QARYAĞDI
QASIMALI
OBASTAN VİKİ
Keit Qasım
Keit Qasım — Hamrin bölgəsində (Mərkəzi Mesopotamiya) eramızdan əvvəl 5-ci minilliyin birinci yarısından başlayaraq üçlü yaşayış təbəqəsinə malik arxeoloji abidə.
Qasım
Qasım — kişi adı. Qasım Qasımov — Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri (2000–2021). Qasım Abdullayev (xanəndə) — xanəndə. Qasım Rzayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Qasım İsmayılov — Azərbaycan siyasətçisi Xəstə Qasım — XVIII əsr Azərbaycan aşığı.
Məşədi Qasım
Məşədi Qasım Hacı Kərim oğlu (1863, Daşkənd, Yeni Bəyazid qəzası – 1921, Şuşa, Şuşa qəzası) — erməni daşnaklarına qarşı vuruşan xalq qəhrəmanı, sərrast gülləatan. == Həyatı == Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub. Qardaşı Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra oğlu Fəzi əmisi Kərbəlayi Əmrahla yenidən dədə-baba yurduna qayıdıb. Məşədi Qasımın nəvələri, nəticələri və digər qohumları hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar. == Məşədi Qasım dərslikdə == 11-ci sinif "Azərbaycan tarixi" dərsliyində: Göyçə mahalının kəndləri də daşnak quldur dəstələrinin hücumlarına məruz qalırdı. Həmin mahalın Daşkənd kəndinin sakini Məşədi Qasım kişi erməni quldurlarına qarşı mübarizədə ad qazanmışdı.
Qasım Abdullayev
Qasım Abdullayev (xanəndə) — xanәndә. Qasım Abdullayev (mühəndis) — Texnika elmləri doktoru, “Şöhrət” ordeni laureatı.
Qasım Abdullazadə
Qasım Amanjolov
== Həyatı == XX əsrdə türk xalqlarının ədəbiyyatı coşqun bir vüsətlə inkişaf etmişdir. Bu əsrin gətirdiyi böyük inqilablar, sosial təlatümlər, milli çalxantılar, ikinci dünya savaşı xalqların və ədəbiyyatların taleyinə öz silinməz damğasını vurmuşdur. Bizim bucaqdan baxdıqda, üç qitədə ucsuz-bucaqsız torpaqlara hakim olan, dünyanın super qüvvələrindən biri sayılan böyük Osmanlı imperiyasının tənəzzülü dünya türkləri tərəfindən milli bir fəlakət kimi qəbul edilmişdir. Eynən Osmanlı kimi ərazicə azman, əhalicə çoxmillətli Rusiya imperiyası da I dünya müharibəsində məğlub olmuş, torpaqlar itirmiş, üstəlik, amansız vətəndaş müharibəsi yaşamış, lakin Osmanlı kimi parçalanmamışdır. Ruslar bolşevik inqilabı sayəsində öz imperiyalarını qoruyub saxlaya bilmiş, "on beş respublikanın könüllü birliyi" şəklində, Sovet İttifaqı adı altında ehya etmişlər. Sovet rejimi türk xalqlarını imkan daxilində bir-birindən ayırmağa, yadlaşdırmağa çalışdı. Bunun üçün çoxlu süni ideyalar icad etdi, hər türk ləhcəsini ayrı ədəbi dilə çevirdi, əlifbaları dəyişdirdi, dilləri bir-birindən uzaqlaşdırdı, nəhayət, milli şüurun daşıyıcısı olan türk ziyalılarını fiziki cəhətdən məhv etdi. Türk xalqlarının yeganə qazancı isə orta və ali məktəblərin yaranması, kütləvi savadlanma, yeni ziyalı zümrəsinin meydana çıxması, saysız-hesabsız eybəcər sapıntılara baxmayaraq öz milli mədəniyyətini, o cümlədən ədəbiyyatını inkişaf etdirmək oldu. XX əsrin birinci yarısında sovet türk respublikalarında bir-birindən parlaq ədəbi simalar yetişdi. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Qafur Qulam, Aybək, Zülfiyyə, Berdi Kerbabayev, Qara Seyitliyev, Muxtar Övezov … kimi nəhəng sənətkarlar ortaya çıxdı.
Qasım Gül
Qasım Kazım oğlu Gül (31 dekabr 1909, Şamaxı – 30 may 1972, Bakı) — görkəmli coğrafiyaşünas, Azərbaycanda okeanologiya məktəbinin banisi, coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, həm də şturman, kapitan, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim. 50-dən artıq kitab, monoqrafiyanın müəllifi və həmmüəllifi və yüzlərlə jurnal, qəzet məqaləsinin müəllifi olan Qasım Gül Xəzər dənizinin ekologiyası və balıq ehtiyatlarının ehtiraslı müdafiəçisi kimi də xüsusi nüfuz qazanıb. == Həyat və yaradıcılığı == Qasım Gül 31 dekabr 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. Tam adı Ağaqasım Kazım oğlu Güləhmədovdur və ata tərəfindən şəcərəsi Şirvan hakimi olmuş (1792- -1820)) Mustafa xana gedib çıxır. 1918-ci ildə ermənilər tərəfindən xarabaya çevirmiş Şamaxıdan qaçqın düşən Güləhmədovlar ailəsi 1919-cu ildə Bakıya gəlir və balaca Ağaqasım Xəzər dənizçiliyinin yunqa məktəbində (1920–1923) təhsil alır. 1924-cü ildə Ağaqasım Güləhmədov Bakı dəniz texnikumuna daxil olur. Bakı dəniz texnikumunu bitirdikdən sonra o, bir müddət öz doğma dənizçilər məktəbində rəis müavini vəzifəsində işləmiş (artıq Gül soyadı ilə) və Xəzər dənizçiliyinin "Yakov Zevin", "Çiçerin" gəmilərində, "Port Pəhləvi" (İran balığı) paroxodunda, Sovet ticarət donanmasının Qara dənizdəki "Lus" paroxodunda kapitan köməkçisi vəzifəsində üzüb. 1930-cu ildə Gül Leninqrad Dəniz Nəqliyyatı Mühəndisləri İnstitutuna göndərilir və o, bu sahədə respublikamızın yeganə nümayəndəsi olur. Gəmi sürücülüyü üzrə mühəndis-pedaqoq əla diplomu ilə geri dönür və 24 yaşında Bakı dəniz texnikumuna (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) ilk azərbaycanlı (o zamanlar türk) rəis təyin edilir. Özünün gənc olmasına baxmayaraq qısa müddət ərzində Q.Gül çox böyük uğurlar qazanır, milli dəniz kadrlarının hazırlanması üçün müəssisəsinin tarixində ilk dəfə türk (Azərbaycan) dilində tədris qrupunu yaradır.
