AZADLIQ

is.
1. Hər hansı bir sinfin, yaxud bütün cəmiyyətin və ya onun üzvlərinin ictimai-siyasi həyatına və fəaliyyətinə mane olan sıxıntı və məhrumiyyətlərin olmadığı hal; müstəqillik. Siyasi azadlıq. Demokratik azadlıq. Azadlıq həsrəti ilə yaşayanlar.
– Nədir üzündəki o aydın səhər; Azadlıq, qurtuluş onda gülümsər. S.Vurğun.
Azadlıq ağacı şəhid qanıyla suvarılmadıqca bar verməz. Xiyabani.

2. Ümumiyyətlə, bir şeydə ya hərəkətdə heç bir məhdudiyyət və sıxıntının olmaması; sərbəstlik. Uşaqlara daha çox azadlıq vermək lazımdır. Hərəkət azadlığı. Ticarət azadlığı. İnsan fəaliyyətinin azadlığı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AZADLIQ AZADLIQ Həkimlər bilmədi, dərdli şairin; Dərmanı – azadlıq, loğmanı – eldir (B.Vahabzadə); AZADƏLİK Sənin müqəddəs arzun, azadəlik, səadət; Bəxş etmək
  • AZADLIQ müstəqillik — sərbəstlik

Antonimlər (əks mənalı sözlər)

  • AZADLIQ AZADLIQ – MƏHKUMLUQ Azadlıq geniş anlayışdır (S.Vəliyev); Yetər bu məhkumluq! Yetər bu zillət! (Şəhriyar)
AZADİYYƏT
AZADLIQSEVƏN
OBASTAN VİKİ
Azadlıq (dəqiqləşdirmə)
Azadlıq —
Azadlıq (qəzet)
"Azadlıq" – gündəlik ictimai-siyasi qəzet. == Tarixi == "Azadlıq" qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub (1989-1991). 1991-1994-cü illərdə "Azadlıq"a Qənimət Zahid, 1994-2001-ci illərdə Gündüz Tahirli, 2001-2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən "Azadlıq"ın baş redaktoru Qənimət Zahiddir. 1996-cı ildən gündəlik çıxan "Azadlıq" hazırda həftədə 6 dəfə işıq üzü görür. == İlk sayı == Qəzetin ilk sayı 8 səhifədən ibarət idi. Qəzetin loqotipi üstündə "El gücü – sel gücü!" yazılmışdır. Birinci səhifəsində Azadlıq meydanındakı mitinqdən foto, aşağı hissədə isə – türk şairi Tofiq Fikrətin "Millət şərqisi" şeri yerləşdirilmişdir.
Azadlıq heykəli
"Azadlıq heykəli" (ing. The Statue of Liberty) və ya "Dünyanı işıqlandıran azadlıq" (ing. Liberty Enlightening the World; fr. La Liberté éclairant le monde) — Nyu-York, Manhettendə, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəl. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-yə hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın və ABŞ-nin simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır. Bartoldi, 1865-ci ildə ona ABŞ-nin azadlığının elan edilməsinə həsr ediləcək abidənin Fransa və Amerika xalqlarının ortaq layihəsi olmalı olduğunu deyən fransız professor və siyasətçi Eduard Rene de Labuledən təsirlənmişdir.
Azadlıq meydanı
Azadlıq meydanı (Bakı) — Bakının ən böyük və mərkəzi meydanı.
Azadlıq prospekti
Azadlıq prospekti (Rusiya)
Azadlıq qəzeti
"Azadlıq" – gündəlik ictimai-siyasi qəzet. == Tarixi == "Azadlıq" qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub (1989-1991). 1991-1994-cü illərdə "Azadlıq"a Qənimət Zahid, 1994-2001-ci illərdə Gündüz Tahirli, 2001-2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən "Azadlıq"ın baş redaktoru Qənimət Zahiddir. 1996-cı ildən gündəlik çıxan "Azadlıq" hazırda həftədə 6 dəfə işıq üzü görür. == İlk sayı == Qəzetin ilk sayı 8 səhifədən ibarət idi. Qəzetin loqotipi üstündə "El gücü – sel gücü!" yazılmışdır. Birinci səhifəsində Azadlıq meydanındakı mitinqdən foto, aşağı hissədə isə – türk şairi Tofiq Fikrətin "Millət şərqisi" şeri yerləşdirilmişdir.
Avstriya Azadlıq Partiyası
Avstriya Azadlıq Partiyası (AAP; alm. Freiheitliche Partei Österreichs‎, FPÖ) — Avstriyada siyasi partiya. Partiya sağ populist və milli-mühafizəkar kimi xarakterizə olunur. 1955-ci ildə təsis edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Campbell, David F. J. Jörg Haider (1950– ) // Wilsford, David (redaktor ). Political leaders of contemporary Western Europe: a biographical dictionary. Greenwood Publishing Group. 1995. 183–88. ISBN 978-0-313-28623-0.
Azadlıq günü (dəqiqləşdirmə)
Azadlıq günü (Bolqarıstan)
Azadlıq körpüsü (Budapeşt)
Azadlıq körpüsü (mac. Szabadság híd) — Budapeştdə yerləşən Dunay çayın üzərindəki körpü. Körpünün uzunluğu 333 m, eni 20 m , Buda və Peşt şəhərlərini birləşdirir. "Vamhaz meydanında körpü" Yanoşa Feketexazinin layihəsinə əsasən 1894-1896-cı illərdə tikilmişdir. Daha sonra, Gömrük Körpüsü adlandırıldı, bina Peşt sahilinə qədər tikildi, sonra körpünün açılışını edən I Frans İosif Körpüsü adlandırılıd. Yenidən bərpa edildikdən sonra körpü cari adını aldı. 1945-ci ildə körpü geri çəkilən Alman əsgərləri tərəfindən partladılmışdı, lakin növbəti ilin avqustuna qədər bərpa edilmişdir. 2007-ci ildə körpü 15 ay davam edən yenidənqurma işləri üçün bağlanıb. == Ədəbiyyat == Будапешт: [путеводитель] / С. Кузьмичёва, О. Кузьмичёв. — М.: Эксмо, 2008.
