ail

m sarımsaq

aiguiser
aile
OBASTAN VİKİ
Eskimo-Aleut Dil Ailəsi
Eskimos-Aleut dil ailəsi — Eskimosların dili. Paleoasiya dillərinin eskimos-aleut qrupuna daxildir. Rusiya Federasiyasının subyektlərindən Çukotka Muxtar Dairəsində, Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında, Kanadanın şimali bölgələrində və Danimarkanın muxtar adası Qrenlandiyada danışılan dil ailəsi. 102 000 nəfərlik etnik əhalidən təhmini 85 000 nəfəri anadilində danışa bilir. ISO 639 sistemində kodu esx-dir. Çukot yarımadasında (RF), Alyaska y-anda (ABŞ), Kanada və Qrenlandiyanın arktik ərazilərində yayılmışdır. Bu dildə təqribən 120 minə qədər insan danışır. 20-yə yaxın dialekti var. Qrammatik quruluşca iltisaqi dildir. Erqativ quruluşlu sadə cümlələr geniş yayılmışdır.
Eskimos-Aleut dil ailəsi
Eskimos-Aleut dil ailəsi — Eskimosların dili. Paleoasiya dillərinin eskimos-aleut qrupuna daxildir. Rusiya Federasiyasının subyektlərindən Çukotka Muxtar Dairəsində, Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında, Kanadanın şimali bölgələrində və Danimarkanın muxtar adası Qrenlandiyada danışılan dil ailəsi. 102 000 nəfərlik etnik əhalidən təhmini 85 000 nəfəri anadilində danışa bilir. ISO 639 sistemində kodu esx-dir. Çukot yarımadasında (RF), Alyaska y-anda (ABŞ), Kanada və Qrenlandiyanın arktik ərazilərində yayılmışdır. Bu dildə təqribən 120 minə qədər insan danışır. 20-yə yaxın dialekti var. Qrammatik quruluşca iltisaqi dildir. Erqativ quruluşlu sadə cümlələr geniş yayılmışdır.
Fırıldaq ailəsi (teleserial, 2013)
Fırıldak Ailəsi (türk. Fırıldak Ailesi) — Türk animasiya televiziya serialıdır. Türk televiziyalarında yetkinlərə istiqamətli edilən ilk yerli cizgi filmdir. 11 fevral 2013-cü il tarixində başlamışdır. == Məzmun == Fırıldak Ailəsi bencillikleri və çıkarcılıklarıyla ön plana çıxmış bir ailədir. Ana, ata və üç uşaqdan ibarət olan Fırıldak Ailəsində; Davamlı bəlaya bulaşan Ata Sabri, tarazlıq ünsürü Ana Yıldız, tənbəl Zeki, xəyalpərəst Afet və daha yeni danışmağa başlayan balaca Tosun. Təbii bir də pərdənin arxasında nənə Dürdane var. == Personajlar == Sabri Fırıldak Ailənin rəisi. Tutduğu futbol komandası davamlı dəyişər, dəstəklədiyi partiya davamlı dəyişir. Nəbzə görə şərbət verir.
Gender Bərabərliyi və Ailə Nazirliyi
Gender bərabərliyi və Ailə nazirliyi (koreyaca 여성 가족부) — Cənubi Koreya Respublikasına aid bir qurumdur. 28 fevral 1988-ci ildə "Qadın işləri" adlı komissiya yaradıldı. 29 yanvar 2001-ci ildə nazirlik kimi fəaliyyətə başladı. Baz nazir Jeong Yeongae, birinci müavini isə Kim Kyongseondur.
Hatoyama ailəsi
Hatoyama ailəsi — Yaponiyanın siyasi ailələrindən biridir. Yaponiyada "Yapon Kennedi ailəsi" olaraq da adlandırılır. Ailənin iki üzvü İchiro Hatoyama 1954–1956 və Yukio Hatoyama 2009–2010 Yaponiyanın Baş Nazirləri olmuşdular.