Qasım Hacıyev
Qasım Əhəd oğlu Hacıyev (6 avqust 1950, Bərdə rayonu) — Azərbaycan MEA A. A. Bakıxanov adına Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru == Həyatı == Qasım Əhəd oğlu Hacıyev 1950-ci ildə Bərdə rayonunun Hacallı kəndində anadan olmuşdur. O, 1970–1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Tarix fakültəsini bitirmişdir. Q. Ə. Hacıyev 1974–1983-cü illərdə Bərdə rayonunun 1 saylı Hacallı kənd məktəbində müəllim, direktor müavini işləmişdir. Qasım Hacıyev 1984–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1990-cı ildə Kemerovo Dövlət Universitetinin İxtisaslaşdırılmış Müdafiə Şurasında "Şabran şəhərinin şüşə məmulatı (IX–XVII əsrlər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. == Fəaliyyəti == Qasım Hacıyev 1990–1997-ci illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunda elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, 1997-ci ildən Tarix İnstitutunda aparıcı elmi işçi, 2003-cü ildən isə "Qarabağ tarixi" şöbəsinin müdiri şöbə müdiri vəzifələrində işləmişdir. Qasım Hacıyev 2000-ci ildə "Bərdə şəhərinin tarixi (e.ə. III-b.e. XVIII əsri)" adlı monoqrafiyasını yazıb nəşr etdirmişdir.
Qasım Hüseynov
Qasım Hüseynov (kimyaçı)
Qasım Kərimov
Kərimov Qasım Məmməd oğlu (10 may 1930, Gəncə, Gəncə dairəsi – 18 may 2016, Moskva) — Tarix elmləri doktoru, professor. Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dinşünaslıq kafedrasının professoru. == Həyatı == Kərimov Qasım Məmməd oğlu 1930-cu il mayın 10-da Azərbaycan Respublikasının Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. Orta məktəbi bitirib, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. Hələ yeniyetmə vaxtında Şərq ölkələrinin tarixinə və mədəniyyətinə böyük maraq göstərib. Atası oğlunun təkidli xahişlərini nəzərə alıb ona ərəb dilinin əsaslarını öyrədib. Bunun nəticəsində gənc tələbə universitetin iki fakültəsini seçib: günün birinci yarısında filologiya (ərəb, fars və ingilis dillərini öyrənib), axşamlar isə şərqşünaslıq fakültəsinin məşğələlərinə gedib. Xarici dillərə, hər şeydən əvvəl ərəb və fars dillərinə maraq az qala Q.Kərimovun peşə taleyində xəyalına gətirmədiyi dönüş nöqtəsi olacaqdı: hələ üçüncü kursda oxuyarkən onu Moskvada Xarici Dillər Hərbi İnstitutuna keçməyə və Sovet Ordusunun peşəkar zabiti olmağa yönəldirdilər. Universiteti bitirdikdən sonra Q.Kərimov həqiqi hərbi xidmətə çağırılıb, orada gənc leytenant-poliqlot iki il əvəzinə beş il xidmət edib. 1959-cu ildə sovet ordusunun hərbi qulluqçularının sayı 1 milyon 200 min nəfər azaldılmasaydı, onun xidmətdə hələ nə qədər qalacağını demək çətindir.
Qasım Mustafayev
Qasım Mustafayev (22 dekabr 1928 – 6 aprel 1989) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Mustafayev Qasım Əli oğlu Qərbi Azərbaycanın Ağbaba mahalının Güllübulaq kəndində dünyaya gəlmişdi. Qasım Mustafayevin çoxillik pedaqoji fəaliyyəti vardı. Onun müəllimlik fəaliyyəti Azərbaycan Dövlət Püdaqoji Universiteti və Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. 1965-ci ildə dissertasiya müdafiə edib fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı. 1972-ci ildə Xankəndində Pedaqoji İnstitutut yaradılan kimi orada dərs deməklə bərabər, riyazi analiz kafedrasının müdiri işləyirdi. O, yeganə alim idi ki, riyazi analizdən üç dildə (Azərbaycan, rus və erməni) mühazirələr oxuyurdu. Elmi fəaliyyəti geniş idi. O, bununla bərabər "orta məktəblərdə riyaziyyat" televiziya-tədris proqramının uzun müddət aparıcısı olmuşdu. Qasım Mustafayev altı ilə yaxın Naxçıvan Dövlət Universitetinin prorektoru, 1984–1987-ci illərdə rektor əvəzi işləmişdir.
Qasım Qasımov
Qasım Nurməhəmməd oğlu Qasımov (22 mart 1959, Şamaxı) — Yeni Azərbaycan Partiyası Qobustan Rayon Təşkilatının sədri, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının sabiq 1-ci müavini, sabiq müavini, Şamaxı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri (2000–2021). == Həyatı == Qasım Qasımov 22 mart 1959-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. 1976-cı ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək "Mühəndis-mexanik" ixtisasına yiyələnmişdir. dekabr 1981-ci il – aprel 1982-ci il həmin institutun "Daxili yanma mühərrikləri" kafedrasında baş laborantı olmuşdur. 1998-ci ilin yanvar ayından 2000-ci ilin yanvar ayınadək "Günay" qəzetinin baş direktoru olmuşdur. == Siyasi fəaliyyəti == 1980-ci ilin sentyabr ayında Mexanika fakültəsinin komsomol komitəsinin azad katibi, 1982-ci ilin mart ayından 1982-ci ilin noyabr ayınadək institutun komsomol komitəsinin katibi, 1982-ci ilin oktyabr ayından 1990-cı ilin oktyabr ayınadək Şamaxı rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1990-cı ilin oktyabr ayından 1991-ci ilin oktyabr ayınadək Şamaxı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. 1991-ci ilin dekabr ayından 1995-ci ilin avqustunadək Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini olmuşdur. 2007-ci ilin avqust ayından 2008-ci ilin avqust ayınadək Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasında Bələdiyyələrlə İş Departementinin direktoru, 2008-ci ilin avqust ayından 2010-cu ilin may ayınadək Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasında Departament direktoru – icraçı katibin müavini, 2010-cu ilin may ayından 2011-ci ilin iyul aylnadək isə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasında icraçı katib olaraq çalışmışdır. 2011-ci ilin iyul ayından 2020-ci ilin may ayınadək Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmişdir.
