QURULTAY

is. Hər hansı bir təşkilat və ya ixtisas nümayəndələrinin ictimai-siyasi, yaxud elmi xarakter daşıyan geniş yığıncağı. Həmkarlar ittifaqları qurultayı. Müəllimlər qurultayı. Sənaye işçilərinin qurultayı.
QURULMAQ
QURULTU
OBASTAN VİKİ
Qurultay
Qurultay – 1)müəyyən təşkilatın, yaradıcı birliklərin, əhali qruplarının, müəyyən sahələrin nümayəndələrinin geniş yığıncağı; 2)hər hansı təşkilatın və ya əhali qruplarının, hər hansı sahə xadimlərinin nümayəndələrinin yığıncağı; 3)hər hansı bir təşkilat və ya ixtisas nümayəndələrinin ictimai-siyasi, yaxud elmi xarakter daşıyan geniş yığıncağı. Məsələn, həmkarlar ittifaqları qurultayı, müəllimlər qurultayı, sənaye işçilərinin qurultayı. Qurultay — Qədim Türk dövlətlərində sayılıb-seçilən insanların iştirakı ilə mühüm məsələləri müzakirə və həll etmək üçün görüş. Qurultay — ictimai təşkilatın, siyasi partiyanın və ya sosial, həmkarlar, milli və ya digər qrupun nümayəndələrinin ali, səlahiyyətli toplantısı. Qurultay nümayəndələri ilk, ərazi təşkilatlarında seçilir və qrup üzrə ali səlahiyyətə malik olurlar. == Ədəbiyyatı == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201v. s.
Qurultay (dəqiqləşdirmə)
Qurultay — ictimai təşkilatın, siyasi partiyanın və ya sosial, həmkarlar, milli və ya digər qrupun nümayəndələrinin ali, səlahiyyətli toplantısı. Qurultay — yığıncaq, şura, məclis. Qədim dövrdə türk və moqol xalqlarında səlahiyətli xalq nümayəndələrinin - ağsaqqaların, feodalizm dövründə xanların, bəylərin yığıncağı. Böyük Qurultay — Macarıstanda aparılan Altay xalqların festivalı.
Böyük Qurultay
Böyük Qurultay (mac. Nagy-Kurultáj) — Macarıstanın Buqats şəhərində baş tutan Altay millətlərin illik festivalı.
Birinci Türkoloji Qurultay
Birinci Türkoloji Qurultay — 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultay. Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. Qurultayda qəbul edilən qərara əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. RSFSR tərkibində olan türk xalqları yeni türk əlifbasından istifadəyə başladılar. Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə — alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkirlər iştirak edib. Türk xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb. Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə — Səməd Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor F.F.Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və M. Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Rahim İnogomov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar seçilmişdilər. Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzvü olmuşdular. Qurultay iştirakçılarının sonrakı fəaliyyəti fəciəvi olmuşdur.
II Monqol qurultayı
II Monqol qurultayı — Ögedey xanın 1241-ci ildəki ölümündən sonra keçirilmişdir. Bu qurultay monqolların qərbə hücumunu dayandırmışdı. 1246-cı ildə keçirilən bu qurultayda əsas namizədlər Cuçi xanın oğlu Batı xan, Ögedey xanın oğlu Güyük xan və Çingiz xanın qardaşı Temüge idi. Batı xanın taxtdan imtina etməsi ilə Güyük xan seçilmişdi. Bu qurultayda İohan Karpini, VI David, VII David, II Yaroslav, Ermənistan çarı I Hetumun qardaşı Smbat, IV Qılınc Arslan və bir çox səfir iştirak edirdi. İohan Karpininin dediklərinə görə 4000dən çox xarici qonaq vardı. Bu qurultay Batı xanın gücünü artırmışdı.
I Monqol qurultayı
I Monqol qurultayı — Çingiz xanın ölümündən sonra keçirilmiş qurultaydır. Qurultay 1229-cu ildə Kerulen sahilində keçirilmişdir. Qurultayda əsas namizədlər Tuluy və Ögedey idi. Yaşayan ən böyük qardaş Cığatay xanın Ögedeyi dəstəkləməsi qurultayın nəticəsini təyin etdi və Ögedey xan elan olundu.
