ASSOCIATION

n 1. cəmiyyət, birlik, ittifaq; təşkilat, birləşmə; International Phonetic Association Beynəlxalq Fonetika Cəmiyyəti; 3. psixol. assosiasiya (şüurda ayrı-ayrı təsəvvürlər arasındakı əlaqə); 4. ünsiyyət, yaxınlıq, dostluq

ASSOCIATE
ASSORT
OBASTAN VİKİ
African IXP Association
African IXP Association və ya AFIX — Afrika regionunda fəaliyyət göstərən internet mübadilə məntəqələrinin assoasiyası. 2012-ci ildə yaradılmışdır. Bu, üzvlərinin maraqlarını təşviq etmək və qitə daxilində əlaqəni yaxşılaşdırmaq məqsədi daşıyan icma tərəfindən idarə olunan bir təşkilatdır. AFIX Qlobal İnternet Mübadilə Federasiyasının (IX-F) üzvüdür. AFIX-ə üzvlük ödənişsizdir və Afrikada internet mübadilə nöqtələrinin bütün operatorları üçün açıqdır. == Görüşlər == "African IXP Association" adətən hər il Afrika Baxış və Qarşılıqlı Əlaqələr Forumunda (AfPIF) görüş keçirir. Qurum bəzən Afrika İnternet Sammitində (AIS) iki dəfə görüşür.
Association for Computing Machinery
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. == Haqqında == ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. == Fəaliyyətlər == Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. == Struktur == Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
International Air Transport Association
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (ing. International Air Transport Association). 1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur. IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər. IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır. IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar. Mənzil-qərargahı Monrealda yerləşir.
New York Heart Association
NYHA təsnifatı Nyu York Ürək Assosiasiyasının ürək çatışmazlığının ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün tərtib və tövsiyə etdiyi bir sxemdir.
Recording Industry Association of America
Amerika Səsyazma Sənayesi Birliyi (ing. The Recording Industry Association of America (RIAA)) — ABŞ-də səsyazma sənayesində fəaliyyət göstərən güclü və nüfuzlu təşkilat. 1952-ci ildə yaradılan RIAA, musiqi sənayesinin formalaşmasında və musiqi şirkətlərinin və sənətçilərin hüquqlarının müdafiəsində mühüm rol oynamışdır. RIAA-nın əsas məqsədlərindən biri səsyazma sənayesində əqli mülkiyyət hüquqlarını qorumaq və təşviq etməkdir. Buraya güclü müəllif hüququ qanunlarının və tətbiqinin müdafiəsi, həmçinin musiqi piratlığına və qeyri-qanuni fayl paylaşımına qarşı mübarizə daxildir. RIAA rəqəmsal müəllif hüquqlarının pozulmasının qarşısının alınmasına və rəqəmsal əsrdə yaradıcıların və müəllif hüquqları sahiblərinin hüquqlarının qorunmasına yönəlmiş qanunvericiliyin lobbiçiliyində fəal iştirak etmişdir. RIAA həmçinin müəyyən satış mərhələlərinə çatan albomlar və sinqllar üçün Qızıl və Platin sertifikatları kimi mükafatlar verir.
Women's National Basketball Association
Women's National Basketball Association və ya qısaca WNBA Amerika Birləşmiş Ştatlarında yaradılmış peşəkar qadın basketbol liqası təşkilatıdır. 22 aprel 1996-cı ildə yaradılıb və ilk oyunları 1997-ci ildə olub. 12 komandadan ibarətdir. WNBA Şərq və Qərb olmaqla iki konfransa bölünür. Hər iki konfransda altı komanda iştirak edir. Detroit Shock – 1998–2009 Tulsa, Oklahoma'ya daşınıb. Orlando Miracle – 1999–2002 Uncasville, Connecticut'a daşınıb. Utah Starzz – 1997–2002 San Antonio, Texas'a daşınıb. Tulsa Shock – 2010–2015 Arlington, Texas'a daşınıb. San Antonio Stars – 2003–2017 Las Vegas, Nevada'ya daşınıb.
Asia Pacific Internet Exchange Association
Asia Pacific Internet Exchange Association — Asiya və Sakit okean regionunda internet mübadilə məntəqələri assoasiyası. APIX həmçinin, qlobal IX-F İnternet Mübadilə Federasiyasının bir hissəsidir.
Recording Industry Association of New Zealand
The Recording Industry Association of New Zealand (RIANZ) — Yeni Zellandiyada musiqi industriyasında fəaliyyət göstərən şirkət.
Association des Etats Generaux des Etudiants de l'Europe
AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe) , yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir. İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200 -dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. == Təşkilatın tarixi == 1985 Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir.

Digər lüğətlərdə