Qasım Qasımzadə
Qasım Qasımzadə (şair) (1923—1993) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü (1991). Qasım Qasımzadə (dövlət xadimi) (1889—1959) — Bakı Şəhər İctimai Özünüidarəsinin sədri, Bakı Şəhər Dumasının deputatı, Nicat Cəmiyyətinin sədri, İran Senatının senatoru, İranın Xarici İşlər Nazirliyinin hüquq müşaviri, hüquq elmləri doktoru.
Qasım Rzayev
Qasım Qara oğlu Rzayev (5 may 1970, Əlibəyli, Tovuz rayonu – 14 may 1992, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 may 1970-ci il Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. 1987-ci ildə burada məktəbi bitirən Qasım sürücülük peşəsinə yiyələnir. 1988-ci il hərbi xidmətə çağırılır. Ukrayna Respublikasında artilleriya hissəsində xidmət edən Qasım dəfələrlə mükafatlandırılmışdı. 1990-cı ildə xidmətini başa vuran Qasım Vətənə dönür. Könüllü özünümüdafiə batalyonlarından birinə yazılır, == Döyüşlərdə iştirakı == Beləliklə, həmin gündən Qasım Rzayevin döyüş yolu başlayır. Sonra Milli Ordunun ilk əsgəri kimi Muncuqlu, Ağdam, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdu. Qasım idarə etdiyi avtomobilə mərmiatan qurğu qoşaraq düşmənin başına od ələyirdi. Qasımın bu qəhrəmanlığı hamını heyrətləndirmişdi.
Qasım Süleymani
Qasım Süleymani (fars. قاسم سلیمانی‎‎; 11 mart 1957, Qənati-Məlik, Kirman ostanı, Pəhləvilər İranı[d] – 3 yanvar 2020[…]) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 1998–2020-ci illər aralığında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub. Hərbi karyerasına 1980-ci illərdə İran-İraq müharibəsinin başlanğıcında 41-ci Tarallah divizionunun (bəzən Sarallah da deyilir) komandiri olaraq başlamışdır. İraqda Səddam əleyhdarı olan şiə və kürd qruplaşmalarına, daha sonra Livanda təşkilatlanan Hizbullah və Fələstinli hərbiləşdirilmiş təşkilat Həmasa hərbi dəstək verən əməliyyatlarda iştirak edib. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi əsnasında İranın müttəfiqi kimi Suriya hökumətini dəstəklədi. Süleymani 2014–15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli Şiə qüvvələrinə (Həşdi Şabi qruplaşması) dəstək verdi. Onun üsulları ittifaqa və hərbi-strateji diplomatiyaya hərbi və maliyyə yardımının birləşməsinə gətirib çıxarıb. == Keçmişi == Qasım Süleymani 1957-ci ilin 11 mart tarixində Kirman ostanının Rabor şəhristanında yerləşən Qənati-Məlik kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Kirman şəhərinə köçmüş və atasının borcunu ödəmək üçün tikinti işçisi olmuşdu.
Qasım bəy
Qasım bəy və ya sadəcə Qasım — Azərbaycanda kişilərə verilən şəxs adı. == Bu adı olan tanınmış insanlar == Qasım bəy Zakir — görkəmli Azərbaycan şairi. Qasım bəy Camalbəyov — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Naxçıvanın İranda konsulu. Qasım bəy Hacılı-Cavanşir – Mahal naibi, məmur, şair Əsəd bəy Vəzirin atası, şair Qasım bəy Zakirin qaynatası. Qasım bəy Hacıbababəyov — memar. Qasım bəy Misirxanov — Qarabağ bəyi, çar zabiti, praporşik Qasım bəy Qasımbəyov — Bəsirət qəzetinin redaktoru Qasım bəy Heydərov == Bu adda olan abidələr == Qasım bəy hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. Qasım bəy məscidi (Həzi Aslanov küçəsi) — Yasamal rayonu Həzi Aslanov küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Qasım bəy məscidi (Bəşir Səfəroğlu küçəsi) — Yasamal rayonu Bəşir Səfəroğlu küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.
Qasım tatarları
Qasım tatarları (tatar. qasıym tatarları, касыйм татарлары, özlərini кәчим татарлары adlandırırlar) — tatar xalqının, xüsusən də Volqa-Ural tatarlarının qruplarından biri. Onlar Ryazan vilayətinin Kasimov şəhərində və Kasimovski rayonunda yaşayırlar. Onlar həmçinin Sankt-Peterburq, Moskva, Ryazan, Kazan, Daşkənd və başqa şəhərlərdə də məskunlaşıb. == Dil və din == Mişar ləhcəsinin müəyyən təsirinə məruz qalmış tatar dilinin orta dialektinin xüsusi ləhcəsində danışırlar. Qasım tatarları pravoslav xristianlarıdır, kiçik bir qrup isə sünni müsəlmanlardır. == Tarix == Etnik qrupun adı Qasım xanlığının paytaxtının - Qasım şəhərinin (digər adı Meşçerski şəhəri) adından gəlir. O da öz növbəsində təxminən 1445-ci ildən Meşçerski şəhərciyinin hakimi Qazan xanı Uluq Məhəmmədin oğlu Qasım xanın şərəfinə adlanıb. Qasım xanlığının əsas əhalisini Rusiya dövlətinin daxili işlərində fəal iştirak edən xidmətçi tatarlar təşkil edirdi. XVII əsrin son rübündə xanlığın ləğvi tatarların sosial və iqtisadi həyatında kəskin pisləşməyə səbəb oldu.
