AYDIN

sif.
1. İşıqlı, aylı, mahtab. Aydın gecə.
– Azər daha çox zövq alır aydın gecələrdən. H.Cavid.
Aydın bir gecədir, ulduzlar həsrətlə yerə baxır. S.Rüstəm.

2. İşıqlı, nurlu, işıqsaçan.
// Parlaq.
3. Buludsuz, açıq, təmiz. Aydın səma. Aydın hava.
– Çiskinli və qaranlıq gecəni aydın bir səhər əvəz etdi. M.İbrahimov.

□ Aydın olmaq – aydınlaşmaq, açılmaq, buluddan, çəndən təmizlənmək.
Yağış nə qədər gurultulu yağsa, o qədər sonra hava xoş və aydın olur. A.Divanbəyoğlu.
Mən aşiq aydın olsun; Ay doğsun, aydın olsun… (Bayatı).

// məc. Təmiz, saf, ləkəsiz, sakit. Aydın baxışlar. Aydın gözlər.
– Tahir Lətifənin aydın baxışlarındakı səmimiyyətə qətiyyən şübhə etmirdi. M.Hüseyn.

4. Heç bir şübhə doğurmayan, aşkar, açıq, bəlli, məlum, şübhəsiz. Aydın məsələ. Fikrimiz aydındır.
5. Yaxşı başa düşülən, seçilən, qavranılan, eşidilən, görünən. Aydın səs. Dağların aydın görünən zirvələri.
– Aydın vəzndə olan musiqiyə xalq mahnıları, müxtəlif xalq rəqs havaları, habelə “təsnif”lər (vokal musiqisi) və “rəng”lər (çalğı musiqisi) daxildir. Ü.Hacıbəyov.
Aydın məqsəd olmadan işə başlamaq yaramaz. Ə.Sadıq.

□ Aydın etmək – aydınlaşdırmaq, aşkar etmək, bəlli etmək, müəyyənləşdirmək. Məsələni aydın etmək lazımdır. Vəziyyəti aydın etmədən heç bir söz demək olmaz.
Aydın olmaq1) aşkar olmaq, bəlli olmaq, meydana çıxmaq.
Danışıqdan aydın oldu ki, [Nəbi kişi] Həcərin ağ boya ilə işlənmiş şəklini istəyir. S.Rəhimov.
Bu mənzərəni görərkən hər şey aydın oldu. Ə.Məmmədxanlı;

2) görünmək, üzə çıxmaq.
◊ Aydın gün məc. – xoşbəxtlik, səadət, uğur.
Aydın günə çıxmaq – uzun əzab və çətinlikdən sonra xoşbəxt olmaq.
Gözün aydın (olsun)! – xoş bir münasibət və sevincli bir hadisə ilə əlaqədar olaraq söylənilən təbrik ifadəsidir.
…Yardan xəbər gəlibdi; Gözlərin aydın olsun. (Bayatı).

Sinonimlər (yaxın mənalı sözlər)

  • AYDIN aşkar — məlum — açıq — bəlli
  • AYDIN açıq — təmiz
  • AYDIN işıqlı — nurlu — parlaq
  • AYDIN işıqlı — aylı
  • AYDIN aydın bax 1. aylı; 2. aşkar; 3. səlis

Antonimlər (əks mənalı sözlər)

  • AYDIN AYDIN – BULUDLU Çiskinli və qaranlıq gecəni aydın bir səhər əvəz etdi (M.İbrahimov); Buludlu qaşqabağı birdən ayazıyıb açıldı (S