Azadlıq küçəsi (Taqanroq)
Petrovskaya küçəsi (rus. Улица Свободы) — Taqanroq şəhərində yerləşən küçə. Taqanroqun İnstrumental və Transport küçələri arasında yerləşir. Küçənin uzunluğu 2120 metr təşkil edir. Küçələrin nömrələnməsi İnstrumental küçəsindən başlayır. == Coğrafiyası == == Tarixi == Küçənin hazlr ki, adı 1957-ci ildə verilmişdir. Ona qədər küçə Sovet İttifaqı qəhrəmanı, qütb təyyarəçisi Vasili Serqeeviç Molokovun şərəfinə Molokov küçəsi adlandırılmışdı. Hazırda şəhərdə aparılan planlı tədbirlər sayəsində Azadlıq küçəsi bir xəttli olmuşdur. 1 avqust 2009-cu ildə İnstrumental küçəsindən Kolxoznu xiyabanına hərəkətin bir xətli olması barədə qərar qəbul edilmuşdir. == Küçədə yerləşir == Azadlıq küçəsi, ev 10 - Dmitri adına Taqanroq mədəni və texnika sarayı (hazırda «„Primorski“» Sosial-mədəni mərkəzi).
Azadlıq meydanı (Astana)
Azadlıq meydanı (qaz. Тәуелсіздік алаңы) — Qazaxıstanın paytaxtı Astananın əsas meydanı. . == Yerləşməsi == Azadlıq meydanı Astananın Almatı rayonunda yerləşir. Tauelsizdik prospekti boyunca cənub-cənub-qərbdən şimal-şimal-şərqə uzanan şəklində müntəzəm bir düzbucaqlıdır. Eninə istiqamətdə meydan Baytursınov və Najimedenov küçələri ilə məhdudlaşır. == Memarlıq ansamblı == Meydanın mərkəzində Qazaxıstanın azadlığı və çiçəklənməsinin rəmzi olan "Qazax eli" abidəsi vardır. Paytaxtın mərkəzində Azadlıq meydanında yerləşən “Qazax Eli” (“Qazax xalqı”) abidəsi Astana şəhərinin və bütün Qazaxıstanın kifayət qədər yeni bir memarlıq əlamətidir. Ağ mərmərdən dördbucaqlı bir təməl üzərində quraşdırılmış bir işıq sütunu ilə təmsil olunur, burada hər tərəfdə müstəqil Qazaxıstan Respublikasının formalaşmasının əsas hadisələrini əks etdirən barelyeflər əks olunur. Bu quruluşun hündürlüyü 91 metrdir ki, bu da 1991-ci ildə ölkənin müstəqilliyi ilə əlaqələndirilir. Qazax Eli abidəsi yalnız suverenliyin simvolu deyil.
Azadlıq meydanı (Aşqabad)
Azadlıq Meydanı (Türkmən dilində: Garaşsyzlyk meýdany) — Türkmənistanın paytaxtı Aşqabadda yerləşən meydandır. Meydan 1974-cü ildə tikilib və şəhərin mərkəzində yerləşir. Sovetlər İttifaqı dövründə Karl Marks meydanı, yaxın vaxtlara qədər isə Türkmənbaşı meydanı kimi tanınırdı. Meydanda hər il Türkmənistanın Müstəqillik Günü paradı keçirilir. Aşqabadda səfərdə olan xarici ölkələrin nümayəndə heyətləri üçün meydanda xüsusi qarşılanma mərasimi keçirilir. Meydanın ətrafında Oğuzxan Köşkü, Ruhiyyət Köşkü, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Sarayı, Mərasim Meydanı və Protokol Binası ilə Türkmən Dövlət Kitabxanası yerləşir.
Azadlıq
Azadlıq — əsasən müxtəlif hallar (proseslər/hadisələr) arasında heç bir təzyiq olmadan fərdi seçim imkanıdır. Ümumi şəkildə qərar qəbul edən subyektin vəziyyətini göstərir. == Azadlıq anlayışı == İmmanuel Kant ilk dəfə olaraq azadlığı mənfi və müsbət olaraq iki qrupa bölmüşdür. Ser İsaiah Berlin adlı filosof "Azadlığın iki konsepti"ni belə şərh etmişdir: Mənfi azadlıq üçün misal kimi onu göstərk olar ki, məsələn hər hansı bir şəxs öz fikrini azad ifadə edən zaman o başqası və ya senzura ilə susdurulmasın. Müsbət azalıq isə o deməkdir ki, bu şəxs öz fikrini ifadə edən zaman kommunikasiya vasitələrindən və medya azadlığından istifadə edərək öz fikrini həqiqətən açıqlaya bilir. Niklas Luhman isə azadlığı dərketmə ilə əlaqələndirir: Azadlıq ona məhdudiyyət qoyulmasının hiss olunmamamsı kimi də başa düşülə bilər. İnsan davranışının müəyyən olunmasında konstitusiya və ya qanunla təmin olunan hüquq azadlıq kimi baxıla bilər. Ancaq bu subyektiv şəkildə mövcuddur. Dövlətin uyğun vəzifələrinə uyğun insan hərəkətlərinin idarəsi üçün hüquq daha çox dəqiq hüquqi mexanizmlərin olmasını tələb edir (məsələn əmək hüququ olanları işlə təmin etmək). == Fəlsəfə == === Azadlıq və zərurət === Azadlıq və zərurət insan fəaliyyəti ilə təbiət və cəmiyyət qanunlarıın qarşılıqlı münasibətini ifadə edən fəlsəfi kateqoriyalardır.
