Azərbaycan dilinin izahlı lüğəti

  • AŞISIZ

    sif. Aşı vurulmamış, aşılanmamış. Aşısız dəri. Aşısız gön

    Tam oxu »
  • AŞİKAR

    [fars.] klas. bax aşkar. Bu aşikar bir mətləbdir; bəyana ehtiyacı yoxdur. C.Məmmədquluzadə. Birdən-birə göründü gözə bir xərabəzar; Görəsən nə qəmli m

    Tam oxu »
  • AŞİQ

    is. [ər.] Birisinə məhəbbət bağlamış, vurulmuş, bənd olmuş adam; vurğun. Eyləməz xəlvət sərayi-sirri-vəhdət məhrəmi; Aşiqi məşuqdən, məşuqi aşiqdən ci

    Tam oxu »
  • AŞİQ-MƏŞUQ

    [ər.] Bir-birinə bərk vurulma (vurulmuş). □ Aşiq-məşuq olmaq – bir-birinə bərk vurulmaq. [Bədircahan:] Züleyxa xanım sənə belə aşkarca aşiqməşuq olub

    Tam oxu »
  • AŞİQANƏ

    sif. [ər. aşiq və fars. …anə] Eşqə, məhəbbətə, sevgiyə aid olan; eşq, məhəbbət, sevgi ifadə edən. Aşiqanə məktub

    Tam oxu »
  • AŞİQLİK

    is. Aşiqin, birinə vurulmuş adamın halı; aşiq olma, eşqə mübtəla olma; vurulma, bənd olma. Məndə Məcnundan füzun aşiqlik istedadı var

    Tam oxu »
  • AŞİNA

    is. və sif. [fars.] klas. 1. Məlumatlı, vaqif, tanış, xəbərdar, bələd. □ Aşina olmaq – tanış olmaq, bələd olmaq

    Tam oxu »
  • AŞİNALIQ

    bax aşnalıq. Vaxtında sən aşinalıq etdin; Döndün, belə bivəfalıq etdin. X.Natəvan. Əzəldən eylədin mənnən aşinalıq; İndi nədən oldu bu bivəfalıq? Aşıq

    Tam oxu »
  • AŞİYAN

    is. [fars.] şair. Yuva, quş yuvası. Nə oldu bülbülə kim, qıldı gülüstan tərkin? Unutdu güllərini, etdi aşiyan tərkin

    Tam oxu »
  • AŞİYANƏ

    [fars.] bax aşiyan. Yəqin ki, şaxi-gül üstündə aşiyanə tikib; O qarə zülf camalında bir pərəstudur. S

    Tam oxu »
  • AŞKAR

    1. sif. Açıq, aydın, göz qabağında olan, bəlli, məlum. Aşkar məsələ. Aşkar iş. □ Aşkar etmək – meydana çıxarmaq, üzə çıxarmaq, bəlli etmək, göstərmək,

    Tam oxu »
  • AŞKARA

    sif. və zərf Açıqdan açığa, açıq-aydın. [Divanbəyi:] Mənim mahalımın ortasında aşkara quldurluq quru nağıldır? M

    Tam oxu »
  • AŞKARCA

    zərf (bəzən aşikarca şəklində də təsadüf edilir). bax aşkara. Gəldiyev Muxtarı görəndə yanındakıları aşkarca qovdu

    Tam oxu »
  • AŞKARLIQ

    is. Aydınlıq, açıqlıq, göz qabağında olma, zahirdə olma, məlum olma

    Tam oxu »
  • AŞQAL

    sif. məh. Arıq, döllüyə yaramayan (qoyun)

    Tam oxu »
  • AŞQALLANMA

    “Aşqallanmaq”dan f.is

    Tam oxu »
  • AŞQALLANMAQ

    f. məh. Pozulmaq, xarab olmaq, cırlaşmaq, yararsız olmaq (qoyun)

    Tam oxu »
  • AŞQAR

    is. Müəyyən məqsədlə bir şeyə əlavə edilən, qatılan başqa maddə; bir şeyin tərkibinə daxil olan maddə, ünsür; xəlitə

    Tam oxu »
  • AŞQARLI

    sif. Aşqarı olan, tərkibinə başqa şey, başqa ünsür qatılmış olan

    Tam oxu »
  • AŞQARSIZ

    sif. Tərkibində başqa şey, başqa ünsür olmayan; heç bir şey qatılmamış; xalis, təmiz. Aşqarsız un

    Tam oxu »
  • AŞLAMA

    “Aşlamaq”dan f.is

    Tam oxu »
  • AŞLAMAQ

    bax aşılamaq

    Tam oxu »
  • AŞLANMA

    “Aşlanmaq”dan f.is

    Tam oxu »
  • AŞLANMAQ

    bax aşılanmaq

    Tam oxu »
  • AŞLI

    sif. Aşa qoyulmuş. Aşlı gön. Aşlı dəri. – Aşıq Abbas aşlı çarıqlarını yerə sürtəsürtə mərəkəni süzür, əyilib qalxır, bükülüb açılır, gülməli şeylər ox