Etimologiya

  • AYDIN Bu, ay və dın (işıq, səhər) sözlərinin birləşməsindən əmələ gəlib, “ay işığı” deməkdir. (Bəşir Əhmədov
AYBƏNİZ
AYDINCA
OBASTAN VİKİ
Aydın
Aydın — Azərbaycan kişi adı. Aydın Ata — türk mifologiyasında əfsanəvi ozan. Aydın Bəşirov — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi. Aydın Kələntərli — neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alimi. Aydın Mirzəzadə — Azərbaycan Respublikası II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı. Aydın Ələkbəroğlu — siyasətçi Aydın Əfəndi — rusdilli Azərbaycan şairi Aydın Həsəni — Aydın Paşacanov — Aydın Rəcəbov — Azərbaycan xalçaçı-rəssamı Aydın Ağabəyov — Aydın Abıyev — ədəbiyyatşünas Aydın Əzim Kərimoğlu — bəstəkar Aydın İbrahimov — güləşçi. Aydın Mansurov — musiqiçi Əmrə Aydın — müğənni Aydın Əlizadə — filosof Aydın Ələkbərov — alim Aydın Ağasıyev — bəstəkar Aydın Həsəni — prodüser Aydın Xırdalanlı — meyxanaçı Aydın Xan — kulturoloq Aydın Balayev — tarixçi Şair Aydın — Aydın Süleymanlı — şahmatçı Aydın Çobanoğlu — aşıq Aydın İmrani — inzibatçı Aydın Dadaşov — kinoşünas Aydın Səlimzadə — tarixçi Aydın Qaradağlı — diktor Aydın Ziyadlı — sənətşünas Aydın Abdullayev — təşkilatçı Aydın Doğan — iş adamı Aydın Ağdaşlı — rəssam Aydın Cabbarlı — həkim Aydın Şəmizadə — alim Aydın Məmmədov (tarixçi) — Aydın Ağabəyov — idmançı Aydın Əfəndi — şair Aydın Menderes — siyasətçi Aydın Hüseynzadə — ədəbiyyatşünas Aydın Talıbov — iş adamı Aydın Abbasov — deputat Aydın Əfəndiyev — alim Aydın Həmidov — aktyor Aydın Qasımlı — türkoloq Aydın Aimbetov — kosmonavt Aydın Bağırov — aktyor Aydın Şahsuvarov — tarixçi Bəxtiyar Aydın — general Xanım Aydın — yazıçı Aydın Talıbzadə — teatrşünas Aydın Rəcəbov — xalçaçı rəssam Aydın Əzimbəyov — səfir Aydın Qəhrəmanov — həkim Aydın Əzizbəyov — dövlət xadimi Aydın Paşacanov — alim Aydın Kələntərli — alim Aydın Piriyev — Aydın Qasımov (futbolçu) — Aydın Hüseynov Aydın Hüseynov (şahmatçı) — Aydın Kazımzadə Aydın Kazımzadə (kinoşünas) — Aydın Kazımzadə (fizik) — Aydın Həsənov Aydın Həsənov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Həsənov (siyasətçi) — tarixçi Aydın Quliyev Aydın Quliyev (jurnalist) — Aydın Quliyev (aktyor) — Aydın Quliyev (dövlət xadimi) — Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi. Aydın Əliyev Aydın Əliyev (aktyor) — Aydın Əliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Əliyev (general-polkovnik) — Aydın Hacıyev Aydın Hacıyev (filoloq) — Aydın Hacıyev (tarixçi) — Aydın Kərimov Aydın Kərimov (hüquqşünas) — Aydın Kərimov (idmançı) — Aydın Məmmədov Aydın Məmmədov (filoloq) — dilçi, türkoloq, tənqidçi, siyasətçi.
Aydın (ad)

