Rayon Komitəsinin birinci katibi. == Həyatı == 1925-ci ildə Gəncə qəzasında qulluqçu ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnsititunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Sosialist Əməyi Qəhrəmanıdır (1976). Əmək fəaliyyətinə 1942-ci ildə başlamışdır. 1944–1949-cu illərdə Sovet Ordusunda xidmət etmişdir. 1950-ci ildən rayon komsomol komitəsinin katibi, Kirovabad (indiki Gəncə) vilayət komsomol komitəsinin şöbə müdiri, şəhər komsomol komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1935–1955-ci illərdə partiya məktəbinin müdavimi, 1956-cı ildən Kirovabad toxulçuluq kombinatının, Nizami adına sovxozun partiya komitəsinin katibi, Kirovabad Şəhər Partiya Komitəsinin şöbə müdiri olmuşdur. 1962–1970-ci illərdə Gədəbəy, Qasım İsmayılov (indiki Goranboy)istehsalat idarələrinin partiya təşkilatçısı, Azərbaycan KP MK inspektoru, Azərbaycan KP Qasım İsmayılov RK-nın, Ağdam RK-nın birinci katibi vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Salyan RK-nın birinci katibi, 1978-ci ildən isə Azərbaycan KP Ağcabədi RK-nın birinci katibi olmuşdur. Azərbaycan SSR Ali Soveti mandat komissiyasının və Azərbaycan KP MK üzvü olmuşdur.
Nadir Abbasquliyev
Nadir Elçin oğlu Abbasquliyev (6 dekabr 1995; Gəncə, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nadir Abbasquliyev 1995-ci il dekabrın 6-da Gəncə şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nadir Abbasquliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Abbasquliyev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Abbasquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Abbasquliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Abbasquliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.
Nadir Abdullayev
Nadir Abdullayev (dilçi)
Nadir Afonzo
Nadir Afonzo, GOSE (4 dekabr 1920 –11 Dekabr 2013) — Portuqaliyalı geometrik abstraksiyonist rəssam. Əvvəllər memarlıq ilə məşğul olan və öz karyerasının erkən illərini Le Korbuzye və Oskar Nimeyer ilə təkmilləşdirən Danir Afonzo daha sonralar Parisdə rəssamlıq fəaliyyətinə başladı və Viktor Vazareli, Fernand Leqer, Oqust Erben və Andre Blok ilə birgə çalışaraq kinetik incəsənətin qabaqcıllarından biri oldu. Həndəsi qaydalara əsaslanan estetikanın nəzəriyyəçisi olan Nadir Afonzo bir sıra kitablarda dərc etdirdiyi belə bir ideyanı müdafiə edirdi ki, incəsənət tamamilə obyektivdir və incəsənəti təxəyyül hadisəsi deyil, o müşahidə, qavrama və manipulyasiya forması kimi təqdim edən qanunlarla idarə olunur. Nadir Afonzo karyerasının erkən vaxtlarında beynəlxalq səviyyədə tanınmağa nail oldu və əsərlərinin bir çoxu muzeylərdədir. Onun ən məşhur əsərləri bütün dünyadakı yerləri təsvir edən “Şəhərlər” seriyasıdır. O, ömrünün sonrakı illərində də rəssamlıqla məşğul olmuş və 11 dekabr 2013-cü ildə Kaskais şəhərindəki bir xəstəxanada dünyasını dəyişmişdir. Həyatı boyu öz ölkəsini ən yaxşı səviyyədə təmsil edən Nadir Afonzo böyük nailiyyətlər əldə etmişdir. == Həyatı == === Erkən həyatı === Nadir Afonzo Rodriqes 1920-ci il dekabrın 4-də Portuqaliyanın Kaves rayonunun kənarındakı ucqar bir kənddə anadan olmuşdur. Onun valideynləri Palmira Rodriqes Afonso və şair Artur Mariya Afonsodur. Nadir Afonzonun ilk adını atası Orlando şəhərində Vətəndaş Qeydiyyatına gedərkən yolda rast gəldiyi qaraçı məsləhət görmüşdü.
Nadir Arastə
Nadir Arastə-Siyasətçi Nadir Arastə Rusiyada təhsil almışdır.O, Sankt-Peterburq hüquq fakültəsi məzunu idi.İrana qayıdandan sonra Xarici İşlər Nazirliyində məşğul oldu. Nadir Arastə, İranın Argentina, Almaniya və Polşada ki səfiri olubdur, o həmçinin Xuzistan, Gilan və İsfahan ostanlarının qubernatorları və Yol naziri və Post,Teleqraf və Telefon naziri kimidə vəzifə edib.
Nadir Axundov
Nadir Ələkbər oğlu Axundov (1912, Yelizavetpol – 4 aprel 1959) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1955–1959), Azərbaycan SSR xalq yüngül sənaye komissarı (1942–1946) və yüngül sənaye naziri (1946–1947, 1952–1953). == Həyatı == Nadir Ələkbər oğlu Axundov 1912-ci ildə Yelizavetpol (Gəncə) şəhərində sənətkar sərrac ailəsində anadan olmuşdur. 6 yaşında anasını, 10 yaşında isə atasını itirmiş, beş il təhsil ala bilişdir. 14 yaşında işləməyə başlamış, bağban yanında üç il muzdur-şagird olmuşdur. 1927-ci ildə komsomol təşkilatına daxil olmuşdur. Nadir Axundov təhsilini davam etdirmək və su təsərrüfatı sahəsi üzrə ixtisasa yiyələnmək üçün Bakıya gələrək Ağamalıoğlu adına texnikumda iki il təhsil alsa da, ağır xəstəlik səbəbindən təhsilini yenidən yarımçıq qoymağa məcbur olmuşdur. 1933-cü ilin mart ayında o, Azərbaycan SSR Xalq Yüngün Sənaye Komissarlığının Bakıdakı 3 nömrəli gön-dəri zavodunda fəhləliyə başlamış, il yarımdan sonra isə Moskva Dəri Ayaqqabı Texnikumunda oxumağa göndərilmiş, buranı 1937-ci ildə əla qiymətlərlə bitirmişdir. Bakıya qayıtdıqdan sonra yenidən 3 nömrəli gön-dəri zavodunda çalışmış, zavodun baş texnoloqu olmuşdur. Sonralar isə Bakıda 2 nömrəli gön-dəri zavodunun baş mühəndisi və 2 nömrəli ayaqqabı fabrikinin direktoru olmuşdur. 1941-ci ildə Azərbaycanın rəhbər təsərrüfat işlərinə irəli çəkilən Nadir Axundov Azərbaycan SSR xalq yüngül sənaye komissarının müavini vəzifəsində çalışmışdır.
Nadir Azməmmədov
Nadir Mirzə oğlu Əzməmmədov (3 fevral 1953, Şamaxı rayonu) — "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı, ikinci rejissor, aktyor, rejissor assistenti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Kinematoqrafçılar İttifaqları Konfederasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == Nadir Əzməmmədov 3 fevral 1953-cü ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olub. İncəsənət İnstitutuna qəbul olmamışdan öncə "Azərbaycanfilm" kinostudiyasının nəzdində Adil İsgəndərovun kursunda təhsil alıb. Bundan sonra (1972–1976-cı illərdə) Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb və 1977–1978-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra kinostudiyaya gəlib və burada "Od içində" (1978) filmində rejissor köməkçisi kimi çalışıb. Bu aktyorun kinoda ilk işi olub. Rejissor assistenti və ikinci rejissor kimi çalışdı filmlərdə ikinci dərəcəli rollarda da oynayıb. "Şeytan göz qabağında" filmində "KAMAZ" sürücüsü, "Qara Volqa" filmində müstəntiq obrazlarını canlandırıb. 1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirdikdən sonra ikinci rejissor kimi fəaliyyətini davam etdirib. Ancaq quruluşçu rejissor olmağa vaxt olmayıb.
