is. [ər.] Artıq diqqət yetirmə, əhəmiyyət vermə, sayma. □ Etina etmək (eləmək, qılmaq) – saymaq, əhəmiyyət vermək, diqqət yetirmək, fikir vermək
zərf Saymazcasına, saymazyana, fikir vermədən, diqqət yetirmədən, əhəmiyyət vermədən. Etinasız danışmaq
zərf Saymadan, əhəmiyyət vermədən, etina etmədən, laqeydcəsinə. Qara və yorğa atlı bir cavan, atını lap qabaqda və etinasızca sürürdü
is. Diqqətsizlik, hörmətsizlik, sayğısızlıq; saymamazlıq, fikir verməmə, əhəmiyyət verməmə. Etinasızlıq etmək
[yun. aitia – səbəb və logos – elm] tib. 1. Xəstəliyin törənməsi səbəbləri və şəraitindən bəhs edən elm
sif. [yun.] tib. Etiologiyaya aid, etiologiya ilə bağlı olan. Etioloji məlumat
is. [ər.] Öz qüsur və nöqsanını, az-çox özünün günahı olan bir şeyi inkar etməyib, qəbul etmə, təsdiq etmə, boynuna alma
is. [ər.] Bir fikri, təklifi, qərarı və ya hərəkəti qəbul etməyərək onun əleyhinə çıxma, qəti narazılığını bildirmə
“Etmək”dən f.is
f. 1. Bir işi yerinə yetirmək, əmələ gətirmək, görmək, eləmək. Qurbani der: könlüm bundan sayrıdır; Nə etmişəm yarım məndən ayrıdır? Qurbani
köhn. bax etmək. Mən bəni-adəm üçün görməmişəm səcdə ola; Səcdə etməklik üçün hanı həqqin fərmanı? S
zərf Etmədən. Nəsir ki heç bir vaxt Mirzə Qədirin sözündən çıxmazdı, hər əmrini tərəddüd etməksizin qəbul edər, onun hər fikrinə şərik olardı
[yun. ethnos – xalq və genesis – doğulma] Hər hansı bir xalqın mənşəyi. Azərbaycan xalqının etnogenezi
[yun. ethnos və grapho] Etnoqrafiya mütəxəssisi
sif. [yun.] Etnoqrafiyaya aid olan, etnoqrafiya ilə bağlı olan. Etnoqrafik muzey. Etnoqrafik əsər. – [Vaqif] …köçərilərin həyat və məişətini çox yaxşı
[yun. ethnos və grapho – yazıram] 1. Xalqların maddi və mənəvi mədəniyyətlərini, onların mədəni-tarixi əlaqələrini tədqiq edən elm
[yun. ethnos və grapho – yazıram] Bir şeydə etnoqrafik xüsusiyyətlərin, təsvirlərin, təfərrüatın mövcud olması, verilməsi (kitabda, pyesdə və s
İtaliyada yaşamış qədim bir xalq və bu xalqa mənsub adam
[fr.] 1. Bir əsərin ilk qarası, eskizi. Ulduz azad vaxtlarını daima ən kiçik otağında həvəskarı olduğu rəssamlığa sərf edər, müxtəlif etüdlər işlərdi
is. 1. Yaşayış binası, həmçinin müxtəlif müəssisə və idarələri yerləşdirmək üçün bina, tikili. Kərpic ev
is. Ev, ailə, mülk və s.; ümumiyyətlə, evlə bağlı hər şey. Ev-eşiyi əlindən çıxmaq. Ev-eşik düzəltmək
is. [lat.] 1. Köçürülmə, əhalinin, idarə və təşkilatların müəyyən bir təhlükə ilə bağlı olaraq bir yerdən başqa yerə köçürülməsi
is. Köhnə evlərdə: anbar, zirzəmi
sif. Açıq və geniş miqyasda deyil, yalnız müəyyən evlər arasında, məhdud dairədə olan, icra edilən, aparılan
zərf Bir-bir evləri dolaşaraq, heç bir evi buraxmayaraq, bir evdən o biri evə. Evbəev dolaşmaq. – Bakıda oğulsuz qoca qarıların sənəti evbəev gəzib ca