Azadlıq Bloku
Azadlıq Bloku — Azərbaycanda siyasi partiyalar ittifaqı. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində müxalifət siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Demokrat Partiyaları tərəfindən təşkil olunmuşdur. 2006-cı ildə Müsavat Partiyası bloku tərk etmişdir. Sonralar Azərbaycan Liberal və Vətəndaş və İnkişaf partiyaları da bloka daxil olmuşlar. 2012-ci ildə blokun buraxıldığı deyildi. == Vahid namizədlər == === Milli Məclis === === Ali Məclis === 2005-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə Azadlıq Bloku üzvlərindən Müsavat Partiyası 16, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 və Azərbaycan Demokrat Partiyası 13 namizədlə iştirak etmişdir. Ümumilikdə 65-i Yeni Azərbaycan Partiyası, 36-sı isə bitərəf namizəd olmaqla 146 namizəd içindən Azərbaycan Xalq Cəbhəsi Partiyası 2, Azadlıq Bloku isə 1 deputat çıxarmışdır. Çünki, deputat seçilmiş Əhəd Cəfərli AXCP-nin klassiklər qanadının üzvü idi.
Azadlıq Radiosu
Azadlıq Radiosu (ing. Radio Free Europe/Radio Liberty; RFE/RL) — ABŞ hökuməti tərəfindən maliyyələşdirilən, "məlumatların sərbəst yayımı ya hökumət orqanları tərəfindən qadağan edilir, ya da tam inkişaf etməmişdir" dediyi Şərqi Avropa, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq ölkələrində xəbərlər, məlumatlar və təhlillər yayımlayan və hesabat verən media təşkilatı. Azadlıq Radiosu ABŞ federal hökumətinin bütün beynəlxalq yayım xidmətlərinə nəzarət edən müstəqil dövlət agentliyi olan Qlobal Media Agentliyi tərəfindən idarə olunan özəl, qeyri-kommersiya 501(c) (3) korporasiyasıdır. Ceremi Bransten RFE-nin baş redaktoru vəzifəsini icra edir. Azadlıq Radiosu 27 dildə 23 ölkədə yayımlanır. Təşkilatın baş ofisi 1995-ci ildən Praqada yerləşir və bütün yayım bölgələrindəki ölkələrdə 500-dən çox əsas işçi və 1300 strinqer və frilanserdən ibarət 21 yerli büroya malikdir. Bundan əlavə, Vaşinqtondakı baş qərargahında və korporativ ofisində 680 işçisi var. Soyuq müharibə dövründə Azad Avropa Radiosu sovet peyk dövlətlərinə, o cümlədən Baltikyanı dövlətlərə yayımlanırdı. Azad Avropa Radiosu 1949-cu ildə Azad Avropa Uğrunda Milli Komitə tərəfindən antikommunist təbliğat mənbəyi kimi, Azadlıq Radiosu isə iki il sonra təsis edilib. İki təşkilat 1976-cı ildə birləşdi.
Azadlıq abidəsi
Azadlıq abidəsi (latış. Brīvības piemineklis‎) — Latiyanın paytaxtı olan Riqa şəhərində Latviya Müstəqillik Müharibəsində (1918-1920) həlak olan əsgərlərin şərəfinə tikilən memorial. Latviyanın azadlıq, müstəqillik və suverenliyin rəmzi sayılır. == Tikilməsi == Latviya Azadlıq Müharibəsinin döyüş zamanı ölən əsgərlərin hatirəsinə memorial tikməyə fikir ilk dəfə erkən 1920-ci illərdə ortayaş çıxmış. 1922-ci ilin iyulun 27-də, Latviyanın Baş Naziri, Ziqfrids Anna Meierovitss "memorial sütunun" dizayn müsabiqəsi üçün qaydaları təsis etməyə əmr verib. Fəqət, nəticədə qalib gələn layihə, ona 57 naqqaş etiraz etdiyinə görə, imtina olunub. 1923-cü ilin oktyabr ayında yeni müsabiqə elan olunub və orada ilk dəfə Azadlıq abidəsi ifadəsi işlənilirdi. Müsabiqədə iki layihə qalib gəlmiş və beləliklə, yenisi 1925-ci ilin mart ayında keçirilməli idi. Lakin, jüri ilə anlaşılmazlığına görə, onun nəticəsi olmayıb. Son müsabiqə 1929-cu ilin oktyabrında elan olunmuş.
Azadlıq barrikadalarda
"Xalqı istiqamətləndirən Azadlıq" (fr. La Liberté guidant le peuple) və ya "Azadlıq barrikadalarda" və ya "28 iyul 1830-cu il" - fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş tablo. Bu tablonu "Fransız rəssamlığının Marselyezası" da adlandırırlar. == Yaranma tarixi == Ejen Delakrua xalq üsyanlarından və inqilablarından qorxurdu. İyul inqilabı günlərində o öz evini tərk etməmişdi. Yazıçı Aleksandr Düma bildirir ki, həmin günlərdə Delakrua çox çaşqın görünürdü. Rəssam özü də etiraf edirdi ki, o "üsyançıdır, lakin inqilabçı deyil". Lakin rəssam respublikaçılara simpatiya bəsləyirdi və o İyul inqilabına dair tablo çəkmək qərarına gəlir. 20 sentyabr 1830-cu ildə Burbonlar monarxiyasının bərpasına son qoymuş İyul inqilabının motivləri əsasında bu tablonu çəkməyə başlamışdı (bəzən səhvən Böyük Fransa inqilabı ilə əlaqələndirilir). Çoxlu hazılıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsiyə gətirmişdir.
Koqnitiv azadlıq
Koqnitiv azadlıq və ya «əqli öz müqəddəratını təyinetmə hüququ» — fərdin öz zehni proseslərini, idrakını və şüurunu idarə etmək azadlığı. Bu konsepsiya düşüncə və vicdan azadlığı və bədəninizlə əlaqəli hərəkət azadlığı kimi anlayışları genişləndirir. Koqnitiv azadlıq beynəlxalq insan hüquqları müqavilələrində tanınmış bir hüquq deyil, lakin ABŞ-də məhdud bir səviyyədə tanınmışdır. Müasir elm üçün şəxsiyyətin tədqiqi ənənəvi hal alıb. Hazırda şxsiyyətin quurluşunu əmələ gətirən meyil, istək, duyğu, hiss, tələbat, motiv, maraq, bilik, bacarıq, ideal, inanc, dəyər, dünyaya münasibət və s. məsələlər geniş şəkildə öyrənilir. Koqnitiv azadlığa sahib olmaq, düşüncə, yoga, holotropik nəfəs alma, psixoaktiv maddələrin istifadəsi (məsələn, psixodeliklər, psixostimulyatorlar və digər qrupların maddələri), neyroteknologiyaların dəyişdirilmiş şüur ​​vəziyyətlərinə çatma yollarında məhdudiyyətsiz olmaq və s. deməkdir. Şəxsiyyətin quruluşundakı azadlıq göstəricilərinə psixologiyada onun harmonik inkişafının əsas şərtlərdən biri kimi baxılır. Bu fikir dünyanın tanınmış psixoloqların elmi tədqiqatlarında da təsdiqlənir.