Hind-Avropa dil ailəsi
Hind–Avropa dil ailəsi — ən böyük dil ailələrindən biri. Bütün qitələrdə istifadə edilən bu ailənin dillərində danışanların sayı təxminən 2,5 milyard nəfərdir. Hind-Avropa dil ailəsi – Hind-Avropa dil ailəsi 13 budağa ayrılır: hind, iran, slavyan, baltik, alman, kelt, italyan, roman, alban, yunan, erməni, anadolu və toxar. Hind və ya hind-ari budağı qədim, orta və yeni hind dillərinə ayrılır. Qədim Hind dillərinə, e.ə. II minilliyin ortalarında Şimali Hindistana soxulmuş ari qəbilələrinin-veddaların veda dili daxildir. E.ə. I minillikdə yaranmış sanksrit dili veda dilinə çox yaxındır. Sanskritin iki ardıcıl müxtəlifliyi vardır. Məşhur Mahabxaraat” və “Ramayana” poemalarının dili olan epik sanskrit və bizim eranın I minilliyinin ortalarında ədəbi dil kimi çiçəklənən klassik sanskrit.
I Fransisin müqəddəs ailəsi (Rafael)
X Leonun iki kardinalla portreti (it. Sacra Famiglia di Francesco I) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. X Leonun iki kardinalla portreti əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır.
Kavalalı ailəsi
Kavalalı ailəsi və ya Məhəmməd Əli sülaləsi (türk. Kavalalılar Hanedanı; ing. Muhammad Ali dynasty) — İlk illər Osmanlı imperiyasının tərkibində, daha sonra isə müstəqil şəkildə 1805–1953-cü illərdə Misir və Sudanda hakimiyyəti əlində saxlayan ailə. 1805–1867-ci illərdə vali, 1867–1914-cü illərdə xədiv, 1914–1922-ci illərdə sultan, 1922–1953-cü illərdə isə kral ünvanıyla bölgəni idarə edən bu türk mənşəli ailənin banisi 1805-ci ildə buraya vali təyin edilən Mehmed Əli Paşadır. == Sülalənin mənşəyi == Sülalənin banisi hesab edilən Mehmed Əli Paşa 4 mart 1769-cu ildə Rumeli əyalətinə bağlı Kavalada dünyaya gəldi. Ailənin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyadan Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Ailənin daha sonrakı hakimiyyət illərində türk dilini mənimsəməsi və Osmanlı-türk irsini davam etdirməsi də onların mənşəyi ilə bağlı yetərli məlumatı verir. == Ailənin nəsil ağacı == == Mənbə == Baten, Jörg (2016). A History of the Global Economy.
Kennedi ailəsi
Kennedi ailəsi — bir çox nümayəndəsi məşhur siyasətçi olan və ABŞ-nin rəhbər orqanlarında yüksək vəzifələr tutan İrlandiyalı mənşəli məşhur Amerikan sülaləsi. Kennedilər Katolik, Demokratikdir və Massaçusets ştatındandılar. Ailənin patriarxı Patrik Cozef Kennedi və ən məşhur nümayəndələri nəvələri, 35-ci ABŞ prezidenti Con Fitzcerald Kennedi, 64-cü ABŞ Baş prokuroru Robert Frensis Kennedi və senator Edvard Mur Kennedidir. Kennedi ailəsi nəsillər boyu Con və Robert sui-qəsdləri və dörd təyyarə qəzası da daxil olmaqla faciəvi qəzalar yaşadı. Jurnalistlər bu hadisələr zəncirini "Kennedi lənəti" adlandırdılar . Ailənin qalan üzvləri çox yaşayan (orta yaş — 90 yaş) olublar. == Ailə ağacı == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Kennedi ailəsi ilə əlaqəli mediafayllar var.