Aydın (dəqiqləşdirmə)
Aydın (opera) — opera. Yaşayış məntəqələri Aydın (şəhər) — Türkiyədə şəhər. Aydın ili — Türkiyədə il. Aydıntəpə — yeraltı şəhər.
Aydın (opera)
Aydın — bəstəkar Ramiz Mustafayevin 1968-cü ildə Cəfər Cabbarlının eyniadlı əsəri əsasında yazdığı opera. Librettonun müəllifi Əfrasiyab Bədəlbəyli və Turqut Bədəlbəyli.
Aydın (şəhər)
Aydın (əvvəlki adı: Gözəlhasar/türk. Güzelhisar; qədim adı Trall/q.yun. Τράλλεις) — Türkiyənin cənub-qərbində şəhər. Aydın ilinin inzibati mərkəzi. Avtomobil yolları qovşağıdır. Yeyin sənayesi müəssisələri var. Meyvə ixrac edilir. Aydın ilində mis, dəmir və mərgmüş filizləri, liqnit yataqları var.
Aydın Abbasov
Aydın Abbasov (26 avqust 1976, Kirovabad) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı. == Həyatı == Abbasov Aydın Abbas oğlu 1976-cı il avqustun 26-da Gəncə şəhərində anadan olub. Londondakı Amerika kollecinin biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilir. 1998–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində Qazın satışı və marketinqi şöbəsinin rəisi vəzifəsində çalışıb. Bitərəfdir. 2005-ci ildə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İndoneziya, Azərbaycan-Küveyt, Azərbaycan-Latviya, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Nizami Aydın
== Siyahı ==
Sezai Aydın
Sezai Aydın (15 fevral 1952, Ankara – 20 dekabr 2021, İstanbul) — türk teatr, kino, serial aktyoru və səs aktyoru. O, daha çox Con Rembo, Rokki Balboa, Bill Kosbi və Fred Flintston obrazlarını səsləndirməsi ilə tanınır. Sezai Aydın 1952-ci il fevralın 15-də Ankarada anadan olub. Ankara Universiteti İqtisadiyyat və Ticarət Elmləri Akademiyasının məzunu olan Aydın şəhər teatrı sənətçisidir və bu günə qədər bir çox tamaşada çalışıb. Keçiören Bələdiyyəsində bir müddət "Şənbə şənbəsi" adlı uşaq əyləncə proqramına rəhbərlik edən, eyni zamanda kamera qarşısına keçərək film və seriallarda rol alan Aydın illərdir bir çox yerli və xarici obrazları səsləndirib. Başkent Rabitə Elmləri Akademiyasında səs və aktyorluq təhsili də verib. Aydın 20 dekabr 2021-ci ildə İstanbulun Ümraniye rayonunda şəkərli diabetlə bağlı ürək çatışmazlığından dünyasını dəyişib. 22 dekabr 2021-ci ildə Şakirin məscidində qılınan cənazə namazından sonra Qaracaəhməd qəbiristanlığında dəfn edilib. Oğlu Arda Aydın atasının ölümündən 8 ay əvvəl şəkər xəstəliyinə bağlı səbəblərə görə sağ ayağının amputasiya edildiyini bildirib.
Xanım Aydın
Xanım Aydın (8 may 1984; Bakı, Azərbaycan SSR) — azərbaycanlı yazıçı, şair, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2016) == Həyatı == Xanım Aydın 1984-cü il mayın 8-də Bakı şəhərində anadan olub. 1990–2001-ci illərdə 171 saylı tam orta məktəbdə, 1991–1996-cı illərdə S.Ələsgərov adına 1 saylı incəsənət məktəbinin fortepiano sinfində təhsil alıb. 2015–2020-ci illərdə V.N.Karazin adına Xarkov Milli Universitetinin "Rus dili filologiyası" fakültəsində ali təhsilini tamamlayıb. 2014–2016-ci illərdə Bakı Slavyan Universitetinin "Yaradıcılıq" fakültəsində təhsil alıb. == Fəaliyyəti == 2014-cü ildən Xanım Aydın imzasıyla ədəbi mühitdə tanınmağa başlayıb. Həmin ildən "Ulduz", "Azərbaycan", "Literaturnıy Azerbaycan", "Yazı", "Dünya ədəbiyyatı" jurnalları, "Kaspi", "525-ci qəzet", "Ədəbiyyat qəzeti", "Mir literaturı" və s. qəzetlərdə məqalə, hekayə, şeir və tərcümələri müntəzəm şəkildə dərc olunub. 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün verdiyi "Prezident Təqaüdü"nə layiq görülüb.
İbrahim Aydın