Krım Tatar Milli Qurultayı
Krım Tatar Milli Qurultayı (krımtat. Qırımtatar Milliy Qurultayı, Къырымтатар Миллий Къурултайы) — Krım tatar xalqının nümayəndə orqanı və 1917-ci ildə Krım Xalq Respublikasının müstəqilliyini bəyan edərək onun parlamenti olan qurum. == Tarixi == === Mənşəyi === Rusiyada 1917-ci ilin martın 25-də baş vermiş Fevral inqilabından sonra Simferopol şəhərində Krımın şəhərləri və qəsəbələridən 1500 nümayəndədən ibarət olan Bütövkrım Müsəlman Qurultayı baş verib. Həmin ilin oktyabrın 1-2 arasında müsəlman icra komitəsinin başçısı Noman Çələbi Cihan komitənin keçirdiyi Krım tatar qurumların toplantısında Krım Tatar Milli Qurultayını təsis etməyə təklif edib. Təklif yekdilliklə qəbul olunub. === Sovet dövrü === Sovet dövründə törədilən deportasiyalara görə, 1950-ci və 60-cı illərdə Krım tatarların milli hərəkatı SSRİ boyu mərkəzsiz bir şəbəkə yaradıb, Özbəkistanda iclaslarını gizli şəkildə aparmağa məcbur idi. 1970-ci və 80-ci illərdə birgə məqsədləri, amma müxtəlif taktikaları olan qruplar formalaşıb. 80-ci illərin ortasında yeni təşkil üsulları üçün imkan yaradılıb. Sovet dövründəki fasilədən sonra Qurultay yenidən 1991-ci ilin iyunun 26-da toplaşmağa başladı. Qurultay Krım Tatar Milli Məclisinin 33 üzvünü seçib.
Lübeç qurultayı
Lübeç qurultayı — Dnepr çayı sahilində yerləşən Lübeç şəhərində 1097-ci ildə knyazlıqlar arasında udellər uğrunda baş verən feodal çəkişmələrinin aradan qaldırılması və Rus torpaqlarına dağıdıcı yürüşlər edən kumanlara qarşı mübarizədə daha sıx birləşmək məqsədilə çağrılmış rus knyazlarının qurultayı. Qurultayın çağrılmasının əsas səbəbi 1094-cü ildən Svyatopolk İzyaslaviçin və Vladimir Monomaxın əleyhinə çıxış edən Oleq Svyatoslav ilə sülh bağlamaq idi. == Qurultay ərəfəsində == XI əsrin axırları və XII əsrin əvvəllərində Kiyev dövləti geniş əraziyə malik olsa da, möhkəm əsaslı deyildi. Hələ atasının sağlığında Çerniqovda onun sağ əli hesab olunan Vladimir Monomax 1093-cü ildə ruslar üçün məğlubiyyətlə nəticələnmiş Stuqne döyüşündə iştirak etmiş, 1094-cü ildə isə Oleq Svyatoslaviç kumanların köməyi ilə Vladimiri Çerniqovdan qovmuşdur. Kiyev knyazı Svyatopolk İzyaslaviç Vladimir Monomaxın köməyinə gəlsə də, kumanlar rus torpaqlarının cənub sərhədlərinə hücum etmişlər. 1096-1097-ci illərdə Mstislav Vladimiroviç novqorodluların, Vyaçeslav Vladimiroviç isə kumanların köməyi ilə Oleq Svyatoslavla Murom, Ryazan, Suzdal və Rostov uğrunda mübarizə aparmış və Kolokşedə ona ağır zərbələr vurmuşlar. Mstislav Vladimiroviç bu döyüşdən sonra Oleqə sülh bağlamağı təklif etmişdir. 1097–ci ilin Lübeç qurultayında “hər kəs öz votçinasını qorusun” şüarı ilə dövlətin ayrı-ayrı müstəqil knyazlıqlara parçalanması rəsmiləşdirildi. Böyük Kiyev torpağında Rostov, Suzdal, Preyaslavl, Vladimir, Smolensk, Turov-Pinsk, Polotsk-Minsk, Tmutarakan knyazlıqları, Novqorod və Pskov feodal respublikaları yarandı. == Mənbə == Греков Б. Д., Киевская Русь, М., 1953; Рыбаков Б. А., Первые века русской истории, М., 1964.
