ACİZLİK

is. Bacarıqsızlıq, iqtidarsızlıq, zəiflik, cəsarətsizlik, qətiyyətsizlik. İşdə acizlik. Onun bütün müvəffəqiyyətsizliyi acizliyindən doğur.
[Nizami:] Ümidsiz olmaq acizlikdir, insan yer üzünə səadət üçün gəlir. M.Hüseyn.

□ Acizlik göstərmək (etmək) – qorxmaq, cəsarət etməmək.
[Cahandar ağa] arvadının qarşısında acizlik edəcəyini duyduğundan, yönünü çevirdi və getmək istədi. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ACİZLİK acizlik bax zəiflik
  • ACİZLİK cəsarətsizlik — qətiyyətsizlik — qorxaqlıq
  • ACİZLİK bacarıqsızlıq — iqtidarsızlıq — zəiflik — fərsizlik

Antonimlər (əks mənalı sözlər)

  • ACİZLİK ACİZLİK – BACARIQLILIQ Ümidsiz olmaq acizlikdir. İnsan yer üzünə səadət üçün gəlir (M.Hüseyn); Bacarıqlılığı sayəsində irəli gedə bilmişdir
ACİZLƏŞMƏK
ACQARINA

Digər lüğətlərdə

барахо́льщица ворку́н довое́нный мужененави́стнический надбро́вный надзо́рный партбиле́т спо́нсор уде́лываться дилижа́нс нашуме́ть подрывни́к поду́ськивать шурапки мерек тул abatvoix earner foreskin hacking pocket pocky zazzle падающий паралич сутулый