İbrahim bəy Cahangirzadə, İbrahim bəy Cahangiroğlu və ya İbrahim Aydın (1874, Gümrü – 19 may 1948, Qars, Qars ili) — dövlət xadimi, hərbçi, Qars Bələdiyyə başqanı, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Nazirlər Şurasının sədri, Qars valisi, Qars Milli İslam Şurası Hökuməti başçısı, Araz Türk Cümhuriyyəti hərbi naziri. == Həyatı == İbrahim bəy Cahangirzadə 1874-cü ildə Aleksandropolda anadan olmuşdur. İbrahim bəy öncə mollaxana adlandırılan məhəllə məktəbinə gedərək burada Quran oxumağı, şəriəti, fars və ərəb dillərini öyrənmişdir. Daha sonra doğulduğu şəhərdə və Qarsda mədrəsə təhsili almış, üç il Qars şəhər məktəbində rus dilində təhsil almışdır. 1903-cü ildə Aleksandropol kazak alayına qəbul edilmiş, beş il burada təlim keçdikdən sonra zabit rütbəsi almaq ərəfəsində Qarsdakı gizli "İslam cəmiyyəti" ilə əlaqələri müəyyən edilərək, Dağıstana sürgün olunmuşdur. Əfv fərmanına əsasən 6 aydan sonra azad olunaraq Qarsa qayıtmış və maliyyə məmuru işləmişdir. 1919-cu ilin aprel ayının 12 və 13-də ingilis ordusu tərəfındən Cənub-Qərbi Qafqaz Cümhuriyyəti yıxıldı, başda İbrahim bəy olmaqla, hökumət üzvləri evləri və əmlakları müsadirə edilməklə, Malta adasına sürgün olundular. 1921-ci ildə Nəriman Nərimanovun köməyi ilə sürgündən azad edilən qarslılar əski rus təbəəsi bəhanəsiylə Tiflis həbsxanasına göndərildilər. Tiflisdən Bakıya gələrək ailəsini axtaran İbrahim bəy həyat yoldaşı Mələk xanımı və oğlunu Gəncədə Xudadat bəy Rəfibəylinin himayəsində tapmış və onun köməyi ilə Qarsa qayıtmışdır. 1934-cü il soyadı qanununun qəbuli ilə "Aydın" soyadını qəbul etmişdir.
İclal Aydın
İclal Aydın — Türkiyə teatr və kinoaktrisası. == Həyatı == 14 sentyabr 1971-ci ildə Nevşəhərdə anadan olmuşdur. Kürd kökənli ata ilə çərkəz kökənli ananın övladıdır. Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi Teatr aktyorluğu ixtisasına qəbul oldu. 1990 ilində Berlinə köçdü ve 6 il ərzində müxtəlif rollarda, dramaturg olaraq işlədi.
Şair Aydın
Aydın Ramazan оğlu (Şair Aydın; 1825, Şişqaya – 1915, Şişqaya, Yeni Bəyazid qəzası) — el şairi. == Həyatı == Şair Aydın 1825-ci ildə Göyçə mahalının Şişqaya kəndində dünyaya gəlmişdir. Gənc yaşlarından saz-söz məclislərindən ilham alan Aydın şеir dеməyə, söz qоşmağa başlamışdır. Aydının şеirlərində əsas mоtiv haqsızlığa, ədalətsizliyə, zülmə qarşı хalqı оyatmaq оlmuşdur. 1877-ci ildə şairə qarşı qəsd hazırlayan şəхsi şairin böyük qardaşı Еyvaz öldürür. Bu hadisədən sоnra Aydın qardaşları Еyvaz və İsmiхanla birlikdə Sibirə sürgün еdilirlər. Оn il sürgündə оlduqdan sоnra şair Bakı şəhərinə gəlmiş və burada fəhlə işləmişdir. Bir çох şеirlərini də еlə Bakıda yaratmışdır. 1892-ci ildə dоğma Göyçə mahalına qayıdan Şair Aydın еl-оbası tərəfindən böyük hörmətlə və еhtiramla qarşılanmışdır. Gəraylıları ilə tanınan şair XIX əsrin ən məşhur aşığı Aşıq Ələsgərin müasirlərindən sayılır.
Əmrə Aydın
Əmrə Aydın (2 fevral 1981, İsparta) - Türkiyə müğənnisi == Həyatı == Əmrə Aydın 2 fevral 1981-ci ildə anadan olmuşdur. == Karyerası == Gənc ifaçı 15-ci MTV Avropa musiqi mükafatlandırma mərasimində “Avropanın ən yaxşı sənətçisi” adına layiq görülüb.
Aydın Ələkbəroğlu
Aydın Ələkbəroğlu Abdullayev (1946, Şuşa, — 1995, Bakı) — Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı, yazıçı, tərcüməçi, 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı == Həyatı == Aydın Ələkbəroğlu 1946-cı ildə Şuşada anadan olmuşdur. Əslən Qubadlının Eyvazlı kəndindədir. Bakıda 44 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin ərəb bölməsində təhsil almışdır (1964-1970). Misirdə (1967) və Yəməndə (1970-1972) tərcüməçi işləmişdir. 1974-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsində çalışmışdır. 1990-1995-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olmuşdur. == Yaradıcılığı == Ədəbi yaradıcılığa 1966-cı ildə «Göyərçin» jurnalında dərc etdirdiyi «Təəccüblənmə, Elxan» adlı uşaqlar üçün yazılmış hekayə ilə başlamışdır. Bundan sonra dövri mətbuatda tez-tez maraqlı əsərlərilə çıxış edən müəllif oxuculara «Nübar» (1980), «Dağlar o dağlar deyil» (1984), «Gərək belə olmayaydı» (1988) və b. kitablarını təqdim etmişdir. === Bədii tərcümələri === Yazıçı bədii tərcümə ilə də məşğul olmuş, Şərq ədəbiyyatından nümunələri dilimizə tərcümə etmişdir.
