ELMİN
ELMİRA
OBASTAN VİKİ
Elmir
Elmir — ad.
Elmir Akifzadə
Elmir Akifzadə (1 sentyabr 1997, Banbaşı, Masallı rayonu – 9 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Akifzadə 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində anadan olub. 2004-2015-ci illərdə Banbaşı kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə isə Kazan Universitetinə daxil olub. Subay idi. == Hərbi xidməti == Elmir Akifzadə 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun çavuşu olan Elmir Akifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda savaşıb. Elmir Akifzadə oktyabrın 8-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.
Elmir Bağırov
Elmir Bağırov (28 aprel 1980, Hişkədərə, Masallı rayonu) — Saatlı rayon İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == Elmir Məmməd oğlu Bağırov 1980-ci il aprel ayının 28-də Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1986-cı ildə orta məktəbə getmiş, 1997-ci ildə Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1997-ci ildə Bakı Dövlət Universitetinin sosial elmlər fakültəsinin politologiya ixtisasına daxil olmuşdur. 2001-ci ildə bu ixtisasın bakalavr pilləsini bitirirək, həmin ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin "dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi" ixtisası üzrə magistraturaya daxil olmuşdur. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasına daxil olmuş, 2006-cı ildə bitirmişdir. 2008-ci ildə Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun elmi rəhbərliyi ilə "Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri" adlı doktorluq dissertasiyasını müdafiə edərək, respublikada ən gənc "siyasi elmlər üzrə fəlsəfə doktoru" elmi adı almışdır. === Ailəsi === Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyəti === 2004-cü ildən Heydər Əliyev Fondunun "azerbaijan.az" layihəsinin koordinatoru olmuş, 2005-ci ildə Heydər Əliyev Fondunun Humanitar Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Humanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin aparat rəhbəri, 20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Fərmanından sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışırdı.
Elmir Həsənov
Elmir Mircəlil oğlu Həsənov (15 dekabr 1988, Prişib, Cəlilabad rayonu – 30 noyabr 2021, Xızı rayonu) — Vətən müharibəsi şəhidi. == Həyatı == Elmir Həsənov 1988-ci il 15 dekabrda Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olmuşdur. 1995-ci ildə Göytəpə şəhər 1 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. 2006-cı ildə həmin məktəbin məzunu olmuşdur. Məktəbdən məzun olduqdan sonra o zamankı Milli Təhlükəsizlik Nazirliyinin akademiyasına qəbul olub. Sonradan təhsilini aviasiya sahəsi üzrə dəvam etdirmişdir.2015-ci ildə bu sahə üzrə xidmətə başlamışdır. Ailədə 3 qardaş olublar. Hər üç qardaş Vətən müharibəsində iştirak etmiş, Ali Baş Komandan tərəfindən medallar ilə təltif olunmuşlar. Digər 2 qardaşı hal-hazırda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində hərbi qulluqdadır. == Hərbi xidməti == 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin aviasiya hərbi qulluğunda xidmətə başlamışdır.
Elmir Kərimov
Elmir Rəhim oğlu Kərimov (26 may 1998; Hənifə, Balakən rayonu — 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Kərimov 1998-ci il mayın 26-da Balakən rayonunun Hənifə kəndində anadan olub. 2004-2015-ci illərdə Z.Əliyeva adına 3 saylı Balakən şəhər tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Elmir Kərimov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Elmir Kərimov 2018-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmir Kərimov Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elmir Mirzəyev
Elmir Mirzəyev (16 noyabr 1970) — bəstəkar, musiqişünas və publisist, bir çox müasir musiqi layihələrinin təşkilatçısı, SoNoR müasir musiqi ansamblının yaradıcısı və bədii rəhbəri (1995-2005). == Təhsili == Bakı Musiqi Akademiyasını bəstəkarlıq sinfi üzrə 1994 və aspiranturanı 1998-ci ildə (prof. Fərəc Qarayevin sinfi) bitirmişdir. 1994-cü ildə bəstəkarlar James Dillon və Ole Lützow-Holm’un rəhbərliyi altında Göteborgda (İsveç) ixtisaslaşma keçmiş, 1999-cu ildə Appeldoorndа (Hollandiya) Louis Andriessen, Michael Smetanin və Ensemble de Ereprijs tərəfindən təşkil edilən Gənc Bəstəkarların V Görüşünün iştirakçısı olmuşdur. 2004-cü ildə Franz Liszt adına Weimar Konservatoriyası nda gənc bəstəkarların seminarının, 2006-cı ildə alman bəstəkarı Karlheinz Stockhausenin Kürtendəki ustad kurslarının iştirakçısı olmuşdur. == Fəaliyyəti == Elmir Mirzəyev 1998-ci ildən 2002-dək Bakı Musiqi Akademiyasında müəllim, 2005/2007-ci illərdə sərbəst müasir musiqi kursları təşkil etmişdir. 1995-ci ildə postvoset dövrünün ilk müasir musiqi kollektivi olan SoNoR ansamblı sənət dostları - pianoçu Samir Mirzəyev, klarnetçi Nizami Zeynalov və gitaraçı Rövşən Məmmədov ilə birlikdə yaratmışdı. SoNoR (1998-ci ildən müasir musiqi təşəbbüs mərkəzi kimi) 2005-ci ilə kimi fəaliyyət göstərmişdi. 2007-ci ilin payızında DAAD proqramı çərçivəsində professor York Höllerin dəvəti ilə Köln Konservatoriyasında 1 semestr dərs demişdir. Tiflis Dövlət Konsevatoriyası/Gürcüstаn (1999), Praqa Müasir Musiqi Marafonu/Çexiya (1999), Özbəkistan Bəstəkarlar İttifaqıda (2000), Krakov Universitetində/Polşa (2001), Drezden Müasir Musiqi Mərkəzi/Almaniya (2003), Van Universitetində/Türkiyə (2004) Köln Konservatoriyasında (2007), Berlinin Alexander von Humboldt Universitetində mühazirələri keçirilmişdir.