Keçəçi ailəsi
Keçəçi ailəsi — Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin idarə olunmasında mühüm rol oynamış və müxtəlif dövrlərdə mühüm vəzifələr tutmuş üzvləri olan zadəgan ailəsi. == Tarixi == Keçəçi ailəsi Təbriz şəhərində məskunlaşan zadəgan ailəsidir. Ailənni adı həmçinin, bəzi mənbələrdə Kuçəçi və ya Kukaçi deyə də qeyd olunur. Ailənin adı tarixi mənbələrdə XV əsrdən XVIII əsrə qədər qeyd olunur. Ailənin ilk məşhur nümayəndəsi Məhəmməd Zəkəriyyə Keçəçidir. O, Ağqoyunlu dövlətində vəzir vəzifəsində çalışmış, lakin sonradan Səfəvi iperiyasının şahı I İsmayılın (1501-1524) tərəfinə keçmişdir. Şah I ismayıl da onu özünə vəzir təyin etmişdir. Zəkəriyyə Keçəçi 1512-1513-cü ildə vəfat etmişdir. Zəkəriyyənin oğlu Cəlaləddin Məhəmməd Təbrizi 1523-cü ildə Şah İsmayıl tərəfindən vəzir təyin edilmiş və I Şah Təhmasibin ilk vəziri olmuşdur. Lakin o, bu vəzifədə çalışarkən Rumlu tayfasına mənsub olan Div Sultan Rumlu tərəfindən qətlə yetirilmişdir.
Kruds ailəsi (cizgi filmi, 2013)
Kruds ailəsi (ing. The Croods) 2013-cü ilin animasiya və macəra filmidir. == Məzmun == Kruds adlı mağara ailəsi inadkar ata Qruqun qida taplamaq üçün qısa müddət istisna olmaqla heç kəsin mağaranı tərk etməsinə icazə verməməsi nəticəsində bir neçə təbii fəlakətdən xilas olur. Yeniyetməlik dövründə olan evin qızı Yip ailəsini sevir, amma yenə də qaranlıqda tez-tez mağaranı tərk edir. Bir gecə işıq görən Yip yenə də mağaradan çıxır və məşəl yandıran müasir insan Qay və onun əhlilləşmiş heyvanı ilə tanış olur. Qay Yipi yaxınlaşan fəlakətə görə xəbərdarlıq edir və qaçması üçün ona kömək təklif edir. Ancaq Yip ailəsi ilə birlikdə qalmağı seçir. Qay kömək lazım olanda onu çağırması üçün Yipə dənizqabığı verir. Ancaq Yip evə qayıdanda çılğın ailəsi onu məhv edir. Səbəb onların yeni olan hər şeydən qorxmaları idi.
Kürilər ailəsi
Parisdəki Sorbonna universitetinin teləbəsi Mariya Sklodovskaya ilk dəfə Pyer Küriyə rast gələndə Pyer artıq tanınmış fizik idi. Elmə olan həvəs onları yaxınlaşdırdı. Sonralar onlar bir-birlərini sevdilər, evləndilər, işdə bir-birlərinin ən yaxın məsləhətçisi oldular. Pyer və Mariya varlı deyildilər. Onlar çox sadə yaşayırdılar. Laboratoroya almağa pulları yox idi. Onlar taxtadan tikilmiş köhnə bir daxmada elmi tədqiqatla məşğul olurdular. Daxmaya şüşəli damdan işıq düşürdü. Yayda bura şitillikdəki kimi çox isti olurdu, qışda isə paslı bacası olan çuqun soba otağı güclə qızdırırdı. Lakin bu daxmada Pyer ilə Mariya çox böyük kəşflər etmişdilər.
Malay-Polineziya dil ailəsi
Malay-Polineziya dil ailəsi – 4 budağa ayrılır: indoneziya, polineziya, meloneziya və mikroneziya. Bu dillər arasında indoneziya dilləri daha yaxşı öyrənilmişdir. Bunlardan ən geniş yayılanı yava, malqaş, taqal və malay dilləridir. İndoneziya və malay dilləri arasında fərq çox deyil, bu özünü yalnız orfoqrafiya və leksikada göstərir.
