EV

is.
1. Yaşayış binası, həmçinin müxtəlif müəssisə və idarələri yerləşdirmək üçün bina, tikili. Kərpic ev. Daş ev. Yaşayış evi. Altımərtəbəli ev.
– On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdı. C.Məmmədquluzadə.
Şose yolu kənarında, sarı kirəmitli … bir ev görünürdü. M.Hüseyn.

// Mənzil, otaq, ailənin yerləşdiyi yer. Evə getmək. Evdən gec çıxmaq. Ev yığışdırmaq.
[Mərcan bəy:] Əlbəttə, boşayacağam, təvəqqe edirəm ki, bu gün mənim evimdən çıxasan. Ü.Hacıbəyov.
[Hacı Nəsir:] Bir kasıb kişinin qızını alıb evimə gətirəcəyəm. S.S.Axundov.

2. Zəhmətkeşlərin hər hansı bir mədəniməişət ehtiyaclarına xidmət edən ictimai müəssisə, yer. Ziyalılar evi. Körpələr evi. Müəllimlər evi.
– Mədəniyyət evinin işıqlı və böyük zalı adamla qaynaşırdı. M.İbrahimov.

3. Ailə, oğul-uşaq, külfət mənasında. Evinə yaxşı baxır. Evin dərdini çəkmək. Evinə bağlı adam.
[Məşədi Səttar:] Əhvalın necədir, ev, uşaq salamatdırmı? Ə.Haqverdiyev.

□ Ev açmaq (qurmaq) – özünə ayrıca ailə qurmaq. O, ata-anasından ayrılıb özünə ev açdı.
[Kəmtərov və Leyla] indi belə güman edirdilər ki, dəm-dəsgahlı ev qurmaq istəyənlərin, oxumuşluğun, qarşılıqlı sevgi ilə qurulmuş ailənin qaydası belədir ki, var. Mir Cəlal.

Ev adamı1) ailənin üzvü və ya ailəyə yaxın şəxs.
Başqa vaxt olsaydı, çoxdan ev adamından biri cumub [Həmzənin] paltosunu, papağını alaraq asqıdan asmışdı. Ə.Əbülhəsən;

2) köhn. evfemistik yolla ərin öz arvadının adını çəkməmək üçün işlətdiyi ifadə.
[Qoca kişi:] Çünki dünən Yarməmmədin ev adamı gəlmişdi bizə, qarabaşımıza demişdi ki, Kərbəlayı Səfər evə gəlsə, ona bir de, gəlsin, bizim uşağa baxsın. C.Məmmədquluzadə.

Ev arvadı (qadını) – heç bir müəssisə və ya idarədə işləməyib, ancaq ev işləri və təsərrüfatı ilə məşğul olan qadın, evdar qadın.
[Hurizad oğluna:] Yaxşı, elə oxumuş qızdan ev qadını olarmı? – deyə ciddi sima ilə sordu. Çəmənzəminli.
Üst qatlarda ev arvadı yoxdur ki? Mir Cəlal.

Ev qulluqçusu – muzdla başqasına müxtəlif ev işləri görən qadın (qız). [Məsmə:] …Mənim həyatımın ikinci səhifəsi 23-cü ilin baharından başlayır.
Bu zaman ev qulluqçularının sığorta edilməsi üçün qanun nəşr edilmişdi. S.Hüseyn.

Ev olmaq, ev yiyəsi olmaq – evlənmək, ailə qurmaq, ev-eşik sahibi olmaq.
[Soltan bəy:] Qızım, inad olma, … gedərsən ərə, oğul-uşaq sahibi olarsan, ev yiyəsi olarsan. Ü.Hacıbəyov.
Zarafat deyil, evlənir, ay parçası kimi bir qız alır.
Ev olur, daha yurdsuzluqdan çıxır. Mir Cəlal.

Ev sahibi, ev yiyəsi məc. – ailənin başçısı, evin böyüyü. Qonaq qonağı sevməz, ev yiyəsi hər ikisini. ( Ata. sözü ).
Tahir ev yiyəsini bir də çağırdı. M.Hüseyn.

Ev tökmək – evin hər tərəfini silib-süpürmək, tamam təmizləyib yığışdırmaq.
Evdən çıxmaq – ailədən küsüb getmək.
[Mehriban] Rəmziyyəsini kimə tapşırıb evdən çıxır, onları tərk edirdi. S.Hüseyn.

4. Heyvan adlarının əvvəlində onların evdə bəsləndiyini, əhliləşmiş olduğunu bildirir. Ev heyvanı. Ev quşu. Ev arısı. – Ev danası ev danasından qorxmaz. ( Ata. sözü ).
Məşhur sayaçı sözlərində ev heyvanları birbir zikr olunur. F.Köçərli.

5. Bəzi sözlərin əvvəlində, həmin sözlərin ifadə etdiyi şeylərin evlə bağlı və ya evə aid olduğunu, evdə işləndiyini, evdə hazırlandığını, yaxud evdə icra edildiyini bildirir. Ev paltarı. Ev başmağı. Ev xörəyi. Ev çörəyi. Ev tapşırığı. Ev işləri.
◊ Ev bizim, sirr bizim – gizli saxlanmalı olan söz, iş haqqında deyilir.
Ev bizim, sirr bizim, söhbətini elə, Fərmandan de! Mir Cəlal.

Ev yıxmaq – birinə pislik etmək, bədbəxt etmək.
[Mərcan bəy:] Mənim evimi yıxdın, hələ bir gəlib pul da istəyirsən? Ü.Hacıbəyov.

Evdə bişməyib, qonşudan gəlməyib – haqqında heç bir şey bilinməyən, heç bir təsəvvür olmayan şey haqqında.
Axı neyləyim, evdə bişməyib, qonşudan gəlməyib, bir balaca tərpənəndə elə bilirəm çarpayı altımda yatacaq. İ.Şıxlı.

Evdə qalmaq – vaxtı keçdiyi halda ərə getməmək (qız haqqında).
[Asya:] Bəs ay Gülçöhrə, onda daha heç ərə getməyib, evdə qalıb un çuvalına tay olacaqsan? Ü.Hacıbəyov.

Evdən (ev-eşikdən) uzaq, evlərdən iraq! – ölüm və ya fəlakətdən danışarkən söylənən evfemistik ifadə.
[Məşədi Məmməd:] Allah evlərdən iraq eləsin, məni qorxudan elə işin burasıdır. R.Əfəndiyev.

Evdən gəlmək – pay gətirmək, əlidolu gəlmək.
Evi abad, evin abadan! – yaxşılığa, hörmətə qarşı təşəkkür ifadəsi.
[Əsgər Gülçöhrəyə:] Xanım, evin abadan, sənin əlinin bərəkəti mənə bəsdir. Ü.Hacıbəyov.

Evi başına götürmək – bərkdən qışqırmaq, bağırmaq, çığırmaq. Uşaq evi başına götürüb.
– Buzov isə ardıarası kəsilmədən mələyir, evi başına götürürdü. Ə.Əbülhəsən.

Evi başına uçulmaq – bax evi yıxılmaq.
Evi bərbad (viran) olmaq – bax evi yıxılmaq.
Evi viran olmuş (dağılmış, bərbad olmuş, yıxılmış) – bədbəxt, zavallı, yazıq.
Nə çarə edim eşqimə pəs mən evi viyran; Yüz çöhrəyə mən müştəriyəm valehi-didar. S.Ə.Şirvani.
[Məşədi İmam:] Axı, Məşədi evi yıxılmış başına nə daş salsın. Ə.Haqverdiyev.