Muğan qurultayı
Muğan qurultayı və ya Suqovuşan qurultayı — Hotaki-əfqanları zərərsizləşdirdikdən, Osmanlı və Rusiya tərəfindən zəbt olunmuş əraziləri geri qaytardıqdan və bununla da bütün Səfəvi ərazisində nəzarəti ələ aldıqdan sonra Nadir xan Əfşar bütün diqqətini hakimiyyət məsələsi üzərində cəmləşdirdi. Nadir xan Səfəvilərdə naibüssəltənə (səltənət vəkili) adlansa da, əslində, real hakimiyyət onun əlində idi. Hakimiyyəti rəsmən ələ keçirmək üçün və özünü şah elan etmək üçün Nadir xan 1736-cı ilin fevral-mart ayında Muğan düzünə, Kürlə Arazın qovuşduğu yer olan Qalaqayında Muğan (Suqovuşan) qurultayını çağırdı. Suqovuşan qurultayında taxta kimin sahib olması məsələsi müzakirəyə çıxarıldı. Uzunsürən müzakirələrdən sonra qurultay iştirakçıları Nadirin şah seçilməsinə razı oldular. == Tarixi == XIX əsr Azərbaycan tarixçisi A.A.Bakıxanov yazır ki, qurultay keçirilməzdən öncə Nadir şah Əfşar ölkənin hər bir yanına xəbərlər göndərmiş, bütün vilayətlərdən Muğana-Azərbaycana 100 min adam gəlmişdi: "Bir aydan ziyadə çəkən müşavirə və danışıqlardan sonra, Nadir həzrətləri 1148-ci (1736) ildə, şübat (fevral) ayının 26-da İranın səltənət taxtına oturdu". Mirzə Mehdi xan əsərində yazır ki, Nadir şahın taxta çıxması xalqın istəyilə baş vermişdir və Nadir özü hakimiyyəti istəməmişdir. Amma həmin dövrün şəraiti, İran və Azərbaycanın sahibsiz qalması onu buna məcbur etmişdir. Bəzi mənbələrə görə isə Nadir xan qəsdən, guya hakimiyyətə ehtiyacı olmadığı üçün bunu etmişdir, yəni hakimiyyətdən boyun qaçırmışdır. Lakin əsas məqsəd hakimiyyəti ələ keçirmək idi.
Naxçıvan Müəllimlər Qurultayı
Naxçıvan Müəllimlər Qurultayı — “İrəvan quberniyası xalq məktəblərinin sahə qurultayı” adı ilə 1893-cü il noyabrın 22-24-də Naxçıvan şəhərində keçirilmişdir. == Haqqında == Qurultayda “Məktəblərdə müəllimlər heç bir əlavə vəsait sərf etmədən hansı kənd təsərrüfatı məşğələlərini təşkil edə bilərlər?” mövzusunda müzakirə aparılmışdır. Müzakirələrdə mahalın tanınmış müəllimlərindən olan Cəlil Məmmədquluzadə, Kərim bəy İsmayılov (Nehrəm məktəbi), Nəsrulla Əmirov (Naxçıvan şəhər məktəbi), Əbdülqasım Sultanov (Şahtaxtı məktəbi), Məmməd bəy Qazıyev (Şərur məktəbi) çıxış etmişlər. Qurultayın bu məsələ ilə əlaqədar qəbul etdiyi qərarda məktəblərdə ipəkçiliyin təşkili və inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Qurultayda Naxçıvan şəhər məktəbində müxtəlif fənlər üzrə keçirilmiş açıq dərslər də müzakirə olunur.
Qafqaz Müsəlmanları Qurultayı
== Qafqaz müsəlmanlarının qurultayının çağrılması == Yeni inqilabi şəraitdə Azərbaycan xalqının məqsəd və arzularını müəyyənləşdirmək məqsədi ilə bağlı ilk addım 1917-ci il aprelin 15-20-də Bakıda keçirilmiş Qafqaz müsəlmanlarının qurultayında atıldı. Qurultay ərəfəsində Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi Qafqaz müsəlmanlarına müraciət dərc etdi. Müraciətdə deyilirdi: "Komitə ümummüsəlman qurultayı çağırmaqdan, milli-siyasi proqramı irəli sürməkdən imtina edir, lakin məhz indi millətlərin mənafeyini ən yaxşı təmin edə biləcək dövlət idarəçiliyi haqqında fikrini bildirməyi zəruri sayır... Belə bir idarə forması, söz yox ki, yalnız demokratik respublikadır" Hələ qurultay açılmamışdan əvvəl Azərbaycanın siyasi təşkilatları Rusiyanın gələcək siyasi quruluşu haqqında öz məramlarını elan etmişdilər. Onlar bütün Rusiyada demokratik respublikanın yaradılması ideyasını irəli sürən və müdafiə edən ilk təşkilatlardan biri idi. == Qurultayın təşkili və keçirilməsi == Qurultayda Azərbaycanın siyasi partiya və ictimai təşkilatlarının, həmçinin Şimali Qafqaz, Gürcüstan və İrəvan müsəlmanlarının nümayəndələri iştirak edirdilər. Qurultayda əsas məsələlərdən biri Rusiyanın gələcək siyasi quruluşu və kiçik xalqların hüquqlarına aid idi. Rusiyanın siyasi quruluşu barədə Məhəmməd Əmin Rəsulzadə məruzə etdi. O göstərdi ki, "dövlətə daxil olan müxtəlif millətlərin möhkəm birliyini onların dövlət ittifaqı haqqında azad ifadə olunmuş arzusundan başqa heç bir qüvvə təmin edə bilməz". Qurultay Qafqaz müsəlmanlarının milli-siyasi idealları haqqında Məhəmməd Əmin Rəsulzadənin məruzəsi üzrə qətnamə qəbul etdi.
Qafqaz müsəlmanlarının qurultayı

Qazaxda kəndli qurultayı
Qazaxda kəndli qurultayı — Qazax qəzası kəndlilərinin 1919-cu il sentyabrın 25-də Qazax şəhərində keçirilən qurulyatı. == Tarixi == Qurultay hümmətçi menşeviklərin təşəbbüsü ilə çağırılmışdı. Bolşeviklərlə digər sosial-demokratlar arasında kəskin mübahisə şəraitində keçən qurultayda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin aqrar siyasəti müzakirə olunmuşdur. "Müsavat" partiyasının nümayəndələri qurultayda iştirak etmirdi. Qurultayda iştirak edən Bakı Fəhlə Konfransının nümayəndə heyəti kəndliləri fəhlələrlə ittifaqda sovet hakimiyyəti uğrunda, burjua-mülkədarlar əleyhinə mübarizəyə çağırdı. Qurultayda hümmətçi menşeviklər öz aqrar proqramlarını, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti sosialist fraksiyasının üzvləri isə aqrar komissiyada yeritdikləri torpaq siyasətinin mahiyyətini izah və müdafiə edirdilər. S.Ağamalıoğlu hər mülkədara 10 desyatin bağ yeri, 15 desyatin əkin yeri və 45-50 desyatin otlaq saxlamaqla, qalan torpaqların ödənc ilə kəndlilərə paylanmasını, torpaq pulunun ödənilməsi üçün əhaliyə gəlir vergisi qoymaq yolu ilə fond yaradılmasını təklif etdi. İ.Əbiləv və Ə.Pepinov da bu aqrar proqrama tərəfdar çıxdılar. D.Bünyadzadə, R.Hüseynov, Ə.Qarayev, A.Yusifzadə isə bütün mülkədar torpaqlarının müsadirə edilib, təmənnasız olaraq kəndlilərə paylanması təklifini irəli sürdülər. Qurultayın qəbul etdiyi qətnamədə deyilirdi: "...Rusiya inqilabının ən böyük nailiyyətlərindən biri torpağın zəhmətkeşlərə verilməsi şüarı idi.