    Tam oxu »
  • AŞLIQ

    sif. Aş üçün, plov üçün yararlı. Aşlıq düyü

    Tam oxu »
  • AŞMA

    “Aşmaq”dan f.is

    Tam oxu »
  • AŞMAQ

    f. 1. Bir şeyin üzərindən atılıb keçmək, hündür bir şeyin üstünə çıxıb o biri tərəfinə enmək, düşmək, hoppanmaq

    Tam oxu »
  • AŞNA

    is. 1. Dost, yaxın, tanış, tanış-biliş, yoldaş. Qəriblikdə yada düşər yanaram; Aşna, yoldaş, yar, müsahib, ellər, hey! M

    Tam oxu »
  • AŞNA-DOST

    top. Dostlar, bir-birinə yaxın adamlar, dost-aşna. [Cahan:] Kişi, yenə aşna-dostlarını başına yığmısan, xeyirdirmi? Ə

    Tam oxu »
  • AŞNABAZ

    sif. vulq. köhn. Arvadbaz, aşna saxlayan (bax aşna 2-ci mənada)

    Tam oxu »
  • AŞNABAZLIQ

    is. dan. 1. Bir işə ümumi mənafe nöqteyi-nəzərindən deyil, dostluq, şəxsi münasibət nöqteyi-nəzərindən yanaşma, bir işdə öz dostlarına, yaxın adamları

    Tam oxu »
  • AŞNALAŞMA

    “Aşnalaşmaq”dan f.is

    Tam oxu »
  • AŞNALAŞMAQ

    f. 1. Dostlaşmaq, yaxınlaşmaq. Axır vaxtlar onlar çox aşnalaşmışlar. 2. Bir iş və s. ilə tanış olmaq, bələd olmaq, işə öyrəşib alışmaq

    Tam oxu »
  • AŞNALIQ

    is. 1. Dostluq, yaxınlıq, tanışlıq. Aşnalıq etmək. Aşnalığı kəsmək. – [Səkinə xanım:] Çox-çox razıyam, Ağa Kərim ki aşnalığı unutmayıb, öz dostunun ba

    Tam oxu »
  • AŞPAZ

    is. [fars.] Xörək bişirən, xörək hazırlayan usta. Aşpazdan küsən evinə ac gedər. (Ata. sözü). Noxudu bozbaşa salanda aşpazı qoyub axund ilə məsləhət e

    Tam oxu »
  • AŞPAZBAŞI

    is. Baş aşpaz, aşpazların başçısı

    Tam oxu »
  • AŞPAZXANA

    is. [fars.] Mətbəx. Aşpazxanada yeyir, dulusxanada hürür. (Ata. sözü). Nökər cücələri və yumurtaları apardı aşpazxanaya və ulağı sürüb qatdı töyləyə

    Tam oxu »
  • AŞPAZLIQ

    is. Aşpaz sənəti, işi. Aşpazlıq etmək. Aşpazlıq kursları

    Tam oxu »
  • AŞSÜZƏN

    is. Aşın düyüsünü və s.-ni süzməyə məxsus deşik-deşik qab. Qəfəs olmadığı üçün alacəhrəni bir gün aşsüzən altında saxladıq

    Tam oxu »
  • AŞURA

    is. [ər.] din. Məhərrəm ayının 10-cu günü (İmam Hüseynin qətl olunduğu gün). Aşura günü tək bir səhər çağı; Yığdı ərradəyə övrət-uşağı

    Tam oxu »
  • AŞÜFTƏ

    sif. [fars.] klas. 1. Əhvalı pozulmuş, pərişan, qarışıq. Şikəstə xatirü məhzun, sözü aşüftə, digərgun; Tutub nəqşi-rəhiMəcnun, gəzər vəhşi kimi səhra

    Tam oxu »
  • AŞÜFTƏHAL

    zərf klas. Əhvalı pozğun, pərişan. □ Aşüftəhal etmək (eyləmək) – əhvalını pozmaq, məyus etmək, pərişan etmək

    Tam oxu »
  • AŞÜFTƏLİK

    is. 1. Əhvalı pozğunluq, pərişanlıq. Oldu, Vahid, xatirimdə cəmkən aşüftəlik; Müttəsil çəkməkdən ol zülfipərişan fikrini

    Tam oxu »
  • AT1

    is. 1. Qoşulan və minilən ev heyvanı. Kəhər at nalı neylər?! Ağ buxaq xalı neylər… (Bayatı). Ata minəndə özünü, atdan düşəndə atı unutma

    Tam oxu »
  • AT₂

    is. Şahmatda filə bərabər fiqur

    Tam oxu »
  • AT-AT

    is. Uşaqların ağac üstə minərək oynadıqları oyun. At-at oynamaq

    Tam oxu »
  • ATA

    is. 1. Övladı olan kişi; dədə. Doğma ata. Ögey ata. Bu uşaq lap atasına oxşayır. – Ata olmayan, ata qədrini bilməz

    Tam oxu »
  • ATA-ANA

    is. Öz övladına münasibətdə kişi və qadın; valideyn. Ata-analar öz uşaqlarının tərbiyəsinə fikir verməlidirlər

    Tam oxu »
  • ATA-ANALI

    sif. Atası və anası olan. Ataanalı uşaq. Atanı-analı böyüsünlər

    Tam oxu »