Evi yıxılmaq, evi bərbad olmaq – ağır bir fəlakətə düçar olmaq, bəlaya düşmək, bədbəxt olmaq.
Eşiyin daşına ta dəydi rəqibin qədəmi; Evim ol ləhzə yıxıldı, başıma daş oldu. S.Ə.Şirvani.
Qalar müsafiri-biçarə çarəsiz çöldə; Evi yıxıldı, əgər oğruya düçar oldu. M.Möcüz.
Ədə, kişini qatıblar atın qabağına aparırlar, kişinin evi yıxıldı. C.Məmmədquluzadə.

Evin tikilsin! – alqış, tərif məqamında işlənən ifadə (bəzən etiraz bildirir). [Teymur:] Ay evin tikilsin, on tümən elə mənim belimdəki fitənin qiymətidir. “M.N.lətif”.
[Ələmdar Məşədiyə:] Evin tikilsin! Tamahın Əlinin zülfüqarından da itidir! S.Rəhimov.

Evin(i) yıxmaq – pis yola aparmaq, xatalı işə cəlb etmək, bədbəxt etmək.
Deyir ki, Məşədi qorxulu yolnan gedir, oğlunu da özünə qoşub evini yıxır. M.Hüseyn.
[Tamaşa:] Ağazalın evin yıxan elə siz olmadınızmı? Ə.Əbülhəsən.

Evindən qaçaq düşmək – hər hansı bir səbəbə görə ailəsindən uzaqlaşmaq, aralı yaşamaq.
Evindən düşəsən qaçaq; Sağ gözünə batsın bıçaq. Qurbani.

Öz evini yıxmaq – ehtiyatsızlığı üzündən özünü bəlaya salmaq, ağır vəziyyətə düşmək, özünü bədbəxt etmək.
[Süleyman bəy:] Kül mənim başıma, niyə mən böyüklər sözünə baxmadım, tay-tuşumu tanımadım, öz evimi yıxdım… Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EV 1. EV Bura Qəzənfərgilin evi idi (S.Vəliyev); DAM-DAŞ [Kiçik oğlanın] qabağına bir gözəl dam-daş çıxdı (“Üç şahzadə” nağılı); DƏMXANA (köhn
  • EV bina — tikili