Qasım xanlığı
Qasım xanlığı (tatar. Qasím xanlığı/Касыйм ханлыгы, tatar. Qasím patşalığı/Касыйм патшалыгы, rus. Касимовское ханство / Qasimov xanlığı, rus. Касимовское царство / Qasimov çarlığı; 1452–1681), Oka çayının şimal sahilində Ryazan şəhəri yaxınında bugünkü Kasimovda Moskva knyazlığınin himayəsi altında Qasım xan tərəfindən qurulmuş türk dövləti. Xanlıq adını ilk xanı olan Qasım xandan almışdır. == Xanlar == 1445–1681 illəri arasında mövcud olan dövlət müxtəlif xanədanlara mənsub olan xanlar tərəfindən idarə olundu. Dövlət 1506-cı ildən bəri Rusiyaya tabe idi. 1679-cu ildə sonuncu xan Seyyid Burhanın ölümündən sonra iki il Fatma Sultan Bikə tərəfindən idarə olunsa da onun ölümü ilə xanlıq tamamilə Rusiya tərəfindən ilhaq edildi. Sözügedən dövlətin xanları, aid olduqları xanədanlar ilə birlikdə aşağıda təqdim olunur: Kazan xanları xanədanı: Kasım (1445–1468) Danyal (1468–1486) (Osmanlı dövlətinə tabe) Krım xanları xanədanı: Nur Devlet (1486–1491) Satılgan (1491–1506) Canbay (1506–1512) Qızıl Orda xanları xanədanı: Seyyid Evliya (1512–1516) Şah Əli (1516–1519) Can Əli (1519–1532) Şah Əli (yeniden, 1532–1567) Sayın Bulat (1567–1573) Mustafa Əli (1573–1600) Qazax xanədanı: Uraz Məhəmməd — 1600–1610 Sibir xanları xanədanı: Alp Arslan (1610–1627) Seyyid Burhan (1627–1679) Fatma Sultan Bikə (1679–1681) == Mənbə == Вельяминов-Зернов В. В. Исследование о касимовских царях и царевичах.
Qasım İsmayılov
Qasım İsmayıl oğlu İsmayılov (19 aprel 1885, Lahıc, Şamaxı qəzası – 10 aprel 1922, Gəncə) — Azərbaycan siyasətçisi; Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizənin fəal iştirakçısı, 1918-ci ildən Kommunist Partiyasının üzvü. == Həyatı == Quba İnqilab Komitəsinin (İnqilab Komitəsi) sədri, eyni zamanda Sovetlərin Gəncə Qəza İcraiyyə Komitəsinin (İcraiyyə Komitəsi) sədri olmuşdur (1922). Sankt-Peterburqdakı gimnaziyada dünyəvi təhsil almışdır Respublika İcraiyyə Komitəsinin 8 sentyabr 1938-ci il tarixli qərarı ilə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır.
Sultan Qasım
Sultan Qasım (v. 1501, Mardin) — Ağqoyunlu hökmdarı. Uzun Həsənin qardaşı Cahangir Mirzənin oğlu. == Hakimiyyəti == Gödək Əhmədin ölümündən sonra müstəqil hakimiyyətə başlamışdır. Haqqında məlumat azdır. 24 mart 1497-ci ildə İsfəndiyar bəy adlı bir əyana iqta verdiyi haqqında sənəd mövcuddur. Onun dövründə Mardində Qasimiyyə mədrəsəsi ucaldılmışdır. Özünü sultan adlandırmışdır.
Sərraf Qasım
Sərraf Qasım (31 dekabr 1939, Aşağı Qışlaq, Şahbuz rayonu – 9 fevral 2018, Aşağı Qışlaq, Naxçıvan Muxtar Respublikası) — Azərbaycanlı şair və haqq aşığı, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun alimi, çağdaş Naxçıvan aşıq məktəbinin banisi == Həyatı == === Uşaqlıq illəri === Rüstəmli Sərraf Qasım Əyyub oğlu (əvvəlki adı: Rüstəmov Qasım Əyyub oğlu) 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur. Şahbuz rayonunda məskunlaşmış yerli Azərbaycan tayfalarından biri sayılan "Hacı Əhmədlilər" tayfasına mənsub olan Sərraf Qasım, uşaqlıq və yeniyetməlik illərini öz doğma kəndində ailəsinin yanında yaşamışdır. Sərraf Qasım 8 yaşına çatanda atasını itirmiş və bundan sonra o, yetkinlik yaşına çatanadək anasının və böyük qardaşı Müslümün himayəsində böyümüşdür. === Təhsili === Sərraf Qasım 1947–1955-ci illərdə Aşağı Qışlaq kənd orta məktəbində (1–8-ci siniflərdə), 1955–1957-ci illərdə isə Kolanı kənd orta məktəbində (9–10-cu siniflərdə) təhsil almış və 10 illik orta məktəb təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 1959–1961-ci illərdə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun heyvandarlıq ixtisasında təhsil almışdır. 1962-ci ildə isə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) heyvandarlıq fakültəsinə qəbul olunmuş, 1967-ci ildə tam ali təhsilini müvəffəqiyyətlə başa vuraraq, zootexnika ixtisası üzrə alimlik dərəcəsi əldə etmişdir. Sərraf Qasım bir çox digər rəsmi ixtisasartırma, təkmilləşdirmə və idarəçilik kurslarında da iştirak edərək, həmin kursları müvəffəqiyyətlə başa vurmuşdur. Sərraf Qasım, Gəncədə təhsil aldığı dövrdə orada tanış olduğu müxtəlif sənət adamlarından, ustadlardan və alimlərdən öz rəsmi ixtisası ilə yanaşı, həm saz-söz sənətini, həm də elmi, ədəbi, dini və ictimai bilikləri dərindən öyrənmişdir. Beləliklə də Gəncə mühiti Sərraf Qasımın hərtərəfli savadlı bir alim və əsl bir saz-söz sənətkarı kimi yetişməsinə səbəb olmuşdur. === Əmək fəaliyyəti === Sərraf Qasım ali təhsilini başa vurduqdan sonra 1967–1970-ci illərdə ali təhsilli bir mütəxəssis kimi Sabirabad rayonuna təyinat alaraq üç ilə yaxın orada işləmişdir.
Xəstə Qasım
Xəstə Qasım (1684, Tikmədaş, Şərqi Azərbaycan ostanı – 1760, Şamaxı) — XVIII əsr Azərbaycan aşığı. == Həyatı == Rəvayətlərə görə, Xəstə Qasım XVIII əsrdə Tehran-Təbriz yolunun kənarında Qarqalan dağının ətəyində yerləşən Tikmədaş kəndində dünyaya gəlib. Doğma kəndində molla məktəbini başa vurandan sonra dövrünün elm mərkəzlərindən olan Ərdəbildə təhsil alıb, Şeyx Səfi mədrəsəsində yaradıcılığa da elə o illərdə başlayıb. "Xəstə Qasımın Ərdəbil səfəri" dastanına görə, müəllimi ona nə qədər dərs öyrətsə də, Qasım başa düşmür, axırda müəllimi onun məktəbdən çıxaracağı ilə hədələyir. Qasımın əli hər yerdən üzülür. O gecə yuxuda Həzrəti Əlini görüb ondan badə alır, bir gecənin içində təriqətin ən yüksək qatlarına çatır. Xəstə Qasım sonralar 14 il müddətində Qum və Nəcəf şəhərlərində dini təhsil alır. Ömrünün 20 ildən çoxunu elmləri öyrənməyə sərf edir. Şeirlərindən bəlli olduğu kimi, Xəstə Qasım Qurani-Kərimi əzbərdən bilməklə yanaşı, müqəddəs kitabı avazla oxuyar, eyni zamanda mahir xəttat olduğuna görə öz xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürərmiş. "Xəstə Qasım", "Biçarə Qasım", "Molla Qasım" təxəllüsləri ilə şeirlər yazan aşığın "Xəstə" təxəllüsünü götürməsi ilə bağlı da müxtəlif fikirlər söylənməkdədir.
Zabul Qasım
Qasım İbrahim oğlu Abdullayev və ya Zabul Qasım (1873, Şuşa – 1927, Şuşa, DQMV) — xanəndə. == Həyatı == Abdullayev Qasım İbrahim oğlu 1873-cü ildə Şuşada anadan olmuşdur. O, ömrünün son illərində Şuşa musiqi məktəbində muğamatdan dərs demiş, incəsənət işçilərinin respublika həmkarlar ittifaqı şurasının sədri vəzifəsində çalışmışdır. Qasım Abdullayev 1927-ci ildə Şuşada vəfat etmişdir. == Fəaliyyəti == "Zabul" muğamını xüsusilə yaxşı ifa etdiyinə görə tanınan Qasım Abdullayev xalq arasında "Zabul Qasım" adı ilə məşhurlaşmışdı. O dövrdə, Azərbaycan xalqının məclislərində ”Segah" muğamı daha populyar idi. Lakin XIX əsrin son illərində xanəndələr “Zabul-segah”a daha çox meyl edirdilər. Bu populyarlığın əsas səbəbi tarzən Sadıqcanın tarın qoluna "Zabul" pərdəsini əlavə etməsi idi. XX əsrin əvvəllərində Zabul Qasım Bakıda bir neçə dəfə konsert vermiş və tamaşaçıların sonsuz rəğbətini qazanmışdır. Zabul Qasım ilk dəfə Bakı tamaşaçıları qarşısında 1903-cü ilin yanvar ayının 27-də H.Z.Tağıyevin teatr binasında verilən “Şərq konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə çıxış etmişdir.
Şahzadə Qasım
Şahzadə Qasım (1614, İstanbul, Osmanlı imperiyası – 17 fevral 1638, İstanbul, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin oğlu. Şahzadə Qasım 1614-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Burnaz Atikə Sultanın əkizidir. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə, qardaşları Osman, Süleyman, Murad, Bəyazid, Mehmed və İbrahimlə birlikdə sarayın Şimşirlik adlanan qəfəs bölümündə yaşamağa başladı. Əmisi Sulan Mustafanın qısa səltənətinin ardından ögey qardaşı II Osman taxta çıxdı. Ancaq qardaşının taxtdan endirilərək öldürülməsi (1622) və əmisi Sultan Mustafanın qısa səltənətindən sonra doğma qardaşı IV Muradın taxta çıxarılmasının ardından (1623) yenidən sarayın Şimşirlik bölümünə qapadıldı. Böyük qardaşlarından Mehmed Sultan Osman dövründə, Süleyman və Bəyazid isə Sultan Murad dövründə edam olunmuş, beləcə Qasım yaşca ən böyük şahzadə olaraq taxt varisi görülməyə başlanmışdı. Ancaq qardaşları Süleyman və Bəyazidin edamından sonra can qorxusuna düşən Qasım bu əsnada özündən yaşca kiçik olan qardaşı İbrahimi də qorumağa çalışmışdır.
Əbdülkərim Qasım
Əbdülkərim Qasım Məhəmməd Bəkr əl-Fədli əl-Zübeyiri (21 noyabr 1914, Bağdad, Bağdad vilayəti, Osmanlı imperiyası – 9 fevral 1963[…], Bağdad) — İraqın 24-cü baş naziri. == Həyatı == Əbülkərim Qasımın atası, Əsli şiə olan Məhəmməd Qasım bəy Bağdadda kiçik sahədə əkinçilik və fermerlik edirdi. 1 ci dünya müharibəsində həlak olan ata oğlunu görmədən vəfat etmişdi. 12 yaşında ikən yoxluq içində olan Qasımın anası 4 uşağı ilə oradan köçür. 1931-ci ildə Qasım dövlət məscidində təhsil almağa başlayır. 3 ay sonra Şamiyyə məktəbində oxumağa başlayır. 3 il orda oxuyur, 1934-cü ildə isə təhsilini kollecdə davam etdirir. Kollecdə 7 il oxudqdan sonra bütün işlərini siyasətə yönəldir. 1951-ci ildə İngiltərədəki kursa gedir. İlanların sehrbazı kimi tanınan Qasım siyasətə olan sevgisini yarımçıq qoymur.