Nadir Balakişiyev
Nadir Balakişiyev — Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi (1962-1971). == Həyatı == Balakişiyev Nadir Ağadayı oğlu 1930-cu il fevralın 2-də Bakı şəhərində anadan olmuşdur. Məktəbi fərqlənmə ilə bitirib Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur. Birinci kursun axırlarında atasını itirən 19 yaşlı Nadir Balakişiyev ailəsinin bütün məsuliyyətini öz çiyinlərinə götürür və beləliklə o, hələ tələbəlik illərində əmək fəaliyyətinə başlayaraq mühəndis-energetik vəzifəsinə işə düzəlir. 1953-cü ildə institutu bitirən Nadir Balakişiyevə Dövlət Nəzarəti Nazirliyində işləmək məsləhət görülür. 1961-ci ilin yanvarında Azərbaycan KP MK-nın təşkilat işi şöbəsində məsul təşkilatçı vəzifəsinə təyin edilir. 1962-ci ildən Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1971-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici turizm idarəsinin rəisi vəzifələrində çalşıb. 1978-1990-cı illərdə ixtisası üzrə, 1991-1997-ci illərdə isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru işləyib. İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1964-cü ildə isə Azərbaycan KP MK üzvü seçilib. 1966-cı ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Sov.İKP XXIII qurultayının işində iştirak edib.
Nadir Batmanqılınc
Nadir Əbülqasım oğlu Batmanqılınc(1902–1991) — Azərbaycan əsilli İran generalı == Həyatı == Nadir Əbülqasım oğlu Batmanqılınc 1902-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Tehranda hərbi məktəb bitirmişdi. Sonra İsveçdə oxumuşdu. İrana dönəndən sonra orduda xidmət etmişdi. Ərdəbildə yerləşən hərbi hissənin rəisi olmuşdu. Orduya idman və bədən tərbiyəsini tətbiq etmişdi. Nadir Batmanqılınc 1941-ci ildə İranın bir hissəsini zəbt edən Böyük Britaniya ordusu tərəfindən tutulmuşdu. O zaman polkovnik rütbəsində idi. 1945-ci ildə dustaqlıqdan azad olunmuşdu. Nadir Batmanqılınc sonra yenidən orduda xidmət etmişdi.
Nadir Bayramlı
Nadir Bayramlı (Bayramlı Nadir Qaçay oğlu; d. 1962, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan müğənnisi. == Həyatı == Nadir Bayramlı 1962-ci ildə 26 dekabr tarixində Azərbaycan respublikası, Füzuli rayonunun Qaraxanbəyli kəndində musiqiçi ailəsində anadan olmuşdur. Uşaqlıq yaşlarından musiqiyə olan həvəsi onu bu sənəti seçməyə istiqamətləndirdi. Artıq on iki, on üç yaşlarında özfəaliyyət səviyyısində bir sıra tədbirlərdə çıxış etmişdir. 1978-ci ildə artıq 16 yaşında ikən Nadir bəy Füzuli şəhərinə köçmüş və uzun müddət burada yaşamışdır. Füzulidə yaşadığı müddətdə bir sıra tanınmış sənət adamları ilə - xanəndələrlə tanış olaraq sənətin sirrlərini onlardan öyrənmişdir. 1981-ci ildə 19 yaşında hərbi xidmətə yola düşmüş 21 yaşında hərbi xidməti bitirib 1984 cü ildə Üzeyir Hacıbəyov adına Ağdam şəhər musiqi texmikumunun solo oxuma-xanəndəlik sinfinə qəbul olmuşdur. 1988 - ci ildə təhsilini bitirdikdən sonra, Füzuli şəhər musiqi məktəbində muğam muəllimi kimi fəaliyyətə başlamışdır. 1990-ci ildə Bakı şəhərindən bir sıra görkəli xanəndələr və musiqiçilər tərəfindən dəvət alaraq Bakıya köçmüş və bundan sonrakı, sənət fəaliyyətini Bakı şəhərində davam etdirmişdir.
Nadir Bədəlov
Nadir Bədəlov (4 avqust 1956, Buzovna) — Ssenari müəllifi. Kino redaktoru. Aparıcı. == Həyatı == Nadir Bədəlov "Salnamə" kinostudiyasının redaktoru, sənətşünas, ssenaristdir.
Nadir Bəhrəmov
Nadir Bəhrəmov (tam adı:Bəhrəmov Nadir Rəhim oğlu) — tarixçi, tarix elmləri doktoru, professor == Həyatı və təhsili == Bəhrəmov Nadir Rəhim oğlu 15 mart 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1947-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, ikinci kursdan M. V. Lomonosov adına MDU-ya köçürülmüşdür. 1952-ci ildə həmin universiteti, 1953-cü ildə isə Moskvada ictimai elmlər üzrə müəllimlər hazırlayan kursları bitirmişdir. === Vəfatı === 14 iyul 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Azərbaycan Sənaye İnsititutunda (indiki Neft Akademiyası) müəllim, baş müəllim, dosent və xarici tələbələrlə iş üzrə dekan müavini olmuşdur. 1965-ci ildən Azərbaycan Texniki Universitetinin (keçmiş Politexnik İnstitutu) fəlsəfə və politologiya kaferasında çalışmışdır. === Elmi və tədqiqat fəaliyyəti === Azərbaycan neft sənayesinin tarixinə və inkişaf perspektivlərinə, texniki tərəqqiyə, Azərbaycan alim və mütəxəssislərinin keçmiş SSRİ-nin müxtəlif bölgələrində neftin kəşf edilməsində xidmətlərinə dair tədqiqatların, o cümlədən 6 kitab və elmi metodik əsərin müəllifidir.
Nadir Dövlət
Nadir Dövlət (türk. Nadir Devlet, tatarca: Надир Дәүләт) — tatar əsilli Türkiyə alimi, tarixçi, jurnalist, tarix elmləri doktoru, professor, Tatarıstan Elmlər Akademiyasının yabançı üzvü == Həyatı == Nadir İbrahim oğlu Dövlət Kildi 15 iyul 1944-cü ildə bolşevik diktaturasından Mançuriyaya qaçan tatar kökənli İbrahim və Ruqiyyə Dövlət-Kildi ailəsində anadan olmuşdur. Valideynləri Ayaz İshaki tərəfindən yayınlanan tatarca "Milli Bayrak" qəzetinin yaradılmasında iştirak etmişlər. Sovet qoşunları 1945-ci ildə Mançuriyaya girdikdən sonra Çinə sığınan bir çox tatar ailəsi həbs olunmuşdur. İbrahim və Ruqiyyə Dövlət-Kildiyevlər casusluqda günahlandırılmış və hər ikisi on il müddətinə həbs cəzasına məhkum edilmiş, müxtəlif QULAQ düşərgələrinə göndərilmişdir. QULAQ-a gedən yolda Nadir Dövlətin bacısı Fəridə dünyaya gəlmişdir. Bir yaş yarımlıq Nadir babasının himayəsində qalmış, lakin bir neçə ay sonra babası ölmüşdür. Nadir Mançuriyada qalmağı bacaran tatar ailəsi Axtyam və Gainijamal İlyasov tərəfindən himayəyə götürülmüşdür. Çində kommunist rejim qurulduqdan sonra bu ölkəyə sığınan minlərlə tatar yeni bir yaşayış yeri axtarmağa məcbur olmuş, kimi Yaponiyaya, kimi Avstraliyaya və ABŞ-a köçmüşdür. İlyasovlar ailəsi isə Türkiyəyə mühacirət etmişdir.