Etimologiya

  • EV Əsli öy (oy) kimi olub, oymaq (yəni “qazmaq”, “eşmək”) sözü ilə bağlıdır. Qabaq­lar qazma evlər tikirdilər
ETǗD
EV-EŞİK
OBASTAN VİKİ
Ev
Ev (ing. Home ) — istirahət və yaşamaq yeri. Ev bir şəxs və ya ailənin yaşaması üçündür. Ümumiyyətlə evdə hamam, mətbəx, yataq otağı, vanna otağı, oturma otağı və s. mövcud ola bilər. İndiki zamanda evlər üçün torpaq azlığı problemi mövcud olduğundan, mənzillər və binalar çoxmərtəbəli inşa edilir. === Dairəvi evlər === Yaxın Şərq ölkələrində, habelə Cənubi Qafqaz və Orta Asiyada Eneolit və Erkən Tunc dövrləri üçün səciyyəvi olan yaşayış binaları. Azərbaycanda Kültəpə, Şomutəpə, Töyrətəpə və s. qədim yaşayış yerlərində aşkar edilmişdir. Daşdan və çiy kərpicdən tikilirdi.
Atlantlı ev
Atlantlı ev — Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 16 ünvanında mövcud olmuş, memar İosif Ploşkonun layihəsi əsasında 1900-cü ildə inşa edilmiş yaşayış evi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, Azərbaycanın yerli əhəmiyyətli tarixi və mədəni memarlıq abidəsi elan edilib. == Tarixi == Bina, 1900-cü ildə Polis küçəsində (Yusif Məmmədəliyev küçəsinin keçmiş adı) polşalı memar İosif Ploşkonun layihəsi əsasında barokko üslubunda inşa edilib. Binanın eyvanlarından birini iki atlant heykəli saxladığdan, bina daha çox "Atlantlı ev" kimi tanınıb. Bu yaşayış evi şəhərin tarixi mərkəzinin tikintisinin fəal elementlərindən biri kimi çıxış edib. Fasadın memarlıq kompozisiyasının üfüqi formada mərkəzi tinləmə və yanlarda güclü atlantlar (dayaqlar) üzərində duran erker ilə təqdim edilmiş üç oxlu sistemi maraqlı fəza mühiti yaratmışdır. Mənzərəli kompozisiya, memarlıq kütlələrinin proporsional bölünməsi, order sistemi elementlərinin bacarıqla paylaşdırılması, incəsənət sahələrinin sintezi və interyerlərinin zənginliyi binanın memarlıq abidəsi kimi Bakıdakı tarixi əhəmiyyətli yaşayış evlərinin ən yaxşı nümunələrindən birinə çevirmişdi. === Sökülməsi === 2004-cü ildə binanın söküləcəyi barəsində məlumatlar yayılıb. 2008-ci ildə binanın sakinləri köçürülüb. Köçürülməyə səbəb kimi isə binanın bərpası göstərilib.
Ağ Ev
Ağ Ev (ing. the White House) – Amerika Birləşmiş Ştatları prezidentinin daimi iş və yaşayış yeri olub, Vaşinqtonun mərkəzində yerləşir. 1791-ci ildə prezident iqamətgahının ən yaxşı layihəsi üçün müsabiqə elan olunub. Bu müsabiqədə irland əsilli Amerika arxitektoru Ceyms Hoben qalib gəlib və Ağ ev onun layihəsi əsasında tikilib. Gələcək prezident iqamətgahının bünövrəsi 1792-ci ilin oktyabrında qoyulub və kölələr tərəfindən bina 8 ilə tikilib. 1800-cü ilin noyabrında Birləşmiş Ştatların 2-ci prezidenti Con Adams və ailəsi iqamətgahın ilk sakinləri olub. 1800-cü ildən başlayaraq, bu bina əhali arasında "Ağ ev" adlandırılıb: çünki binanın üstünə çəkilən ağ üzlük materialı onu ətrafdakı qırmızı mərmər fasadlı binalardan kəskin şəkildə fərqləndirib. Bundan əvvəl bina "Prezident Sarayı" (the Presidential Palace) adlanırdı. Mətbuatda "Ağ ev" sözü ilk dəfə 1810-cu ildə Baltimor şəhərinin "Viq" qəzetində işlədilib. "Ağ ev" adının rəsmiləşdirilməsi isə XX əsrin əvvəllərinə təsadüf edir: 1902-ci ildə prezident Teodor Ruzvelt Vaşinqtondakı prezident iqamətgahının Ağ ev adlandırılması barədə sənəd imzalayıb.
Butulkalı ev
Butulka ev — Gəncədə tarixi bina. Bu evi məşhur edən onun tikinti materialı əvəzinə butulkadan istifadə edilməsidir. Bina 1966-ci ildə tikilmişdir. Binanın inşasında kiçik dərman şüşələrindən, təbii müxtəlif ölçülü dəniz daşlarından da istifadə olunub. Bu İbrahim Cəfərov adlı bir memarın fantaziyasıdır. İbrahim Cəfərov 1966-1967-ci ildə evi müharibədə itkin düşmüş qardaşı Yusifin xatirəsinə tikib. O, ümid edib ki, 26 yaşında əsgər gedən və geri qayıtmayan Yusif bir gün bu evin sorağını eşidəcək və geri dönəcək. O, bir ilə tikdiyi evin inşasında şampan butılkasından tutmuş, kiçik dərman şüşələri də daxil olmaqla, 48 min butulkadan istifadə edib. İbrahim kişinin yadigar qoyub getdiyi evdə indi onun gəlini və nəvələri yaşayır. Evin arxa tərəfində isə rusca “Vətənin naməlum əsgərinə eşq olsun!” yazılıb.
Ev atı
Ev atı, əhli at (lat. Equus ferus caballus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin atlar cinsinin vəhşi at növündən heyvan. Bədən quruluşu Eşşək və Çöl eşşəyinə çox yaxındır. == Ümumi məlumat == İngiltərənin Exeter Universitetinin arxeoloqları Qazaxıstanın şimalında dünyanın ən qədim at ferması sayıla bilən qəsəbə aşkar ediblər. Qədim Botay mədəniyyəti ilə əlaqələndirilən həmin qəsəbədə at sümükləri və madyan südü izləri daşıyan qab-qacaq tapılıb ki, bu da alimləri belə düşünməyə vadar edir ki, insanlar atı indiyədək hesab olunandan daha qədim dövrlərdə əhliləşdirməyə başlayıb. Belə ki, alimlərə görə, Qazaxıstanda tunc dövründən də qabaq - bizim eradan 3500 il əvvəl insanlar at sürüblərmiş. Müqayisə üçün qeyd edək ki, Avropada atın 1500 il bundan əvvəl əhliləşdirilməyə başlanıb. Atlar bəşəriyyət tarixində nəqliyyat vasitəsi kimi, kənd təsərrüfatında, eləcə də müharibələr zamanı mühüm rol oynayıb. Arxeoloqlar atların əhilləşdirilməsi prosesinin qədim Orta Asiyadan başlandığını çoxdan güman edirdilər, lakin indiyə qədər onların buna dair kifayət qədər dəlilləri yox idi. == At nəqliyyat vasitəsi kimi == Min illiklər boyu öz dövünün ən sürətli və ən rahat minik nəqliyyatı vasitəsi at olmuşdur.
Ev donuzu
Ev donuzu (lat. Sus scrofa domestica) — donuzlar fəsiləsindən olan ev heyvanı. Donuzkimilər fəsiləsindən olan ev donuzları orta böyüklükdə, çevik bir bədən quruluşuna sahib məməlilərdir. Bədənləri çox seyrək, fırça kimi sərt və qısa olan tüklərlə örtülüdür. Rəngləri qırmızımsı qəhvəyi ilə boz və ya qara olaraq dəyişir. Uzunluqları 50–190 sm (3–45 sm quyruq) və ağırlıqları 6–350 kq arası dəyişir. Donuzlar hər ayaqlarında daimi 4 barmaqları vardır. 2-ci və 3-cü barmaqlar digərlərindən daha böyük olur və bütün ağırlığı daşıyırlar. Daha kiçik olan 1-ci və 4-cü barmaqlar yerə toxunmur. Donuzlar təbii şəkildə Avrasiyanın cənubunu və bütün Afrikada yaşayırlar.
Ev dovşanı
Adadovşanı (lat. Cuniculus) — məməlilər cinsindən və dovşanlar fəsiləsindən olan ev heyvanı. == Xüsusiyyətləri == === Dovşanlardan fərqi === Adadovşanı dovşanlardan aydın şəkildə fərqlənirlər — onlar kor doğulurlar, kürk örtüyündən məhrum olurlar və yuvada böyüyürlər. Dovşanlar isə əksinə açıqgözlü doğulurlar və xəz örtükləri olur. Amerikan dovşanı istisna olmaqla bütün ev dovşanları yeraltı yuvalarda yaşayırlar. Yerüstü yerlərdə yaşadıqda isə, çox zaman dərin və mürəkkəb yerlər seçirlər. Ev dovşanları adətən qruplardan kənarda yaşamır. Adadovşanı ümumiyyətlə digər dovşanlardan daha böyükdür, qulaqları daha uzundur və onların kürklərində qara nöqtələr var. Həmçinin digər dovşanlar hələ də tam əhliləşdirilməmişdir — onlar tez-digər vəhşi heyvanlar kimi çıxış edirlər. === Anatomik xüsusiyyətləri === Adadovşanlarının böyük, oval bədənləri var.
