AĞCAQANAD

is. Bəzi növləri qızdırma (malyariya) xəstəliyi törədən milçəyəoxşar sancan cücü; ditdili, hünü, mığmığa. Ağcaqanadla mübarizə.
– İsti adamı taqətdən salır, ağcaqanadlar yaşamağa və işləməyə imkan vermirdi. Ə.Sadıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AĞCAQANAD AĞCAQANAD [Mərdan:] Bürkü cəhənnəmə, ağcaqanad göz yummağa qoymurdu ki... (X.Hasilova); DİTDİLİ (dial
  • AĞCAQANAD ditdili — hünü — mığmığa

Etimologiya

  • AĞCAQANAD Qanadları ağ olduğundan belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
AĞCA
AĞCAQAYIN

Digər lüğətlərdə