Kamil Aydın
Kamil Aydın (25 mart 1963, Ərzurum ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Kamil Aydın 25 mart 1963-cü ildə Ərzurum ilində anadan olub. Atatürk Universiteti Fənn və Ədəbiyyat Bölməsindən məzun olub. Həmin universitetdə Ədəbiyyat Bölməsində magistr dərəcəsi, İngiltərənin Vorvik Universitetində isə PhD dərəcəsi alıb. Atatürk Universitetində senatının üzvü, şöbə müdiri və İntizam Komitəsinin üzvü vəzifələrində çalışıb. Media, mədəniyyət, incəsənət, təhsil, ədəbiyyat və beynəlxalq əlaqələr sahələrində layihələri, işləri, araşdırmaları və tədqiqatları olub. MHP sədrinin müavinidir. İyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Ərzurum ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü, TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının sədr müavini, TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifələrində çalışıb. 28-ci çağırışda TBMM Xarici İşlər Komissiyasının üzvü, NATO Parlament Assambleyasının üzvü, ATƏT Parlament Assambleyasının üzvü vəzifələrində təmsil olunub.
Yavuz Aydın
Yavuz Aydın (1972, Trabzon ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Yavuz Aydın 1972-ci ildə Trabzon ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Trabzon ilində alıb. Trabzon ilində Ticarət Peşə Liseyini bitirib. Lissabonda NOVA Universiteti Hüquq Bölməsindən məzun olub. Səhiyyə, turizm və inşaat sahəsində çalışıb, təsisçi, tərəfdaş və menecer olub. Trabzon İş Adamları Dərnəyinin (TİAB) üzvü, Beşidüzü Mədəniyyət və Yardımlaşma Dərnəyinin (BEŞİK-DER) üzvü, Səhiyyə İşəgötürənləri Dərnəyinin (SEİS) üzvü, Beşidüzü İdman Klubunun İdarə Heyətinin üzvü və İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Trabzon ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evli və 3 uşaq atasıdır.
Aydın Abi Aydın (Aydın Abiyev)
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Aydın Abdullayev
Aydın Əşrəf oğlu Abdullayev (7 iyun 1951, Jdanov – 19 yanvar 2022, Bakı) — Azərbaycan kino istehsalatı təşkilatçısı. == Həyatı == Aydın Abdullayev 1951-ci il iyunun 7-də anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) bitirib. 1975-ci ildən kino sahəsində çalışır: film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi işləmişdir. 1993–1994-cü illərdə "Azərbaycanfilm" kinostudiyasında direktor müavini, direktor əvəzi, 1994–2000-ci illərdə "Azanfilm" kinostudiyasının direktoru olmuşdur. 20-dək animasiya filmlərinin direktorudur. 19 yanvar 2022-ci ildə vəfat etmişdir. == Filmoqrafiya == Pəncə... Qulaq... Palaz...
Aydın Abıyev
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Aydın Aimbetov
Aydın Akanoviç Aimbetov (qaz. Айдын Ақанұлы Айымбетов, rus. Айдын Аканович Аимбетов; 27 iyul 1972, Otenay[d]) — Qazax kosmonavt. == Ailəsi == Aimbetov ailəlidir, üç övladı var. == Kosmik karyerası == Aimbetov 2000-ci ildə Qazaxıstanın kosmonavt sinfinə, 2000 nəfərlik bir qrupdan Muxtar Aymaxanovla birlikdə seçilib. 2003-cü ildən 2009-cu ilədək Rusiyanın "Star" şəhərində kosmonavt kimi təlim keçmişdir. Sonra isə Qazaxıstana qayıdır. Onun 2009-cu ilin payızında uçması planlaşdırılırdı, ancaq dünya maliyyə böhranı səbəbindən bu plan gecikdi. Aymaxanov Rusiyada qaldı, Rusiya vətəndaşı oldu, bu isə Aymbetovu yeganə Qazaxıstan kosmonavtına çevirdi. Qaytarıldıqdan sonra Aimbetov Qazaxıstan Milli Kosmos Agentliyinin (NSA) ASC (milli kosmik tədqiqat və texnologiyalar mərkəzi) komonavtı oldu.