Neqativ azadlıq
Neqativ azadlıq (mənfi azadlıq) — başqalarının zorakı müdaxilələrindən azad olmaq kimi xarakterizə olunur və fərdin cəmiyyət içindəki sosial sistemin sinifçilik, cinsiyyətçilik və ya irqçilik kimi məhdudiyyətlərindən azadlığı olaraq təyin olunan müsbət azadlığa qarşı istifadə olunur. Mənfi azadlıq konsepsiyası onu liberalizm və klassik liberalizmin sosial liberalizmdən (ABŞ-də qısaldılmış bir ad da istifadə edirlər - liberalizm) və sosial demokratiyadan fərqləndirən mərkəzi ideyasıdır. Mənfi və pozitiv azadlığın fərqi İsayya Berlin tərəfindən "İki Azadlıq Konsepsiyası" adlı mühazirəsində təsvir edilmişdir. Berlin üçün bu fərq siyasi ənənə ilə sıx bağlıdır. Mənfi azadlıq anlayışı Con Lokk, Tomas Hobbs, Adam Smit, Ceremi Bentam kimi İngilis filosofları ilə, müsbət azadlıq isə Karl Hegel, Jan Jak Russo, İohann Qottfrid Herder və Karl Marks kimi qitə mütəfəkkirləri ilə əlaqələndirilir. Berlinə görə == Haqqında == İsayya Berlin iki əsas azadlığı müəyyən etdi. "Mən heç kimin köləsi deyiləm" kimi bir açıqlama Berlin mənfi azadlığın, yəni başqa bir şəxsin birbaşa müdaxiləsindən azad olmağın səciyyəvisi kimi xarakterizə etdi. Bunun əksinə olaraq, Berlin müsbət azadlığa xas olan “Mən öz ağam” ifadəsini, həyatda öz yolunu seçmək azadlığı barədə bir ifadəni istifadə etdi. Çarlz Teylor, mənfi azadlığın, bir şəxs xarici qüvvələrin əsarətində olmadığı və dövlət qaynaqlarına bərabər şəkildə çıxışı olduğu halda (vaxtınızı necə keçirməsinə qərar verməsindən asılı olmayaraq) mənfi azadlıq qazandığı zaman “fürsət-konsepsiya” fikrini izah edir. Taylor, müsbət azadlığın "həyata keçirmə konsepsiyası" («opportunity-concept») üzərində dayandığını iddia edir: müsbət azadlığa sahib olmaq, fərdin daxildə sərbəst olması və özünə uyğun şəkildə hərəkət edə bilməsi mənasını verə bilər.
Pozitiv azadlıq
Pozitiv azadlıq (müsbət azadlıq) siyasi fəlsəfədə — öz potensialını reallaşdırmaq üçün qaynaqların qabiliyyəti və mövcudluğu ilə xarakterizə olunur (bu, daxili maneələrdən azadlığı da ifadə edə bilər); digər insanların müdaxiləsi. Pozitiv azadlıq konsepsiyasının ayrılmaz hissəsi azadlığın vətəndaşların hökumətdə və ya könüllü iş birliyində (anarxistlər vəziyyətində) iştirak etmək qabiliyyəti ilə təyin olunduğu fikiridir. İsayya Berlin "İki Azadlıq Konsepsiyası" adlı məqaləsində (1958), azadlığın müsbət mənasını yazır … sualının cavabında nəzərdə tutulur: "İdarəetmə və ya müdaxilənin mənbəyi nədir və ya kimdir və insanı bu hərəkəti başqa bir yox, başqa bir şəkildə etməsinə vadar edir və ya fərqli və fərqli olmur?" Müsbət azadlıq konsepsiyası, onu sosial liberalizmin və liberalizmin fərqləndirən mərkəzi liberalizmin (ABŞ-də qısaldılmış adından da istifadə edirlər - liberalizm). Həm də müsbət azadlıq konsepsiyası sosial demokratiyanın siyasi fəlsəfəsini təsir etdi. == Haqqında == İsayya Berlin iki əsas azadlığı müəyyən etdi. "Mən heç kimə qul deyiləm" kimi bir açıqlama Berlin mənfi azadlığın, yəni başqa bir şəxsin birbaşa müdaxiləsindən azad olmağın səciyyəvisi kimi xarakterizə etdi. Bunun əksinə olaraq, Berlin müsbət azadlığa xas olan "Mən öz ağam" ifadəsini, həyatda öz yolunu seçmək azadlığı barədə bir ifadəni istifadə etdi. Çarlz Teylor mənfi azadlığın, bir şəxs xarici qüvvələrin əsarətində olmadığı və dövlət qaynaqlarına bərabər şəkildə sahib olduğu təqdirdə (vaxtınızı necə keçirməsinə qərar verməsindən asılı olmayaraq) mənfi azadlıq qazandığı zaman "fürsət konsepsiyası" ("opportunity-concept") fikrini izah edir. Teylor, pozitiv azadlığın "həyata keçirmə konsepsiyasına" söykəndiyini söyləyir: müsbət azadlığa sahib olmaq, fərdin daxildə sərbəst olması və özünə görə ağlabatan davranmağı bacarmalı olması mənasını verə bilər. Fərz edək ki, varlı və qüdrətli bir insan da narkotik aludəçisidir.