Nadir Eynullayev
Nadir Müzəffər oğlu Eynullayev (20 sentyabr 1942, Bakı – 1993, Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. == Karyerası == === Klub === Nadir Eynullayev 20 sentyabr 1942-ci ildə Bakı şəhərində 6 uşaqlı ailədə anadan olub. Futbolçu karyerasını 1961-ci ildə "Neftyanik"də başlayıb. 1966 mövsümündə "Neftyanik"in heyətində A qrupunda bürünc medal qazanıb. 1967-ci ili "Şaxtyor Qarağandı"da, 1968-ci ili isə "Dinamo Kirovabad"da keçirib. Peşəkar karyerasını 1972-ci ildə "Neftçi"də başa vurub. === Milli === Nadir Eynullayev 9 iyun 1965-ci ildə Bakıda gənclərdən ibarət Polşa yığmasına qarşı keçirilmiş yoldaşlıq oyununda gənclərdən ibarət SSRİ yığmasının heyətində debüt edib. O, görüşün ikinci hissənin əvvəlində Viktor Zabrodinin əvəzinə meydançaya daxil olub. Oyun SSRİ yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. == Şəxsi həyatı == Nadir Eynullayev futbolçu Kamil Eynullayevin qardaşı, şahmatçı Tatyana Zatulovskayanın isə bibisi oğludur.
Nadir Hüseynbəyov
Nadir Fərəc bəy oğlu Hüseynbəyov (20 iyun 1929, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin birinci müavini — Azərbaycan SSR naziri (1986–1989), Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini (1969–1985), Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mühəndisi (1982). == Həyatı == Nadir Fərəc bəy oğlu Hüseynbəyov 1929-cu il iyunun 20-də Bakıda neftçi ailəsində anadan olmuşdur. 1949-cu ildə Bakı Kənd Təsərrüfatı Texnikumunun Yerquruluşu şöbəsini fərqlənmə diplomu ilə bitirdiyinə görə respublika hökuməti tərəfindən təhsilini davam etdirməsi üçün Moskvaya göndərilmiş və 1955-ci ildə Yerquruluşu Mühəndisləri İnstitutunu bitirərək Bakıya qatırmışdır. Elə həmin ildə Bərdə rayonunda yerquruluşu mühəndisi vəzifəsində işə başlamış, 1956-cı ildə Kənd Təsərrüfatı Nazirliyinin Yerquruluşu İdarəsində mühəndis, böyük mühəndis və baş mühəndis işləmiş, 1964-cü ildə həmin idarənin rəisi təyin olunmuşdur. Nadir Hüseynbəyov 1968-ci ildən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri, 1969–1985-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini olmuş, 1976–1977-ci illərdə nazir vəzifəsini müvəqqəti icra etmişdir. 1985–1986-cı illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1986-cı ildən isə paralel şəkildə Aqrar-Sənaye Komitəsi sədrinin birinci müavini və Azərbaycan SSR naziri vəzifələrində çalışmış, 1989-cu ildə komitədə aparılan struktur dəyişikliklərindən sonra Baş Bitkiçilik İdarəsinə rəis təyin olunmuşdur. Nadir Hüseynbəyov 1992-ci ildə təqaüdə çıxdıqdan sonra Kosmos Agentliyinin Ekologiya Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətini davam etdirmiş, 1994-cü ildən Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutunda şöbə rəisi, baş direktorun birinci müavini işləmişdir. 1996-cı ildə Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində torpaq qeydiyyatı, yerquruluşu və kadastr üzrə baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Aqrar sahədəki nailiyyətlərinə görə Nadir Hüseynbəyov iki "Qırmızı əmək bayrağı" ordeni və "Xalqlar dostluğu" ordeni ilə təltif edilmiş, çoxsaylı dövlət medallarına, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 4 qızıl, 5 gümüş, 8 bürünc medalına və iki diplomuna layiq görülmüşdür. 3 dekabr 1982-ci ildə ona "Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mühəndisi" fəxri adı verilmişdir.
Nadir Hüseynov
Nadir Sabir oğlu Hüseynov (d. 11 sentyabr 1960, Gəncə) — Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini, diplomat. == Həyatı == 1960-cı il sentyabrın 11-də Gəncə şəhərində anadan olmuşdur. 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakultəsini bitirmişdir. 1988–1991-ci illərdə Kiyev Dövlət Universitetinin aspirantı olmuşdur. 1991-ci noyabrın 6-da Kiyev Dövlət Universiteti tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1983–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri vəzifələrində işləmişdir. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998–2010-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi olmuşdur. 2002-ci il yanvarın 12-də ona Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilmişdir. 2010-cu noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Nadir Mansurov
Nadir Məşədi Süleyman bəy oğlu Mansurov (1 (14) aprel 1916, Bakı – 19 noyabr 1972, Bakı) — tarzən, Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Konsert Birliyinin solisti == Həyatı == Nadir Məşədi Süleyman bəy oğlu Mansurov 1916-cı ilin aprel ayının 14-də Bakıda məşhur Mansurovlar ailəsində doğulmuşdur. Uşaq yaşlarından musiqiyə həvəsi olmuş və tar çalmağı atasından öyrənmişdir. Hələ gənc yaşlarından müxtəlif xalq çalğı alətləri orkestr və ansambllarının tərkibində tarzən kimi çıxış etmişdir. Nadir Mansurov 1937–38-ci illərdə Gəncədə bir çox yerli xanəndələrə müşayiət edir. Əsasən o zaman orada məşhur olan Muxtar Əsgər oğlu Qurbanovla daha tez-tez çıxış edir. O, 1940-cı ildə hərbi xidmətə çağırılır. Hətta əsgərlikdə də öz tarını əlindən buraxmır, müxtəlif tədbirlərdə zabit və əsgərlər qarşısında çıxış edir. 1941-ci ildə isə İkinci dünya müharibəsində öz əsgəri borcunu yerinə yetirmək üçün müharibəyə yollanır. Moskva ətrafındakı döyüşlərdə bərk yaralanan Nadir Mansurov bir neçə ay hərbi hospitallarda müalicə olunur. Yaraları sağaldıqdan sonra o, yenidən cəbhəyə yollanır və müharibənin sonuna qədər vuruşur.