Aydın Ata
Aydın Ata - türk mifologiyasında əfsanəvi ozan. Aşıq Aydın olaraq da bilinir. Musiqiçilərin, şairlərin, aşiqlərin, ozanların atasıdır. İnsanların rüyalarına girib şairlik və ozanlıq qabiliyyəti verir. Yuxusuna girdiyi kəslər onu işıqlı bir işıq huzmesi içində görərlər. Müqəddəs işıq (nur) şəklindəki bu işıqlı suyu və safı işarələr. Qeyri-adi gücləri vardır. Türkmən və özbək inanclarında musiqiçilərin, şairlərin və şamanların hamısının "Aşıq Aydın" nəslindən gəldiyi fərz edilər. Aşıq Aydının məzarı, günümüzdə belə ziyarət yeri olaraq hörmət görür. Əlbəttə ki, bu məzarın əslində ona aid olub olmaması mübahisələri, və ya bu məzardan fərqli yerlərdə bir neçə dənə olması digər müqəddəs şəxslərin məzarlarında da sıx rast gəlinən bir vəziyyətdir.
Aydın Ağabəyov
Aydın Ağabəyov (azərb. Ağabəyov Aydın Fazil oğlu‎) — Dünya Kikboksinq Federasiyasının beynəlxalq dərəcəli azərbaycanlı hakimi, Azərbaycan Kikboksinq Federasiyasında hakimlər kollegiyasının sədri, V İslam Həmrəyliyi Oyunlarının beynəlxalq dərəcəli hakimi == Həyatı == Aydın Ağabəyov 21 mart 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasından oxumuşdur, 1986-cı ildə isə Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olunmuşdur. 2000-ci ildə buradan məzun olduqdas sonra Ağabəyov 2003-cü ildən 2007-ci ilə qədər Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatının təşkili üzrə təhsil almışdır. == Fəaliyyəti == Bakalavr təhsili başa çatdırdıqdan sonra Ağabəyov 2000–2001-ci illərdə hərbi xidmətdə olmuşdur. === Hava limanı === Hərbi xidmətdən qayıtdıqdan sonra Ağabəyov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərnişinlərə xidmətin təşkili üzrə agent, növbə rəisi kimi müxtəlif vəzifələrdə çalışmışdır. O, 2002–2009-cu illərdə "Silk Way" Aviaşirkət MMC-nin "Groun Handlinq Company" filialında, 2009–2012-ci illərdə isə "VİP Aviation Services Company" MMC-nin sürətli keçid filialında çalışmışdır. Həmçinin, Ağabəyov 2012–2016-cı illərdə "Silk Way West Airlines" Aviaşirkət MMC-nin "Baku Cargo Terminal"ında çalışmışdır. === Kikboksinq === Ağabəyov 1997-cu ildən Azərbaycan Kikboksinq Federasiyasının üzvüdür. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin kikboksinq bölməsinin idmançısı və məşqcisidir.
Aydın Ağasiyev
Aydın Ağasıyev (tam adı: Aydın Ənvər oğlu Ağasıyev; 16 dekabr 1949, Bakı, Azərbaycan SSR – 19 aprel 2011, Bakı, Azərbaycan) — Azərbaycan bəstəkarı, Azərbaycan SSRİ Bəstəkarlar İttiffaqının üzvü, müəllim, Azərbaycan Televiziyasının professional səs rejissoru. == Həyatı == Aydın Ağasıyev 1949-cu il dekabrın 16-da İçərişəhərdə ziyalı ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini 6 saylı musiqi məktəbinin violonçel şöbəsində almış, daha sonra təhsilini Asəf Zeynallı adına musiqi texnikumunda davam etdirmişdir. Dahi bəstəkar Üzeyir Hacıbəyovun tələbəsi, opera solisti Olqa Nikolskayadan dərs almışdır. Milli Konservatoriyanın bəstəkarlıq şöbəsini bitirmiş, Xəyyam Mirzəzadənin tələbəsi olmuşdur. Aydın Ağasıyev 1973-cü ildə Sankt-Peterburqda keçmiş SSRİ bəstəkarlarının yaradıcılıq görüşündə birinci yerə layiq görülmüşdür. 1979-cu ildə Naxçıvan Dövlət Dram Teatrında mahnı və rəqs ansamblının bədii rəhbəri və musiqi texnikumunda musiqi nəzəriyyəsi kafedrasının şöbə müdiri və direktor müavini vəzifəsində çalışmışdır. Uzun müddət dövlət televiziyasında ali dərəcəli səs rejissoru işləmişdir. Gözəl mahnıların, simfonik əsərlərin, tamaşa və film musiqilərinin müəllifidir. Azərbaycan SSRİ Bəstəkarlar İttifaqının üzvü olmuşdur.
Aydın Ağasıyev

Aydın Ağdaşlı
Aydın Ağdaşlı (30 oktyabr 1940, Rəşt) — Şimali Azərbaycan əsilli İran rəssamı, sənət tarixçisi, sənət tənqidçisi, film tənqidçisi və qrafik dizayneri. == Ailəsi və ilk illəri == Atası Məmməd Hacıyev 1919–1920-ci illər arasında Azərbaycan Demokratik Respublikası daxili işlər naziri vəzifəsində işləmişdir. Qızıl Ordunun ölkəni işğal etməsindən sonra yoldaşı Nahidə ilə birlikdə Bakını tərk edərək Təbrizə sığındılar. İranda Sovet casuslarının təqibini önləmək üçün Hacıyev olan soyadını Ağdaşlı olaraq dəyişdirmişdir. Rəştə qaçdılar və burada Aydın Ağdaşlı doğuldu. Daha sonra isə Aydın Ağdaşlı 5 yaşlı ikən Tehrana köçdülər. 14 yaşlı ikən çəkdiyi rəsmləri satmağa başladı. İki il sonra atasını böyrək xəstəliyindən itirdi. İran Şahbanusu Fərəh Pəhləvi tərəfindən "Şahbanu Şəxsi Bürosunun Sənət İşləri Başçısı" olaraq təyin edildi. Vəzifə olaraq Tehran Müasir Sənət Muzeyinə Endi Uorxol, Pablo Pikasso və Klod Mone kimi müasir sənətçilərin rəsmlərini satın alırdı.
Müqtədir Aydınbəyov
Müqtədir Aydınbəyov (1884, Axtı, Samur dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 1918, Tağaroba) — inqilabçı == Həyatı == 1884-cü ildə Samur dairəsinin Axtı kəndində anadan olmuşdu. 1898-ci ildə iş ardınca Bakı şəhərinə gəlmişdi. Salam Aydınbəyov atasıdır. Müqtədir Aydınbəyov 1907-ci ildə neft-mədən fəhlələri arasında apardlığı inqilabi fəaliyyətinə görə beş il müddətinə Arxangelsk diyarına sürgün olunmuşdur. O zaman o, Balaxanıda tətil komitəsinə rəhbərlik edirdi. Müqtədir Aydınbəyov ikinci dəfə həbsə alınaraq Bayıl türməsinə salınmışdı. 1918-ci ildə Bakı Kommunası partiya təşkilatı tərəfindən Sovet hakimiyyətini bərpa etmək tapşırığı ilə Quba şəhərinə göndərilmiş və burada müsavatçılar tərəfindən öldürülmüşdür.
Məcidov Aqil Aydın
Mərvə Aydın (atlet)
Merve Aydın — Türkiyəli yüngül atlet.
Orxan Aydın Hacıyev
Orxan Aydın Hacıyev (1 oktyabr 1989, Bakı) — Azərbaycanı təmsil edən 3x3 basketbolçu. Orxan Aydın Hacıyev, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Həyatı == Orxan Aydın Hacıyev 1 oktyabr 1989-cu ildə Bakıda anadan olub. == Karyerası == Orxan Aydın Hacıyev, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, Qətər yığmasını 13:9 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandı.Hazırda Türkiyə klubu Gaziantepdə karyerasını davam etdirir.
Salam Aydınbəyov
Salam Müqtədir oğlu Aydınbəyov (1912, Bakı – oktyabr 1967, Bakı) — Azərbaycan-sovet dövlət xadimi və alimi, Azərbaycan SSR ticarət naziri (1953–1954), Dağıstan MSSR Nazirlər Sovetinin sədri (1948–1951) == Həyatı == Salam Aydınbəyov 1912-ci ildə inqilabçı Müqtədir Aydınbəyov ailəsində anadan olmuşdur. Atası inqilabi fəaliyyətinə görə əksinqilabçılar tərəfindən öldürülmüş, anasının himayəsində böyümüş və dövlət təqaüdü almışdır. 1926-cı ildə Zaqafqaziya Dəmir Yolu Azərbaycan SSR Yalama stansiyası natamam orta məktəbinin 5-ci sinfini bitirmişdir. 1927–1931-ci illərdə Dağıstan MSSR-in Dərbənd şəhərində əvvəlcə ikinci dərəcəli orta məktəbdə, sonra pedaqoji texnikumda təhsilini başa çatdırmış, orta pedaqoji təhsil işçisi diplomu almışdır. Salam Aydınbəyov 1931-ci ilin sentyabrından 1932-ci ilin sentyabrınadək Yalama dəmir yolu natamam orta məktəbində müəllim işləmişdir. 