Hacı İbrahim Qasımov
Hacı İbrahim Hacı Mahmud oğlu Qasımov (1886, Bakı – 1936, Bakı) — jurnalist, teatr tənqidçisi, tərcüməçi, "Kəlniyyət" jurnalının və "Bəsirət" qəzetinin redaktoru, "Nicat" Maarif Cəmiyyəti idarəsinin üzvü və katibi. == Fəaliyyəti == Hacı İbrahim Qasımov Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" operettasının əleyhidarı idi. 27 oktyabr 1913-cü il tarixli "Iqbal" qəzetində Hacı Ibrahim Qasımov adlı teatr tənqidçisi yazırdı: "…"Arşın mal alan" operettası bir dərəcə "fars" (lağ-lağı, məsxərə) tamaşalarına oxşayır – desək zənn edirik ki, xəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək xətadan xali deyildir. Belə tamaşalar millətin əxlaqını pozar, onu indiki halından betər bir hala salar". 1913-cü ilin avqustun əvvəlində "Kaspi" qəzetində Şuşadan yazılmış bir xəbər dərc edilir və orada "Leyli və Məcnun" operasının tamaşaya qoyulacağı məlum olur. "Kaspi" qəzetinin bu məlumatına "Nicat" Maarif Cəmiyyəti idarəsinin üzvü və katibi, XX əsrin əvvəllərində mətbuat səhifələrində bir sıra maraqlı yazıları və o cümlədən teatr tənqidçisi kimi şöhrət qazanmış Hacı İbrahim Qasımov mətbuat səhifələrində etirazını bildirir. O, 1913-cü il 4 avqust tarixli "İqbal" qəzetində "Kaspi" qəzetində dərc olunmuş xəbərin "Nicat" teatr heyətini artıq dərəcədə təəccübləndirdiyini yazır və "Leyli və Məcnun" operasının bütünlüklə "Nicat" ın teatr heyətinə məxsus olduğunu və bu vaxta qədər "Nicat"dan başqa kimsə onu tamaşaya qoymadığını göstərir. Buna görə də H.İ.Qasımov "Leyli və Məcnun" operası Şişədə oynanarsa mütləq "Nicat" ın iddiasına Şişədən teatro dəstəsi cavabdeh olacaqdır" yazır. 1919-cu ildə Bakıda "Nicat" mədəni maarif cəmiyyətinin dram artistləri Namik Kamal bəyin "Vətən, yaxud Silistrə" əsərinin tamaşasını hazırlayıb, onu "Vətən, yaxud Osmanlı müharibəsi" adi ilə tamaşaçılara göstərdilər.
Hacı Ərdəşir xan Qasımlı-Avşar
Hacı Ərdəşir xan Yusif xan oğlu Qasımlı-Avşar (?-?)—İran briqada generalı. == Həyatı == Ərdəşir xan Yusif xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Xüsusi təhsil almışdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Ərdəşir xan hərbçi idi. Sərtip (briqada generalı) rütbəsi daşıyırdı. == Ailəsi == Hacı Ərdəşir xan İqbalüddövlə İmamqulu xanın qızı ilə ailə qurmuşdu. Cəmşid xan adlı oğlu vardı. Cəlal xan Avşar-Hacı Ərdəşir xanın nəvəsidir. Məsturə Avşar-Hacı Ərdəşir xanın nəvəsidir.
Hafis Qasımov
Hafis Qasımov (leytenant)
Hafis Qasımov (şəhid)
Hikmət Qasımov
Himalay Qasımov
Himalay Qasımov (tam adı: Qasımov Himalay Ənvər oğlu; 21 fevral 1939, Naxçıvan) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor == Həyatı == Qasımov Himalay Ənvər oğlu 21 fevral 1939-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. === Ailəsi === Evlidir. İki övladı var. === Təhsili === 1966-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1966-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbində müəllim işləmişdir.1969-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. 1970-1974-cü illərdə ADPU-nun Azərbaycan ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 1974-cü ildə “Azərbaycan ədəbiyyatında süjetli lirika” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildə “Müasir Azərbaycan romanı: janrın tipologiyası və poetikası” adında doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-ci ildə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, 2003-cü ildən isə müdiri vəzifəsinə seçilmişdir. Elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur.
Hüseyn Qasımov
Hüseyn Qasımzadə
Hüseynqulu xan Qasımlı-Avşar
Hüseynqulu xan İmamqulu xan oğlu Qasımlı-Avşar (?-1821) — Urmiya xanlığının hakimi. == Həyatı == Hüseynqulu xan İmamqulu xan oğlu Urmiyada dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Hüseynqulu xan Urmiya hakimiyyətini öz qanuni haqqı bilirdi. Ona görə də əmisinə qarşı gah gizlin, gah aşkar mübarizə aparırdı. Ağaməhəmməd şah Qacarın ölümündən sonra Güney Azərbaycan xanlarından bəziləri müstəqillik eşqinə düşdülər. Məhəmmədqulu xan da onlara qoşuldu. Onlar Təbrizə yığışıb, hərəkətə başlamağı qərara aldılar. Məhəmmədqulu xan yolda Urmiyadan məktub alır. Ona bildirirdilər ki, qardaşıoğlu Hüseynqulu xan üsyan qaldırıb.
Hüseynqulu xan Qasımlı-Avşar (kitab)
Həbibə Qasımova
Həbibə Süleyman qızı Qasımova (d. 24 avqust 1922, Bakı, Azərbaycan SSR - ö. 19 noyabr 2014,Bakı, Azərbaycan) — biologiya elmləri doktoru (1963), professor (1965), Azərbaycan SSR-nin Əməkdar elm xadimi (1980), Torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim == Həyatı == Həbibə Qasımova 24 avqust 1922-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirmişdir. 1944-cü ildə Azərbaycan Dövlət Universitetini "Fərqlənmə" diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmişdir. 1945-1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almış, 1949-cu ildə "Azərbaycanın penisillin əmələgətirən göbələkləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Həbibə Qasımova 1963-cü ildə "Qazıntı üzvi maddələrin torpağın mikroflorasına təsiri" mövzusunda dissertasiya müdafiə edib biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1965-ci ildə professor elmi dərəcəsi almış, 1980-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülmüşdür. 1965-ci ildən 1967-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin dekanı olmuşdur.
Həmid Qasımbəyov
Həmid Həbib bəy oğlu Qasımbəyov (3 may 1923, Naxçıvan, Naxçıvan Muxtar Diyarı – 22 aprel 2005, Bakı) — azərbaycanlı SSRİ hərbi xadimi, vitse-admiral. 1945-ci ildə Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak edib. 604 saylı mina təmizləmə gəmisi ilə, güclü artilleriya atəşləri və yapon təyyarələrinin hücumu altında göstərdiyi xidmətə görə Qırmızı Ulduz ordeni ilə təltif edilib. 1957-ci ildə isə, Polşanın Svinouysçe şəhərindəki Sovet Hərbi Dəniz Donanmasının hərbi müdafiə briqadasının komandiri vəzifəsinə təyin olunub. 1970-ci ildə Baltik Dənizi Hərbi Dəniz Donanmasının Baş hərbi qərargahının rəisi təyin edilib. 1971-ci ildə kontr-admiral, 1976-cı ildə vitse-admiral rütbəsi alıb. 1980-ci ildən 1984-cü ilədək fəaliyyət göstərmiş Azərbaycan SSR Ali Sovetinin X çağırışında deputat seçilib. 2 dəfə "Qızıl Ulduz" medalı ilə, 1 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilməklə birlikdə 30-a yaxın orden və medalla mükafatlandırılıb. 1973-cü ildə SSRİ Hərbi Dəniz Qüvvələrinin komandanı tərəfindən fəxri silah - qılıncla təltif olunub. == Həyatı == Həmid Qasımbəyov 3 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.