Siyasi azadlıq
Siyasi azadlıq — vətəndaşın əsas hüququ. Marksist fəlsəfədə görə dərk edilməyən qanunlar "kor"zərurət kimi təzahür edirlər.İnsan öz tarixinin başlanğıcında hələ təbiətin sirlərinə nüfuz edə bilmədiyi üçün dərk edilməyən zərurətin qulu olaraq qalırdı,hələ azad deyildi.Obyektiv qanunları nə qədər dərindən öyrənirsə insan öz fəaliyyətində o qədər şüurlu və azad olur. Azadlığın marksist tərifi XVII əsrin niderland filosofu B.Spinozanın tərifi ilə üst-üstə düşür:"Azadlıq dərk edilmiş zərurətdir".Spinozanın müasiri T.Hobs hesab edirdi ki,azadlıq müqavimətin olmamasıdır.Onun fikrincə insanın azadlığı nəyi isə gerçəkləşdirməyə can atan iradənin müqavimətə rast gəlməməsidir.Russo deyirdi:"Azadlıq-bərabərlik olmadan yaşaya bilməz". Rus yazıçısı Dostoyevskinin dediyinə görə azadlıq insan üçün ən əzablı qayğıdır;insan və insan cəmiyyəti üçün-heç nə,heç vaxt azadlıq qədər ağır yük olmamışdır.İnsan azad olandan sonra tələsik axtarır ki,kimin qarşısında diz çöksün və azadlıqdan xilas olsun.Kant göstərir ki,azadlıq hərfən və mahiyyətcə ideyadır.O,mütləq hamı üçün azadlığı nəzərdə tutur.Bütün cəmiyyəti azad etmədən hansısa tək bir adamın təcrid olunmuş azadlığı ağlasığan bir şey deyil.Hegel azadlığı əsl daxili ziddiyyət hesab edirdi.Onun fikrincə azdlıq odur ki,insan yalnız özündən asılı olsun. Z.Freydin davamçılarından biri olan E.Fromm göstərirdi ki,azadlıq-şəxsiyyətin özünü idarə etməsidir,onun mənəvi,emosional qabiliyyətinin ifadəsidir.M.Haydegger göstərirdi ki,insana Taleyi özünə tabe etmək və yaxud dəyişdirmək nəsib olmamış,odur ki,onun azadlığı həmin Taleyi itaətlə qəbul etməkdən ibarətdir.Haydegger azadlığı idrak ilə əlaqələndirirdi.O,yazmışdı "Hər cür əsl qurtuluş yalnız zənciri qırmaq və öhdəliyi atmaq deyil,hər şeydən əvvəl azadlığın mahiyyətini öncədən müəyyən etməkdir ".Onun sözlərinə görə özbaşnalıq "azadlığın gecə tərəfidir". Çoxları isə deyirlər ki,azadlıq müəyyən fikir müstəqilliyi,fəaliyyət sərbəstliyi deməkdir,insanın öz yaradıcılıq qabiliyyətini sərbəst ifadə etmək imkanıdır.Fəlsəfə tarixində bir sıra böyük filosoflar(Aristotel,Hegel,Marks və b.)azadlıq,o cümlədən siyasi azadlıq haqqında fikir söyləmişlər.Məsələn,ingilis filosofu T.Hobbsa görə azadlıq qanunla yasaq edilməyən hər şeyi istədiyi kimi etmək və qanunun məcbur etmədiyi isə etməmək imkanıdır.Burada azadlıq-qanunun əksidir,lakin onlar bir-birini inkar etmir,qarşılıqlı olaraq məhdudlaşdırırlar.Qanunlar çoxaldıqca-azadlıqlar azalır və yaxud əksinə.T.Hobbs burada belə nəticə çıxarır: bir halda ki,qanunlar vətəndaşların bütün hərəkət və davranışlarını əhatə edə bilmir,istənilən idarə formasında həmişə qanunun yasaq etmədiyi və yaxud məcbur etmədiyi sonsuz dərəcədə çoxlu hallar olur.Ona görədə hər bir dövlətdə-istər monarxiya,istərsədə demokratiya olsun-vətəndaşlar azaddır.Hətta suverenin (monarx və ya xalqın)hakimiyyəti məhdudlaşdırmayanda da vətəndaş azddır.Çünki suverenin iradəsi qanun deməkdir,qanun isə azadlığı məhv etmir,onu yalnız məhdudlaşdırır.Azadlığın liberal anlayışına görə qanun azadlığın əksi deyil,onun zəruri şərtidir,o azadlığı məhdudlaşdırmır,əksinə onu saxlayır və genişləndirir.Başqa ingilis filosofu C.Lokk deyirdi:"Qanun olmayan yerdə azadlıq da yoxdur".Azadlığın liberal anlayışı qanun və iradəni qəti şəkildə bir-birinə qarşı qoymağa əsaslanır.İradə nə isə fərdi,müəyyən olmayan,naməlum və daimi olmayan bir şeydir.Qanun isə ümumi,müəyyən,elan edilmiş və daimi bir şeydir.Başqasının iradəsindən asılı olmaq insanı azadlıqdan məhrum edir,qanundan(yalnız ondan)asılı olmaq isə onu azad edir.Beləliklə,liberal anlayışında qanun azadlığı deyil,azadlıq qanunu məhdudlaşdırır,qanun azadlığın hüdudunda deyil,azadlıq qanunun hüdudunu müəyyənləşdirir.
Sizin-Azadlıq
Your-Freedom (Azərbaycanca Sizin-Azadlıq) proqramı istifadəçilərin internetə anonim şəkildə daxil olmağını təmin edir. O, bunun üçün istifadəçilərin sorğularını əvvəlcə "Your-Freedom" serverlərindən göndərir və bu serverlərdən geri çatdırır. "Your-Freedom" veb brauzerlə işləyir, lakin onu elə nizamlamaq olur ki, kompüterdəki digər internetə daxil olan proqramlarla, məsələn SMS və ya ani mesajlaşma proqramları ilə də işləsin.
