1. Daha ağır olmaq; yükü, çəkisi çoxalmaq.
2. Daha çətin olmaq; çətinləşmək, gərginləşmək, mürəkkəbləşmək. İşi ağırlaşmaq. Vəzifəsi ağırlaşmaq. Vəziyyəti ağırlaşmışdır.
// məc. Daha əziyyətli, daha məşəqqətli, daha əzablı olmaq, daha da pisləşmək, daha da dözülməz olmaq. Yaşayış gündən-günə ağırlaşırdı.
3. Pisləşmək, şiddətlənmək, bərkimək, artmaq, qorxulu bir vəziyyət almaq.
4. Kəsifləşmək, dözülməz bir hala gəlmək, pisləşmək. Otağın havası ağırlaşmışdır.
5. məc. Qoxumağa, pis iy verməyə, xarab olmağa başlamaq, pozulmaq. Ət istidən ağırlaşdı.
6. məc. Tənbəlləşmək, atilləşmək; özündə bir ağırlıq hiss etmək, hərəkət edə bilməmək. Yeyəndən sonra adam ağırlaşır.
7. dan. Kökəlmək, ətlənmək, yoğunlaşmaq, tosqunlaşmaq. Vücudu gündən-günə ağırlaşır.
8. məc. dan. Hamilə olmaq, ikicanlı olmaq.
9. məc. Daha ciddi olmaq, təmkinli olmaq. Yaşa dolduqca ağırlaşmaq.
10. məc. Zəifləşmək, eşitmə qabiliyyəti azalmaq. Qulağı ağırlaşmaq.