Ev heyvanları
Ev heyvanları — insan tərəfindən əhliləşdirilən və ona evində və ya təsərrüfatında xeyir verən heyvanlar.
Ev iti
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Haqqında == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Ev iyesi
Ev iyəsi — türk xalq mədəniyyətində evin qoruyucu ruhu. Üy (Uy, Oy, Öy) iyəsi olaraq da tanınır. Moğollar Gər (Ker) Ezen deyərlər. == Xüsusiyyətləri == Hər ev üçün fərqli bir iye vardır. Bəzən bir ilan olaraq betimlenir. Evdə görülən ilanın bərəkət gətirəcəyinə inanılır. Onu öldürmədən çölə çıxarmaq lazımdır. Beləcə o da heç kimə zərər verməmiş olar. Əks halda evin bərəkəti qaçır. Qısa boylu bir kişi şəklindədir.
Ev iyəsi
Ev iyəsi — türk xalq mədəniyyətində evin qoruyucu ruhu. Üy (Uy, Oy, Öy) iyəsi olaraq da tanınır. Moğollar Gər (Ker) Ezen deyərlər. == Xüsusiyyətləri == Hər ev üçün fərqli bir iye vardır. Bəzən bir ilan olaraq betimlenir. Evdə görülən ilanın bərəkət gətirəcəyinə inanılır. Onu öldürmədən çölə çıxarmaq lazımdır. Beləcə o da heç kimə zərər verməmiş olar. Əks halda evin bərəkəti qaçır. Qısa boylu bir kişi şəklindədir.
Ev keçisi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Ev nandinası
Ev nandinası (lat. Nandina domestica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin nandina cinsinə aid bitki növü. Cinsin yeganə təmsilçisidir. == Təbii yayılması == Təbiətdə növün arealı Çin və Yaponiyanı əhatə edir. Şimali Amerikada mədəni şəraitdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 5-6 m-ə çatan, silindrik, zərif çətirli və düz dayanan, az budaqlanan yan zoğlu həmişəyaşıl ağac və ya koldur. Zoğların qabığı açıq qonur-bənövşəyi, sonradan boz-qonur, uzununa şırımlıdır. Kök sistemi uzun deyil. Tumurcuqların uzunluğu 1 sm, biz, yanlardan yapışıqlı, yaşılımtıl-qonur və ya qırmızımtıl pulcuqlu, paralel damarcıqlıdır. Yarpaqların uzunluğu 30-40 sm olub, budaqların yuxarı hissəsində yığılmışdır, ümumi görünüşü üçkünc, mürəkkəb, cüt olmayan-lələkvaridir.
Ev pişiyi
Pişik (lat. Felis silvestris catus) — yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid çöl pişiyi növünün yarımnövü. Pişiklərin 230 sümüyü var. Evlərdə bəslənə bilən, kiçik, məməli, ovçu və ətyeyən heyvanlardandır. Zaman-zaman bitki mənşəli qida istehlak edə bilər. Ev pişiyi, çöl pişiyi növlərinə xas fizioloji xüsusiyyətlərin bir çoxuna malikdir. Ortalama ağırlığı 2.7 – 4.5 kq arasında dəyişməklə birlikdə, soyu qarışıq olanlar arasında 12.5 kq-ma çatanlar nadir deyil. Ortalama bədən uzunluğu erkəklərdə 70, dişilərdə 50 sm-dir. Ev pişiklərinin böyük hissəsi qısa tüklü, Ankara və İran pişikləri isə uzun tüklüdür; ayrıca, bir İngilis soyu olan rex pişiyinin tükləri isə buruqdur. Pişiklər ümumiyyətlə qara, sarı, boz və ağ rəngli, ya da bu rənglərin bir neçəsi ilə alacalıdır.
Ev quşarmudu
Ev quşarmudu (lat. Sorbus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Cənubi Avropa, Şimal-qərbi Afrika və Kiçik Asiyada bitir. == Botaniki təsviri == Hündürlüyü 15-20 m (bəzən 30 m-dək), yavaş böyüyən, gövdəsinin diametri 1 m-dək, enli, yumru çətirli ağacdır. Budaqları əvəlcə boz keçəli, sonra çılpaq, qırmızı-qonurdur. Cavan ağacların qabığı qonur və hamar, qocalarda çatlayan və soyulandır. Yarpaqların uzunluğu 15-25 sm, növbəli, lələkvari, yuxarı tərəfi tutqun yaşıl, bir az keçəli-tükcüklü, payızda sarı və ya sarı-narıncıdır. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərin diametri 13-18 mm, 5 ağ ləçəkli və 20 ədəd açıq sarı-ağ erkəkciklidir. Meyvələrin uzunluğu 2-3 sm, yaşıl-qonur rəngli, parlaq qırmızıdır.
Ev siçanı
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Ev sərçəsi
Ev sərçəsi (lat. Passer domesticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinin əsl sərçə cinsinə aid heyvan növü. İnsanlarla qonşuluqda yaşayan, xarici görünüşünə və çıxardığı səslərə görə ən tanınmış quşlardır. Növ adı da insanlarla eyni ərazini paylaşmaları ilə əlaqədardı.. == Bioloji təsviri == === Xarici görünüş === Uzunluqları 14–18 sm, çəkiləri 21–37 q təşkil edir. Ümumi rəngi — yuxarıdan qəhvəyi-qonur, sarımtıl rəng qara ləkələrlə, aşağıdan isə ağımtıl və ya boz. Yanaqları ağ, qulaq ətrafı ərazilər isə solğun boz rəngdə olur. Qanadları sarımtıl ağ zolağa sahibdirlər. Erkəklər dişilərdən qara rəngdə olan ləkəsinə görə fərqlənirlər. Bu ləkə boğaz və sinənin yuxarı hissəsini nəhatə edir.
Ev öküzü
Günbəzli ev
Günbəzli ev — XVI–XIX əsrlərdə Gəncə şəhərində geniş yayılmış yaşayış binaları. Dövrümüzə çatmış ən qədim nümunələri XVII–XVIII əsrlərə aid olan bu cür yaşayış binası memarlığına Azərbaycanın başqa heç bir şəhərində rast gəlinmir. == Dizayn xüsusiyyətləri == Ənənəvi Gəncə evləri adətən küçədən izolyasiya edilmiş şəkildə və ya kar divarı küçə istiqamətində yerləşməklə inşa edilirdi. Küçələrdən çıxan dalanlara isə evlərin kiçik qapıları və ya həyətə açılan oxvari və ya yarımdairəvi tağla çərçivələnmiş böyük taxta darvazalar açılırdı. Şəhər ərazisində dövrümüzə çatmış ən qədim yaşayış tikililəri XVII–XVIII əsrlərə aid edilir. Bu tikililər maraqlı memarlıq həllinə malikdir. Onların üstü gəc məhlulu ilə inşa edilmiş gümbəzlə tamamlandığına görə, elmi ədəbiyyatda həm də "Günbəzli ev" kimi tanınırlar. Bu evlərin unikal memarlıq xüsusiyyətlərinə Azərbaycanın başqa heç bir şəhərində rast gəlinmir. Tədqiqatçılar həmin ərazidə bu cür mülki memarlığın inkişaf etməsini yerli memarların ərazi üçün xarakterik olan inşaat materiallarına (bişmiş və çiy kərpic, gəc) mükəmməl hakim olmaları ilə izah edirlər. Günbəzli evlərin interyerlərində istifadə edilən kompozisiya həlləri, həmçinin polixromiyanın incə şəkildə tətbiq edilməsi xalq memarlarının peşəkarlığı ilə yanaşı həm də yüksək zövq sahibi olduqlarını nümayiş etdirir.
Qazma ev
