ARTMAQ

f.
1. Miqdarca, ölçücə və s.-də çoxalmaq; bol olmaq, üstə gəlmək. İnsan oxuduqca, biliyi artar.
// Törəyib çoxalmaq.
2. Şiddətlənmək, güclənmək. Getdikcə soyuq artır. Dənizdə tufan durmadan artır.
– Yuxu gəlməz gözümə, artır azarım gecələr. M.P.Vaqif.
Bahar fəsildə artar fəğanın, ey bülbül! S.Ə.Şirvani.
Havanın artar istisi; Daha soyuqluq az olar. A.Səhhət.

3. Yayılmaq, intişar tapmaq, möhkəmlənmək, güclənmək. Bütün dünyada demokratiya qüvvələri artır və möhkəmlənir.
4. məc. Tərəqqi etmək, irəliləmək, yüksəlmək, böyümək, kamilləşmək, artıb böyümək. Yazıçı hər bir əsəri ilə artır. Gənclər quruluşumuzun bütün sahələrində artırlar.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ARTMAQ 1. ARTMAQ, BOL OLMAQ, BOLLAŞMAQ 2. artmaq bax çoxalmaq
  • ARTMAQ çoxalmaq
  • ARTMAQ şiddətlənmək — güclənmək
  • ARTMAQ yayılmaq — şaxələnmək
  • ARTMAQ irəliləmək — yüksəlmək — böyümək — kamilləşmək

Antonimlər (əks mənalı sözlər)

  • ARTMAQ ARTMAQ – ƏSKİLMƏK Sənə bizdən salam, qurultayımız! Artır, əskilməyir bizim sayımız (S.Rüstəm)
ARTMA
ARTRİ́T

Digər lüğətlərdə

бездотацио́нный волоки́тно дожи́тие исты́кивать крестья́нство одеколо́нный пи́па пя́тнышко у́гольщица хи́мико-терми́ческий шлюпба́лочный ка́верза кало́ши конструи́роваться оккупи́ровать семигра́нник хоп гошить cineraria Japonic menial sash-window spider line утеплённый чертыхаться