arme

f 1) silah; ~ blanche soyuq silah; ~ à feu odlu silah; 2) pl gerb

aride
armée
OBASTAN VİKİ
Erigeron armerifolius
Erigeron armerifolius (lat. Erigeron armerifolius) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Gymnocline armenum
Tanacetum armenum (lat. Tanacetum armenum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chrysanthemum armenum (DC.) Hand.-Mazz. Gymnocline armenum (DC.) K.Koch Leucanthemum armenum DC. Pyrethrum armenum (DC.) K.Koch === Heterotipik sinonimləri === Pyrethrum fruticulosum Fenzl ex Boiss.
Leucanthemum armenum
Tanacetum armenum (lat. Tanacetum armenum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chrysanthemum armenum (DC.) Hand.-Mazz. Gymnocline armenum (DC.) K.Koch Leucanthemum armenum DC. Pyrethrum armenum (DC.) K.Koch === Heterotipik sinonimləri === Pyrethrum fruticulosum Fenzl ex Boiss.
Macmurtryseius armellae
Marko Arment
Marko Arment (11 iyun 1982, Kolumbus) – amerikalı mobil aplikasiya yaradıcısı, proqramçı. O həm də texnoloji sahədə müxtəlif saytlar və bloqlarda yazılar yazır. Böyük sosial şəbəkələrdən olan Tumblr-ın yaradıcılarından biridir. Bundan əlavə Instapaper və podkast platforması olan Overkastın da yaradıcısıdır. == Təhsili == Arment 2004-cü ildə Pensilvaniya ştatındakı Midlind şəhərində yerləşən Allegeyni kollecini kompüter elmləri ixtisası üzrə bitirib. == Karyera == Arment nəhəng sosial şəbəkələrindən olan Tumblr proqramının əsas yaradıcı və təkmilləşdirici iki şəxsindən biridir. O, 2007–10 illəri arasında burada baş texnoloji direktor (CTO) vəzifəsində işləmişdir. O, 2010-cu ildə buradan ayrılaraq yaratdığı digər bir proqram olan Instapaper-in üzərində kökləndi.Instapaper maraqlandığın veb-saytları, məqalələri yadda saxlayır və münasib vaxtda sonradan oxumağını təmin edir. O lakin bu layihəni 2013-cü ildə Betaworks şirkətinə satmışdır. 2006-cı ildə şəxsi bloqu olan Marco.org saytını yaratmışdır.
Phlomis armeniaca
Phlomis armeniaca (lat. Phlomis armeniaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Prunus armeniaca
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3–18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Prunus armeniaca mandshurica
Mancuriya əriyi (lat. Prunus mandshurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Təbii halda şimal-cənubi Çində, Koreyanın şimal yarımadalarında, dəniz ətrafı ərazilərdə, Xanka gölündən Vladivastoka qədər təbii yayılmışdır. Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 45 sm-ə çatan ağacdır. Gövdəsinin qabığı tünd-boz, dərin çatlıdır. Cavan zoğları yaşıl və ya parlaq qırmızı-qonur rəngdədir. Yarpaqları yuxarıdan yaşıl, aşağıdan isə tünd yaşıldır. 5-12 sm uzunluqdadır, formaca neştərvari-oval, yumurtaşəkilli və ya enli-ovaldır. Çiçəkləri 2 sm diametrində sarı, çəhrayı rəngdə, iri, açıq-çəhrayı rəngdə olub, tək-tək və ya qısa çiçək saplaqlarında dəstələrlə yerləşmişdir. Çiçəkləmə müddəti 10-11 gündür.
Pyrethrum armenum
Tanacetum armenum (lat. Tanacetum armenum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Chrysanthemum armenum (DC.) Hand.-Mazz. Gymnocline armenum (DC.) K.Koch Leucanthemum armenum DC. Pyrethrum armenum (DC.) K.Koch Pyrethrum fruticulosum Fenzl ex Boiss.
Rubus armeniacus
Erməni böyürtkəni (lat. Rubus armeniacus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Samuel Armenteros
Kristiano Samuel Armenteros Nunez Mendoza Jansson (27 may 1990[…], Göteborq) — Kuba əsilli isveçli peşəkar futbolçu. Major Futbol Liqasıda mübarizə aparan və Portland Timbers klubunun oyunçusudur. Kubalı bir ata və İsveçli bir anadan dünyaya gələn Samuel Armenteros futbola 16 yaşında olarkən Heereenven klubunun akademiyasında başlamışdır. İlk dəfə əsas komandası ilə Gertyan Verbeekin baş məşqçiliyi oyunlara çıxmışdır. 2009-cu ildə Armenteros Hereenveen klubunu tərk edir. Sonralar o, öz hücumçu perspektivini göstərərək Herakles Almelo klubuna transfer olunur və ilk qolunu da bu klubda vurur. 2015-ci ilin sentyabr ayında Armenteros Azərbaycan Premyer Liqasının çempionu olan Qarabağ klubu ilə iki illik müqavilə imzalayır. 29 avqust 2016-cı ildə Armenteros yenidən Herakles Almelo klubuna geri dönmüşdür. Armenteros klub ilə bir illik müqavilə imzalamışdır. 30 avqust 2017-ci ildə Armenteros İtaliya A Seriyası təmsilçilərindən olan Benevento klubu ilə müqavilə imzalamışdır.
Senecio armentalis
Senecio armentalis (lat. Senecio armentalis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Silvana Armenuliç
Silvana Armenuliç əsl adı Zilxa Baryaktareviç (serb. Silvana Armenulić 18 may 1939, Doboy – 10 oktyabr 1976) — Yuqoslaviya pop müğənnisi, xalq mahnılarının ifaçısı. Bacılarından ikisi də peşəkar müğənnilər idi: Mirsada "Miryana" Bayraktareviç və Hayrudina "Dina" Bayraktareviç. Zilxa Baryaktareviç 18 may 1939-cu ildə Doboy şəhərində müsəlman boşnakların böyük ailəsində anadan olmuşdur. Atası şirniyyatçı işləyirdi. Uşaqlıqdan Zilxa mahnı oxumağı çox sevirdi. Məktəbdə mandolin çalırdı. Professional müğənni olmağa qərar verəndə atası bu seçimi dəstəkləyir. On altı yaşında Sarayevoda xalasının yanına köçür. Burada barlarda mahnı oxumağa başlayır.
Crataegus × armena
Erməni yemişanı (lat. Crataegus × armena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Zaqafqaziyanın cənub rayonlarını (Zəngəzur və Meğri) əhatə edir. == Botaniki təsviri == Endemikdir. Hündürlüyü təxminən 2–2,5 m olan koldur. Cavan zoğları tükcüklüdür; illik zoğları çılpaq, tünd albalı rəngli; qoca budaqların qabığı boz xallı və ya boz-qonurdur. Qoltuq tikanları azsaylı, uzunluğu 7–15 mm, yarpaq tikanları nazik, azsaylıdır. Çiçəkləyən zoğların aşağı yarpaqları çox vaxt ensiz, ucunda üç pərli və ya üç yerə bölünmüş, itihissəli, iri dişlidir. Yuxarı pərləri bəzən enli, kənarları bütöv və ya ucuna yaxın 1–3 dişlidir. Steril zoğların yarpaqları daha dərin bölünmüş, enli, kəsikli pərlidir.
Sorbus armeniaca
Erməni quşarmudu (lat. Sorbus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Türkiyədə, Asiyada, Qafqazda, Rusiyada, Ukraynada yayılmışdır. Kol və ya alçaqboylu ağacdır. Yarpaqları yumurtavarı, ellipsvarı və ya uzunsov ellipsvaridir. Üstdən tünd yaşıl və çılpaq, altdan bozumtul və ya ağ rəngli, sıx keçətükcüklüdür. Yan damarlarının sayı 9-10 cütdür, onlar yarpağın altında aydın seçilir. Çiçək qrupu çoxçiçəklidir. Kasacığın kənarları sivri üçbucaq şəkillidir. Ləçəkləri ağ, yumurtavarıdır.