Qazma — Azərbaycaının ən qədim məskən tiplərindən biri. Mağara tipli yaşayış evlərinin sonrakı mərhələsini qazma, yarımqazma adlandırırdılar. Azərbaycanın Kiçik Qafqaz, Gəncəbasar və qərb bölgələrində bu tip evləri pəyə evlər kimi də adlandırıblar. == Qazmanın inşaatı == Planda düzbucaqlı olan bu tip evlər, onun sahibinin maddi vəziyyətindən asılı olaraq müxtəlif ölçülərdə tikilirdi. Dağlıq ərazilərdə son zamanlara qədər qalmaqda olan qazma (pəyə) tipli evlərin inşaqaydası bəsit olduğundan, onları hər kəs özü tikə bilirdi. Bunun üçün yamacın gündöyən səmtində (güney) tikiləcək ev üçün ilk növbədə yer müəyyənləşdirib kalafa qazılırdı. Kalafanın arxa və ya iki yan divarları yamacın dik çapılmış torpaq divarından, açıq qalmış qabaq tərəfi isə daş hörgüdən ibarət olur və burada giriş yolu qoyulurdu. Düzənlik yerlərdə inşa edilən belə qazmalarda divarların dördü də torpaqdan olurdu. Kalfa qazılıb başa çatdıqdan sonra qazmanın (pəyənin) dam örtüyü qurulurdu. Bunun üçün evin uzunu boyunca bir-birindən 1,5-1, 7 m aralı dirəklər basdırılır, üzərinə yoğun tir (kərən) atdıqdan sonra kalafa divarlarının üstünə "hərmə" (pasna) adlanan yastı ağaclar uzadılırdı.
Qrifonlu ev
Qrifonlu ev — Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 20 ünvanında yerləşən, memar İ. V. Edelin layihəsi əsasında 1894–1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilmiş iki mərtəbəli malikanə tipli bina. Bina, memar İ. V. Edelin yaradıcılığında xüsusi yer tutur. == Tarixi == Keçmiş Politseyskaya (indiki Yusif Məmmədəliyev) küçəsində yerləşən bu malikanə, başlanğıcda Lazarev ailəsinə məxsus olduğu guman edilir. Bunu binanın əsas frontonunda quraşdırılmış LB inisialı olan nəfis venzel təsdiqləyir. Bir müddət sonra, bu binaya tanınmış ticarətçi Akopov köçür və binanın birinci mərtəbəsində "Münch und Weiss" Ticarət Yoldaşlığını təsis edir. Azərbaycan Demokratik Respublikasının mövcudluğu illərində burada Gürcüstanın diplomatik nümayəndəliyi (həmin dövrdə Gürcüstanın Azərbaycandakı səfiri N. S. Alşibay idi) yerləşirdi. Sovet illərində burada bir çox məşhur bakılılar yaşayırdı. Bir zamanlar Qrifonlar evi yaxınlıqdakı Teatr institutunun əsas korpusuna birləşirdi, lakin həmin bina söküldükdən sonra, burada böyük boş ərazi yarandı və zamanla istifadəsizlikdən bu boşluq bataqlığa çevrildi. Müstəqilliyin əldə edilməsindən sonra, bu binada bir müddət Gürcüstanın səfirliyi yerləşirdi, ancaq bəzi səbəblərə görə səfirlik başqa yerə köçürüldü. == Memarlıq xüsusiyyətləri == Malikanə (mülk) tipdə olan yaşayış evi 1894–1896-cı illərdə memar İohann Vilhelmoviç Edel tərəfindən inşa edilmişdir.
Quraşdırma ev
Fin — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == == Toponimikası == Fin oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də qəsəbə. Düzənlik ərazidədir. == Əhalisi == == Mədəniyyəti == 1 ədəd poçt məntəqəsi, 1 ədəd xəstəxana, 1 ədəd aptek, 1ədəd orta məktəb və digər obyektlər yerləşir == İqtisadiyyatı == Əhali arıçılıq, heyvandarlıq və əkinçilik ilə məşğul olur.
Ruhlu ev
Paranormal hadisələrlə dolu ev (ing. Haunted House) və ya Ruhlu ev (ing. Ghost House) — adətən içərisində keçmiş sakinlərinin bədənlərini tərk edən ruhların yaşadığı sezilən yaşayış evi. Parapsixoloqlar ruhları adətən qətl, təsadüfi ölüm və ya intihar kimi faciəvi hadisələrdən əziyyət çəkmiş sakinlərlə əlaqələndirir. Əksər hallarda, elmi istintaq nəticəsində fövqəltəbii və ya paranormal adlandırılan hadisələrin arxalarında yalanlar, ekoloji təsirlər, hallusinasiyalar və qərəzli yanaşmalar kimi başqa şeylərin dayandığı aşkar olunur. Böyük, köhnə və tərk edilmiş evlər, o cümlədən qalalar içərisində baş verən paranormal hadisələrlə bilinir. Baş verdiyi iddia edilən hadisələrə cırıldama səsləri, tərpənməz əşyaların hərəkəti və ruhların görünməsi aiddir. 2005-ci ildə üç ölkədə – ABŞ, Kanada və Böyük Britaniyada keçirilən sorğuya əsasən, insanlar siyahıda qeyd olunan digər paranormal hadisələr əvəzinə, ruhlu evlərə inanır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === == Xarici keçidlər == "Haunted Houses: The Film Genre That Won't Die". CNN. "Hong Kong's Hot Market in "Haunted" Houses".
Ev tapşırığı
Ev tapşırığı — Müəllim tərəfindən şagirdə (tələbəyə) dərsdən sonra müstəqil şəkildə həll etmək və ya öyrənmək üçün verilən tapşırıq. Ev tapşırığının verilməsində məqsəd yeni keçilən mövzunun yadda saxlanmasına nail olmaqdır. == Maraqlı faktlar == Almaniyanın Şimali Reyn-Vestfaliya torpağında yerləşən gimnaziyaların birində dərs sisteminin özünəməxsus qurulması nəticəsində şagirdlər ev tapşırığından azaddırlar.
Ağıllı ev
Ağıllı evlər — Ağıllı ev sistemi , işıqlandırma və istilik kimi alətlər və sistemlərin uzaqdan monitorinqini və idarə edilməsini təmin etmək üçün bir-biri ilə əlaqəli cihazlardan istifadə edən bir sistemdir. Ev avtomatlaşdırılması kimi tanınan Smart ev texnologiyası; Çox hallarda ev sahibləri ağıllı evlərinə və və ya maşınlara quraşdırılmış smart cihazlarla evlərinin təhlükəsizliyini, rahatlığını və enerji səmərəliliyini nəzarət edə biləcəyi sistemlərdir. Qaraj qapı, həyəcan siqnal sistemləri, qəhvə maşın timer açılması və bağlanması kimi sistemlər ağıllı ev sistemlərinin sadə nümunələridir. == Haqqında == Ancaq ev avtomatlaşdırılması və ağıllı evlərdən danışarkən, istedad və nümunələr daha da irəli səviyyələrə çıxır. Ayrı ayrı çalışan qurğuların əvəzinə bir ağıllı ev bir əsas ev avtomatlaşdırma nəzarətçisi tərəfindən idarə olunan bir çox alt sistemini birləşdirir. Bu əsas avtomatlaşdırma nəzarətçi ev avtomatlaşdırma sistemində idarəçi kimi ev ətrafında olan bütün qurğulara daxil olur, əmr verir və hər şeyi nəzarət edir. == Zamanla təyin edilmiş hadisələr == Ev sahibinin istənilən vaxt və ya evin coğrafi mövqeyinə uyğun olaraq dəyişən gündüz işlərinə uyğun olaraq qurulası sistemdir. Bu xüsusiyyət sayəsində ev hər gün təyin olunan saatlara xüsusi əməliyyatlar həyata keçirir. Məsələn; səhər otağının pəncərələrini açaraq otağı havalandırır , gün batımına və ya doğumuna görə evin kənarında işıqları açır və bağlayır. Bunlar ev avtomatlaşdırma sisteminin işinə səbəb olan vəziyyətlərdir.
Şarvari evkalipt
Girdə evkalipt (lat. Eucalyptus globulus) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatları, Tasmaniya, Yeni Zelandiya, Cənubi Amerika, Kaliforniya və Çinin cənubunda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 70 m-ə çatan, bozumtul və ya mavi-ağ rəngli, hamar gövdəli ağacdır. Gövdənin aşağı hissəsi istisna olmaqla qalan hissəsində qabığı uzun, nazik, lentşəkilli qopub tökülür. Cavan zoğlarında yarpaqlar üzbəüz, oturaq, boz və ya külvari-ağ rəngli, ürək və ya yumurtavari formalı, ucu daralmış olub, 7-16 sm uzunluqdadır. Yetkin yarpaqları isə növbəli düzülüşlü, saplaqlı və dərivari, cavan yarpaqlardan iki dəfə qalın və dörd dəfə uzundur. Rəngi tünd yaşıl olub, neştərvari və ya qılıncvari, 15-30 sm uzunluqda və 3-4 sm enindədir. Ağımtıl və ya qırmızı çiçəkləri tək və ya 2-3-ü bir yerdə olmaqla, oturaq və ya qısa ayaqcıq üzərində yerləşir. Çiçək yatağı və qapağı tükcüklü, üzəri mavi-ağ rəngli, muma oxşar təbəqə ilə örtülüdür.