Malkoçoğlu ailəsi
Malkoçoğulları — adı Malkoç bəy olan və I Murad dövründən etibarən xüsusilə Balkan ölkələrinə edilən axınlarda iştirak etmiş, Türk mənşəli axıncı bəynin soyundan gələn ailə üzvlərinə verilən addır. Malkoçoğulları XIV, XV və XVI əsrlərdə fəal olmuş və apardıqları uğurlu axınlarla tanınmışdılar. Malkoçoğlu axıncıları Silistrə yaxın ərazidə yaşayırdılar. Məlum olan Malkoçoğlu bəyləri qohumluq bağlılıqlarına görə bu şəkildədir: == Ailənin soyağacı == == Malkoç bəy == Sultan I Murad və İldırım Bəyazid zamanının komandanlarındandır. 1389-cu ildə I Kosovo müharibəsində sağ cinah oxatan komandiri kimi vuruşmuş, bu müharibədə oğlu Mustafa bəy də sol cinah oxatan komandiri kimi döyüşdə iştirak etmişdir. Tarix səhifələrində bu müharibədə adı Həmidoğlu Malkoç olaraq geçmişdir. 1396-cı ildə Niğbolu müharibəsində Osmanlı ordusunun sol qanadında komandir olaraq iştirak etmişdir. Malkoç bəyin türbəsi hazırda Bolqarıstan sərhədləri içərisində yerləşən Buryadadır (keçmiş adı Malkoçova). Malkoç bəyin Malkoçoğlu Mustafa bəy və Malkoçoğlu Mehmet bəy adlarında bilinən iki oğlu var. == Malkoçoğlu Mustafa bəy == Malkoç bəyin oğludur.
Malqoçoğlu ailəsi
Malkoçoğulları — adı Malkoç bəy olan və I Murad dövründən etibarən xüsusilə Balkan ölkələrinə edilən axınlarda iştirak etmiş, Türk mənşəli axıncı bəynin soyundan gələn ailə üzvlərinə verilən addır. Malkoçoğulları XIV, XV və XVI əsrlərdə fəal olmuş və apardıqları uğurlu axınlarla tanınmışdılar. Malkoçoğlu axıncıları Silistrə yaxın ərazidə yaşayırdılar. Məlum olan Malkoçoğlu bəyləri qohumluq bağlılıqlarına görə bu şəkildədir: == Ailənin soyağacı == == Malkoç bəy == Sultan I Murad və İldırım Bəyazid zamanının komandanlarındandır. 1389-cu ildə I Kosovo müharibəsində sağ cinah oxatan komandiri kimi vuruşmuş, bu müharibədə oğlu Mustafa bəy də sol cinah oxatan komandiri kimi döyüşdə iştirak etmişdir. Tarix səhifələrində bu müharibədə adı Həmidoğlu Malkoç olaraq geçmişdir. 1396-cı ildə Niğbolu müharibəsində Osmanlı ordusunun sol qanadında komandir olaraq iştirak etmişdir. Malkoç bəyin türbəsi hazırda Bolqarıstan sərhədləri içərisində yerləşən Buryadadır (keçmiş adı Malkoçova). Malkoç bəyin Malkoçoğlu Mustafa bəy və Malkoçoğlu Mehmet bəy adlarında bilinən iki oğlu var. == Malkoçoğlu Mustafa bəy == Malkoç bəyin oğludur.
Mayılovlar Ailəsi (1977)
== Məzmun == Film Balaxanıda yaşayan məşhur neftçilər sülaləsi-Mayılovlar ailəsi haqqında hekayədir. Burada bu ailənin keçdiyi şərəfli əmək yolundan bəhs edir.
Mayılovlar ailəsi (film, 1977)
== Məzmun == Film Balaxanıda yaşayan məşhur neftçilər sülaləsi-Mayılovlar ailəsi haqqında hekayədir. Burada bu ailənin keçdiyi şərəfli əmək yolundan bəhs edir.
Mazepa ailəsi
Mazepa (pol. Mazepa, ukr. Мазе́па) — Reç Pospolita və Ukraynada zadagən nəsli. Şlyaxta zümrəsinə aid olan Mazepaların tarixi 1544-cü ilə aid edilir. == Mənbə == Малороссийский гербовник, с. 104 Gajl T. Polish Armorial Middle Ages to 20th Century. — Gdańsk: L&L, 2007. — ISBN 978-83-60597-10-1.