Nadir Əbdurrəhmanov
Nadir Qəmbər oğlu Əbdürrəhmanov (5 dekabr 1925, Abdallar, Kürdüstan qəzası – 26 iyun 2008, Bakı) — rəssam, əməkdar incəsənət xadimi, xalq rəssamı, professor == Həyatı == Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olmuşdur. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirmişdir. O, 1941–1944-cü illərdə burada, 1947–1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır. Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər sənətkarlarımızla birlikdə Azərbaycanda gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak etmişdir. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs demiş, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmış, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur. 1960-cı ildə rəssam Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1964-cü ildə isə xalq rəssamı fəxri adlarını almışdır. 11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. O, 2008-ci il, iyulun 26-da vəfat edib. == Fəaliyyəti == Sənət yolunda qazandığı ilk uğurları həmin dövrdən Nadir Əbdürrəhmanovu mahir fırça ustası kimi tanıtmışdır. Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynamışdır.
Nadir Əhmədov
== Həyatı == 1940-cı ildə anadan olmuş, 1957-ci ildə Şəki şəhər 10 saylı məktəbini qurtarmışdır. 1960-cı ildə Bakı Rabitə Elektrotexnikumunu, 1965-ci ildə Odessa Elektrotexniki İnstitutunu Elektrik Rabitəsi mühəndisi ixtisası üzrə bitirmişdir. 1968–70-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1960–1985-ci illərdə Bakı telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, 12 il rəis, 1985-ci ildən 12 il Rabitə nazirinin müavini və 1997-ci ildən 7 il Rabitə naziri vəzifəsində işləmişdir. 50-dən çox şəmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalələrin müəllifidir. Dövlət və ictimai işlərdə xidmətlərinə görə "Şərəf nişanı" ordeni ilə təltif olunmuş, SSRİ Rabitə Nazirliyinin "Rabitə ustası" adına, Respublikanın "Əməkdar rabitəçisi" fəxri adına, MDB Dövlətlərinin Assambleyasında qızıl medala və xüsusi diploma layiq görülmüşdür. 1979–1987-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Qarabağ müharibəsinin veteranıdır. Abşeron rayonunun və Mingəçevir şəhərinin fəxri vətəndaşıdır. Evlidir, 3 övladı və 3 nəvəsi var.
Nadir Əliyev
Nadir Əliyev — film direktoru, direktor müavini, icraçı prodüser, inzibatçı, ikinci rejissor. == Həyatı == Nadir Əliyev 1952-ci ildə Bakıda anadan olub. 1970-ci ildən kino sahəsində fəaliyyət göstərən Əliyev, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino direktor fakültəsində təhsil alıb. Kinoya olan marağı uşaqlıq illərinə təsadüf edən direktorun izlədiyi "Uzaq sahillərdə" filmi onu bu sahəyə yönəlməyə sövq etmişdir. Uzun müddətdir "Azərbaycanfilm" kinostudiyasında çalışır. Xarici film istehsalçılarının "Qafqaz rəsmləri" (2000, rejissor Ştefan Tolts / Almaniya) filminin direktoru, "Yaz ərəfəsi" (2001, rejissor Filip Bayon / Polşa, Fransa) filminin direktoru, "Dronqo" (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialının icraçı prodüseri, "Rus tərcüməsi" (2006, rejissor Aleksandr Çernyayev) serialının direktoru, "Sovet dövrünün parkı" (2006, rejissor Yuli Qusman / Rusiya) filminin icraçı prodüseri və aktyoru, "Vəsiyyət ilə nikah" (2009, rejissor Vasili Serikov) serialının direktoru kimi çalışıb. 2005-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür. == Filmoqrafiya == 1001-ci qastrol (film, 1974) Axınla aşağı (film, 2014) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — film direktorunun müavini Arvadım mənim, uşaqlarım mənim (film, 1978) Bəyin oğurlanması (film, 1985) Bir ailəlik bağ evi (film, 1978) Bircəciyim (film, 1986) De ki, məni sevirsən! (film, 1977) Dəvətnamə (film, 1989) Dolu (film, 2012) Dronqo (serial, 2002) Günaydın, mələyim! (film, 2008) Günlərin bir günü...
Nadir Əlişov
Nadir Əlişov (azərb. Əlişov Nadir İsmayıl oğlu;‎17 iyul 1948, Şuşa, Dağlıq Qarabağ – 16 mart 2021, Kiyev) — Texnika elmləri doktoru, professor, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü. == Həyatı == Nadir İsmayıl oğlu Əlişov 17 iyul 1948-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. === Təhsili === Orta təhsilini Şuşada 2 saylı İnternat məktəbində almış, daha sonra Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. İnstitutu bitirdikdən sonra Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda aspirantura təhsili almışdır. Aspiranturada oxuduğu dövrdə Boris Yevgenyeviç Patonun (1918–2020) rəhbərliyi altında tədqiqat aparmışdır. Bundan sonra elmi-pedaqoji fəaliyyəti Ukrayna ilə bağlı olmuşdur. == Elmi fəaliyyəti == O, 1977-ci ildə "Materialların möhkəmlik xüsusiyyətlərinin öyrənilməsinə yönəlmiş avtomatlaşdırılmış sistemlərin texniki və proqram-alqoritmik dəstəyinin tədqiqi və inkişafı" mövzusunda dissertasiya müdafiə dərək texnika elmləri namizədi adını almışdır. Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə isə həmin institutda "Ağıllı sistemlər və kompüter şəbəkələrində mənbələrin sistematik qarşılıqlı nəzəriyyəsi, texnologiyaları və vasitələri" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru adını almışdır.
Nadir Əsgərov
Nadir Əsgərov (aktyor)
Nadir Əzimov
Əzimov Nadir Nəriman oğlu — Azərbaycan bəstəkarı, dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). == Həyatı == Nadir Əzimov 1963-cü il oktyabrın 31-də anadan olub. Sabiq futbolçu Nəriman Əzimovun atasıdır. == Əsərləri == Simfonik lövhə (1990) Tar və xalq çalğı alətləri orkestri üçün "Xatirə" (1991) Piano üçün variasiyalar (1993) "Qaynana əməliyyatı" /müəllif – Ə.Orucoğlu/ televiziya tamaşasına musiqi (2000) "Özəlim – gözəlim" /müəllif – N.Qədimli/ televiziya tamaşasına musiqi (2001). Nüsrət Kəsəmənli, Z.Əlişqızı, Ə.Şahin, B.Qaraca, H.Orucov, R.Sabirqızı və b. şairlərin sözlərinə mahnılar (1990 – 2001).
Nadir Əzməmmədov
Nadir Mirzə oğlu Əzməmmədov (3 fevral 1953, Şamaxı rayonu) — "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı, ikinci rejissor, aktyor, rejissor assistenti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Kinematoqrafçılar İttifaqları Konfederasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == Nadir Əzməmmədov 3 fevral 1953-cü ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olub. İncəsənət İnstitutuna qəbul olmamışdan öncə "Azərbaycanfilm" kinostudiyasının nəzdində Adil İsgəndərovun kursunda təhsil alıb. Bundan sonra (1972–1976-cı illərdə) Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb və 1977–1978-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra kinostudiyaya gəlib və burada "Od içində" (1978) filmində rejissor köməkçisi kimi çalışıb. Bu aktyorun kinoda ilk işi olub. Rejissor assistenti və ikinci rejissor kimi çalışdı filmlərdə ikinci dərəcəli rollarda da oynayıb. "Şeytan göz qabağında" filmində "KAMAZ" sürücüsü, "Qara Volqa" filmində müstəntiq obrazlarını canlandırıb. 1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirdikdən sonra ikinci rejissor kimi fəaliyyətini davam etdirib. Ancaq quruluşçu rejissor olmağa vaxt olmayıb.
