QA

təql. Qarğanın çıxardığı səs.
Böylə sözdən fərəhlənib qarğa; Ağzını açdı, ta ki etsin qa! M.Ə.Sabir.

Q
QAAN
OBASTAN VİKİ
.qa
.qa — Qətərin internet kodu. IANA .qa whois information Qatar Internet Domain Names Qatar Domains Registry To Register — .qa, .name.qa, .com.qa, .net.qa and .قطر Arxivləşdirilib 2016-04-02 at the Wayback Machine For the IDN version of the website.
Mun Qa-yon
Moon Ga-young (kor. 문가영; 10 iyul 1996, Karlsrue, Baden-Vürtemberq) Alman əsilli Cənubi Koreyalı aktrisadır. O, daha çox "Heartstrings (2011)", "EXO Next Door (2015)", "Tempted (2018)", "Welcome to Waikiki 2 (2019)", "Find Me in your Memory (2020)", "True Beauty (2020-21)" və " Link: Eat, Love, Kill (2022)" seriallarındakı rolları ilə tanınıb. Mun Qa-yon Almaniyanın Karlsrue şəhərində dünyaya gəlib. Valideynləri Cənubi Koreyalıdır. Onun 10 yaşı olanda ailəsi Cənubi Koreyaya köçüb. Mun aktyorluq karyerasına 2006-cı ildə uşaq aktrisa kimi başlayıb, həm filmdə, həm də televiziyada çəkilib. 2014-cü ildə yeniyetmə Qa-yon Mnet kabel kanalında yayımlanan dörd epizodlu sirr/romantik dram olan "Mimi"də baş qəhrəman kimi ilk rolunu oynadı. 2015-ci ilin aprelində Qa-yon, Naver TV Cast-də yayımlanan "EXO Next Door" adlı internet dramında qadın qəhrəmanı canlandırdı. Daha sonra " Don't Dare to Dream " və " Live Up to Your Name" seriallarında ikinci plan rollarını oynadı.
Sefer qa-Bagir
"Sefer qa-Bagir" (ibranicə "Aydınlıq Kitabı") — ən qədim və mühüm kabbalist kitablardan sayılır. Əsər 1176-cı ildə işıq üzü görmüşdür. Mühafizəkar kabbalistlərə görə, "Sefer qa-Bagir" eramızın I əsrində Rabbi Nehuniya ben Hakana tərəfindən yazılmışdır. Kitabda Tanrının müxtəlif adlarından bəhs olunmuş, Talmudda verilən və on iki hərfdən ibarət olan Yaradıcının adı şərh edilmişdir. Tanrının bu adı erkən Talmud qaynaqlarında da qeyd edilmişdir.
A-ba-ba-qa-la-ma-qa
A-ba-ba-qa-la-ma-qa (uk. А-ба-ба-га-ла-ма-га) nəşriyyat evi İvan Malkoviç tərəfindən 1992-ci ildə yaradılmışdır. Ukraynada uşaqlar üçün kitab nəşr edən ilk müstəqil nəşriyyat evi olmuşdur. 2008-ci ildə daha geniş oxucu kütləsi üçün kitab dərc etdirməyə başlamışdır. Ivan Malkoviç nəşriyyat evinin direktoru olub, təsisçi, əsas redaktor, hər bir kitabın əl yazmasının son çap prosesinə çıxarılmasına özü nəzarət edir. Nəşriyyat evinin adı İvan Frankonun "Gritseva məktəb təhsili" (uk.Грицева шкільна наука) hekayəsinə əsaslanır. A-ba-ba-qa-la-ma-qa nəşriyyat evi, 1992-ci ilin iyulunda, ilk dəfə "Ukrayna əlifbası" nı təqdim etdi. İvan Malkoviçin dediyi kimi: "Əvvəldən nəşriyyat evi düşünmürdüm, ancaq hər zaman fikrimdə "Aнгел" (Mələk) sözü ilə başlayan bir əlifba kitabı dərc etmək var idi. Mən bu kitabın Avtobus və ya Akula ilə deyil məhz Aнгел sözü ilə başlayaraq əlifbanın ilk hərfi A hərfini təsvir etmək istəmişəm. Belə ki, bu Sovet dövründə qeyri mümkün idi." A New York nəşriyyat evi, Alfred A. Knopf, 1995-ci ildə, A-ba-ba-qa-la-ma-qa'nın "The Kitten and the Rooster"(Pişik və Xoruz) uşaq kitabının nəşr haqqlarını satın aldı.