[ər.] bax övc. Aşkar oldu mənim dərdi-pünhanım; Evc etdi fələyə ahü-əfğanım. Aşıq Yusif
1. “Ev”dən kiç. [Gültəkin:] …Qoyunuz son dəfə olaraq bütün xoşbəxt günlərimi keçirdiyim bu qaranlıq, məhzun evciyəzi bir də doyunca görüm
is. Uşaqların qumdan, torpaqdan evciklər düzəldib oynadıqları oyun. [Sabir:] Mən həmişə onlara baxıram, bağımızda qumdan dam tikirəm, evcik-evcik oyna
sif. Evə və insana alışmış, əhli (yabanı ziddi). Evcil heyvan. İt, pişik evcil heyvanlardır
“Ev”dən oxş. Budur, şəhərin ucqarında kiçik bir evciyəz qaralır. Ə.Məmmədxanlı
sif. [ev və fars. …dar] 1. Heç bir idarədə və ya müəssisədə işləməyib ancaq öz ev işləri ilə məşğul olan
is. 1. Heç bir idarə, ya müəssisədə işləməyib ancaq öz ev işləri ilə məşğul olma. □ Evdarlıq etmək – öz ailə işləri ilə məşğul olmaq
zərf 1. Çoxlu, çox, külli miqdarda. Evdolusu şey. – Bir balaca boyu var, evdolusu toyu var. (Tapmaca)
is. zool. Ətlik və xəzlik üçün yetişdirilən dovşanaoxşar gəmirici heyvan
is. Sibirin şimal-şərq rayonlarında yaşayan və evenklərə yaxın olan xalq və bu xalqa mənsub adam
sif. və zərf Even dilində. Evencərusca lüğət. Evencə danışmaq
is. Rusiya Federasiyası tərkibinə daxil olan Evenk milli dairəsində və Sakit Okeana qədər Şərqi Sibirdə yaşayan xalq və bu xalqa mənsub adam (keçmişdə
sif. və zərf Evenk dilində. Evenkcə yazı. Evenkcə danışmaq
sif. [yun.] dilç. Evfemizm mahiyyətində olan. Evfemistik ifadə
[yun.] dilç. Müəyyən bir şərait üçün qaba və ya namünasib sayılan söz və ya ifadə yerinə işlədilən başqa, daha incə söz, ya ifadə; məs
[yun.] bot. Əsil vətəni Avstraliya olub, Qara dəniz sahillərində və Azərbaycanda da iqlimləşdirilib yetişdirilən ucaboylu, həmişəyaşıl, enliyarpaqlı a
[ər.] bax övlad. Məmməd evladlarını … böyüdüb müəyyən yaşa yetirdikdən sonra, bunları məktəbə qoydu. “Aşıq Qərib”
“Evləndirmək”dən f.is
f. Birinə arvad (qız) alıb evli etmək. Oğlunu evləndirmək. – [Cahan xala:] Rəhmətlik bacım canı ağzından çıxana kimi mənə deyərdi: Cahan, bax, Əsgəri
“Evlənmək”dən f.is. O günün sabahı Şərifzadə və Qəmər xanımın şahidliyi ilə Zeynalın Mehribanla … evlənməsi zaqsda qeyd olundu
f. Arvad almaq, ailə qurmaq üçün qanunən qadınla (qızla) birləşmək. Zeynəb Xudayar bəyin evindən gedəndən iki ay sonra övrəti öldü və Xudayar bəyə evl
sif. Arvadı olan, əri olan (ərli), ailəli. Evli kişi. Evli arvad. – Kiçik əmioğlum hərçənd evli (z.) deyildi, lakin dul bacısı və onun iki yaşında oğl
1. sif. Ailəsi, evi, dirriyi olan. Evli-eşikli kişi. Evli-eşikli olmaq. – [Xınalıq] kəndinin çox dəcəlləri gözümüzün qabağında böyüyüb, evli-eşikli (z
1. sif. Evə aid, evə məxsus, ailə ilə bağlı; ailəlik. Əsəd Arazı əncir ağacı altına çəkdi: – Yox, evlik işim yoxdur