Aslan Nadirov
== Siyahı ==
Asəf Nadirov
Asəf Abbasqulu oğlu Nadirov (13 mart 1929, Şərur rayonu, Naxçıvan MSSR – 14 mart 2014, Bakı) — Əməkdar elm xadimi, iqtisad elmləri doktoru (1968), professor (1970), AMEA-nın həqiqi üzvü (1989). == Həyatı == Asəf Nadirov 13 mart 1930-cu ildə Naxçıvan MR Şərur rayonunun Cəlilkənd kəndində anadan olmuşdur. Ali təhsilini 1946-1951-ci illərdə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin İqtisadi coğrafiya ixtisası üzrə almışdır. == Əmək fəaliyyəti == Asəf Nadirov əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinin aparatında məsləhətçi kimi başlamışdır. 1956-cı ildən etibarən fəaliyyətini Azərbaycan EA-da davam etdirmişdir. 1956-1958-ci illərdə Akademiyanın Coğrafiya İnstitutunun İqtisadiyyat bölməsində kiçik elmi işçi və baş elmi işçi kimi çalışmışdır. 1958-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsini icra etmişdir. 1964-1981-ci illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1980-1989-cu illərdə yenə həmin institutun nəzdindəki ixtisaslaşmış müdafiə şurasının sədr müavini, 1990-1998-ci illərdə isə sədri olmuşdur. Asəf Nadirov 1997-ci ilədək Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi olmuşdur.
Beynek Nadir Kitablar və Əlyazmalar Kitabxanası
Beynek Nadir Kitablar və Əlyazmalar Kitabxanası (ing. Beinecke Rare Book and Manuscript Library və ya qısaca: BRBL) Yel Universitetinde yerləşən və dünyanın nadir kitapları və əlyazmaları saxlanmış ən büyük kitabxanadır. Bu kitabxananın inşaası Beynek ailəsinin maddi dəstəyi vasitəsilə mümkün olmuşdur. ABŞ-lı memar Qordon Banşaft tərəfindən dizayn edilən kitabxana Yel Universitetinin “Heuit Quadrenql” bölgəsində və ya digər adı ilə Beynek Meydanında yerləşir. Altı mərtəbəli rəflərdən ibarət, kvadrat şəkilli və pəncərəsiz kitabxananın fasadı günəş işıqlarını əks etdirən şəffaf Dani mərməri ilə örtülmüşdür. Tikiliyə yer altında tikilmiş 3 mərtəbə də daxildir. Beynek Nadir Kitablar və Əlyazmalar Kitabxanasında yerləşən və İsamu Noquçi tərəfindən dizayn edilən heykəllər zamanı (piramida), günəşi (dairə) və inkişafı (kub) əks etdirir. Kitabxanada ən əhəmiyyətli yer dünyada sadəcə 48 nüsxəsi olan Quttenberq İncilinin saxlandığı zaldır. Bundan əlavə kitabxanada iş otaqları, oxu zalları, kataloq otağı, mikrofilm otağı, ofislər, kitab anbarı yerləşir. == Tarixi == XIX əsrin sonlarında Yel Universitetindəki nadir kitablar əvvəllər Qədim Kitabxana kimi tanınan, indiki Dvayt Zalı rəflərində qorunurdu.
Bir rəssamın portreti - Mir Nadir (film, 2021)
"Bir rəssamın portreti" sənədli filmi Azərbaycanın Xalq Rəssamı, unudulmaz Mir Nadir Zeynalovun xatirəsinə həsr olunmuşdur. == Məzmun == Bakı Abadlıq Xidmətinin maliyyə dəstəyi ilə istehsal olunmuş filmin çəkilişləri rəssamın ölümündən bir neçə ay əvvəl lentə alınıb.Film Mir Nadir Zeynalov haqqında çəkilmiş yeganə filmdir və mərhum sənətkar filmin ilkin versiyasını görə bildi.Filmdə rəssamın həyatının bir günü təsvir olunur. Ekranda göstərilən fotoları belə qəhrəman özü seçib. Tamaşaçı onun emalatxanasına daxil olur, iş prosesini müşahidə edir və onun xatirələrini, habelə həyat və sənət haqqındakı fikirlərini eşidir. O, uşaqlığından, gəncliyindən, məhəbbətindən, sənət dostlarından – Qorxmaz Əfəndiyev və Cavad Mircavadovdan danışır, gənclik arzusunun yerinə yetməsindən – Şimal Qütbünə səyahətindən söhbət açır, yaradıcılığında xüsusi yer tutan Qala kəndinin küçələri ilə gəzir. == Həmçinin bax == “Bir rəssamın portreti” - Mirnadir Zeynalovun xatirəsinə həsr olunan filminin təqdimatı [1] "Bir rəssamın portreti" [2] “Bir rəssamın portreti” sənədli filminin premyerası keçiriləcək [3] "Портрет художника" – фильм, снятый за несколько месяцев до кончины Мир Надира Зейналова [4] Yarat.
Bəni Nadir qəzvəsi
Bəni Nadir və ya Bəni Nəzir qəzvəsi (غزوة بني النضير) - Məhəmmədin Mədinə yəhudilərinə qarşı etdiyi qəzvələrdən birinin adıdır. Bu qəzvə Məhəmmədin Mədinə yəhudiləri ilə etdiyi ikinci müharibədir ki, hicrətin dördüncü ili Ribiüləvvəl ayında başvermişdir. Bəni Nəzirlə birlikdə Mədinədə yaşayan digər iki yəhudi qəbilələri- Bəni Qeynuqa və Bəni qureyzə- də Məhəmməd ilə müttəfiq olmalarəna baxmayarqaq hər üçü xəyanət etdilər. Bu Müharibə Müsəlmanları qələbəsi və Bəni Nadir qəbiləsinin Mədinədən sürgün edilməsi ilə nəticələndi. == Bəni Nadir tayfasının Mədinədəki tarixçəsi == İslamdan öncə Yəsribdə (Mədinə) məskunlaşan Bəni Nadir tayfasının mənşəyi haqqında müxtəlif rəvayətlər nəql olunur. Yəqubi, onları Cuzam qəbiləsindən olan yəhudi bir tayfa olduğunu qeyd edir və Nadir dağının ətrafında yaşadıqları üçün Bəni Nadir adı ilə tanınmışlar. Bəziləri isə onların Harun ibn İmranın nəslindən olduğunu, Musanın vəfatından sonra və Övs və Xəzrəc qəbilələrinin hicrətindən isə öncə orada məskunlaşdıqlarını qeyd ediblər. İbn Səd isə onların məskunlaşdığı yerin adının " Əl Ğərs" olduğunu qeyd edir. Bəni Nadir və Mədinədə yaşayan digər yəhudi qəbilələri çox zəngin idilər. Buna görə də, Ərəb olan Övs və Xəzrəc qəbilələri onlara qələbə çalmaq üçün Qəssani qəbiləsindən kömək aldılar.