Mediçi ailəsi
Mediçilər (it. Medici) — italyan bank ailəsi, siyasi sülalə və sonradan XV əsrin birinci yarısından Florensiya Respublikasına rəhbərlik edən Kosimo Mediçinin sayəsində kral evinə çevrilmiş ailə. Ailə Toskananın Mucello adlanan bölgəsindən mənşəyini götürmüşdür. Sonradan bank işində təkmilləşərək Mediçi bankını yaradan ailə XV əsr ərzində Avropanın ən böyük bankına çevrilmişdir. Florensiyada olan siyasi güclərinin getdikcə artdığını görən ailə üzvləri özlərini monarx yox, rəsmi olaraq vətəndaş kimi qalmalarını üstün tutmuşdular. Mediçi ailəsindən dörd Roma papası - X Leo (1513-1521), VII Kliment (1523-1534), IV Piy (1559-1565) və XI Leo (1605); Fransanın iki regent kraliçası - Yekaterina Mediçi (1547 -1559) və Mariya Mediçi (1600-1610) çıxmışdır. 1531-ci ildən başlayaraq ailə üzvləri irsilik prinsipinə əsasında Florensiya hersoqlarına çevrilmişdilər. 1569-cu ildə ərazi ekspansiyasından sonra hersoqluq Böyük hersoqluğa çevrilmişdir. Onlar Toskana hersoqluğunu ailənin sonuncu nümayəndəsi Can Qastone Mediçi 1737-ci ildə öldüyü tarixə qədər idarə etmişdilər. Böyük hersoqluq ilkin böyük hersoqlar dövründə iqtisadi gücün artmasının şahidi olsa da, III Kosimo Mediçinin dövründən başlayaraq Toskana hersoqluğu maliyyə cəhətdən bankrot olmuşdur.
Mexanizatorlar ailəsi (film, 1970)
Film nəsillikcə mexanizatorlar olan Dadaşovlar soyadlı kolxoz ailəsi haqqındadır.
Mirzə Adıgözəl bəy ailəsinin türbələri
Mirzə Adıgözəl bəy ailəsinin türbələri — Goranboy rayonunun Rəhimli kəndində yerləşən tarix-memarlıq abidələridir. Rəhimli kənd qəbiristanlığında ümumilikdə altı türbə dövrümüzə çatmışdır. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilmişdir. Türbələrin fasadında, qərb divarına hörülmüş gips lövhə üzərindəki kitabələrdən məlum olur ki, onlardan birində Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy, digərlərində isə onun ailə üzvləri dəfn edilmişlər. Kvadrat formalı bişmiş kərpicdən inşa edilmiş türbələr eyni xətt üzrə, bir-birindən təxminən 10 metr aralıda inşa edilmişdir. Mirzə Adıgözəl bəyin türbəsi xaricdən demək olar ki, düzgün formaya malik olan kvadrat, daxildən isə qolları dərin olmayan xaç formasına malikdir. Mirzə Adıgözəl bəy türbəsinin yanında yerləşən ikinci türbə xaricdən küncləri kəsilmiş kvadrat formasına maikdir. Türbənin nazik divarları dərin olmayan nişlər şəklində həll edilmişdir. Rəhimli kənd qəbirsanlığında ümumilikdə altı türbə dövrümüzə çatmışdır. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilmişdir.
Müasir ailə (teleserial, 2009)
Müasir ailə (ing. Modern Family) — Kristofer Lloyd və Stiven Levitan tərəfindən yaradılmış ABŞ istehsalı sitkom serialı. Serial 23 sentyabr 2009-cu ildən, 8 aprel 2020-ci ilə qədər ABC televiziyasında 11 mövsüm yayımlanmışdır. Serialda Los-Ancelesdə məskunlaşmış bir-biriləri ilə əlaqəsi olan üç ailədən bəhs olunur. "Müasir ailə" serialında Los-Ancelesdə yaşayan varlı iş adamı Cey Pritçettin ailəsi və onunla bağlantısı olan digər müxtəlif tipli ailələrdən bəhs olunur.