Qurultaydan Qurultaya (1970)
Qurultaydan Qurultaya (1985)
Qurultaydan qurultaya (film, 1970)
Qurultaydan qurultaya (film, 1985)
RSDFP-nin II qurultayı
Rusiya Sosial Demokrat Fəhlə Partiyası II Qurultayı — 1903-cü il iyulun 17-də (30-da) və avqustun 10-da (23-də) baş tutan qurultay. == Haqqında == Qurultayın birinci 13 iclası Brüsseldə keçirilmişdir. Sonra, polisin təqibi üzündən, qurultayın iclasları Londona köçürülmüşdü. Qurultayın ən mühüm məsələləri partiya Proqramı və Nizamnaməsinin təsdiq edilməsi və rəhbər partiya mərkəzlərinin seçilməsi idi. Partiya Nizamnaməsinin müzakirəsi zamanı partiyanı qurmağın təşkilat prinsipləri məsələsində şiddətli mübarizə baş vermişdi. == Mənbə == V.İ.Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 246-247.
RSDFP-nin İkinci qurultayı

Rusiya Sosial Demokrat Fəhlə Partiyası II Qurultayı

Suqovuşan qurultayı
Muğan qurultayı və ya Suqovuşan qurultayı — Hotaki-əfqanları zərərsizləşdirdikdən, Osmanlı və Rusiya tərəfindən zəbt olunmuş əraziləri geri qaytardıqdan və bununla da bütün Səfəvi ərazisində nəzarəti ələ aldıqdan sonra Nadir xan Əfşar bütün diqqətini hakimiyyət məsələsi üzərində cəmləşdirdi. Nadir xan Səfəvilərdə naibüssəltənə (səltənət vəkili) adlansa da, əslində, real hakimiyyət onun əlində idi. Hakimiyyəti rəsmən ələ keçirmək üçün və özünü şah elan etmək üçün Nadir xan 1736-cı ilin fevral-mart ayında Muğan düzünə, Kürlə Arazın qovuşduğu yer olan Qalaqayında Muğan (Suqovuşan) qurultayını çağırdı. Suqovuşan qurultayında taxta kimin sahib olması məsələsi müzakirəyə çıxarıldı. Uzunsürən müzakirələrdən sonra qurultay iştirakçıları Nadirin şah seçilməsinə razı oldular. == Tarixi == XIX əsr Azərbaycan tarixçisi A.A.Bakıxanov yazır ki, qurultay keçirilməzdən öncə Nadir şah Əfşar ölkənin hər bir yanına xəbərlər göndərmiş, bütün vilayətlərdən Muğana-Azərbaycana 100 min adam gəlmişdi: "Bir aydan ziyadə çəkən müşavirə və danışıqlardan sonra, Nadir həzrətləri 1148-ci (1736) ildə, şübat (fevral) ayının 26-da İranın səltənət taxtına oturdu". Mirzə Mehdi xan əsərində yazır ki, Nadir şahın taxta çıxması xalqın istəyilə baş vermişdir və Nadir özü hakimiyyəti istəməmişdir. Amma həmin dövrün şəraiti, İran və Azərbaycanın sahibsiz qalması onu buna məcbur etmişdir. Bəzi mənbələrə görə isə Nadir xan qəsdən, guya hakimiyyətə ehtiyacı olmadığı üçün bunu etmişdir, yəni hakimiyyətdən boyun qaçırmışdır. Lakin əsas məqsəd hakimiyyəti ələ keçirmək idi.
Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944)
== Məzmun == Film Zaqafqaziya müsəlman ruhanilərinin Bakıda keçirilmiş qurultayına həsr olunmuşdur. Kinolentdə göstərilir ki, Sovet İttifaqı Konstitusiyasında zəhmətkeşlərə vicdan azadlığı verilmişdir. Ölkəmizdə hər bir vətəndaşın inandığı dinə etiqad etmə hüququ vardır.