Cəfərin qayıdışı (cizgi filmi, 1994)
Cəfərin qayıdışı (ing. The Return Of Jafar) - 1994-cü ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. Filmin ssenaristləri Ted Stons, Mark MakKorkl və Bob Şulidir. Ələddin seriyasının davamında macəra davam edir. Ələddin ve Jasmin her şeyden xəbərsiz Sultanın sarayında həyatlarını yaşadaraq davam etdirirlər. Cizgi filminin ilk hissəsində olan personaj Yaqo artıq Ələddinin yanında olur. Amma bu müddətdə qəddar Vəzir Cəfər sehirli çıraqdan qaçmağı bacarır. Bunun üçün Abis Malın köməyindən istifadə edir. Cəfər Ələddindən qisasını almaq üçün müxtəlif planlar hazırlayır. Bu məqsədlə planına Yaqonu da cəlb edir.
Cəfərli (Qazax)
Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Cəfərli kəndi Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Cəfərli oyk, sadə. Ağsu r-nunun Kəndoba i.ə.v.-də kənd. Şirvan düzündədir; Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir.
Cəfərqulu xan Qaraçorlu
Cəfərqulu xan Rza xan oğlu Qaraçorlu (1800-?) — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman. Cəfərqulu xan Rza xan oğlu 1800-cü ildə Qaradağ vilayətinin Məvazixan mahalında anadan olmuşdu. Atasından sonra Qaraçorlu elinin hakimi olmuşdu. Qacarlar ordusunun sərkərdəsi idi. Əmir Tuman (general-mayor) rütbəsi daşıyırdı. İran-Əfqan müharibəsində iştirak etmişdi. Cəfərqulu xan Qaraçorlu Herat savaşında yaralanmışdı. Lakin o yarasına fikir verməyib sonadək qəhrəmanlıqla vuruşdu. Məhəmməd şah Qacar bu igidə altın və at bağışladı. Bu ünlü Qaraçorlu əmiri qacarların siyasi həyatında mühüm rol oynamışdı.
Cəfərqulu xan Qovanlı-Qacar
Cəfərqulu xan Məhəmmədhəsən xan оğlu Qovanlı-Qacar (?-?)—Qacarlar dövlətinin qurucularından, Ağaməhəmməd şah Qacarın qardaşı. Məhəmmədhəsən xanın bеşinci оğlu Cəfərqulu xan (anası Məhəmməd xan İzzəddinli-Qacarın qızı idi) Astrabad yörəsində dоğulmuşdu. Qardaşı Ağaməhəmməd xana xidmət еtmişdi. Xəmsə hakimi Zülfüqar xan Əmirli-Avşarı məğlub еtmişdi. Lahicanın valisi idi. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.
Cəhənnəm qapıları
Cəhənnəm qapıları (türkm. Derveze) — Türkmənistanda yerləşən qaz krateridir. Ərbənt aulundan 90 km məsafədə yerləşir. Kraterin diametri 60 metr, dərinliyi təxminən 20 metrdir. 1971-ci ildə sovet geoloqları Türkmənistanın Darvaza kəndinin yaxınlığında yeraltı qazların toplaşdığı yer aşkar etmişdilər. Qazma işləri nəticəsində qeoloqlar yeraltı boşluqla qarşılaşmışlar və nəticədə yer qatı ucaraq qaza dolu böyük çuxur əmələ gəlmişdir. Qazma qurğuları və nəqiyyat vasitələri çuxura düşmüş, buna baxmayaq insan tələfatı qeydə alınmamışdır. İnsan səhhəti üçün təhlükəli olan qazın ətrafa yayılmaması üçün, alimlər həmin qazları yandırmağı qərara alırlar. Geoloqlar hesab edirdilər ki, yanğın bir neçə günə sönəcək, lakin olnar səhv etmişdilər.1971-ci ildən indiyə qədər kratedən çıxan qazlar gecə-gündüz fasiləsiz olaraq yanmağa davam edir. 2004-cü ildə Darvaza kəndi ləğv edilmişdir.