İqtisadi azadlıq
İqtisadi azadlıq — cəmiyyətin insanlarının iqtisadi tədbirlər görmək qabiliyyəti. Bu, iqtisadi və siyasi müzakirələrdə, eləcə də iqtisadiyyat fəlsəfəsində istifadə olunan termindir. İqtisadi azadlığa yanaşmalardan biri azad bazarlara, azad ticarətə və azad sahibkarlıq şəraitində xüsusi mülkiyyətə üstünlük verən liberal ənənədən irəli gəlir. İqtisadi azadlığa başqa bir yanaşma fərdi seçimlə rifah iqtisadiyyatının öyrənilməsini genişləndirir. Liberal azad bazar baxış bucağında iqtisadi azadlıq güc tətbiq etmədən, fırıldaqçılıqdan və ya oğurluqdan istifadə etmədən, dövlət tənzimləməsi olmadan əldə edilmiş hər hansı mal və xidmətləri istehsal etmək, ticarət etmək və istehlak etmək azadlığı kimi müəyyən edilir. Bu, hüququn aliliyi, mülkiyyət hüquqları və müqavilə azadlığında təcəssüm olunur və bazarların xarici və daxili açıqlığı, mülkiyyət hüquqlarının qorunması və iqtisadi təşəbbüs azadlığı ilə xarakterizə olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Cebula, R., & Clark, J. (2014). Impact of Economic Freedom, Regulatory Quality, and Taxation on the Per Capita Real Income: An Analysis for OECD Nations and Non-G8 OECD Nations, MPRA Paper 56605, University Library of Munich, Germany. Cebula, R. (2013). Effects of Economic Freedom, Regulatory Quality, and Taxation on Real Income, MPRA Paper 55421, University Library of Munich, Germany.
Azadlıq ağacı
Azadlıq ağacı (ing. Liberty Tree) — Amerika inqilabından əvvəlki illərdə Massaçusetsin Boston şəhərində, Boston-Kommon yaxınlığındakı məşhur qarağac ağacı. 1765-ci ildə Bostonda patriotlar ağacın başında Britaniya hökumətinə qarşı ilk etiraz aksiyası keçirmişdilər. Ağac Britaniyanın Amerika koloniyaları üzərində hökmranlığına qarşı artan müqavimət üçün toplanma nöqtəsinə çevrilmişdir. Sonradan onu əhatə edən ərazi Azadlıq salonu kimi tanınmışdır. Azadlıq ağacı 1775-ci ilin avqustunda Nataniel Koffin və ya Cob Vilyamsın başçılıq etdiyi loyalistlər tərəfindən kəsilmişdir. == İstinadlar == == Xarici keçidlər == "A View of the Year 1765" by Paul Revere (engraving) "Liberty Tree" by Thomas Paine (poem) Otis, James. Under the Liberty Tree: A Story of The 'Boston Massacre'. Boston: Estes & Lauriat. 1896.
Azadlıq oğulları
"Azadlıq oğulları" (ing. Sons of Liberty) — Şimali Amerika koloniyaları üçün öz müqəddəratını təyin etmək üçün mübarizə aparan inqilabi Amerika təşkilatı. 1765-ci ildə Samuel Adams tərəfindən yaradılmışdır. "Azadlıq oğulları"nın aksiyalarından biri də Boston çay qonaqlığı idi. == Adı == İnqilab illərində ən çox yayılmış və tarixşünaslıqda təsbit edilən "Azadlıq oğulları" adıdır. Belə təşkilatların başqa öz adları da var idi. Məsələn, "yoldaşlar" adı Pensilvaniyada geniş yayılmışdı, Konnektikutda isə təşkilat "yaxın şirkət" adlanırdı. Bəzi hallarda "stüardlar" adına da rast gəlinir.
"Azadlıq uğrunda mübariz" fəxri adı verilmiş şəxslərin siyahısı
"Azadlıq uğrunda mübariz" fəxri adı verilmiş şəxslərin siyahısı — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin basqını zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərmiş həlak olan və yaralanan vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə verilən ən yüksək fəxri adı — Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı almış şəxslərin siyahısıdır.
Azadlıq, bərabərlik, qardaşlıq
Azadlıq, bərabərlik, qardaşlıq (fr. Liberté, égalité, fraternité) — Fransanın və Haiti Respublikasının milli devizidir və üçşaxəli devizlərə örnəkdir. Tarixi Böyük Fransa inqilabına qədər uzanmağına baxmayaraq, o bir neçə devizdən sadəcə biri idi və 19-cü əsrin sonuna, Üçüncü Respublika qurulana qədər rəsmiləşmədi. Üç ifadənin uyğunluğu və sırası İnqilabla eyni dönəmdə müzakirə olunurdu. Bu həmçinin Grand Orient de France və Grande Loge de France kimi təşkilətların da devizidir. == Böyük Fransız İnqilabı dönəmindəki mənşəyi == Devizi ilk olaraq 1790-cı ilin 5 Dekabrında Maksimillian Robespyer özünün "Milli Qaravulun təşkili haqqında" (Fransızca: Discours sur l'organisation des gardes nationales) nitqinin XVI maddəsində səsləndirmişdir və deviz milli cəmiyyətlər tərəfindən tezliklə bütün Fransaya yayılmışdır.fr. Discours sur l'organisation des gardes nationales == 19-cu əsr == Fərdi azadlıq və hüquqi bərabərliyi nəticələrin bərabərliyi və qardaşlığı bir araya gətirməyin mümkünlüyünə heç kim inanmadığı üçün Napalyonun əmri ilə üçlük ləğv olundu. İnsan fərdi azadlıq fikrini və təbii hüquqları bəşəriyyət kollektiv şəkildə birləşmədən də əvvəl əldə etdiyi üçün onlar şəffaf və qardaş cəmiyyətin təşkili ilə təzad təşkil edirdi. Liberallar azadlıq və bərabərliyi (hüquqların bərbarliyi olaraq) qəbul etsə də qardaşlığı qəbul etmədilər. === 1848 İnqilabı === === Paris Kommunası və Üçüncü Respublika === Paris Kommunasının meri Paş kommunanın divarları üzərində "Liberté, Égalité, Fraternité, ou la mort" formulasını çəkmişdi.
