SİKKƏ

is. [ ər. ]
1. Metal pul üzərinə vurulan damğa, naxış, yazı. Sikkə vurmaq.
– Dəmirçioğlu bu dəfə pulları iki baş barmağının arasında sürtüb sikkələrini pozdu. Koroğlu”.

2. Kəsilmiş, zərb olunmuş pul. Sikkə kəsmək.
– Kasıb deyiliz, sikkeyi-pulu tanırız biz. M.Ə.Sabir.
Tahirin əlinə İran sikkəsi düşəndə, dağıtmadan cibində saxlayırdı. S.Rəhimov.
[Təbriz inqilabçıları] …Azərbaycanı bir müstəqil ölkə kimi idarə etmək istəyirlər.
Bu günsabah yəqin onlar adlarına sikkə də kəsdirəcəklər. P.Makulu.

SİĞƏ
SİKKƏXANA

Digər lüğətlərdə