SƏBƏT

is. İçinə meyvə, göyərti və s. yığmaq üçün qarğıdan, qamışdan və s.-dən hörülən uzunsov zənbil. Bir səbət üzüm. Bir səbət əncir.
[Kəndçi] xurcunun hər gözündə bir yekə səbət nar yerləşdirmişdi. Qantəmir.
Məşədi Şərif içalatı iri bir səbətə qoyub həyətə salladı. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏBƏT 1. SƏBƏT Piri kişi özü bir səbət götürdü və Qaraca qıza da bir cəvərən verdi (S.S.Axundov); DƏSGİRƏ (dial
SƏBƏBSİZ
SƏBƏT-SƏBƏT
OBASTAN VİKİ
Minimum istehlak səbəti
Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyən edilməsi üçün, ilk növbədə, minimum istehlak səbətinin tərkibinin formalaşdırılmasına ehtiyac vardır. Yaşayış minimumu və minimum istehlak səbətinin müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləmək üçün hazırda 2004-cü il 5 oktyabr tarixli "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədədir. Adıçəkilən qanuna əsasən, minimum istehlak səbəti – insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri – ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır. Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır: 1) ərzaq mallarının minimum toplusu; 2) fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.); 3) xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.). Minimum istehlak səbətinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə Nazirlər Kabineti tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir. "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə minimum istehlak səbətinin tərkibi formalaşdırılmış, həmin orqanın 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə də bu tərkib yeni redaksiyada əlavələrlə təsdiq edilmişdir. Qərara əsasən, yeni redaksiyada Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi aşağıdakı kimidir: Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi 1. Ərzaq məhsulları (kq-la illik) 2. Qeyri-ərzaq malları 3.
Səbətkeçməz
Səbətkeçməz — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Səbətkeçməz oyk. Gədəbəy r-nunun Çaldaş i.ə.v.-də kənd. Başkənd-Dəstəfur çökəkliyindədir. Qoşa səbət yüklü heyvanların qayaların arasındakı dar keçiddən və ya sıx meşə yolundan keçə bilmədikləri yer el arasında səbətkeçməz adlanır. Vaxtilə kəndin yaxınlığındakı dağlıq, qayalıq yerdən keçən el yolunun adı olmuşdur. Sonralar Qarabulaq (Rüstəm Əliyev) kəndindən gəlmiş ailələrin saldığı kənd həmin ərazinin adı ilə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 679 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Səbətlər
Səbətlər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. Səbətlər oyk., sadə. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Vəlvələçayın sahilində, Rustov çökəkliyindədir. Yaşayış məntəqəsi XIX əsrin sonu XX əsrin əvvəllərində Çiçi kəndinin qışlağı olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr qışlaqda daimi məskunlaşmışlar. Oykonim müxtəlif mənbələrdə Sabat- lar, Söhbətlər variantlarında qeydə alınmışdır. Tədqiqatçılar kəndin adım söhbətlər nəslinin adı ilə bağlayırlar. Şabran r-nunda da Söhbətli adlı kənd var.
Səbətçilər qəsri
Səbətçilər sarayı — İstanbul Eminönü ilçəsində, Sarayburnunda olan bu saray, Topqapı Sarayının Sarayburnunda olan iki sahil köşkündən biridir. 1591-ci ildə Sultan III Murad zamanında Memar Davud Ağa tərəfindən tikilmişdir. Qəsrin tikintisində istifadə edilən materiallar müxtəlif yerlərdən xüsusi olaraq gətirilib. İnşa edildiyi dövrdə Topqapı Sarayı sərhədləri içində qalan qəsr, Sultan I Mahmud dövründə də (1574–1595) yenilənmişdir. Bu qəsrin eyni zamanda padşahlara məxsus qayıqların bağlandığı bir yer olduğu və padşahların donanmanın səfərə çıxışını və qayıdışını buradan izlədikləri məlumdur. Tikintisində Dalğıc Əhməd Paşa ilə nəqqaşbaşı Lütfü Ağa da iştirak etmişdilər. Tikildiyi yerdə daha əvvəl Bəyazid Köşkü var idi. Sədrəzəm Sinan Paşanın təlimatı ilə tikildiyi üçün qəsrə Əlisinanpaşa qəsri də deyilmişdir. Osmanlı dövründə tikilmiş mülklərin ən görkəmlilərindən olan Səbətçilər qəsri ilə bağlı müxtəlif məlumatlar var. Bunlardan birinə görə, Ədirnə sarayında qaldırılmış fevkani quruluşlara səbətçi və ya sultani adı verildiyindən bu qəsrə Səbətçi deyilmişdir.
Səbətçilər sarayı

Çiçi-Səbətlər bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə