Azərbaycan dilinin izahlı lüğəti

  • ARITLANMA

    “Arıtlanmaq”dan f.is

    Tam oxu »
  • ARITLANMAQ

    məch. Təmizlənmək, yaxşısı pisindən, irisi xırdasından ayrılmaq, dənlənmək

    Tam oxu »
  • ARITMAQ

    f. 1. köhn. Yumaq, yuyub təmizləmək. // Təmizləmək, saflaşdırmaq. Bu arxı kim arıdıb; Su belə duru gəlir? Sarı Aşıq

    Tam oxu »
  • ARİ́

    əd. [fars.] məh. Bəli, hə, həri. Dedi: – Ari, o iki mərdi-dilir; Yuxumu yaxşı etdilər təbir. S.Ə.Şirvani

    Tam oxu »
  • ÁRİ

    sif. [ər.] köhn. Çılpaq, boş; məhrum. Mürüvvətdən xali, insafdan ari; Yaradıbdır neçün bunları tari. M

    Tam oxu »
  • ARİF

    sif. [ər.] Bilən, qanan, başa düşən, anlaqlı, mərifətli. Arif adam. – Dünyada bir şey var ki, hər bir arif adam ondan gərək xəbərdar olsun

    Tam oxu »
  • ARİFANƏ

    zərf və sif. [ər. arif və fars. …anə] Arifcəsinə, arif kimi, arif adama, qanacaqlı və mərifətli adama yaraşan bir surətdə

    Tam oxu »
  • ARİFCƏSİNƏ

    bax arifanə

    Tam oxu »
  • ARİFLƏŞMƏK

    f. Arif olmaq, kamallı olmaq, mərifətli olmaq, ağıllılaşmaq

    Tam oxu »
  • ARİFLİK

    is. Anlaqlılıq, mərifətlilik, vaqiflik; anlama, bilmə

    Tam oxu »
  • ARİFMÓMETR

    [yun.] Mexaniki surətdə hesab əməliyyatı icra edən hesablayıcı maşın

    Tam oxu »
  • ARİLƏR

    cəm. [əsli sanskr.] 1. Elmi ədəbiyyatlarda: xalqların Hind və İran qrupuna verilən ümumi ad; ari irqinə mənsub qövmlər

    Tam oxu »
  • ARİÓZO

    [ital.] mus. Həcmi etibarı ilə ariyadan kiçik, musiqi quruluşu cəhətdən nisbətən sərbəst tərzdə bəstələnmiş musiqi əsəri

    Tam oxu »
  • ARİSTOKRÁT

    [yun.] Əsilzadə, kübar; aristokratiya zümrəsinə mənsub adam. Vaqiə aristokrat həyatından götürülmüş bir əyyaşın əhvali-ruhiyyəsini kəskin boyalarla tə

    Tam oxu »
  • ARİSTOKRATİYA

    [yun.] 1. Hakim sinfin yüksək təbəqəsi; zadəganlar, əyanlar. 2. tar. Əyanlar hakimiyyəti forması – qədim Yunanıstanda zadəganların dövlət hakimiyyəti

    Tam oxu »
  • ARİSTOKRATLIQ

    is. Kübarlıq, zadəganlıq, əsilzadəlik

    Tam oxu »
  • ARİTMİ́YA

    [yun.] tib. Ürək fəaliyyətinin normal ritminin pozulması. Bəzi aritmiyalar qan dövranının pozulmasına, başgicəllənməyə səbəb olur

    Tam oxu »
  • ÁRİYA

    [ital.] mus. 1. Opera, kantata və ya oratoriya əsərlərinin, orkestrin müşayiəti ilə bir müğənni tərəfindən ifa edilən parçası

    Tam oxu »
  • ARİYƏT

    is. [ər.] köhn. Burovuz şey, müvəqqəti olaraq alınmış şey

    Tam oxu »
  • ARİYƏTƏN

    zərf [ər.] köhn. Müvəqqəti olaraq. Mövlana ərz eylədi ki: – Amma gərək xəlqdən bir kimsənə bu tədbiri bilməyə və zənn etməyə ki, qibleyi-aləm ariyətən

    Tam oxu »
  • ARİZ

    [ər.] köhn. 1. Zühur edən, ortaya çıxan, baş verən. Arizi-qəmlər əlindən ürəgim şişmiş idi; Zənn edirdim edəcəkdir ona çarə cigərim

    Tam oxu »
  • ARİZƏ

    is. [ər.] köhn. 1. Maneə, çətinlik, əngəl. // Hadisə, qəza. 2. Ariz olan hal, sonradan əmələ gəlmiş hal, nöqsan və s

    Tam oxu »
  • ARİZƏLİ

    sif. köhn. Maneəli, əngəlli, keçilməsi çətin olan. Bu mövqe… [düşmənin] müşahidə və atəş sahəsindən kənarda arizəli, qalın ağaclıq bir yer idi