Cəhənnəm qapıları (Roden)
Cəhənnəm qapıları (fr. La Porte de l'Enfer) – Fransız heykəltaraş Ogüst Rodenin italyan şair Dante Aligyerinin poeması "İlahi Komediya"nın ilk hissəsi olan "Cəhənnəm"dən bir səhnəni təsvir edən monumental əsərdir. Heykəlin hündürlüyü 6, eni 4, dərinliyi isə 1 metrdir. Əsərin üzərində 180 fiqur var. Fiqurların tutduğu sahə 15 santimetrdən 1 metrə qədər dəyişir. Onların bir neçəsi Roden tərəfindən qəlibləşdirilib. 1880-ci ildə Roden özünün başlıca sifarişini – məşhur “Cəhənnəm qapıları”nı yaratmaq tapşırığını aldı. Bu həlledici an idi – sifariş sübut edirdi ki, fransız rəsmi dairələri heykəltaraşlıqdakı yaradıcı cəhdlərə o qədər də düşmən deyildir. Bu özünü həmçinin rəssamlıqda da dəfələrlə göstərmişdi. Ona verilən tapşırıq Dantenin “İlahi komediyası” mövzusunda dekorativ həllin dizaynını vermək idi.
Cənubi Koreya–Qazaxıstan münasibətləri
Qazaxıstan-Cənubi Koreya əlaqələri — Qazaxıstan və Cənubi Koreya arasında iki tərəfli münasibətlər. İki tərəfli diplomatik əlaqələrin əsası 28 yanvar 1992-ci ildə qoyulmuşdur. Bu isə Qazaxıstanın müstəqilliyini elan etməsindən bir qədər sonra baş vermişdir. Bundan sonra iki tərəfli münasibətlər dinamik xətlə inkişaf edir. İki tərəfli əlaqələr əsasən siyasi, iqtisadi və təhsil sahələrini əhatə edir. Əsasəndə Qazaxıstanda yaşayan 100 minlik koreyalı bu münasibətlərin inkişafına zəmin yaradır. Cənubi koreya və Qazaxıstan arasında ilk rəsmi diplomatik münasibətlər 1992-ci ilin yanvarında qurulmuşdur. Bundan bir qədər somnra Cənubi Koreya alma-Atada öz səfirliyini aşmışdır. 1996-cı ildə isə Qazaxıstan Seulda səfirlik açır. Qazaxıstan Respublikası Prezidenti Nursultan Nazarbayev 1995 və 2003-cü illərdə rəsmi səfərlə Cənubi Koreyada olmuşdur.
Cənubi Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Cənubi Qafqaz. 1903-cü il
"Cənubi Qafqaz. 1903-cü il" — 1903-cü ildə Rusiyada tərtib edilmiş "Kaртa Kaвкaзскoгo Вoeннoгo Oкругa 1903-гo гoдa" xəritəsi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış xəritə. 1903-cü ildə Rusiyada tərtib edilmiş "Kaртa Kaвкaзскoгo Вoeннoгo Oкругa 1903-гo гoдa" xəritəsi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış xəritəsinin nəşr olunması Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli, 2188 nömrəli Sərəncamı ilə qərara alınmışdır. Həmin Sərəncamla "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin nəşri üçün Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 225 min manat vəsait ayrılmışdır Bundan sonra xəritə azərbaycan, ingilis və rus dillərində hazırlanmaqla, ümumilikdə 75 min nüsxə ilə nəşr olunmuşdur.
Cənubi Qafqaz ayısı
Cənubi Qafqaz ayısı (lat. Ursus arctos syriacus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Görünüşü Tyan-Şan ayısına oxşayır. Cənubi Qafqaz ayısı üçün kiçik ölçülər səciyəvidir. Tük örtüyü alçaq, seyrək və sərtdir. Açıq qonur, bəzən demək olar ki sarı rəngdə olur. Hal-hazırda Suriyada, Livanda, Kiçik Asiyada və Cənubi Azərbaycanda (İranda) yaşayır. Şimalda Abxaziyaya qədər, Göyçə gölü ətrafı, Qarabağda, eləcə də Talış və Xəzərin şərq tərəfində Kopetdağa qədər. Qayalı çıxışları olan yarpaqlı, qarışıq və ardıc dağ meşələrində məskunlaşırlar. Dağların meşəsiz, qayalı, daşlıq yerlərində rast gəlmək olar.
Cənubi Qafqaz boru kəməri
Bakı-Tbilisi-Ərzurum Boru Xətti — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir. 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. 2012-ci il oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Erzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb. 2015-ci il avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 2015-ci il sentyabrın 3-də kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "APA-Economics"ə bildirdiyinə əsasən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.
Cənubi Qafqaz canavargiləsi
Cənubi Qafqaz canavargiləsi (lat. Daphne transcaucasica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü. Cənubi Qafqaz, Türkiyə və İranda təbii arealı vardır. Təbii halda Naxçıvan MR Şərur (Qaraquş d.), Culfa (Nəhərcik, Göynük k.) Ordubad (Parağa k.) və Göyçay rayonlarında rast gəlinir. Azərbaycanın nadir bitkisidir. VU D2. Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Bioloji xüsusiyyətləri: Təbiətdə qısaboylu, çoxlu budaqları olan kol bitkisidir. Budaqlarının rəngi bozumtulqonur rəngdə olur.
Cənubi Qafqaz dırmanantəlxəsi
Cənubi Qafqaz dırmanantəlxəsi (lat. Zamenis hohenackeri) — Suilanıkimilər fəsiləsinə aid növ. Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bildiyi üçün NT kateqoriyasına daxil edilmişdir. Nadir, azsaylı ümumi arealı daxilində az öyrənilmiş növdür. Bədənin uzunluğu 750 mm, quyruğu bundan 4–5 dəfə qısa olan orta ölçülü ilandır. Üst tərəfdən bədən qəhvəyi-qonur, boz-qonur və ya açıq qəhvəyi rəngdə olub, bel boyu 2 sıra qəhvəyi-qonur və ya demək olar ki, qara, bəzi yerlərdə yayılan ləkələr uzanır. Bu ləkələr sırası bəzən bədənin önünə keçə bilir. Bədənin yanlarında nəzərə çarpan bir sıra tutqun ləkələr uzanır. Baş üst tərəfdən qara nöqtələrlə örtülüdür ki, bunlardan ən irisi təpə qalxancığın üzərində yerləşir. Peysər nahiyəsində 2 xarakterik tutqun ləkə var ki, bu ləkələr çəngəl şəklində birləşərək, ensiz tərəfləri irəli yönəlmiş olur.
Cənubi Qafqaz dəmir yolu
Cənubi Qafqaz dəmir yolu (erm. Հարավկովկասյան Երկաթուղի) — Rusiya Dəmir Yollarının 100 % törəmə şirkətidir. 13 fevral 2008-ci ildə İrəvanda "Ermənistan dəmir yolları" MMC 100% Rusiya dəmir yolları MMC törəmə qolu olan Cənubi Qafqaz dəmir yolları ASC balansına verilmişdir. Bu şirkət bir sıra öhdəliklər götürmüşdür: — Uzunmüddətli effektivliyi və maliyyə qayanaqlığının artırılması; — Xidmətlərin keyfiyyətinin artırılması; — Ermənistan ərazisində nəqliytatın imkanlarının artırılması; — Avropa və Asiya üzrə maşrutların genişləndirilməsi. Yük daşımanın artırılması, mövcud infrastrukturu Ermənistan dəmir yollarının güzəştə verilməsi barədə razılaşmada şirkətin öhdəliklərini lazımınca yerinə yetirməməsi halında Rusiya tərəfinin "57 milyon dolları keçməyən" məbləği ödəməli olduğu qeyd edilir. 2019-cu ilin sentyabrında Rusiya Nəqliyyat Nazirliyi, Rusiya Dəmir Yollarının Ermənistan dəmir yolunun idarə edilməsinə dair müqavilənin erkən ləğv olunma ehtimalını nəzərdən keçirə biləcəyi barədə bir açıqlama verir. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Rusiya tərəfi ilə dəmir yolunun idarə olunması ilə bağlı danışıqları davam etdirir. Dəmir yolunun eni — 1520 mm. İşləyən stansiyaların sayı — 55. Sərnişin qatarlarının maksimal sürəti 100 km/saat, minimum 40 km/saatdır.