Ümumrusiya Müsəlmanlar qurultayı
== Qurultayın keçirilməsi zərurəti == Milli regionlar çərçivəsində formalaşmış əksər qrupların (Cənubi Qafqaz, Başqırdıstan, Krım, Qırğızıstan və s.) nümayəndələri, Rusiya dövlətinin həyati mənafelərinə toxunmamaqla, bütün sahələrdə özünüidarə hüququ verən ərazi muxtariyyəti prinsipinin tərəfdarı idilər. Rusiyanın müxtəlif hissələrinə səpələnmiş tatarların nümayəndələri isə tamamilə əks mövqedə dayanırdılar. == Qurultayın təşkili və keçirilməsi == Məsələ ilə bağlı ziddiyyətlər 1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanlar qurultayında özünü büruzə verdi. Qurultayı təşkil etmək üçün Qafqaz sosial-demokratı Əhməd Salihovun başçılığı ilə büro yaradıldı. Qurultay azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı müsəlmanlara hədiyyə etdiyi binada 900 nümayəndənin iştirakı ilə keçirildi. Qurultayın gündəliyində Rusiyanın gələcək idarə forması; mədəni və məhəlli muxtariyyət, müharibəyə münasibət, Məclisi-Müəssisan; Qadınlar, fəhlə, torpaq məsələləri (hər biri ayrılıqda); Qafqaziya, Türküstan, Qazaxıstan məsələləri (müstəmləkə siyasəti və s.); əsgəri təşkilat, siyasi təşkilat məsələləri; bütün Rusiya müsəlmanlarının böyük milli şurasını seçmək və s. məsələlər dururdu. Qurultayın gündəliyindəki on dörd məsələnin müzakirəsi üçün doqquz bölmə, onun əməli işini aparmaq üçün dörd komissiya təşkil olunmuşdu. Qurultayın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu haqqında idi. Məsələ ilə bağlı iki nümayəndə - Məhəmməd Əmin Rəsulzadə və Ə.Salihov çıxış etdilər.
Ümumrusiya Müsəlmanları Qurultayı

İkinci Ümumqazax Qurultayı
İkinci Ümumqırğız Qurultayı və ya İkinci Ümumqazax Qurultayı("İkinci Ümumqazax Qurultayı" adı 1936-cı ildən sonra, qazax etnosunun müəyyənləşməsindən sonra istifadə olunmağa başladı, qaz. Екінші жалпықазақ съезі) — 5 (18) dekabr — 13 (26) dekabr 1917-ci ildə Rusiya imperiyasının Orenburq şəhərində türk xalqlarının (əsasən Mərkəzi Asiya) keçirdikləri qurultay. Qurultayda 1917-ci il inqilabından sonra Türkistanda yaşayan xalqların neçə yaşayacaqları, hansı idarəetmə formasından istifadə edəcəkləri, kimlərlə ittifaqa girəcəkləri müzakirə edilmişdir. Qurultayın nəticələrinə görə bir neçə mühüm qərarlar qəbul edilmişdir. Onlrdan ən əsası Alaş muxtariyyətinin yaradılması olmuşdur. Qurultay iştirakçılarının çoxu represiyaya məruz qalmışdılar. == Tarixi == Rusiyada 1917-ci il Bolşevik çevrilişindən sonra siyasi vəziyyət gərginləşmişdi. Ölkə vətəndaş müharibəsinin astanasında idi. Belə vəziyyətdə Rusiya imperiyasına daxil olan türk xalqları mövcud siyasi vəziyyəti müzakirə etmək üçün ümümtürk qurultayı keçirməyi qərara aldılar. Quriltayda iştirak etmək üçün bütün Türkistanda yaşayan xalqların nümayəndələrinə dəvət göndərildi.
İkinci Ümumqırğız (Ümumqazax) Qurultayı

İkinci Ümumqırğız Qurultayı

1-ci Türkoloji Qurultay (film, 1926)
1-ci Türkoloji Qurultay — qısametrajlı sənədli filmi. Film Azdövlətkinoda istehsal edilmişdir. Burada dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən bəhs edilir. Filmdə Səməd Ağamalıoğlu, Qəzənfər Musabəyov, Əli bəy Hüseynzadə və Hüseyn Cavid iştirak edirlər. == Məzmun == Film dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən, türk xalqlarının yeni latın əlifbasını qəbul etmələrindən, qurultayın türk xalqları ədəbiyyatı və dil problemləri barədə yekdil qərarlar verməsindən söhbət açır. == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.

Digər lüğətlərdə