Azərbaycan dilinin izahlı lüğəti

  • AĞLI

    ağlı-bozlu, ağlı-qaralı və s. – hər rəngli, bütün rənglərdə olan. Köç yolu ilə gedən ağlı-bozlu sürülərin sayı-hesabı yox idi

    Tam oxu »
  • AĞLIKƏSMƏZ

    sif. Hələ ağlı bir şey kəsməyən. Ağlıkəsməz uşaq

    Tam oxu »
  • AĞLIQ

    is. Ağ şeyin halı, bir şeyin ağ rəngi. Qarın ağlığı. Dərinin ağlığı. – Əvvəl gözəllərdə gərəkdir çağlıq; Ondan sonra ola sadəlik, ağlıq

    Tam oxu »
  • AĞMALA

    is. məh. 1. Divara çəkilən birinci mala (suvaq). 2. Çəltik şumunda sürülən ilk mala

    Tam oxu »
  • AĞMATAN

    sif. dan. Dərisi ağ, kök və göyçək (qız)

    Tam oxu »
  • AĞMAYA

    sif. dan. Ağ və kök (uşaq və ya qadın). Məcid kişi köynəyinin ətəyilə alnının tərini silə-silə dedi: – Bunun bir ağmaya vaxtı vardı ki… Dünya gözəli i

    Tam oxu »
  • AĞNAĞAZ

    is. məh. Ehtiyacı ödəmək üçün üyüdülən azacıq dən. ◊ Ağnağaz üyütmək məc. – boş yerə danışmaq, boşboğazlıq etmək

    Tam oxu »
  • AĞNAQ

    is. məh. 1. Heyvanın ağnadığı yer. 2. Dağlarda torpağı sürüşmüş və ya su yuyub aparmış yer. 3. Bir yerə yığılıb iylənən palçıqlı su, lehməli gölməçə,

    Tam oxu »
  • AĞNAMA

    “Ağnamaq”dan f.is

    Tam oxu »
  • AĞNAMAQ

    f. 1. Dalı üstə uzanıb ayaqlarını yuxarı qaldıraraq, o üz-bu üzə çevrilmək (bəzi heyvanlar haqqında)

    Tam oxu »
  • AĞNAŞMA

    “Ağnaşmaq”dan f.is

    Tam oxu »
  • AĞNAŞMAQ

    qarş. Bir yerdə ağnamaq, birgə ağnamaq

    Tam oxu »
  • AĞNATMAQ

    f. Aşağı sürmək, endirmək. Qayadan sürüsün ağnadır çoban; Qoyunlar, quzular mələr yanbayan. M.S.Ordubadi

    Tam oxu »
  • AĞNAVAZ

    sif. Ağarmış, solğun. …Bu işıqdan Lidyanın ağnavaz çöhrəsi daha da solğun görünürdü. Ə.Əbülhəsən

    Tam oxu »
  • AĞRI

    is. 1. Duyğu sinirlərinin qıcıqlanması nəticəsində bədənin hər hansı bir yerində hiss edilən əziyyət, əzab; sancı, sızı; acı

    Tam oxu »
  • AĞRI-ACI

    is. 1. Çox işləmək, yol getmək və s. nəticəsində bədəndə duyulan ağrı və ya yorğunluq hissi. Bədənimizin ağrıacısı çıxdı

    Tam oxu »
  • AĞRI-ACISIZ

    zərf Əziyyətsiz, əzabsız, asanlıqla. Nina İraida məsələsinin ağrı-acısız həll olunduğu üçün əlimi sıxıb təşəkkür etdi

    Tam oxu »
  • AĞRIKƏSƏN

    sif. tib. Sakitləşdirən, ağrını azaldan. Ağrıkəsən dərmanlar

    Tam oxu »
  • AĞRIKƏSİCİ

    sif. tib. Sakitləşdirən, ağrını azaldan. Ağrıkəsən dərmanlar

    Tam oxu »
  • AĞRILI

    sif. Ağrısı və acısı olan, ağrıyan

    Tam oxu »
  • AĞRIMA

    “Ağrımaq”dan f.is

    Tam oxu »
  • AĞRIMAQ

    f. 1. Bədənin bir yerində ağrı hiss etmək. Dişi ağrımaq. – [Gülüş:] Sevil, nə üçün belə solğunsan, yoxsa bir yerin ağrıyır? C

    Tam oxu »
  • AĞRISIZ

    sif. və zərf 1. Ağrımayan, ağrısı olmayan, incitməyən; əziyyətsiz. Ağrısız əməliyyat. Dişi ağrısız çəkmək