1932-ci ilin sentyabrından 1935-ci ilin iyul ayınadək Bakı şəhərində Ali Kənd Təsərrüfatı Məktəbində oxumuş, təhsilini başa vurduqdan sonra, 1936-cı il sentyabr ayınadək Quba Kənd Təsərrüfatı Texnikumunda iqtisadiyyat fənni üzrə müəllim işləmişdir. 1936-cı ilin sentyabrından 1937-ci ilin noyabrınadək Dağıstan MSSR Axtı rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1937-ci ildən 1939-cu ilin may ayınadək ÜİLKGİ Dağıstan Vilayət Komitəsində tələbə-gənclər şöbəsinin müdiri işləmişdir. Sonra Azərbaycan K(b)P MK-ya müraciət etməsi ilə əlaqədar Dağıstan Vilayət Partiya Komitəsinin qərarı ilə işindən azad olunaraq Bakıya göndərilmişdir. 1939-cu ilin oktyabrından Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır.
Yaxşı külək, aydın səhər
Yaxşı külək, aydın səhər (yap. 凱風快晴), Cənub külək, aydın göy və ya Qırmızı Fuci — yapon ukiyo-e rəssamı olam Hokusayın taxta blokunda qravür. Onun Fucinin otuz altı görüntüsü (富嶽三十六景, Fugaku sanjūrokkei) seriyasına aiddir və bu həmin seriyadan olan Kanaqavada böyük dalğa qravüru ilə Yaponiya incəsənətinin ən tanınmış əsərlərdən biri sayılır.
Aydın Kərimov (idmançı)
Aydın Alik oğlu Kərimov (28 may 1985, Bakı) — İdmançı, azərbaycanlı triatlon atleti, "METAK" şirkətinin direktoru (1 noyabr 2008-ci ildən) və "AlfaTriKlub" triatlon klubunun təsisçisi. 2018-ci ildən bu yana 3 dəfə "Ironman" yarışmasının qalibi olmuşdur. == Həyatı == Aydın Kərimov 28 may 1985-ci il tarixində Bakıda anadan olmuşdur. Milliyyətcə ləzgidir. Atası elmlər namizədi, METAK şirkətinin təsisçisidir; anası kafedra dosentidir, orta məktəbdə müəllimə işləmişdir. Gənclik illərində Kərimov breykdans, kapoeyra, üzgüçülük və kikboksinq ilə maraqlanmışdır. 2002-ci ildə 153 saylı orta məktəbi fərqlənmə şəhadətnaməsi ilə bitirdikdən sonra, o, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İdarəetmə fakültəsinə daxil olmuşdur. Oxuduğu ilk iki ilin yay tətillərində "METAK" şirkətinin müxtəlif sexlərində işləmişdir. Üçüncü kursu bitirdikdən sonra ingilis dilini təkmilləşdirmək üçün Böyük Britaniyaya yollanmışdır. ADİU-da oxuduğu zaman bir müddət Qafqaz İnkişaf Bankında təcrübə keçmişdir.
Aydınalan (Qars)
Aydınalan — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 172 nəfərdir (2022).
Aydın Bayramov (futbolçu)
Aydın Bayramov (15 yanvar 1995) — Neftçi PFK klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən peşəkar Azərbaycan futbolçusudur. Bayramov həm daxili, həm də beynəlxalq arenada göstərdiyi performanslarla Azərbaycan futboluna böyük töhfələr verib. == Erkən həyatı və gənclik illəri == Aydın Bayramov Bakı şəhərində anadan olub. O, futbola marağını erkən yaşlarda göstərib və 10 yaşında İnter Bakı FK adlı yerli futbol akademiyasına qoşulub. Onun istedadı əvvəldən aydın idi və tez bir zamanda yüksələrək İnter Bakının gənclər komandasına qoşuldu. Orada oynadığı müddətdə bir çox yerli və beynəlxalq turnirlərdə uğur qazandı və komandasına çoxlu qalibiyyətlər gətirdi. == Klub karyerası == === Erkən karyera === Bayramov peşəkar karyerasına 2012-ci ildə İnter Bakı klubunda başlayıb. İnter Bakıdakı dövründə o, 58 oyunda çıxış edib və 6 qol vurub. Onun təsirli performansları liqadakı daha böyük klubların diqqətini çəkdi. İnter Bakı klubunda keçirdiyi müddətdə, o, 2013-cü ildə Azərbaycan Kubokunun finalında iştirak etdi və komandası üçün vacib qolla yadda qaldı.

Digər lüğətlərdə