Cənubi Qafqaz gürzəsi
Cənubi Qafqaz gürzəsi (Vipera transcaucasiana) — Əsl gürzələr cinsinə aid ilan növü. Bəzən isə buynuzlu gürzə adlandırılır. Bədən uzunluğu 84 sm təşkil edir. Yuxarı hissəsi coşqun qara rəngdə olur. Dağ kserofit ərazilərdə, meşəliklərdə, daşlı qayalıqların yaxınlığında, gilli ərazilərdə yayıla bilirlər. Onlar hətta 1700 m yüksəkliyi olan ərazilərdə belə müşahidə edilir. Əsasən gəmiricilər və kərtənkələlərlə qidalanır. Yumurta qoymaqla çoxalır. 4–10 yumurta qoyurlar. Cənubi Qafqaz gürzəsinə əsasən qərbi Azərbaycan, Gürcüstan, şərqi Türkiyə və İran ərazisində rast gəlmək olar.
Cənubi Qafqaz kərtənkələciyi
Cənubi Qafqaz kərtənkələciyi (lat. Eremias pleskei) — Kərtənkələcik fəsiləsinə aid kərtənkələ növü. Kiçik ölçülü kərtənkələdir. Bədəninin uzunluğu 6 sm təşkil edir. Quyrunun yuxarı nahiyəsinin pulcuqları hamardır. Yuxarı hissəsində parlaq-sarı və ya parlaq-qəhvəyi 7 zolaq vardır. Arxa ayaqlarında ağ və sarı airəvi gözçüklər vardır. Onlar əsasən gilli və daşlı yarımsəhralarda kolluqların arasında yaşayırlar. Onlara hətta 1800 metr yüksəkliklərdə belə rast gəlinir. Qışlamadan mart-aprel aylarında qayıdırlar.
Cənubi Qafqaz regionunda etno-siyasi münaqişələrdə növbəti тəxribat (Kitab)
Cənubi Qafqaz seymi
Zaqafqaziya Seymi və ya Cənubi Qafqaz seymi — Zaqafqaziya Komissarlığı tərəfindən 23 fevral 1918-ci ildə Tiflis şəhərində toplanmış nümayəndəli qanunveridi dövlət orqanı. Seymin üzvləri Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə qələbə qazanmış, eləcə də digər siyasiy partiyaların nümayəndələri idilər. Seymin rəhbəri Gürcüstan Sosial Demokrat Partiyasının üzvü olan Nikolay Çxeidze idi. 1918-ci il martın 26-da Seym Zaqafqaziya Komissarlığının istefasını qəbul edərək Müvəqqəti Zaqafqaziya Hökumətini yaratdı. 22 apreldə isə Seymdə Zaqafqaziya Demokratik Federativ Respublikası adı altında müstəqil dövlətin yaradıldığı elan edildi. Bu dövlət may ayının sonlarında parçalandı və onun yerində Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları quruldu. Rusiyada Müvəqqəti Hökumətin bolşeviklər tərəfindən 1917-ci ilin oktyabr ayında devrilməsindən sonra Tiflisdə Cənubi Qafqazın idarə edilməsi üçün Zaqafqaziya Komissarlığının yaradıldığı elan edildi. Zaqafqaziya Komissarlığının bəyannaməsində göstərilirdi ki, o, "yalnız Rusiya Müəssislər Məclisinin çağırışına qədər, onu çağırmaq mümkün olmadıqda isə… Zaqafqaziya və Qafqaz Cəbhəsindən olan Müəssislər Məclisinin üzvlərinin qurultayına qədər" fəaliyyət göstərəcək. 1918-ci il yanvarın 18-də Petroqradda əksəriyyəti menşeviklərin və SR-lərin nümayəndələri olan Müəssislər Məclisi öz işinə başladı. Deputatların əksəriyyəti bolşevik hakimiyyətini və II Ümumrusiya Sovetlər Qurultayının qərarlarını tanımaqdan imtina etdilər.
