Bağırbəyli (Qafan)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tarixi Zəngəzur mahalı əraziləri
Ermənistan, Qafan rayonu
Ümumi məlumatlar
Ölkə Ermənistan Ermənistan
Bölgə Zəngəzur qəzası
İnzibati mərkəz Qafan
Ləğv edilib 1918-1920

Bağırbəyli (keçmiş Zəngəzur mahalı) yerləşən kənd.

Etimologiyası

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Rayon mərkəzindən 21 km cənub-şərqdə yerləşirdi[1]. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir. Burada 1907-ci ildə 836 nəfər azərbaycanlı yaşamışdır[3]. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla qovulmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim Bağırbəy şəxs adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib, «Bağırbəyə mənsub kənd» mənasını bildirir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.[4] 1917-ci ildə Qubadlı qəzasının Cicimli inzibati ərazi vahidində eyniadlı kənd qeydə alınmışdır.

Bağırbəyli kəndində ermənilər 7 kişi və qadını bir evə doldurmuş, onları diri-diri yandırmışdılar.[5] Gorus rayonunun 21-ci km-də yerləşən bu kənd 1918-ci ildə ermənilər tərəfindən dağıdılmışdır. Semantik cəhətdən məlumdur. Toponim Bağırbəyli nəsl, tayfa adı ilə bağlıdır[6][7]

Əhalisi

İstinadlar

  1. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.574
  2. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.27
  3. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.574
  4. İbrahim Bayramovun «Qərbi Azərbaycanın türk mənşəli toponimləri» adlı əsəri
  5. "Arxivlənmiş surət". 2020-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
  6. "Arxivlənmiş surət" (PDF). 2018-11-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
  7. "Arxivlənmiş surət" (PDF). 2022-08-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-18.