Şeyx Obaid bin Tani Evi
Şeyx Obaid bin Tani Evi — Şeyx Obaid bin Taninin tarixi binaı və keçmiş iqamətgahı olan, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən muzeydir. Muzey 1916-ci ildə dəniz daşlarından, gips və palçıqdan tikilmişdir. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Ev Əl Şindağada yerləşən Şeyx Səid Əl Maktumun Evinin yaxınlığında yerləşmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Şeyx Obaid bin Tani Evi ilə əlaqəli mediafayllar var.
Şir evdən getdi (film, 1977)
Şir evdən getdi — 1977-ci ildə çəkilmiş rejissor Rasim İsmayılovun eyniadlı filmi. == Məzmunu == Musiqili film uşaq aləminin gözəlliyindən, onların xarakterlərindən, uşaqlarla heyvanların dostluğundan bəhs edir. == Film haqqında == Filmdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının balet artistləri və Bakı şəhəri Nərimanov rayonu 83 saylı uşaq bağçasının uşaqları çəkilmişlər. Filmdə Kinq II adlı şir və Rada adlı fil çəkilmişdir. Film quruluşçu rejissor Rasim İsmayılovun rejissor kimi kinoda ilk müstəqil işidir. Film yazıçı Yuri Yakovlev (II)in eyniadlı nağıl-povestinin ekran variantıdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Yuri Yakovlev (II) Quruluşçu rejissor: Rasim İsmayılov Quruluşçu operator: Rasim İsmayılov, Şərif Şərifov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Akif Nuriyev Baletmeyster: Nailə Nəzirova Geyim rəssamı: S. Haqverdiyeva Qrim rəssamı: V. Bereznyakov Butafor ustası: A. Volçuk Rejissor: Akif Rüstəmov, Ramiz Əliyev Rejissor assistenti: T. Atakişiyev, Ziya Şıxlinski, Süleyman Əhmədov (S. Əhmədov kimi) Operator assistenti: Yuri Varnovski, V. Romanov Rəssam assistenti: Asif Məmmədov, E. Muradova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Heyvan təlimçiləri: Lev Bərbərov, Nina Bərbərova, T. Filatova, A. Qorin Montaj edən: Rəfiqə İbrahimova (R. İbrahimova kimi) Mahnıların mətninin müəllifi: Yuri Yakovlev (II), Alla Axundova Redaktor: D. Tahirova Çalır: "Melodiya" Firmasının İnstrumental Ansamblı və SSRİ Dövlət Kinematoqrafiyasının Simfonik Orkestri Filmin direktoru: İnessa Safronova İşıqçı: A. Məmmədzadə (titrlərdə yoxdur) Mahnı ifa edən: Flora Kərimova və Mirzə Babayev (titrlərdə yoxdur) === Rollarda === Yuri Senkeviç — şir Sergey Yurski — ovçu; ekskurisya bələdçisi; qarovulçu Elxan Cəfərov — Rüstəm Vsevolod Abdulov — nəzarətçi İ. Məmmədov — begemot Şükufə Yusupova — zürafə İnarə Quliyeva — kenquru Lidiya Povetkina — meymun Almaz Əhmədova — meymun Səfurə İbrahimova — tülkü Yaşar Nuri — ata Süsən Məcidova — nənə İbrahim Ləmbəranski — Muradik Cəmilə Muradasilova — Fatma Fazil Salayev — yanğınsöndürən Nadir Əsgərov — yanğınsöndürən Ələsgər Məmmədoğlu — yanğınsöndürən Kamil Məhərrəmov — kababçı Əli Haqverdiyev — heyvan təlimçisi Tanilə Əhmərova — Şəfiqə müəllimə R. Rüstəmov A. Məmmədzadə Gümrah Rəhimov — pələng Elxan Ağahüseynoğlu — aeroportdakı heyvan İ. Kazımov Suğra Bağırzadə — aeroport işçisi D. Əhmədov Rəna Səlimova — zebr Sevil Rəsulova İ. Zeynalova L. Zolotova O. Baratova İ. Vladimirova Aqşin Rəsulov — milisioner Mübariz Əlixanoğlu — heyvan Ramiz Əzizbəyli — sürücü Fikrət Məmmədov — şagird Hüseynov Sədaqət Zülfüqarova — şəhər sakini Bahadur Əliyev — şəhər sakini Zemfira Sadıqova — şəhər sakini Mayak Kərimov — şəhər sakini Larisa Xələfova — televiziya diktoru Osman Həqqi — aeroportdakı adam Xanlar Muradov — milis işçisi (titrlərdə yoxdur) Elşən Şirəliyev — milis nəfəri == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Ştorxuv evi
Ştorxuv evi (çex. Štorchův dům) — Praqanın Köhnə şəhər meydanı № 552-də yerləşən tanınmış memarlıq abidəsidir. Meydanın bir çox binaları kimi, Ştorxuv evi də çox qədim tarixə malikdir. Buna baxmayaraq, hazırkı bina 1896–1897-ci illərdə, memar Fridrix Ohmannın layihəsi əsasında "vladislav qotikası" üslubunda inşa olunmuşdu. O zamana qədər, Ştorxuv evi bir neçə dəfə yenidənqurmaya məruz qalmışdı. == Tarixi == Ştorxuv evində uzun illər kitab mağazası yerləşirdi, bu da Aleksandr Ştorxun naşir olması ilə bağlı idi. Lakin hazırda bu mağaza artıq yoxdur. Praqanın mərkəzindən ənənəvi, insanlara yaxından tanış olan mağazalar yox olur — onların yerində isə turistləri cəlb edə biləcək mübadilə məntəqələri, kafe və suvenir mağazaları ilə əvəz edilmişdir. Hazırda Ştorxuv evində suvenir mağazası yerləşir. Ştorxuv evi 1945-ci ildə, İkinci dünya müharibəsinin son illərində güclü dağıntıya mərux qalmışdı.
Şəkixanovlar evi
Şəkixanovların evi və ya Şəkixanovlar sarayı — Azərbaycanın Şəki şəhərində Şəki xan sarayından bir neçə məhəllə aralıda yerləşən XVIII əsrə aid iki mərtəbəli tarixi abidə. == Memarlığı == Şəkixanovlar evi xalq yaşayış evindən saray tipli evlərə keçid formasıdır. İrəli uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli bina Şəki xalq yaşayış evlərinin əlamətlərini saxlayaraq, əsasən interyerdəki zəngin dekorativ elementlər binanı saray tipli tikintilərə bənzədir. Şəkixanovlar evi iki mərtəbədən ibarətdir. Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pillələr yerləşən otaqlarla birləşir. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqları olduğu üçün burada "buxarılar" yerləşdirilib. Birinci mərtəbəyə oxşar olan ikinci mərtəbə qonaqlar üçün nəzərdə tutulub. İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə bəzənmiş və bütün interyer ona nisbətən simmetrik olaraq xalq yaşayış interyerinə uyğun olaraq işlənib. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilib.
Şəkixanovların evi
Şəkixanovların evi və ya Şəkixanovlar sarayı — Azərbaycanın Şəki şəhərində Şəki xan sarayından bir neçə məhəllə aralıda yerləşən XVIII əsrə aid iki mərtəbəli tarixi abidə. == Memarlığı == Şəkixanovlar evi xalq yaşayış evindən saray tipli evlərə keçid formasıdır. İrəli uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli bina Şəki xalq yaşayış evlərinin əlamətlərini saxlayaraq, əsasən interyerdəki zəngin dekorativ elementlər binanı saray tipli tikintilərə bənzədir. Şəkixanovlar evi iki mərtəbədən ibarətdir. Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pillələr yerləşən otaqlarla birləşir. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqları olduğu üçün burada "buxarılar" yerləşdirilib. Birinci mərtəbəyə oxşar olan ikinci mərtəbə qonaqlar üçün nəzərdə tutulub. İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə bəzənmiş və bütün interyer ona nisbətən simmetrik olaraq xalq yaşayış interyerinə uyğun olaraq işlənib. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilib.
