Səriyyə xanım … ağzındakı saqqızını yavaş-yavaş çeynəyirdi.
[Məşədi İbad Sənəmə:] Buyur, bu abbasını saxla, lazım olar, saqqıza verib çeynərsən.
Əbil qamçını portfelinin üstünə qoyub saqqız yarmaçasının birini əlinə götürüb hazır dayandı.
□ Saqqız kimi yapışmaq – bərk yapışmaq, qopmamaq, ayrılmamaq.
Palçıq saqqız kimi yapışıb möhkəm; Qopmur uzunboğaz çəkmələrindən.
◊ Saqqız çeynəmək məc. – boş-boş söhbət etmək, heç bir xeyirli işlə məşğul olmamaq.
[Zalxa:] İş görməkdənsə, saqqız çeynəyirsiniz.
Saqqız oğurluğuna getmək – birinin yanına gedib rəyini bilməyə, fikrini öyrənməyə çalışmaq. Qız evinə saqqız oğurluğuna getmək.
Saqqızını oğurlamaq – dilə tutub aldatmaq, qılığına girib özünə tərəf çəkmək, bir iş görməyə razı etmək.
[Həsənağa] Hacı Sultanın tək bircə dənə olan qızının da saqqızını oğurlamışdı.
[Xədicə:] Belə sözlərlə saqqızımı oğurladı, sonra da qol-qanadımı qırıb atdı bir tərəfə…
Yad qızı hələ evə ayaq basmamış gədənin saqqızını oğurlayıb.