Həmid Qasımov
Həmzə Qasım (Sayınqala)
Həmzə Qasım (fars. حمزه قاسم‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 174 nəfər yaşayır (33 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Kamil Qasımov
Kamran Qasımov
Kamran Fazil oğlu Qasımov (2 fevral 2001, Qaravəlilər, Gədəbəy rayonu – 27 oktyabr 2020, Xocavənd rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Qasımov 20 fevral 2001—ci ildə anadan olub. 2007-ci ildə Bakı şəhər Sabunçu rayonu Zabrat qəsəbəsində 192 sayli tam orta məktəbdə təhsil alib. 2016-ci ildə, 9-cu sinifi bitirdikdən sonra, 14 saylı peşə liseyinə daxil olub. 23.07.2019-cu ildə Gədəbəy rayon komissarligindan hərbi xidmətə yola salinib. 27.10.2020-ci ildə şəhid olub. 26.11.2020-ci ildə dəfn olunub. == Hərbi xidməti == 23.07.2019-cu ildə Gədəbəy rayon komissarligindan hərbi xidmətə yola salinib. Füzuli rayonu Cocuxmərcanlı kəndində 706 sayli hərbi hissənin IV tabor 12-ci bölüyündə xidmətə başlamişdır. === İkinci Qarabağ müharibəsi illərində === 27.09.2020-ci ildə İkinci Qarabağ müharibəsi zamani Füzuli, Xocavənd istiqamətində gedən döyüslərdə istirak edib.
Kelvin Qasımov
== Həyatı == Elvin Fuad oğlu Qasımov 1 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. Fotoqraflığa həvəsi uşaqlıqdan yaranmışdır, səbəbi isə atası Fuad Qasımovun həvəskar fotoqraf olması idi. 2017-ci ildə ailə həyatı qurmuşdur və bu evlilikdən David adında oğlu vardır. == Bioqrafiyası == 2008-2009-cu illərdə Belarusda yerləşən Minsk Foto Məktəbində və 2009-2010-cu illərdə isə Ukraynanın Kiyev Foto Məktəbində təhsil almışdır. Peşəkar fotoqraflığa 2010-cu ildə Kelvin Qasımov adı ilə başlamışdır. 2012-ci ilin fevralında YouTube kanalı açmışdır. Hal hazırda 1,48 min abunəyə sahibdir. Toplamda 361 milyon baxış almışdır. == Yaradıcılığı == Üstünlük verdiyi janrlar: Jurnalistika, toy jurnalistikası, portret, street. Sevdiyi dəstixət sürrealizmdir.
Kifayət Qasımova
Kifayət Qasımova (1 fevral 1983, Kəlbəcər) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi. == Karyerası == Karyerasının birinci uğuruna Kifayət Qasımova 1998-ci ilin noyabrında imza atdı. Kifayət Qasımova Rumıniyanın Buxarest şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında bürünc medala sahib oldu. 1999-cu ildə isə Kifayət Qasımova İsveçdə Avropa Gənclər Olimpiya Festivalını bürünc medalla başa vurdu və İtaliyada U-20 Avropa Çempionatının qalibi oldu. Daha sonra Kifayət Qasımova 2000-ci ildə Tunisdə U-20 Dünya Çempionatının və 2002-ci ildə Niderlandda U-20 Avropa Çempionatının bürünc medalına sahib oldu. 2004-cü ilin mayında Buxarest şəhərində (Rumıniya) Avropa Çempionatını yeddinci pillədə başa vuran Kifayət Qasımova həmin ilin noyabrında Lyublyana şəhərində (Sloveniya) U-23 Avropa Çempionatının qalibi oldu. 2005-ci ildə isə Kifayət Qasımova mayda Rotterdam şəhərində növbəti dəfə Avropa Çempionatını yeddinci pillədə başa vurdu, noyabrda isə Kiyev şəhərində U-23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Kifayət Qasımova 2006-cı ildə Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatının final görüşündə Fransa nümayəndəsi Barbara Harela məğlub olaraq turniri gümüş medalla başa vurdu. Həmin il Azərbaycan Çempionatının qalibi olan Kifayət Qasımova bir il sonra, 2007-ci ilin aprelində Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatında bu səfər bürünc medala sahib oldu. 2007 və 2008-ci illərdə bir sıra beynəlxalq turnirlərin qalibi olan Kifayət Qasımova 2008-ci ilin aprelində Portuqaliyanın Lissabon şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.
