Adnan Cahid Ötükən
Adnan Cahid Ötükən (1 yanvar 1911, Bitola – 2 mart 1972 və ya 1972, İstanbul) — türk maarifçi, yazıçı, türk kitabxanaçılıq işinin öndə gedən simalarından və Türk Milli Kitabxanasının qurucularındandır.
== Həyatı ==
=== Ailəsi ===
Atası həkim, mayor Əli Naşit bəy, anası Manastrlı vəkil Yusif Əfəndinin qızı Lütfiyyə xanımdır. Adnan Ötükən yeddi yaşında olanda atası Qafqaz Cəbhəsində şəhid olmuşdur.
== Təhsili ==
Əvvəlcə "Kadıköy Osmanqazı Nümunə Məktəbi"ndə, daha sonra 1928-ci ildə "Kadıköy Orta Məktəbi"ndə, 1931-ci ildə "İstanbul Liseyi"ndə təhsil almışdır. Daha sonra isə İstanbul Universiteti, Ədəbiyyat fakültəsi, Türkologiya və Fransız dili ixtisasları üzrə təhsil almışdır və 1935-ci ildə buranı bitirmişdir. Məzun olarkən dissertasiya mövzusu "Türk atalar sözü" olmuşdur.
== Fəaliyyəti ==
Gənc yaşlarında Ədəbiyyat Fakültəsi Tələbə Birliyinin sədri vəzifəsində çalışmış, eləcə də Milli Türk Tələbə Birliyində İdarə Heyətinin üzvü olmuşdur. Həmin illərdə İstanbulda bəzi özəl liseylərdə ədəbiyyat müəllimi kimi də fəaliyyət göstərmişdir.
Professor Helmut Ritterin rəhbərliyi altında qurulan "Kitabxanaların Təsnif Komissiyası"ndakı 9 aylıq fəaliyyəti və dissertasiyasının hazırlanması dövründə kitabxanaları və problemlərini yaxından görmək və ətraflı öyrənmək şansı olmuşdur. 1936-ci ildə Yozğad Liseyinə ədəbiyyat müəllimi kimi təyin edilmişdir.