Azadlıq haradadır? (film, 1954)
Azadlıq haradadır? (it. Dov'e la liberta...?) — 1954-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik filmdir. == Xarici keçidlər == Scheda,foto,videoclip,locandine Azadlıq haradadır? Scheda + videoclip Azadlıq haradadır? Azadlıq haradadır? — Internet Movie Database saytında.
Azadlıq meydanı (Bakı)
Azadlıq meydanı — Bakının ən böyük meydanı, SSRİ dövründə Lenin meydanı adlanırdı. == Tarixi == 1952-ci ildə Bakının mərkəzində Hökumət Evinin tikintisindən sonra, meydanın salınmasına başlanıb. 1960-1970-ci illərdə salınmış meydanın qarşısında Leninin heykəli ucalırdı. == Meydan hərəkatı == İlk dəfə 1988-ci ilin meydan hadisələri zamanı Lenin meydanı Azadlıq meydanı adlandırılmağa başladı. 20 yanvar hadisələrindən sonra isə meydanın yeni adı xalq tərəfindən birmənalı qəbul edildi. Daha sonra isə rəsmiləşdirildi. Meydanın qarşısında Hökumət evinin fasadında Leninin nəhəng heykəli aşırıldı. Bu gün onun yerində Azərbaycan bayrağı dalğalanır. 1988-ci il, noyabrın 17-də Bakının əsas meydanında Mərkəzi komitənin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı. Xalq hərəkatı Bakının ən böyük meydanına yüz minlərlə, hətta statistik məlumatlara görə milyonlarla insanın toplaşması ilə başladı.
Azadlıq meydanı (Budapeşt)
Azadlıq meydanı (mac. Szabadság tér) — Budapeştdə meydan, Dunay çayının sol sahilində yerləşir. Macarıstan Parlament Binasının cənub-şərqində, Budapeştin Lipotvaros V ərazisində yerləşir. == Təsviri == Budapeştdəki ən böyük kvadratlardan biri şimal-cənubda uzanmış və lüks mahallalarla əhatə olunmuşdur. Memarlıq, Macarıstan Radio və Televiziya Kompaniyasının binaları, ABŞ səfirliyi və Milli Bankı önə çıxır. Radio və televiziya şirkətinin (keçmiş Köhnə Birja) və Milli Bankın binaları meydanın əks tərəfində yerləşir. 1905-ci ildə meydanda rekonstruksiya əsnasında məşhur Macar memarı və heykəltaraş İgnaz Alpar tərəfindən hazırlanmışdır. ABŞ səfirliyinin binası 1901-ci ildə tikilmiş, onun fasadı Setsession stilində bəzədilmişdir. Meydanın mərkəzi hissəsi fəvvarələrlə dolu bir kvadratdır, burada faşizmdən Budapeşt azadlığında düşən sovet ordusunun əsgərləri üçün abidə ucadılmışdır. == Tarixi == Meydan 1886-cı ildə Lipupvarosun böyük hissəsini işğal edən Neugebod barakalarının nəhəng kompleksinin sökülməsindən sonra formalaşdı.
Azadlıq meydanı (Tbilisi)
Azadlıq meydanı — Tbilisi şəhərində meydan. Rusiya çarlığı dövründə adı İrəvan meydanı olan meydan SSRİ dövründə Lenin meydanı adlandırılmışdır.
Azadlıq meydanı (İrəvan)
Azadlıq meydanı və ya Opera meydanı (erm. Ազատության հրապարակ; Azatut'yan hraparak), 1991-ci ilə kimi isə Teatr meydanı (erm. Թատերական հրապարակ; T'aterakan hraparak) – Ermənistanın paytaxtı İrəvan şəhərinin Kentron rayonunda yerləşən meydan. Meydan İrəvan Opera Teatrı kompleksinin bir hissəsidir, əsas opera binasının cənubunda, opera parkı ilə Qu gölü arasının yerləşir. Respublika meydanı ilə birlikdə Azadlıq meydanı İrəvanın mərkəzindəki iki əsas meydandan biridir. Dörd küçə ilə əhatə olunub: Tumanyan küçəsi, Teryan küçəsi, Sayat Nova prospekti və Maştots prospekti. Yazıçılar Hovannes Tumanyan və Aleksandr Spendiaryanın heykəlləri bu meydanda yerləşir. == Siyasətdə == Meydanda tez-tez baş tutmuş nümayişlərə görə Azadlıq meydanı Ermənistanda demokratiyanın simvolu hesab olunur. Meydanın tutumu 40.000, 42.000-45.000, 50.000 nəfərdir. === 1988: Qarabağ münaqişəsi === Meydan müasir Ermənistan tarixində vacib rola malikdir.
Azadlıq məşəli (film, 1967)
Azadlıq məşəli qısametrajlı sənədli filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Bakı şəhərində keçirilən Asiya, Afrika və Latın Amerikası ölkələri nümayəndələrinin konfransına həsr olunmuşdur. == Məzmun == Film Bakı şəhərində keçirilən Asiya, Afrika və Latın Amerikası ölkələri nümayəndələrinin konfransına həsr olunmuşdur. Filmdə bir günün hadısələri öz əksini tapmışdır.