Armen Doryan
Armen Doryan (erm. Արմէն Տօրեան, 28 yanvar 1892, Sinop – 1915, Ankara, Ankara vilayəti) — Osmanlı İmperiyası dövründə yaşamış tanınmış erməni şair, müəllim və redaktor. == Həyatı == Armen Doryan 1892-ci ilin yanvar ayının 28-də Osmanlı İmperiyasının Kastamonu vilayətinin Sinop şəhərində anadan olub.. Doryan İstanbula köçmüş, orada ibtidai təhsilini Pangaltı Mıxitarist Erməni Məktəbində almışdır.. Təhsilini bitirdikdən sonra 1911-ci ildə Fransaya getmiş və işlərini Paris Universitetində davam etdirdi. Fransız ədəbiyyat səhnəsinə qatıldı və Fransız qəzeti L'Arène-ni (azərb. Arena‎) qurdu. 1913-cü ildə o və digər tanınmış Fransız şairlər, panteist ədəbiyyat məktəbini qurdu. Doryanın "Fransadakı o zamanki sembolistlər, bu gözəl yuxuları birləşdirən ehtişamlı bir yazı stili ilə o qədər qızdırmalı bir gücü olan bir gənc görmədiklərini…" söylədiyi deyilir. 1914-cü ildə Paris Universitetindən məzun olduqdan dərhal sonra Doryan İstanbulda müəllim oldu və Erməni və Fransız ədəbiyyatını keçdi.
Dianthus armeria
Əzələ qərənfil (lat. Dianthus armeria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 30-50 (70) sm, düz və ya əsasından azacıq qalxan, sadə və ya az budaqlanan, yuxarı hissədə sıx və qısa tüklü olan birillik və ya ikiillik ot bitkisidir . Yarpaqları oturaq, düzduran, qaidə hissəsində qısa qında qovuşan, xətli-neştərvari və ya xətvaridir, eni 1-3 mm-dir, sivri, alt tərəfdən aydın görünən damarı vardır, tüklüdür. Çiçəkləri oturaq və ya qısa saplaqdadır, gövdənin və budaqların uc hissəsində 3-10 ədəd çiçəklə sıx başcıqda toplanmışdır. Çiçəkaltlığı pulcuqları otşəkillidir, neştərvaribizşəkillidir, tüklüdür, kasacığa bərabər və ya ondan uzundur. Ləçəklərinin ayası tünd fırfırqırmızı rəngdə olub, yuxarı tərəfində daha tünd xalları vardır, uc hissəsi dişlidir. Qutucuq silindrikdir, kasacıqdan azacıq qısadır. Toxumlarının uzunluğu 1,5 mm-ə yaxındır, qara rəngli, yumurtaşəkilli, yastı, qabarıq nöqtəli, uc hissədə qısa buruncuqludur. İyun ayında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Larus armenicus
Ermənistan qağayısı (lat. Larus armenicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. Əvvəllər Avropa gümüşü qağayısının (Larus argentatus) yarımnövü kimi təsnif edilsə də artıq ayrı növ kimi təsnif olunur. == Xüsusiyyətləri == Görünüşcə yaxın növ olan Sarıayaq qağayıya (Larus michahellis) bənzəyir, ancaq daha kiçikdir və gözləri tünd rəngdədir. == Yuva == Yuvaları bir ada və gölün sahillərində yerə tikilmiş bitkilərin yığınından ibarətdir. Əsasən 3 yumurtası aprel ayına qədər qalır. Yetkinliyə digər iri qağayılar kimi 4 il ərzində çatır, gənc fərdlər qonur-qəhvəyi xalları ilə fərqlənirlər. == Yayılış == Daha çox Kiçik Asiya, Qafqaz və Şimal-qərbi İranın dağ göllərində rast gəlinir. Qışı isə daha cənubda (şimali İsrail və Sinay yarımadasında) keçirir. Nadir hallarda ərəb ölkələrində də rast gəlmək olur.
Muscari armeniacum
Erməni ilansoğanı (lat. Muscari armeniacum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇lansoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional İUCN Statusu-NT. Çoxillik ot bitkisidir. Soğanaqları xırda, 1 sm diametrində, tutqun pulcuqlu, yumurtavaridir. Gövdə tək, 10 sm hündürlükdə, yarpaqlar 2-3, bəzən 4, xətvari, 3-5 mm enindədir. Salxım qısa, orta uzunluqda (1,5) sm, yumurtavari, çox və az dərəcədə sıxdır. Meyvəverən çiçəklərin saplağı qısa, 2 dəfə çiçəkyanlığından qısadır. Çiçəkyanlığı 3-4 mm uzunluğunda, parlaq-mavi və ya tünd-göy rənglidir. Erkəkcik aydın olmayan ikisıralıdır, qısa, uzunsov-oval tozcuqludur.