    Tam oxu »
  • ARKTİ́K

    sif. coğr. Arktikaya aid olan; şimali, qütbi. Arktik uçuş. Arktik iqlim. Arktik soyuqlar. Arktik ekspedisiya

    Tam oxu »
  • ÁRKTİKA

    [yun.] coğr. Yer kürəsinin şimal qütb sahəsi. Sakit okeanın isti sularının Arktikaya təsiri nisbətən zəifdir

    Tam oxu »
  • ARQO

    [fr.] dilç. Yalnız bir məhdud və peşəkar qrupun və s.-nin işlətdiyi və başqalarının başa düşmədiyi şərti ifadə və sözlər

    Tam oxu »
  • ARQOTİ́ZM

    [fr.] dilç. Ədəbi dilə hər hansı bir arqodan keçmiş söz və ya ifadə (bax arqo)

    Tam oxu »
  • ARLANMA

    “Arlanmaq”dan f.is. Arsız nədən arlanar?! (Məsəl)

    Tam oxu »
  • ARLANMAQ

    f. Utanmaq, həya etmək, xəcalət çəkmək

    Tam oxu »
  • ARLI

    sif. Həyalı, utancaq

    Tam oxu »
  • ARLI-ABIRLI

    bax arlı

    Tam oxu »
  • ARMAĞAN

    is. Hədiyyə, bəxşiş, pay, sovqat, töhfə. Əzəl başdan Bəsrə, Bağdad eliniz; Bəylər üçün armağandır teliniz

    Tam oxu »
  • ARMATÚR

    [lat.] 1. Hər hansı bir aparat, maşın, qurğu və s. üçün lazım olan mexanizmlərin və alətlərin məcmusu

    Tam oxu »
  • ARMATURÇU

    is. xüs. Armatur qayıran, quran və ya armatura xidmət edən fəhlə

    Tam oxu »
  • ARMUD

    is. Alt tərəfi yumru, saplaq tərəfi isə getdikcə incələşən şirin meyvə və bu meyvənin ağacı. Armud ağacı

    Tam oxu »
  • ARMUDBOĞAZ

    sif. Boğazı uzun və arıq. [Mirab:] Ağalığın yeri qovrulacaq, armudboğaz Qədim suya sirab olacaq! S.Rəhimov

    Tam oxu »
  • ARMUDGÜLÜ

    is. bot. Çoxillik bir ot

    Tam oxu »
  • ARMUDLUQ

    is. Armud bağı, armud ağacları əkilmiş yer. Armudluğa gedərkən birdən qara köpək cəvərəni yerə atıb, ildırım kimi götürüldü

    Tam oxu »
  • ARMUDU

    sif. Armuda oxşar, armud şəklində. Armudu stəkan. Armudu çiçək. – Məşuqə güllü armudu stəkana xeyli baxdı, onu saxsı cürdəkdən su ilə doldurdu və eyva

    Tam oxu »
  • ARNAÚD

    bax alban 1-ci mənada

    Tam oxu »
  • ARO

    is. məh. Paltar yuyulduqdan sonra qalan kirli su; çirkab

    Tam oxu »
  • AROY

    is. məh. Paltar yuyulduqdan sonra qalan kirli su; çirkab

    Tam oxu »
  • ARPA

    is. 1. Adətən, yazlıq taxıl bitkisi. Arpa əkini. Ağ arpa. Arpa vələmirdən daha qidalıdır və daha yaxşı həzm olunur

    Tam oxu »
  • ARPA-SAMAN

    is. Arpa və samandan ibarət heyvan (at, eşşək) yemi. [Tükəzban təlimatçıya:] Bir yaxşı donluq da vermirsiniz ki, ata verdiyim arpa-samanın pulu çıxsın

    Tam oxu »
  • ARPACIQ

    is. Nişan almaq üçün tüfəng, tapança və pulemyot lüləsinin uc tərəfindəki çıxıntı, qabarcıq, buruncuq

    Tam oxu »
  • ARPALAMA

    “Arpalamaq”dan f.is

    Tam oxu »
  • ARPALAMAQ

    f. Heyvana arpa vermək. Axşamüstü Niyaz tövləyə girir, atların çulunu açır, tumarlayır, yenə də suya aparıb gətirir, arpalayırdı

    Tam oxu »
  • ARPALANMA

    “Arpalanmaq”dan f.is

    Tam oxu »
  • ARPALANMAQ

    məch. Arpa verilmək, arpa ilə yemlənmək

    Tam oxu »
  • ARPALI

    sif. köhn. Arpası olan (bax arpa 2-ci mənada). Arpalı boyunbağı. Arpalı başlıq

    Tam oxu »