Şəmsi Əsədullayevin evi
Şəmsi Əsədullayevin evi və ya Neft kralının sarayı — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən üç mərtəbəli saray tipli yaşayış binası. 1896-cı ildə Bakı milyonçularından Şəmsi Əsədullayevin sifarişi ilə memar İohan Edelin layihəsi əsasında inşa edilib. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == === Tarixi === Şəmsi Əsədullayevin evi Mərdanov qardaşları (Praçeçnaya) küçəsi 9, Tolstoy (Gimnaziçeskaya) küçəsi 183 və Həzi Aslanov (Karantinnaya) küçəsi 84 ünvanlarının tinində ucaldılıb. Bina milyonçu Şəmsi Əsədullayevə məxsusdur və saray üslubundadır. 1896-cı ildə memar İohan Edel tərəfindən inşa olunub. Şəmsi Əsədullayevə "Neft və kerosin kralı" deyildiyinə görə saraya da bəzən "Neft kralının sarayı" deyiblər. Onun şirkətlərinin baş ofisi də məhz bu binada birinci mərtəbədə yerləşib. Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı və Şəmsi Əsədullayevin nəvəsi Banin də bu sarayda böyüyüb. Onun xatirələrinə görə sovet işğalından sonra saray müsadirə olunub, onların ailəsinə isə yaşamaq üçün cəmi 2 otaq ayrılıb.
Əbülqasim bəy Evoğlu
Əbülqasim bəy Evoğlu (?-?)— XVII yüzil, şair, xəttat, diplomat. == Həyatı == Əbülqasim bəy Xoy vilayətinin Evoğlu nahiyəsində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. I Şah Abbasa xidmət etmişdi. Əbülqasim bəy bir müddət sarayda qorçu kimi çalışmışdı. İskəndər bəy Münşi yazır: "Elə bu əsnada Seyid Mübarəkin oğlu Seyid Bədr izin almadan ali ordudan Ərəbistana getdi, Luristan hüdudunda Şahverdi xan adamlarının əlinə keçdi. Əlahəzrət Əbülqasim bəy Qorçi Evoğlunu onu gətirməkdən ötrü yolladı. Şahverdi xan bir neçə gün o qorçinin başını söz-söhbətlə aldadıb Bədr xanın [dərgaha] göndərilməsini ləngitdi, vaxtı hiyləgərliklə uzatdı. Buna görə də, onunla Əbülqasim bəy arasında təhdidamiz söhbətlər başlandı. Axırda başqa çarə tapmadı və xanı istər-istəməz yola saldı.
Əlcəzair evkalipti
Eucalyptus algeriensis (lat. Eucalyptus algeriensis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Əlcəzairdir. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan, piramidal çətirli, gövdəsi hamar qabıqlı, vaxtaşırı qabığını tökən ağacdır. İri ağaclarda yarpaqlar növbəli düzülüşlü, oraqvari, neştərvari, 10-15 sm uzunluqda 1-2 sm enində olub, mavi rənglidir. İri yarpaqları yumurtavari, 7-9 ədəd çiçəkləri başcıq çiçək qrupunda, 6–7 mm uzunluqda nazik saplaq üzərində yerləşmişdir. Qönçələrinin uzunluğu 8–9 mm, diametri 5–6 mm, uzunsov və ya yumurtavaridir. Meyvələrinin uzunluğu və diametri isə 10 mm-ə yaxındır. Toxumla çoxaldılır. Oduncağı qırmızımtıl rəngdədir.
Əlibəyovların evi
Əlibəyovların evi — Bakı şəhəri Rza Quliyev döngəsi 4 (keçmiş Karaulnıy döngəsi 4) və Süleyman Tağızadə küçəsi 60 (keçmiş Poçtovaya küçəsi 60) ünvanında yerləşən yaşayış evi. == Tarixi == Mülkü tikdirən Rza bəy Əlibəyov Kazanda tibb təhsili alıb. Sonradan isə Peterburqdan hüquq fakultəsini qızıl medalla bitirib. Bu medalla onu şəxsən imperator II Nikolay təltif etmişdi. Məhz Peterburqda təhsil aldığı zaman o memar Nikolay Prokofyev ilə tanış olur. Sonradan isə ağlında olan malikanəni məhz tanışı Nikolaya tikdirir. Bina 1903-cü ildə akademik N.Prokofyevin layihəsi üzrə inşa edilmişdir. Künc ərazidə uğurla yerləşən varlı malikanə üslubuna aiddir. Relyefdə bina istər həcmli modelləşdirilməsi istərsə də arxitektur şərhi ilə şəhərin tarixi məhəllələr strukturuna daxil edilmiş və yaşayış evinin yüksək estetik səviyyədə həllinin maraqlı nümunəsi kimi çıxış edir. Burada "şüşəbənd" formasında yerli memarlığın klassik üsulları və həcmli elementlərindən istifadə edilmişdir ki, bu da özünəməxsus memarlıq kompozisiyasının yaranmasını şərtləndirmişdir.
Əlillər Evi (Paris)
Əlillər Evi və ya Milli Əlillər Evi (fr. L'hôtel national des Invalides), ya da sadəcə Əlillər (fr. Les Invalides) Parisin memarlıq abidələrindən biri olub, 24 fevral, 1670-ci ildə XIV Lüdovikin əmrinə əsasən hərbi əlillərin (müharibə əlillərinin) şərəfinə inşa edilmişdir. Avropada tikilən ilk əlillər evidir. Bugünkü gündə də əlilləri qəbul etməkdədir. Burada eyni zamanda bir neçə muzey yerləşməkdədir.
Ələkbər bəy Rəfibəylinin evi
XIX əsrdə tikilmiş tarixi bina. İ.Qayıbov küçəsi, 31 ünvanında yerləşir. İnv nömrəsi:3781. . Bina yerli əhəmiyyətli tarixi bina kimi qeydiyyata alınıb.
Əmir Nizam Evi
Əmir Nizam evi və ya Qacar muzeyi — Qacar sülaləsi dövründə Təbrizin Şeşgilan məhəlləsində tikilmiş tarixi binalardan biri. Bina Nəsirəddin şah Qacarın dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Binada hazırda Qacar muzeyi fəaliyyət göstərir. == Haqqında == Bina Nəsirəddin şah Qacarın hakimiyyəti dövründə Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Tarixi mənbələrə əsasən bina tikildiyi dövrdən Qacarlar dövrünün sonunadək Azərbaycan əyalətinin valilik binası kimi istifadə edilmişdir. Uzun müddət təmir olunan bina təmirdən sonra Qacar muzeyi kimi fəaliyyət göstərməyə başlayıb. Qacar muzeyinin Təbrizdə açılmasına səbəb Təbriz şəhərinin Darolsəltənə (sultanlıq divanı) olması və Tehrandan sonra ən önəmli şəhəri olmasıdır. Qacar sülaləsinin başlanğıcından və Abbas Mirza vəliəhd olan zamandan bəri Təbriz şəhəri vəliəhdlərin iqamətgahı idi. Binanın ərazisi 1500 m.²-dir və iki mərtəbələdiri. İçərisində hovuzlar və fəvvarələr olan iki iç və xarici həyətə malikdir.
Əsəd bəyin evi
Əsəd bəyin evi — Şuşa şəhərində, Voroşilov küçəsində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Uzadılmış düzbucaqlı formasına malik evin birinci mərtəbəsindəki otaqlar üç qrupa bölünmüşdür. Evin mərtəbələri arasında daxili əlaqə mövcud deyil. İkinci mərtəbəyə evin fasadının hər iki küncündə inşa edilmiş iki daş pilləkənlə qalxmaq olar. Qonaq zalı bütün fasad boyunca yerləşdirilmiş nəhəng şəbəkə pəncərəyə malikdir. Həm vestibüllərdən, həm də dəhlizlərdən zalın ətrafındakı otaqlara qapılar açılır. İri qonaq zalı ilə yanaşı, Əsəd bəyin evinin ikinci mərtəbəsində bir qədər kiçik ölçülərə malik olan və tikilinin qərb tərəfində yerləşən ikinci zal da vardır. Bu iki iri zalla yanaşı evin ikinci mərtəbəsində daha 10 otaq da inşa edilmişdir. == Tarixi == Şuşanın ən məşhur əsilzadələrindən olan Əsəd bəyin evi XVIII əsrin əvvəllərində inşa etdirilmişdir. == Memarlıq xüsusiyyətləri == Natəvanın sarayı yaxınlığında yerlşən Əsəd bəyin evinin memarlıq və plan həllində Şəki şəhərində yerləşən Şəkixanovların evi ilə çoxlu ortaq xüsusiyyətlər vardır.