Azadlıq prospekti (Bakı)
Azadlıq prospekti — Bakı şəhərinin Səbail, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında, Səməd Vurğun və Süleyman Rüstəm küçələrinə paralel prospekt. Prospekt 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra bu adı daşıyır. Əvvəlki adı Lenin prospekti olmuşdur. Prospekt Bakı şəhərində ən uzun küçələrdən biridir.[mənbə göstərin] Prospektin 200/36 ünvanında 19 may 2015-ci ildə yanğın baş vermiş, 15 nəfər həlak olmuş 50-dən çox sakin xəsarət almışdır == Kəsişdiyi küçələr == Prospekt Neftçilər prospektindən başlayaraq Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki dəmiryolu körpüsündə bitir. Neftçilər prospekti Zərifə Əliyeva küçəsi Üzeyir Hacıbəyov küçəsi Xəqani küçəsi Nizami küçəsi 28 May küçəsi Dilarə Əliyeva küçəsi Süleyman Rəhimov küçəsi Şamil Əzizbəyov küçəsi Salatın Əsgərova küçəsi Mikayıl Rəfili küçəsi Ruhulla Axundov küçəsi Bakıxanov prospekti Ənvər Qasımzadə küçəsi Vaqif prospekti Mirqasımov küçəsi Feyzulla Qasımzadə küçəsi Abbas Səhhət küçəsi Nəsibbəy Yusifbəyli küçəsi Möhsüm Sənani küçəsi Həsən Əliyev küçəsi Maqsud Əlizadə küçəsi Məmməd Araz küçəsi Ziya Bünyadov prospekti Səttar Bəhlulzadə küçəsi Əcəmi Naxçıvani küçəsi Cəfər Xəndan küçəsi Məsud Davudoğlu küçəsi Süleyman Suni Axundov küçəsi == Mühüm ünvanlar == № 1 — Park Inn by Radisson Azerbaijan Baku Hotel (en) № 1B — Гостиница Hilton Baku (ru) № 3A — Средняя школа № 143 (ru) № 9 — 160 saylı məktəb № 18 — Бакинский филиал АТиСО (ru) № 27 — "28 mall" ticarət mərkəzi № 38 — Azərbaycan Dövlət Neft Akademiyası № 72 — Ресторан «Бочка» (ru) № 75 — Pantomima teatrı № 79 — 99 saylı məktəb № 83 — ABŞ səfirliyi № 106 — Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu № 143 — Кинотеатр «Измир» (ru) № 155 — AMEA-nın Genetik Ehtiyatlar İnstitutu № 183 — 115 saylı məktəb № ? — Bakı Dəmir Yolu Vağzalı № ? — Keçmiş Sabunçu Vağzalı № ?
Azadlıq və sevinc bayramı (film, 1940)
Azadlıq və sevinc bayramı filmi rejissor 1940-cı ildə Azərfilmdə istehsal edilmişdir. Film Oktyabr inqilabının 23-cü ildönümünün Azərbaycanda bayram edilməsinə həsr edilmişdir. == Məzmun == Operativ buraxılışdır. Film Oktyabr inqilabının 23-cü ildönümünün Azərbaycanda bayram edilməsinə həsr edilmişdir. Eyni zamanda Azərbaycanın sənaye, kənd təsərrüfatı və mədəniyyət sahələrində qazandığı nailiyyətlərdən də danışılır.
Azadlıq və Ədalət Partiyası
Azadlıq və Ədalət Partiyası (ərəb. حزب الحرية والعدالة‎) — Misirin aparıcı siyasi partiyalarından biri, islam yönümlü siyasi partiyasıdır. 2011-ci ildə Müsəlman Qardaşlar təşkialatının siyasi qanadı kimi yaranıb. Misirdəki 2011-ci il parlament seçkilərində qanunların demokratikləşdirilməsi və sosial sahədə mühafizəkarlıq proqramı ilə çıxış edirdi.
Azadlıq yazarları (film, 2007)
Azadlıq yazarları – 2007-ci il istehsalı Riçard LaQraveneze filmi.Erin Qruell fərqli bir tədris metodikası istifadə edərək,şagirdlərin həyatındaki yaratdığı dəyişiklikdən bəhs edən filmdir.Baş rolda Erin Qruelli Hilari Suonk canlandırmışdır. == Filmin heyəti == Hilari Suonk — Erin Qruell Patrick Dempsey — Scott Casey Scott Glenn — Steve Gruwell, Erinin atası Imelda Staunton — Margaret Campbell John Benjamin Hickey — Brian Gilford April Lee Hernández — Eva Benitez Mario — Andre Bryant Jason Finn — Marcus Vanetta Smith — Brandy Ross Antonio Garcia — Miguel Jaclyn Ngan — Sindy Ngor Kristin Herrera — Gloria Munez Gabriel Chavarria — Tito Hunter Parrish — Ben Samuels Giovonnie Samuels — Victoria Deance Wyatt — Jamal Hill Sergio Montalvo — Alejandro Santiago Robert Wisdom Dr.
Azadlıqdan məhrumetmə
Həbs yaxud azadlıqdan məhrumetmə — cinayət hüququnda cəza növü; məhkumun məcburi sürətdə cəmiyyətdən təcrid edilməsi. == Azərbaycanda == Azərbaycanda azadlıqdan məhrumetmə həbs cəzası formasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü fəslinin 28-ci maddəsində qeyd edilir: "Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər". == SSRİ-də == Sovet cinayət hüququna görə azadlıqdamn məhrumetmə yalnız məhkəmənin hökmü ilə 3 aydan 10 ilədək, qanunla müəyyən edilən xüsusi hallarda isə 15 ildən çox olmamaqla müəyyən edilir. Cinayət edənədək 18 yaşına çatmamış şəxsə cəza təyin edilərkən azadlıqdan məhrumetmə müddəti 10 ildən artıq ola bilməz. Bu, Azərbaycan SSR Cinayət Məcələssinin 23-cü maddəsində qeyd olunmuşdur. Məhkumlar azadlıqdan məhrumetmə cəzasını, bir qayda olaraq, islah-əmək koloniyalarında (həddi-buluğa çatmamışlar tərbiyə-əmək koloniyalarında) çəkirlər. Azadlıqdan məhrumetmə cəzasının çəkilmə qaydasaı Azərbaycan SSR İslah-Əmək Məcəlləsinin üçüncü bölməsinin 12-82-ci maddəlləri ilə nizama salınırdı. Azadlıqdan məhrumetmə həbs cəzası formasında xüsusi təhlükəli residentlərə və ya 18 yaşı tamam olduqda xüsusi təhlükəli dövləti cinayət, yaxud digər ağır cinayətə görə 5 ildən artıq müddətə məhkum edilmiş şəxslərə tətbiq edilirdi. Digər sosialist dövlətlərində azadlıqdan məhrumetmə sovet qanunvericiliyindəki prinsiplərə əsaslanırdı.

Digər lüğətlərdə