Bəni Nadirin mühasirəsi
Bəni Nadir və ya Bəni Nəzir qəzvəsi (غزوة بني النضير) - Məhəmmədin Mədinə yəhudilərinə qarşı etdiyi qəzvələrdən birinin adıdır. Bu qəzvə Məhəmmədin Mədinə yəhudiləri ilə etdiyi ikinci müharibədir ki, hicrətin dördüncü ili Ribiüləvvəl ayında başvermişdir. Bəni Nəzirlə birlikdə Mədinədə yaşayan digər iki yəhudi qəbilələri- Bəni Qeynuqa və Bəni qureyzə- də Məhəmməd ilə müttəfiq olmalarəna baxmayarqaq hər üçü xəyanət etdilər. Bu Müharibə Müsəlmanları qələbəsi və Bəni Nadir qəbiləsinin Mədinədən sürgün edilməsi ilə nəticələndi. == Bəni Nadir tayfasının Mədinədəki tarixçəsi == İslamdan öncə Yəsribdə (Mədinə) məskunlaşan Bəni Nadir tayfasının mənşəyi haqqında müxtəlif rəvayətlər nəql olunur. Yəqubi, onları Cuzam qəbiləsindən olan yəhudi bir tayfa olduğunu qeyd edir və Nadir dağının ətrafında yaşadıqları üçün Bəni Nadir adı ilə tanınmışlar. Bəziləri isə onların Harun ibn İmranın nəslindən olduğunu, Musanın vəfatından sonra və Övs və Xəzrəc qəbilələrinin hicrətindən isə öncə orada məskunlaşdıqlarını qeyd ediblər. İbn Səd isə onların məskunlaşdığı yerin adının " Əl Ğərs" olduğunu qeyd edir. Bəni Nadir və Mədinədə yaşayan digər yəhudi qəbilələri çox zəngin idilər. Buna görə də, Ərəb olan Övs və Xəzrəc qəbilələri onlara qələbə çalmaq üçün Qəssani qəbiləsindən kömək aldılar.
Cavid Nadir oğlu Şahverdiyev
Elçin Nadirov
Elçin Nadir oğlu Nadirov (5 dekabr 1987, Qoxmuq, Şəki rayonu – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Nadirov 1987-ci il dekabrın 5-də Şəki rayonunun Qoxmuq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elçin Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Nadirov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fade to Black (Nadir Rüstəmli mahnısı)
Fade to Black (azərb. Soluruq‎) – Azərbaycanı 2022 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Nadir Rüstəmlinin müsabiqədə ifa etdiyi mahnı. Mahnının sözləri və musiqisi Andreas Stone, Anderz Wrethov, Sebastian Schub, Thomas Stengaard-ə aiddir. Nadir Rüstəmli 2022-ci ildə "Səs Azərbaycan" mahnı müsabiqəsinin qalibi olmuşdur.
Fədail Nadirov
Fədail Fərhad oğlu Nadirov (23 iyul 1999; Qobustan rayonu, Azərbaycan — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fədail Nadirov 1999-cu il iyulun 23-də Qobustan rayonunun Bədəlli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Fədail Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fədail Nadirov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qobustan rayonunun Bədəlli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) == İrsi == Fədail Nadirovun müharibədən bir neçə gün əvvəl təlimlər üçün hərbi hissəyə yollanan zaman avtomobili yolda saxlatdırıb, rəqs eləməsi sosial medialarda trendə çevrildi.
Fərid Nadirov
Fərid İlyas oğlu Nadirov (21 sentyabr 2000; Hüngütlü, Göyçay, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Nadirov 2000-ci il sentyabrın 21-də Göyçay rayonunda anadan olub. İlk orta təhsilini Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbdə alıb. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı pulemyotçu kimi hərbi xidmətini yerinə yetirib. 13 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. 28 noyabr 2020-ci ildə Göyçay Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Nadirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
II Nadir şah
II Nadir şah Əfşar —(d. ? -ö. 1805) Əfşarlar İmperiyasının 5-ci və sonuncu şahənşahı (1796–1805). == Həyatı == Şahrux şahın üçüncü oğlu Nadir mirzə Məşhəd şəhərində dünyaya gəlmişdi. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Ağaməhəmməd xan Xorasana hücum edərkən əfqanların yanına qaçmışdı. Şahın ölümündən sonra Xorasana qayıdıb, ətrafına adamlar yığmağa başladı. Azərbaycanda baş verən qarışıqlıq və qardaşı Hüseynqulu xanın iğtişaşı Fətəli şahın başını qatmışdı. Nadir mirzə gücünü artırıb səltənətə yiyələnmək istədi.
II Nadir şah Qırxlı-Avşar
II Nadir şah Əfşar —(d. ? -ö. 1805) Əfşarlar İmperiyasının 5-ci və sonuncu şahənşahı (1796–1805). == Həyatı == Şahrux şahın üçüncü oğlu Nadir mirzə Məşhəd şəhərində dünyaya gəlmişdi. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Ağaməhəmməd xan Xorasana hücum edərkən əfqanların yanına qaçmışdı. Şahın ölümündən sonra Xorasana qayıdıb, ətrafına adamlar yığmağa başladı. Azərbaycanda baş verən qarışıqlıq və qardaşı Hüseynqulu xanın iğtişaşı Fətəli şahın başını qatmışdı. Nadir mirzə gücünü artırıb səltənətə yiyələnmək istədi.
II Nadir şah Əfşar
II Nadir şah Əfşar —(d. ? -ö. 1805) Əfşarlar İmperiyasının 5-ci və sonuncu şahənşahı (1796–1805). == Həyatı == Şahrux şahın üçüncü oğlu Nadir mirzə Məşhəd şəhərində dünyaya gəlmişdi. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Ağaməhəmməd xan Xorasana hücum edərkən əfqanların yanına qaçmışdı. Şahın ölümündən sonra Xorasana qayıdıb, ətrafına adamlar yığmağa başladı. Azərbaycanda baş verən qarışıqlıq və qardaşı Hüseynqulu xanın iğtişaşı Fətəli şahın başını qatmışdı. Nadir mirzə gücünü artırıb səltənətə yiyələnmək istədi.
Kənan Nadirli
Kənan İlqar oğlu Nadirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Nadirli Kənan İlqar oğlu 2000-ci il fevralın 2-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olub. == Hərbi xidməti == Kənan könüllü olaraq İkinci İkinci Qarabağ müharibəsində iştirak edib. Qəhrəmanımız Füzuli, Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 6-da Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində həlak olmuşdur.
Mehman Nadirov
Mehman Qəhrəman oğlu Nadirov (1960, Puşkin rayonu) — səs mühəndisi, səs rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2009) Evlidir, 3 övladı var. == Fəaliyyəti == 1983-cü ildən "Azərbaycanfilm" kinostudiyasında müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda Səsyazma-montaj sexlərinin rəisi və səs rejissorudur. Mehman Nadirov bir çox filmlərdə səs rejissoru kimi fəaliyyət göstərmişdir. == Ad == Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2009) == Filmoqrafiya == Səs mühəndisi kimi Yalan (film, 2005) (tammetrajlı bədii film) Səs rejissoru kimi İstanbul reysi (film, 2010) (tammetrajlı bədii film) Biz birlikdə qalib gələcəyik (film, 2011) Tərsinə çevrilən dünya (film, 2011) (tammetrajlı bədii film) İlahi məxluq (film, 2011) (tammetrajlı bədii film) Balaca ev (film, 2012) Axırıncı dayanacaq (film, 2014) (tammetrajlı bədii film) Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film) Qatil (film, 2015) (tammetrajlı bədii film) Səs operatoru kimi IX korpus (film, 2012) (qısametrajlı sənədli film) Çölçü (film, 2012) (tammetrajlı bədii film) "Ağ-qara" gecələr (film, 2013) (tammetrajlı bədii film) Digər Xeyirxah kirpi (film, 2009) (cizgi filmi) Vəsiyyət (film, 2011) (qısametrajlı bədii film) Tırtılın arzusu (film, 2010) (cizgi filmi) İstədiyin yar (film, 2012) Nizami (film, 2012) (qısametrajlı sənədli film) Balaca ev (film, 2013) (cizgi filmi) Mahmud və Məryəm (film, 2013) (tammetrajlı bədii film) Qisas almadan ölmə.