Pastinaca armena
Erməni cırhavucu (lat. Pastinaca armena) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cır havuc cinsinə aid bitki növü. Çoxillik, qısa tükcüklü bitkidir. Gövdəsi düz, budaqlanan, hündürlüyü (14) 30–50 sm-dir. Kökətrafı və aşağı gövdə ətrafı yarpaqlar saplaqlı, lələkvari bölümlü, bölümləri enli yumurtavari, iti və ya küt dişli, yuxarı bölüm adətən dərin üçbölümlü; yuxarı yarpaqlar oturaq, bölümləri qismən daha bölümlü, ən yuxarı yarpaqlar sapvari bölümlüdür. Ləçəkləri sarı rənglidir. Meyvələri çılpaq və ya zəif tüklü, enli ovalvari, 5–6 mm uzunluqda, 4–5 mm enindədir. Böyük Qafqazın qərbində və şərqində, Quba rayonu ərazisində orta dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Çəmənlərdə və dağ meşə kənarında bitir.
Pro Armenia
Pro Armenia (azərb. Ermənistan tərəfdarı‎) — iki həftədə bir buraxılan fransızdilli jurnal. 1900-cü ildə təsis edilmişdir və ermənipərəst mövqe tuturdu. Jurnalın məqsədi Avropada Osmanlı imperiyasında yaşayan ermənilərinin vəziyyəti haqqında məlumat yaymaq idi. Bu, Daşnaksutyunun həmtəsisçisi Xristofor Mikaelyanın təşəbbüsü ilə bir sıra tanınmış Dreyfusçu və solçu ziyalıların köməyi ilə yaradılmışdır. Pyer Kiyar onun baş redaktoru, Jan Longe isə katibi idi. Onun redaksiya komitəsinin üzvləri Jorj Klemanso, Anatol Frans və başqaları idi. 1908-ci il Osmanlı konstitusiya inqilabından sonra nəşri müvəqqəti olaraq dayandırılmışdır. 1912 və 1913-cü illərdə "Pour les Peuples d'Orient" adı ilə yenidən nəşr olunmuşdur. 1914-cü ildə orijinal adı bərpa edilmişdir, lakin həmin il nəşrini dayandırmışdır.
Armen Beqlaryan
Armen Minasi Beqlaryan (erm. Արմեն Մինասի Բեգլարյան; 13 aprel 1973, Əxlətyan, Sisian rayonu – 4 aprel 2016, Ağdərə, Tərtər rayonu) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri, Aprel döyüşlərinin iştirakçısı. == Həyatı == Armen Minasi Beqlaryan 13 aprel 1973-cü ildə Sisian rayonunun Əxlətyan kəndində anadan olmuşdur. Kənddəki səkkizillik məktəbi bitirdikdən sonra Sisian şəhər 3 saylı orta məktəbdə oxumuşdur. 1990–1991-ci illərdə İrəvan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 1992-ci ildə təhsilini yarı yolda qoyub Birinci Qarabağ müharibəsinin iştirak etmişdir. O, MDB-yə məxsus 366-cı motoatıcı alayın birinci rotasının baş texniki olmuş, Xocalı soyqırımında iştirak etmişdir. Hadrut və Ağdərə özünümüdafiə döyüşlərində iştirak etmiş, sonra isə "Sisakan" dəstəsinə qoşulmuşdur. Müharibə bitdikdən sonra monokultura ilə məşğul olmuşdur. 2005–2008-ci illərdə və 2012-ci ildən 4 aprel 2016-cı ilə qədər Axlatian icmasının rəhbəri olmuşdur.