Lalə Qasımova
Lalə Qasımova (Qasımova Lalə Nəriman qızı; 1955, Dnepr) — Tibb elmləri doktoru, professor. Nijni Novqorod Dövlət Tibb Akademiyasının psixiatriya və tibbi psixologiya kafedrasının müdiri. == Həyatı == Qasımova Lalə Nəriman qızı 1955-ci ildə Dnepropetrovskda (Ukrayna) anadan olub. 1973-cü ildə İ. P. Pavlov adına 1-ci Leninqrad Tibb İnstitutunu bitirib və təyinatla Novqorod vilayətində psixiatr işləyib. Sonra Volqoqrad Elmi-Tədqiqat İnstitutunda çalışıb. 1981-ci ildə L. Qasımova S. M. Kirov adına Qorki Tibb İnstitutunun psixiatriya kafedrasında psixiatriya üzrə aspirantura bitirib. 1986-cı ildə "Uzun sürən nevrozların kliniki dinamika və proqnozu" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1987-ci ildən Qorki Tibb İnstitutunun (sonralar Nijni Novqorod Dövlət Tibb Akademiyası) psixiatriya kafedrasının assistenti, 1994-cü ildən dosenti işləyib. 1998-ci ildən Nijni Novqorod Dövlət Tibb Akademiyasının psixiatriya və tibbi psixologiya kafedrasının müdiridir. 2001-ci ildə L. Qasımova "İri sənaye mərkəzi əhalisinin psixi sağlamlığı, klinikepidemioloji və sosio-mədəni aspektlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Lətif Qasımov
Lətif Qasımov — azərbaycanlı alim, 9 kitab və təlimatın, respublikada və xaricdə yüksək reytinqli jurnallarda çap edilmiş 50-dən çox elmi məqalənin müəllifi, "Tərəqqi" medalı təltifçisi, "Azərbaycan Respublikası Milli Atlası"nın həmmüəllifi, "Azərbaycanda aqrar sahənin inkişafında Ümumilli lider Heydər Əliyevin rolu" adlı kitabın redaksiya şurasının üzvü, 3-cü dərəcə dövlət müşaviri. == Həyatı == 1 may 1963-cü ildə Azərbaycan Respublikasının Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 1970-ci ildə Hamarkənd kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1980-ci ildə həmin orta məktəbin 10-cu sinfini əla qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Yardımlı rayonunda M. B. Qasımov adına sovxozda fəhlə işləmişdir. 1981-ci ildə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Aqrokimya və Torpaqşünaslıq fakültəsinə daxil olmuş,1986-cı ildə həmin fakültəni bitirmişdir. İnstitutu bitirdikdən sonra yenidən Yardımlı rayonunda M. B. Qasımov adına sovxozda fəhlə, sonra isə Komsomol komitə katibi işləmişdir. == Fəaliyyəti == 1987-ci ildən Bakı şəhərində Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda, 1988–1989-cu illərdə isə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda torpaqşünas-mühəndis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası ərazisində aparılan irimiqyaslı torpaq tədqiqatlarında bilavasitə iştirak etmişdir. 1989–1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda əyani aspirant olmuşdur. 1992-ci ildə Azərbaycan Elmlər Akdemiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda İxtisaslaşmış Elmi Şurada "Azərbaycanın rütubətli subtropiklərində subtropik meyvə bitkiləri altındakı torpaqların münbitlik modelləri" mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək "03.00.27" – Torpaqşünaslıq ixtisası üzrə "Kənd təsərrüfatı elmləri namizədi" alimlik dərəcəsi almışdır.
Mirabbas Qasımov
Mirabbas Göycə oğlu Qasımov (11 iyul 1939, Şamaxı rayonu – 6 sentyabr 2008, Bakı) — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru (1967), professor (1968), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989) olmuşdur. == Həyatı == Mirabbas Qasımov 11 iyul 1939-cu ildə Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur. 1956-cı ildə Qasımov Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə göstərdiyi yüksək nəticələrə görə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin uyğun fakültəsinə köçürülmüşdür. 1961-ci ildə təhsilini başa vurduqdan sonra MDU-nun aspiranturasında saxlanmışdır. Bu dövrdən Mirabbas Qasımovun elmi fəaliyyəti başlayır (elmi rəhbəri F.A.Berezin olur) və əsasən özünün müəllimi saydığı B. M. Levitanın tədqiqatından ibarət olur. B. Levitan da öz növbəsində Mirabbas Qasımovun işlərinə yüksək qiymət verir, ona özünün ən istedadlı tələbəsi olaraq xüsusi məhəbbətlə yanaşır. == Elmi fəaliyyəti == Mirabbas Qasımovun əsas işləri müxtəlif sinif diferensial operator sinifləri üçün spektral analizin tərs məsələlərinə və öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsinə aid olmuşdur. 1964-cü ildə M. Q. Qasımov MDU-nun Mexanika-riyaziyyat fakültəsinin Elmi Şurasında "Şturm-Liuvill tənliyinin iki spektra görə həlli" namizədlik disertasiyasını müdafiə etmişdir. Elmi şuranın xüsusi qərarına əsasən iş "Görkəmli iş" olaraq qiymətləndirilmişdir. Həmin ildə o Moskvanın Fiziki-Texniki İnstitutuna assistent vəzifəsinə işə girir və 1965-ci ildə müsabiqə yolu ilə F. E. Dzerjinski adına Hərbi-Mühəndislik Akademiyasının Riyaziyyat kafedrasına baş müəllim təyin olunur və 1965–1968-ci illərdə bu vəzifədə çalışır.
Mirağa Qasımov
Mirağa Hafiz oğlu Qasımov (1 avqust 1995, Moranlı, Cəlilabad rayonu – 12 noyabr 2020, Bakı) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirağa Qasımov 1995-ci il avqustun 1-də Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. Orta təhsilini əvvəlcə, Moranlı kənd, sonra isə Qara Kazımlı kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Mirağa Qasımov 2013–2014-cü illərdə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2015-ci ildən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli 2217 nömrəli Sərəncamına əsasən Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Mirağa Qasımov "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirağa Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirağa Qasımov oktyabrın 26-da Zəngilanın azad edilməsi zamanı ağır yaralanıb və Hərbi Hospitala aparılıb. 20 gün Koma vəziyyətində qaldığdan sonra noyabrın 12-də şəhid olub. Cəlilabad rayonunun Moranlı kəndində dəfn olunub.
Mirbəşir Qasımov
Mir Bəşir Fəttah oğlu Qasımov (1879, Daşbulaq[d], Cənubi Azərbaycan – 23 aprel 1949, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1938–1949). == Həyatı == Mirbəşir Fəttah oğlu Qasımov 1879-cu ildə Cənubi Azərbaycanın Daşbulaq kəndində anadan olmuşdur. 1898-ci ildən inqilabi işə qoşulmuşdu. Mirbəşir Qasımov 1905-ci ildə Balaxanı neft mədənlərində çalışırdı. M. Qasımov 1920-ci ilin aprelində Müsavat hakimiyyətinə qarşı üsyanın əsas təşkilatçılarından olub. 1921-ci ildən 1935-ci ilədək Azərbaycan hökumətinin sədr müavini, 1935–1937-ci illərdə Azərbaycan SSR xalq sosial təminat komissarı, 1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin rəyasət heyətinin sədri olub. Mirbəşir Qasımov 23 aprel 1949-cu ildə vəfat edib. 1949-cu ildə Mirbəşir Qasımovun vəfatından sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə Tərtər rayonunun tarixi adı dəyişdirilərək Mirbəşir qoyulmuşdur.