AĞSAQQALLIQ

is.
1. Qocalıq.
2. məc. dan. Başçılıq, böyüklük, rəhbərlik.
Bir qədərdən isə o [Aslan], uşaqların rəğbətini qazanmaqla onların ağsaqqallığını öz əlinə götürə bildi. S.Rəhimov.
□ Ağsaqqallıq etmək – 1) başçılıq etmək, böyüklük etmək, rəhbərlik etmək, idarə etmək; Nurcabbar düz deyir, Dədə palıd bundan sonra hələ min il ömür sürəcək, bu meşəyə böyüklük, ağsaqqallıq eləyəcək. İ.Məlikzadə;

2) nəsihət etmək, öyüd vermək, yol göstərmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AĞSAQQALLIQ qocalıq
  • AĞSAQQALLIQ başçılıq — böyüklük — rəhbərlik
AĞSAQQAL
AĞSİFƏT

Digər lüğətlərdə

горнодобыва́ющий не кру́че огла́дить размежёвывание шпунтова́ть блата́рь вы́парка забо́та перегру́з пору́бка по́стное субподря́дный злак протори cozy up extempore Finnic indeterminism molestation mortice restorative weather-driven вымешать подивиться четырёхэтажный