Əsədullahın evi
Əsədullahın evi — Şuşa şəhərində, Komsomolskaya küçəsi 29 ünvanında yerləşən tarix-memarlıq abidəsidir. == Memarlıq xüsusiyyətləri == Şuşa yaşayış evləri memarlığının daha sadə növünə aid olan Əsədullahın evi əsas ox boyunca yerləşdirilmiş iki otaq və yer səviyyəsindən bir qədər hündürdə olan eyvandan ibarətdir. Eyvanı fasad boyunca düzülmüş taxta sütunlar saxlayır. Evin eyvana açılan böyük otağının divarı iri şəbəkə pəncərə və onun iki tərəfində yerləşdirilmiş iki adi pəncərədən ibarətdir. Üzbəüz yerləşən digər divarda isə cumaxudan adlanan nişlər yerləşir. Onlar qablar və digər ev əşyalarının saxlanılması üçün istifadə edilirdi. == İstinadlar == == Ədəbiyyat == Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977. А. В. Саркисов, А. М. Ализаде.
Əxi Evrən
Əxi Evrən (dekabr 1169, Xoy, Qərbi Azərbaycan ostanı – 1 aprel 1261, Kırşəhər) – Mənşəcə Ələvi Türk sufisi olan, əxilik təriqətinə mənsub sufi alim. Güney Azərbaycanın Xoy şəhərində anadan olan Əxi Evrən, uzun bir səfərdən sonra Xorasandan Anadoluya gələrək Hacı Bektaş Vəlinin Ələvi-Bektaşi, sufi türkmən məzhəbinə bağlanmış, öz adını daşıyan Əxilik təşkilatının qurucusu olmuşdur. O, dabbaqların ələvi türkmən ustadı və şeyxi, 32 növ tacir və sənətkarın lideri idi. == Adının etimologiyası == Əxi Evrən bu günə qədər gəlib çıxan əsərlərinin heç birində öz adını tam çəkməmişdir. O şəxsindən “bu zəif”, “bu kasıb” kimi ifadələrlə bəhs etmiş, buna baxmayaraq bəzi əsərlərində kəlamçı olduğunu və adının Mahmud olduğunu örtülü bir formada söyləmişdir. Mənbələrin verdiyi məlumata əsasən onun tam adı Şeyx Nəsrəddin Əbül Haqayiq Mahmud ibn Əhməd əl-Xoyidir. Ölümündən bir müddət sonra təxminən XV əsrin ortalarında qarşımıza Əxi Evrən adı ilə çıxır. Lakin bu adın “Evrən”, “Evran” yoxsa “Örən ” olduğu mübahisəlidir. Mənaqıbnamə mətnlərində Evrən sözü ilan, əjdaha mənasında işlənir. Professor Mikayıl Bayram, Əli Əfəndi, Aşıq Paşazadə və Dədə Qorqudda işlənmə formasına görə Evrən tələffüzünə üstünlük verir.
Əzim Əzimzadənin ev-muzeyi
Əzim Əzimzadənin ev-muzeyi — 1968-ci ildə Bakıda yaradılmışdır. Muzey D.Əliyeva küç. 157-də yerləşir. Əzim Əzimzadənin Ev-Muzeyi fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir. 2019-cu ildə Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki xatirə muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfindən aparılmış təmir işlərindən sonra açılış mərasimi keçirilmişdir. == Muzeyin eksponatları == Muzeyin fondunda rəssamın 2117 eksponatı qorunub saxlanılır. Ə.Əzimzadə ev-muzeyinin ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda çəkdiyi əsərlər nümayiş etdirilir: 1. Karikaturalar 2.
Amerikan evdar qadın (teleserial, 2016)
Amerikan evdar qadın (ing. American Housewife) — 11 oktyabr 2016-cı ildə ABC telekanalında yayımlanan amerikan sitkom. Əsas personaj özünə güvənən lakin artıq çəkisi olan Konnektikutun Uestport şəhərinin varlı məhəlləsində ideal arvadlarının lağı ilə qarşılaşan üç uşaq anası Keti Ottodur. 11 may 2017-ci ildə ABC seriyanı ikinci bir mövsüm üçün uzatdı. 11 may 2018-ci ildə serial üçüncü mövsüm üçün uzadıldı. Mayın 10-da ABC televiziya seriyasını dördüncü mövsüm üçün uzatdı. 4-cü mövsümün premyerası 28 sentyabr 2019-a planlaşdırılır. == Tarixçə == 18 sentyabr 2015-ci ildə ABC-nin Sara Denn tərəfindən yazılmış pilot epizod ssenarisinin satın aldığı elan edildi. Bundan sonra layihə "Uestportun ən gombul 2-ci qadını" adlandırıldı. 28 yanvar 2016-cı ildə kanal 2016-17 mövsümü üçün pilot epizodunun çəkilişini bildirdi.
Evanilson
Evanilson (futbolçu, 1975) — 1975-ci ildə doğulan braziliyalı keçmiş futbolçu. Evanilson (futbolçu, 1999) — 1999-cu ildə doğulan braziliyalı futbolçu.
Evanilson (dəqiqləşdirmə)
Evanilson (futbolçu, 1975) — 1975-ci ildə doğulan braziliyalı keçmiş futbolçu. Evanilson (futbolçu, 1999) — 1999-cu ildə doğulan braziliyalı futbolçu.
Evanilson (futbolçu, 1975)
Evanilson Aparecido Ferreira — Daha çox Evanilson tanınır.Braziliyalı keçmiş futbolçudur.
Evanilson (futbolçu, 1999)
Evanilson — (6 oktyabr 1999, Fortaleza) Portuqaliya Premyer Liqasında çıxış edən Portunun futbolçusu.
Qaudinin Ev-Muzeyi
Qaudinin Ev-Muzeyi — Qaudinin Ev-Muzeyi (kat. Casa Museu Gaudí) ispan memarı Antonio Qaudinin adı ilə yaradılmış və ya onunla əlaqəli olan mebel və əşyalar kolleksiyasını özündə saxlayan tarixi ev muzeyidir. Barselonadakı Park Güelldə ərazisində yerləşir. Ev təxminən 20 il - 1906-cı ildən 1925-ci ilin sonuna qədər memarın iqamətgahı olmuşdur. 28 sentyabr 1963-cü ildə tarixi ev-muzey kimi fəaliyyətə başlamışdır. == Tarix == XIX əsrin sonlarında Kataloniya sənayeçisi Eusebi Güell İngiltərədə qaldıqdan sonra Barselonaya qayıdıb Kataloniya burjuaziyası üçün 1899-cu ildə əldə etdiyi Kan Muntaner de Dalt mülkünün ərazisində bağ şəhəri tikmək niyyəti ilə. O, Antonio Gaudiyə bağçası və bütün lazımi şəraiti olan 60 evin tikintisini nəzərdə tutan layihəsini işləyib hazırlamaq tapşırıb. 1914-cü ildə onun həyata keçirilməsi üzrə işlər dayandırıldı və heç vaxt tamamlanmadı. Planlaşdırılan evlərdən yalnız ikisi tikildi: Dr. Triasa-i-Domenekin evi və sonradan Qaudinin Ev Muzeyinə çevrilən ev.
Runi Eva
Runi Eva (25 dekabr 1996, Duala) — Azərbaycan Premyer Liqasında çıxış edən Turan-Tovuzun futbolçusu.
Ev sahibi və qonaq (poema)
Ev sahibi və qonaq (სტუმარ-მასპინძელი, St’umar-Masp’indzeli) — Gürcüstan şairi, yazıçısı və filosofu Vaja Pşavelanın epik poeması. Poema ilk dəfə 1893-cü ildə Tiflisdə nəşr olunub və "gürcü ədəbiyyatının şah əsəri" hesab olunur. Bu poema, gürcü məktəblərində tədris olunur. Poema əsasında 1967-ci ildə Tengiz Abuladze tərəfindən "Molba" filmi çəkilib. == Məzmunu == Ev sahibi Coqola müsəlman, onun qonağı Zviadauri isə xristian olsa da, poema onların fərqli dini və mədəni ənənələrinə istinad edir. Poemanın süjeti özündə onların talelərinin bir-birinə təsirindən və onların yaşayıb,böyüdükləri icmalarının bir-birinə nifrət etmələrinə baxmayaraq, bu mübarizədən layiqincə cıxmaqlarını əks etdirir. Coqola və Zviadauri təsadüfən nəm meşədə, hər ikisi maral ovlayarkən rastlaşırlar. Onların hər ikisi verilən sözlərdən çox, əməllərə dəyər verən kişilərdir. Sonrakı söhbət zamanı Coqola onu evinə gecələməyə dəvət edir. Əslində, o, kistlərin qan düşməni olan Zviadauri adlı xevsurla tanış olur, hansı ki, sonradan Coqolanın qardaşını öldürdüyü məlum olur.

Digər lüğətlərdə