Müqəddəs Ailə kilsəsi
Müqəddəs Ailə kilsəsi (kat. Temple Expiatori de la Sagrada Família) - Barselona şəhərində yerləşən memarlıq abidəsi İspaniyanın Barselona şəhərində yerləşən bu kilsənin inşası haqqında ilk fikirlər 1874-cü ildə yaranmışdır. Yeddi ildən sonra toplanmış ianələr hesabına o zaman şəhərin bir neçə kilometrliyindəki Eşample adlı ərazidə böyük torpaq sahəsi alınmış, 1882-ci ildə isə məbədin inşasına başlanmışdır. İlk layihəçisi memar Fransisko del Vilyar latın xaçı formasında, lakin qotik üslubda olmayan plan hazırlamışdı. İdeya müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası dövrümüzədək davam edir. 1883-cü ildə Fransisko del Vilyar işdən uzaqlaşmış, bundan sonra kilsənin tikintisinə digər məşhur memar Antonio Qaudi rəhbərlik etmişdir. Tamamilə gözlənilmədən kilsənin inşası üçün çox böyük məbləğdə ianə toplanılmışdır. Qaudi bundan sonra əsas layihəni xeyli dəyişdirmək qərarına gəlmişdir. Onun fikrincə, kilsə çoxsaylı nəhəng qüllələrdən ibarət olmalı, bütün dekorasiyalar isə İncil və ya kilsə mərasimlərilə bağlı rəmzləri xatırlatmalı idi.
Müqəddəs Kanigiani Ailəsi (Rafael)
Müqəddəs Kanigiani Ailəsi (it. Sacra Famiglia Canigiani) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507-1508-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Müqəddəs Kanigiani Ailəsi" əsəri hal-hazırda Almaniyada, Münhen şəhərində saxlanılır.
Mədəaltı vəzi lipaza ailəsi
Mədəaltı vəzi lipaza ailəsi — Triqliserid lipazları triqliseridlərin əlaqələrini hidroliz edən lipolitik fermentlər ailəsidir.Lipazlar heyvanlarda, bitkilərdə və prokariotlarda geniş yayılmışdır. Lipaza ən azı üç toxuma ali məməlilərdə, mədəaltı vəzi, qaraciyər və mədə, dildə mövcuddur. Bu lipazlar bir-biri ilə və xilomikronların triqliseridlərini və çox aşağı sıxlıqlı lipoproteinləri hidroliz edən lipoprotein lipaza ilə sıx bağlıdır. Pankreatik triqliserolipaza və ya steapsin kimi də tanınan pankreatik lipaz, mədəaltı vəzi tərəfindən ifraz olunan bir fermentdir. İnsan həzm sistemində pəhriz yağ molekullarını hidroliz edən (parçalayan) əsas lipaza fermenti olaraq, yeyilmiş yağlarda olan 1 kimi triqliserid substratlarını monoqliseridlərə çevirən əsas həzm fermentlərindən biridir. Qaraciyər tərəfindən ifraz olunan və öd kisəsində saxlanılan öd duzları onikibarmaq bağırsağa buraxılır, burada böyük piy damcılarını örtür və daha kiçik olanlara emulsiyalaşdırır, bununla da ümumi piy səthinin sahəsini artırır, bu da lipazanın piyləri daha effektiv şəkildə parçalamasına imkan verir. Nəticədə meydana gələn monomerlər (2 sərbəst yağ turşusu və bir 2-monoasilqliserol) sonra laktifer adlanan xüsusi damar vasitəsilə limfa sisteminə sorulmaq üçün nazik bağırsaq boyunca peristaltika ilə nəql olunur. Proteolitik parçalanma (məsələn, tripsinogen) ilə aktivləşdirilən bəzi pankreas fermentlərindən fərqli olaraq, pankreas lipazı son formada ifraz olunur. Lakin, yalnız onikibarmaq bağırsaqda kolipazın iştirakı ilə təsirli olur. Pankreatik lipaza mədəaltı vəzinin kanal sistemi vasitəsilə onikibarmaq bağırsağa ifraz olunur.

Digər lüğətlərdə