Mir Nadir Zeynalov
Mirnadir Mirəli oğlu Zeynalov (12 noyabr 1942, Bakı – 10 mart 2021, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyatı == Mirnadir Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində doğulmuşdur. 1963-cü ildə ilk peşə təhsili olan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirmişdir. Azərbaycan Rəssamlar İttifaqının və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvü olmuşdur. Rəssam 10 mart 2021-ci ildə 78 yaşında vəfat etmişdir. == Yaradıcılığı == Mirnadir Zeynalovun peşəkar boyakarlıq karyerası 1970-ci illərdən başlamışdır. O, Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən, xüsusilə, Cavad Mircavadov, Qorxmaz Əfəndiyev, Kamal Əhmədov, Ənvər Əsgərov, Nazim Rəhmanov, Fərhad Xəlilov kimi rəssamlardan təsirlənmişdir. Rəssamın əsərlərində doğulub böyüdüyü Abşeronun sərt təbiətinin, mənzərələrinin əks olunması mühüm yer tutur. Bunlardan "Tək ağac" (1974), "Köhnə kənd" (1989) əsərlərini xüsusilə fərqlənirlər. Rəssam öz karyerasının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlamışdır.
Məhəmməd Nadir Rzayev
Məhəmməd Nadir İlqar oğlu Rzayev (18 noyabr 1994, Sumqayıt – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhəmməd Nadir Rzayev 18 noyabr 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2001–2012-ci illərdə Sumqayıt şəhər 17 saylı tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Məhəmməd Nadir Rzayev 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. O, 2014-cü ildən artıq Xüsusi Təyinatlı Dəstələrin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Nadir Rzayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Məhəmməd Nadir Rzayev 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Məhəmməd Nadir şah
Məhəmməd Nadir Şah (9 aprel 1883 – 8 noyabr 1933 və ya 9 noyabr 1933, Kabil) — 1929 ilə 1933-ci illər arasında vəzifə yerinə yetirmiş olan Əfqan kralı. == Həyatı == Məhəmməd Nadir 1929-cu ildə Əfqanıstan kralı oldu və 1933-cü ildə öldürülməsinə qədər taxtda qaldı. Məhəmməd Nadir, taxtı ələ keçirmək öncə üçüncü Anqlo-Əfqan Döyüşündə (1919) əhəmiyyətli bir rol oynadı. Ondan dərhal sonra, Kral Amanullah ilə anlaşılmazlıqlar səbəbindən, Məhəmməd Nadir, Fransada sürgündə yaşamaq üçün Əfqanıstandan ayrıldı. Həbibulla Kalakani üsyanı və Kral Amanullah (Yanvar 1929) taxtdan endirilməsindən sonra, Nadir Fransadan ayrıldı və Kalakani qarşısında döyüşə hazırlanmaq üçün Hindistana getdi. Məhəmməd Nadir, Hindistandan gələn İngilis və müxtəlif tayfa dəstəyi ilə Kalakaniyi geri itələmişdir və 1929-cu ilin oktyabr ayında Kabili ələ keçirdi. Daha sonra Kalakaniyi əsir alaraq edam etdirdi. Ancaq Kalakani yandaşlarını aldadaraq onu həbsə attırdığını söylərək ikinci bir üsyanın qarşısını aldı. Kral olduqdan sonra, Kral Amanullahı taxta geri istəyən insanlara qarşı döyüşdü . Bundan başqa Kral Amanullah göstərilən modernizasiya planlarından bir çoxu əksyanma oldu.
Nadir şah Əfşar
Nadir şah Əfşar (fars. نادر شاه‎; Nâdir şâh) 22 oktyabr 1688 və ya 6 avqust 1698, Dərgəz, Səfəvilər – 19 iyun 1747, Qoçan, Əfşarlar imperiyası) — Əfşar imperiyasının şahı (1736–1747) və Əfşarlar sülaləsinin banisi. Tarixdə, həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona "Şərqin qılıncı", "Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" kimi ləqəblər veriblər. Napoleon Bonapartın özü isə Nadir şaha heyran qalırdı, o, Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləyir və özünü "İkinci Nadir" hesab edirdi. == Nadir xanın Səfəvi şahı olan II Təhmasibin dövründəki ictimai, siyasi və hərbi fəaliyyəti == Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıq ilə məşğul olan bir ailədə dünyaya gəlmişdir. Tarixçilər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqanların işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu.
Nadir şah Əfşar: diplomatik yazışmalar (kitab)
Nadir şah Əfşar: diplomatik yazışmalar — AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında Nadir şah Əfşarın diplomatik irsinin toplandığı kitab. == Haqqında == 2015-ci ildə AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında hazırlanmış kitab. Kitabda Azərbaycanın və Yaxın Şərqin siyasi tarixində iz buraxmış, Qərb tarixçilərinin "Şərqin Napoleonu" adlandırdıqları Nadir şah Əfşarın diplomatik irsi toplanmışdır. Kitabın elmi redaktoru Akademik Ramiz Mehdiyev, redaktoru Paşa Kərimov, fars dilindən tərcümə edib, nəşrə hazırlayan, qeydlərin müəllifi Rauf Şeyxzamanlı və şərhlər və tarixi məlumatların müəllifi isə Eldar Əmirov və Taleh Hacıyevdir. Burada Nadir şahın Hindistanın fəth edilməsindən sonra Rum padşahı Sultan Mahmud xana, Hindistan şahı Məhəmmədə, Molla Məhəmməd Zəkiyə, Məşhədin mütəvəllisi Mirzə Məhəmməd Rzaya və Qəndəharın fəth olunması münasibətilə qardaşı İbrahim xana yazdığı məktublar toplanıb.