    Tam oxu »
  • AĞRISIZLAŞDIRICI

    sif. tib. Ağrıya qarşı hissizləşdirici. Ağrısızlaşdırıcı dərmanlar

    Tam oxu »
  • AĞRISIZLAŞDIRILMAQ

    məch. tib. Ağrıya qarşı hissizləşdirilmək, keyləşdirilmək

    Tam oxu »
  • AĞRISIZLAŞDIRILMIŞ

    f.sif. tib. Ağrıya qarşı hissizləşdirilmiş, keyləşdirilmiş

    Tam oxu »
  • AĞRISIZLAŞDIRMA

    “Ağrısızlaşdırmaq”dan f.is

    Tam oxu »
  • AĞRISIZLAŞDIRMAQ

    f. tib. Ağrıya qarşı hissizləşdirmək. Doğumu ağrısızlaşdırmaq

    Tam oxu »
  • AĞRISIZLIQ

    is. 1. Ağrıya qarşı hissizlik, ağrı olmaması. 2. məc. Əziyyətsizlik, zərərsizlik, asanlıq, zəhmətsizlik

    Tam oxu »
  • AĞRITMA

    “Ağrıtmaq”dan f.is

    Tam oxu »
  • AĞRITMAQ

    f. 1. Əziyyət vermək, ağrı vermək, incitmək, ağrıya səbəb olmaq. Yara bərk ağrıdır. Çiban ağrıdır. – Çarpanaq yaralarının yeri … ağrıtmırdı

    Tam oxu »
  • AĞRIYAN

    f.sif. Əziyyət verən, incidən, narahat edən. Ağrıyan dişi çəkdirmək

    Tam oxu »
  • AĞSAÇ

    sif. Saçı ağarmış; qoca. Ağsaçlı qoca

    Tam oxu »
  • AĞSAÇLI

    sif. Saçı ağarmış; qoca. Ağsaçlı qoca

    Tam oxu »
  • AĞSAQQAL

    sif. və is. 1. Saqqalı ağarmış, qoca. [Bayraməli:] Belə tərbiyət sahibləridirlər ki, ağsaqqal ataları gəlir otağa, … heç biri yerindən tərpənmək istəm

    Tam oxu »
  • AĞSAQQALLIQ

    is. 1. Qocalıq. 2. məc. dan. Başçılıq, böyüklük, rəhbərlik. Bir qədərdən isə o [Aslan], uşaqların rəğbətini qazanmaqla onların ağsaqqallığını öz əlinə

    Tam oxu »
  • AĞSİFƏT

    sif. Sifətinin rəngi ağ olan

    Tam oxu »
  • AĞSOL

    is. məh. Kiçik çay balığı növlərindən birinin adı

    Tam oxu »
  • AĞSU

    is. 1. Dağ və hündür təpələrdən axıb gələn qar və yağış suları. 2. dan. Yüngül su, mədəyə xeyirli su

    Tam oxu »
  • AĞŞIN

    bax ağbəniz

    Tam oxu »
  • AĞTİKAN

    is. bot. Dəvələrə yem olan tikanlı ot

    Tam oxu »
  • AĞTİKANLIQ

    is. Ağtikan bitən yer, ağtikan çox olan yer

    Tam oxu »
  • AĞTORPAQ

    sif. Torpağı kirəcli, tərkibində kirəc olan. Ağtorpaq yer

    Tam oxu »
  • AĞTORPAQLI

    sif. Torpağı kirəcli, tərkibində kirəc olan. Ağtorpaq yer

    Tam oxu »
  • AĞTÜK

    sif. Tükləri ağ olan. Ağtük(lü) it. Ağtük(lü) toyuq. – Ağtüklü Həştərxan pişiyi üsulluca qapını açıb kandarda dayanır

    Tam oxu »
  • AĞTÜKLÜ

    sif. Tükləri ağ olan. Ağtük(lü) it. Ağtük(lü) toyuq. – Ağtüklü Həştərxan pişiyi üsulluca qapını açıb kandarda dayanır

    Tam oxu »
  • AĞU

    bax ağı1. Hicrin şərabı acıdır, müştaqə içirmə anı; Neçün ki, yar ol ağuyi içirməz, ey can, yarına. Nəsimi

    Tam oxu »
  • AĞULAMA

    “Ağulamaq”dan f.is

    Tam oxu »
  • AĞULAMAQ

    bax ağılamaq

    Tam oxu »
  • AĞULANMA

    “Ağulanmaq”dan f.is

    Tam oxu »