Armenabad
Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbə — Azərbaycan Respublikasının Xocalı rayonununun Xocalı şəhər inzibati ərazi dairəsinin ərazisində keçmişdə mövcud olmuş qəsəbə. Azərbaycan müstəqillik bərpa edəndən sonra ölkədə sovxozlar ləğv edilmişdi. Hal hazırda Xocalı şəhər inzibati ərazi dairəsində və ümumiyyətlə Xocalı rayonunda təsvir olunan yaşayış məntəqəsi qeyd olunmur. == Tarixi == Qəsəbə Sovet vaxtı Azərbaycan SSR-nın inzibati-ərazi bölgüsünün 1961-ci, 1964-cü, 1968-ci, 1979-cu illərin nəşrlərinə əsasən Stepanakert rayonunun Xocalı kənd Sovetinin nəzdində idi. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 15 may 1978-ci il tarixli Fərmanı ilə Stepanakert rayonu mərkəzinin Stepanakert (indiki Xankəndi) şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilməsi və Stepanakert rayonunun Əsgəran rayonu adlandırılması haqqında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı təsdiq edilmişdi. 21 aprel 1990-cı il tarixində Azərbaycan SSR-nın Ali Sovetinin Rəyasət Heyətinin Fərman № 1783-XI ilə Əsgəran rayonunun Xocalı kəndinə rayon tabeli şəhərlər kateqoriyasına aid edilməsi, Xocalı şəhər Sovetinin yaradılması və Xocalı kənd Sovetinin ləğvinə dair qərar verildi. Həmçnin, 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Qanunu № 279-XII ilə Azərbaycan Respublikasının Ali Soveti Stepanakert şəhərinin tarixi adını qaytarılmaqla Xankəndi şəhəri adlandırılmasını, Əsgəran rayonunun ləğvini, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmasını, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə verilməsini qərara aldı. Bununla, yaşayış məntəqəsi hal hazırda Xocalı rayonunun Xocalı şəhər inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur. Azərbaycan müstəqillik qazanandan sonra ölkədə sovxozlar ləğv edilmişdi. Ərazi 1990-cı illərin əvvəllərindən qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən nəzarət olunurdu və işğal vaxtı ərzində 1998-ci ildə Xankəndi çaxır zavodunun və 16 yeni tikilmiş yaşayış evinin əsasında orada "Berkadzor" adında kənd qurulub və bura ermənilər köçürülüb.
Armen Şekoyan
Armen Şekoyan (erm. Արմեն Շեկոյան; 28 mart 1953, İrəvan – 29 iyul 2021, İrəvan) — Ermənistan yazıçısı, şairi və jurnalisti. == Həyatı == Armen Şekoyan 1974-cü ildə Xaçatur Abovyan adına İrəvan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmiştir. O, 1985-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbi kurslarında oxumuşdur. İrəvan Dövlət Tibb Universitetində, "Tsitserrnak" jurnalında, Ədəbiyyat İnstitutunda, "Sovetakan qroğ" nəşriyyatında, Ermənistan Mədəniyyət Nazirliyində işləmişdir. 1990–1992-ci illərdə "Nairi" nəşriyyatının baş redaktoru, 1992–1997-ci illərdə Ovannes Tumanyanın Muzeyinin direktoru olmuşdur. 29 iyul 2021-ci ildə 68 yaşında vəfat etmişdir == Əsərləri == Armen Şekoyanın şeirlərində şəhər jarqonlarından istifadə xarakterikdir. "Erməni vaxtı" romanının müəllifi olmuşdur. == Mükafatlar == Ermənistan Yazıçılar Birliyinin Avetik İsaakyan mükafatı Vl.
Pink Armenia
Çəhrayı Ermənistan (erm. Փինք Հայաստան; ing. Pink Armenia) – Ermənistanda LGBTQIA+ hüquqlarını müdafiə edən ilk qeyri-hökumət təşkilatı. "Çəhrayı Ermənistan" 2007-ci ildə yaradılmış və qərargahı İrəvanda yerləşir. Təşkilatın məqsədi Ermənistandakı lezbiyan, gey, biseksual, transgender fərdlərə dəstək olmaq, onların hüquqlarını müdafiə etmək, ölkədə LGBT məsələləri ilə bağlı ictimai fikri dəyişməkdir. "Çəhrayı Ermənistan" LGBT icmasının üzvləri üçün müxtəlif proqramlar və kampaniyalar təşkil edir. Təşkilatın xidmətlərinə təcili hüquqi yardım, sosial yardım, ailə dəstəyi, təcili vəziyyətlərdə kömək, psixoloji dəstək daxildir. Təşkilat cinsi sağlamlıq, insan hüquqlarının qorunması, ayrı-seçkiliyə qarşı mübarizə, bərabərlik və müxtəlifliyi müdafiə etmə, gender məsələlərini təbliğ etmə üzrə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. "Çəhrayı Ermənistan"ın hazırkı direktoru Mamikon Hovsepyandır. Təşkilatın trans məsələri üzrə ixtisaslaşmış "Sağ tərəf" təşkilatı ilə yaxın əlaqələri var.