1. Yaxın bir adamın ölümü münasibətilə (hər cür zövq və əyləncədən imtina etmək və qara geymək şəklində ifadə edilən) hüzn və kədər; matəm. Yas paltarı (qara paltar). Yasa getmək. Onlarda yas var.
– Yas yiyəsi kiridi, yasa gələn kirimədi. ( ).
Vaxtını almasın nə toy, nə də yas; Gurlayan səsinlə irəli hayqır!
□ Yas qurmaq – bax yas saxlamaq 1-ci mənada.
İntəhası bir ölüm var ki, orada yas qurub ağlarlar.
Yas saxlamaq – 1) ölən adam üçün matəm məclisi qurub müəyyən adətləri yerinə yetirmək;
2) yasını saxlamaq, yasda olmaq.
Sağsağan atasının ölüm xəbərini gətiribdir, ona görə yas saxlayır.
Yas tutmaq – bax yas saxlamaq.
[Xarrat qızından soruşur:] Bu nə fikrü xəyaldır vəsvəs; Tutmusan hansı bir əzizinə yəs?
Yas yeri – yas saxlanılan yer, yas olan ev, ölü yeri.
Hacı Nəsirin başı yas yerinə gələn adamlarla qarışdığından oğlundan xəbərsiz idi.
Elə bil yas yerinə toplaşmışdılar.
Yasdan çıxmaq – matəm müddəti qurtarmaq, yas saxlama müddəti qurtarmaq.
Könlüm yasdan çıxdı, qəlbim qaradan; Gülə-gülə bu həvəsdə, xoş gəldin.
Bütün şəhər silkinib; Əsər qoymadı pasdan; Dünənki matəm hanı? Doğrudan çıxdı yasdan.
// Hər hansı bir ictimai fəlakət münasibətilə qəbul edilmiş əlamətlərlə ifadə olunan kədər. Yas günü elan etmək. Yas əlaməti olaraq bayraqları aşağı salmaq.
2. məc. Kədər, yas, ələm; ümidsizlik.
Getdi ol yasəməni zülf, salıb yasə məni; Yasimə bais olub, ah, o səmənbər getdi.
Bu acı xəbəri axıdan Aras; Axdı həzin-həzin ürəyində yas.
□ Yasa batmaq – çox kədərlənmək, çox qəmlənmək, çox qüssələnmək; üzü gülməmək. Hadisə mollaya o qədər təsir eləyir ki, kişi əməlli-başlı yasa batır. “M.N.lətif.
” Bənövşə qoxulu yardan ayrılan; Gündə yasa batar, günü zar olur.
◊ Yer altından yasa getmək – bax yer.