Cənubi Qafqaz xalqları
Cənubi Qafqaz xalqları Cənubi Qafqaz dillərində danışan xalqlardır. Gürcülər, minqrellər, lazlar və svanlar bu qrupun indiki nümayəndələridir.
Cənubi Qafqaz yovşanlıq girdəbaşı
Cənubi Qafqaz yovşanlıq girdəbaşı (lat. Phrynocephalus horvathi) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. 2008-ci ildə növ səviyyədinə qaldırılmışdlr. Ancaq bununla bağlı son qərar verilməmişdir. Girdəbaşın uzunluğu 7 sm qədər olur. Başı digər girdəbaşlarda olduğu kimi yumrudur. Quyruğu və bədəni qısadır. Əllərində və ayaqlafında dişçiklərə bənzər sanki qum xizəkləri vardır. Onlar canlının qumda sərbəst hərəkətini təmin edir.
Cənubi Qazaxıstan
Cənubi Qazaxıstan (qaz. Оңтүстік Қазақстан) — Qazaxıstan Respublikasın, keçmişdə isə Qazaxıstan SSR-in tərkibində iqtisadi region. O, şərqdən qərbə Almatı, Cambul, Türkistan və Qızılorda vilayətlərdən ibarətdir.
Cənubi Qazaxıstan Dövlət Universiteti
Muxtar Əvəzov adına Cənubi Qazaxıstan Dövlət Universiteti (CQDU) (qaz. М. О. Әуезов атындағы Оңтүстік Қазақстан мемлекеттік университеті (ОҚМУ)) (əvvəllər — Qazaxıstan Kimya Texnologiyaları İnstitutu, Cənubi Qazaxıstan Texniki Universiteti) — 76 texniki və humanitar ixtisas üzrə təhsil verən Çimkent şəhərində yerləşən dövlət nəznində olan ali təhsil müəssisəsi. 1943-cü ildə qurulmuşdur. Böyük Vətən Müharibəsinin dövründə, SSRİ Xalq Komissarları Sovetinin 19 iyun 1943-cü il tarixli qərarı ilə 679B saylı Qərara uyğun olaraq İnşaat Materialları Texnoloji İnstitutunun yaradılması qərara alındı. Həmin il 29 iyun tarixində SSRİ Xalq Komissarlığı yanında Ümumittifaq Ali Təhsil Komitəsi və SSRİ Tikinti Materialları Komissarı “Qazaxıstan SSR-in Çimkent şəhərində Texnoloji Tikinti Materialları İnstitutunun təşkili haqqında” əmr verdi. Sovetskaya küçəsindəki (indiki Kazbek B) pedaqoji məktəbin binası universitetə ​​verildi. Əslində, institutun açılışında böyük bir töhfə verən, inşaat sahəsinə ehtiyac duyulan ixtisaslı mütəxəssislərin təcili olaraq ən yüksək orqanlara çatdırılmasıdır. 1940-cı il 30 mart 2012-ci ildə Almatı vilayətinin Taldıkorqan rayonunun Erkin kəndində anadan olmuşdur. Huak qəbiləsindən gəldi. 1958-59-cü illər Ukrayna SSR Dneprodzerjinskdəki 8 nömrəli texniki məktəbdə təhsil almışdır.