Nadir şah Əfşarın Herat səfəri
Nadir xan Əfşarın Herat səfəri - 1730-cu ilin avqust ayəndan başlayan və Herat üzərində Səfəvi hakimiyyətinin yenidən bərqərar olması ilə nəticələnən səfər == Zülfüqar xanın üsyanı == Nadir öz qoşunları ilə İraqda (bugünkü İranın cənub-qərbi nəzərdə tutulur) və Azərbaycanda Osmanlı qüvvələrinə qarşı ağır döyüşlər apararkən vaxtilə ondan ağır zərbə almış əbdali əfqanları Şah Təhmasib hakimiyyətinə itaət etməkdən boyun qaçırdılar. Mərkəzi hakimiyyətə qarşı istiqamətlənmiş bu qiyamın təhrikçiləri əslində gilzayi əfqanları idilər. Qəndahar hakimi Sultan Hüseyn Nadirə qarşı tək silah qaldırmağın mümkünsüz olduğunu başa düşərək ilk əvvəl Herat hakimi Allahyar xanı öz tərəfinə çəkməyə çalışdı. Lakin Allahyar xandan rədd cavabı aldıqdan sonra Sultan Hüseyn öz adamlarına Herat əhalisi arasında Nadir xana qarşı təbliğat aparmağı tapşırdı. Çünki, Herat camaatı da Allahyar xanın Nadirə qarşı sədaqətindən razı deyildi. Bu narazı əbdali əyanları toplanaraq Fərəh hakimi Zülfüqar xanı Herat hakimliyini öz əlinə almağa çağırdılar. “Aləm Ara-ye Naderi”nin verdiyi məlumata görə, Allahyar xanla Zülfüqar xanın atası arasında olan ixtilaflar da Zülfüqar xan tərəfdarlarının ona qarşı sərt mövqe tutmasına səbəb oldu. Bir tərəfdən Sultan Hüseynin fitnələri, digər tərəfdən də Zülfüqar xan tərəfdarlarının Allahyar xana qarşı sərt mövqeyi birləşərək Allahyar xanın Herat hakimliyindən devrilməsi ilə nəticələndi. Allahyar xan müqavimət göstərməyə çalışsa da bir nəticə hasil olmadı və o, Heratı tərk etmək məcburiyyətində qaldı. Ailəsini və uşaqlarını Maruçaq qalasına gətirib sonra oranın hakimi Mövcudqulu xanla birlikdə Məşhədə, Nadirin Xorasan hakimi təyin etdiyi İbrahim xanın yanına gəldi.
Nadir şah Əfşarın Hindistanı ələ keçirməsi
Nadir şah Əfşarın Hindistanı ələ keçirməsi — Səfəvi sülaləsinin devirərək öz sülaləsini hakimiyyətə gətirən Nadir şah Əfşar bir neçə il sonra müasir Hindistan ərazisində yerləşən Böyük Moğol imperiyası üzərinə yürüşə çıxdı. Müasir Hindistanın şimalını, Pakistanı ələ keçirən Nadir şah 1739-cu ilin martında Karnal döyüşündə qələbə qazanaraq Dehliyə daxil oldu. Beləliklə də, bütün döyüşlərdə qələbə qazanan Nadir moğolların paytaxtı olan şəhərə daxil olmuş oldu. Nadir şahın şərqdə bu parlaq qələbəsindən sonra geri dönüb, qərbdəki əsas rəqib olan Osmanlı imperiyası ilə müharibəyə başlamaq üçün şəraitin yarandığı demək idi. Həmçinin Nadir şahı qərbə yürüş zamanı Şimali Qafqaza və Mərkəzi Asiya yürüşlərinin həyata keçirilməsi də gözləməkdə idi. == Başlanğıc == Səfəvi imperiyası şahının vəziri kimi fəaliyyət göstərən Nadir ölkədən əfqanları, rusları, osmanlıları qovmağı bacarmışdı. 1738-ci ildə Nadir şah bir zamanlar Səfəvi imperiyasının paytaxtı İsfahanı ələ keçirən Hotakilərin son istehkamı olan Qəndəharı da ələ keçirdi. Bu yürüş ardınca o, ordularını Hindiquş dağları vasitəsiylə Şimali Hindistana saldı. Bu torpaqlar o zaman moğollların hakimiyyəti altında idi. Moğol imperiyası I Övrəngzibin ölümündən sonra imperiyadakı daxili çəkişmələr nəticəsində zəifləmişdi.
Nadir şah Əfşarın Səmərqəndi ələ keçirməsi
Nadir şah Əfşarın Səmərqəndi ələ keçirməsi — Nadir şahın Mərkəzi Asiya yürüşü zamanı bölgənin siyasi və iqtisadi mərkəzlərindən biri olan Səmərqəndi ələ keçirməsi nəzərdə tutulur. == Arxa plan == Səmərqəndin ələ keçirilməsinə səbəb olacaq yürüşün əsasları 1730-cu illərdə meydana çıxmışdı. Bu zaman Nadir Hindistan yürüşündə idi və onun varisi şahzadə Rzaqulu Mirzə Mərkəzi Asiyanın dövlətləri üzərində bir neçə parlaq qələbə qazanmağı bacarmışdı. Rzaqulunun Xivəni ələ keçirməsi Xivə hökmdarı İlbars xanın qəzəbinə səbəb oldu və o, əks-hücuma keçəcəyi ilə bağlı hədələr verməyə başladı. Nadir özü uzaqda olduğuna görə oğluna hərbi əməliyyatları sonlandırmağı əmr etdi. Onun planı geri döndükdən sonra daha parlaq əməliyyatları öz komandanlığı altında həyata keçirmək istəyirdi. Xivənin ilhaq edilməsindən sonra İlbars edam edildi və onun yerinə Əbülfəz xan gətirildi. Nadir onun daha sadiq olacağını düşünürdü. Bu yürüşün nəticəsində Səfəvilər də daxil olmaqla, regionda mövcud olmuş dövlətlərdən demək olar ki, heç birisinin Mərkəzi Asiya üzərində qazanmağa nail ola bilmədiyi qələbə qazanıldı. === Mərkəzi Asiyaya yürüşün başlanması === Nadir şah Türküstanı ələ keçirməyi arzulayırdı.
Nadir şah Əfşarın Xorasan səfəri
Nadir şah Əfşarın Xorasan səfəri — Nadir şahın II Təhmasib tabeliyində apardığı ilk böyük hərbi kampaniya == Nadirin II Təhmasib tabeliyində ilk fəaliyyətləri == 1726-cı il sentyabr ayında Təhmasibə bağlı qüvvələri də öz ətrafında birləşdirən Nadir ilk növbədə ölkənin şərq sərhədlərini bərpa etmək üçün səfərbərliyə başladı. Bu siyasət eyni zamanda həm Məlik Mahmudu və Əbdadiləri həm də Gilzayları hədəf almışdı. Lakin ilk hücum hədəfi olaraq Məlik Mahmud seçildi. Bunun əsas səbəbi Məşhəd kimi şiiələr üçün müqəddəs sayılan bir mərkəzin bu güruhun əlinə keçməsi eləcə də Məlik Mahmudun ən zəif düşmənlərdən biri olması idi. Məlik Mahmud da Xorasanda ikitərəfli təzyiqin gücləndiyini hiss edirdi. Şərq tərəfdə Nadir günü-gündən güclənir, bölgədəki tayfa və oymaqları öz nəzarəti altına alır və Məşhəd üzərinə hücuma hazırlaşırdı. O biri istiqamətdən isə Səfəvi xanədanının varisi olan Təhmasib Məşhədin qərbində, Mazandaran və Astrabad ətrafında qüvvə toplamaqda idi. Təhmasibin gücləndikdən sonra Məşhəd üzərinə hücum təşkil edəcəyi də gizli deyildi. Mirzə Mehdi xan Astrabadiyə görə, Məlik Mahmud onun ətrafında mürəkkəbləşən vəziyyəti öz xeyrinə dəyişmək üçün Təhmasibin üzərinə qoşun çəkməyi qərarlaşdırdı. Bu məqsədlə qoşunu ilə Cəvin və Esfəreyn istiqamətində hərəkətə başladı ki, orada Təhmasibin qoşununa zərbə vurub onun tərəfindən ehtimal edilən təhlükəni aradan qaldırsın.

Digər lüğətlərdə