Cənubi Qazaxıstan vilayəti
Türkistan vilayəti (qaz. Түркістан облысы) (1962–1992-ci illərdə Çimkənd vilayəti, 2018-ci ilədək Cənubi Qazaxıstan vilayəti) — Qazaxıstan Respublikasının cənubunda vilayət. Vilayətin əsası Cənubi Qazaxıstan vilayəti (qaz. Оңтүстік Қазақстан облысы) adı altında 10 mart 1932-ci ildə qoyulmuşdur. 3 may 1962-ci ildən 6 iyul 1992-ci ilə vilayətin adı dəyişdirilib Şimkent vilayəti adlandırıldı. Vilayətin əvvəlki adı 1992-ci ildə bərpa edildi. 2018-ci ilin 19 iyun tarixi Qazaxıstan prezidentinin fərmanı əsasında, vilayətin keçmiş paytaxt Şimkənd şəhəri onun inzibati tərkibindən çıxarılıb, respublika tabeli şəhəri edilmişdi. Onun əvəzinə vilayətin yeni inzibati mərkəzi Türkistan şəhəri olub. Vilayətin sahəsi 117 249 km² təşkil edir və respublika ərazisinin 4,3 %-i tutur, əhalisi 2,6 milyon nəfərdir (2011). 4 şəhəri, 11 rayonu var.
Cənubi Qazaxıstan əyaləti
Türkistan vilayəti (qaz. Түркістан облысы) (1962–1992-ci illərdə Çimkənd vilayəti, 2018-ci ilədək Cənubi Qazaxıstan vilayəti) — Qazaxıstan Respublikasının cənubunda vilayət. Vilayətin əsası Cənubi Qazaxıstan vilayəti (qaz. Оңтүстік Қазақстан облысы) adı altında 10 mart 1932-ci ildə qoyulmuşdur. 3 may 1962-ci ildən 6 iyul 1992-ci ilə vilayətin adı dəyişdirilib Şimkent vilayəti adlandırıldı. Vilayətin əvvəlki adı 1992-ci ildə bərpa edildi. 2018-ci ilin 19 iyun tarixi Qazaxıstan prezidentinin fərmanı əsasında, vilayətin keçmiş paytaxt Şimkənd şəhəri onun inzibati tərkibindən çıxarılıb, respublika tabeli şəhəri edilmişdi. Onun əvəzinə vilayətin yeni inzibati mərkəzi Türkistan şəhəri olub. Vilayətin sahəsi 117 249 km² təşkil edir və respublika ərazisinin 4,3 %-i tutur, əhalisi 2,6 milyon nəfərdir (2011). 4 şəhəri, 11 rayonu var.
Cənubi Xəzər neftli-qazlı hövzəsi
Cənubi Xəzər neftli-qazlı hövzəsi — Əsasən, Azərbaycan Respublikası ərazisində, Gürcüstanın şərq, Türkmənistanın qərb hissəsində yerləşən neftli-qazlı zona. Sahəsi 200 min km²-dən çoxdur. Tektonik cəhətdən Cənubi Xəzər çökəkliyinin (Lənkəran çökəkliyinin), Kür dağarası əyilmənin, Aladağ-Messarial pilləsinin və Kopetdağ meqantiklinoriumunun qərb qurtaracağının daxil olduğu ərazi Alp geosinklinalı sistemində gömülmüş böyük bir sahəni əhatə edir. Cənubi Xəzər neftli-qazlı hövzəsi şimaldan Böyük Qafqaz meqantiklinoriumu, Orta-Xəzər dərinlik qırılması və Böyük Balxan antiklinoriumu, qərbdən Dziruls massivi, cənbdan Kiçik Qafqaz və Əlburz dağ sistemi, şərqdən isə Kopetdağ meqantiklinoriumu ilə sərhədlənir. Ən dərin gömülmüş hissədə bünövrənin yatma dərinliyi 20 km-dən çoxdur. Cənubi Xəzər neftli-qazlı hövzəsində neft-qaz hasilatının çoxəsrlik tarixi var. Azərbaycanda və Türkmənistanda əl ilə qazılmış quyular vasitəsilə neftin hasil edilməsi qədim zamanlarda mövcud olmuşdur. Azərbaycan ərazisində Cənubi Xəzər neftli-qazlı hövzəsi sahəsində dünyada ən qədim neftçıxarma rayonu – Abşeron (Bakı) yerləşir. Azərbaycan dünya neft sənayesinin inkişaf tarixində çox böyük rol oynamışdır. Məhz burada əvvəl quruda, sonra isə dənizdə yataqların mənimsənilməsinin bir çox üsulları ilk dəfə işlənilmiş və tətbiq edilmişdir.

Digər lüğətlərdə