Elmir Məmiyev
Məmiyev Elmir Zamin oğlu — İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Məmiyev Elmir 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə cağrılmışdır.Vətən Müharibəsində iştirak etmiş və 2 oktyabr 2020-ci ildə Ağdamda həlak olmuşdur.3 oktyabrda Yardımlı rayon Kürəkçi kəndində dəfn olunmuşdur. Ölümündən sonra "Vətən uğrunda" medalı” ilə təltif olunmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmiyev 2020-ci il oktyabrın 2-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdam döyüşlərində vuruşaraq həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmiyev Elmir Zamin oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmir Məmiyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmir Məmmədov
Elmir Məmmədov (əsgər) (03.06.1999) — Vətən müharibəsi şəhidi. Elmir Məmmədov (baş gizir) (05.10.1988) — Vətən müharibəsi şəhidi.
Elmir Nəcəfov
Elmir Vidadi oğlu Nəcəfov (21 mart 2002; Gəncə, Azərbaycan — 2 oktyabr 2020; Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Nəcəfov 21 mart 2002-ci ildə Gəncə şəhərində Vidadi Nəcəfovun ailəsində anadan olmuşdur. 2008-2017-ci illərdə Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə, 2017-2019-cu illərdə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elmir Nəcəfov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elmir Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elmir Nəcəfov 2 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Elmir Nəsirov
Elmir Zülfü oğlu Nəsirov (13 iyul 1991, Əhmədbəyli, Füzuli rayonu – 27 sentyabr 2020, Yuxarı Əbdürrəhmanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Zülfü oğlu Nəsirov 1991-ci ilin 13 iyul tarixində Füzuli rayonu Əhmədbəyli kəndində anadan olub. 1998-ci ildə General Məhəmməd Əsədov adına Füzuli rayon Əhmədbəyli kənd orta məktəbinin 1-ci sinifə daxil olub və 2009-cu ildə həmin məktəbi bitirib. === Ailəsi === Ailəli idi, iki qız övladı var. == Hərbi xidməti == 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında xidmət etməyə başlayıb və 2010-cu ildə həqiqi hərbi xidmətini başa vurub. 2013-cu ildə öz istəyi ilə Azərbaycan ordusunun sıralarında yenidən xidmət etmək üçün müraciət edib və tank taborunda, tuşlayıçı operator vəzifəsinə təyin edilib. 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan arasında baş vermiş Dördgünlük müharibədə əks-hücum əməliyyatlarında fəal iştirak etmiş, xidməti tankı düşmən tərəfindən vurulmuşdur. Elmir Nəsirov 2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış İkinci Qarabağ müharibəsində də, Dördgünlük müharibədə olduğu kimi tankçı kimi qatılmışdır. Cəbhənin Füzuli rayonu istiqamətində yarılması əməliyyatlarında iştirak edən zaman içində olduğu tank düşmən tərəfindən vurulmuş, buna baxmayaraq tankdan çıxaraq başqa bir tankda döyüşü davam etdirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, tankçı Elmir Nəsirov Füzulinin azad edilməsinın və İkinci Qarabağ müharibəsinin başladığı 27 sentyabr tarixində rayonun Yuxarı Əbdürrəhmanlı kəndi uğrunda gedən şiddətli döyüşlərdə həlak olmuşdur.
Elmir Orucov
Elmir Elyar oğlu Orucov (4 yanvar 2002; Poylu, Ağstafa rayonu — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Orucov 2002-ci il yanvarın 4-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. 2009–2014-cü illərdə 73 saylı Böyükşor qəsəbə tam orta məktəbində, 2014–2018-ci illərdə isə 136 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elmir Orucov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Orucov noyabrın 6-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elmir Qənbərov
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Elmir Süleymanlı
Elmir Aqil oğlu Süleymanlı (11 may 2001, Ağsu rayonu – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şəhid əsgər Süleymanlı Elmir Aqil oğlu 2001-ci il may ayının 11-də Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. Elmir Süleymanlının atası Süleymanov Aqil Böyükağa oğlu daş ustası işləmiş, anası Süleymanova Ofelya Rəfael qızı isə evdar qadın olmuşdur. Elmir Süleymanlı 2007-ci ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbin birinci sinfinə daxil olub.2018-ci ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra Elmir Süleymanlı Azərbaycan Milli Ordusunda Beyləqan korpusunun "N" saylı hərbi hissəsinddə pulemyotçu ixtisası üzrə həqiqi hərbi xidmət keçmişdir. == Döyüş yolu == 2020-ci ilin sentyabr ayının 27-də İkinci Qarabağ müharibəsi başlayarkən Elmir Süleymanlı hərbi xidmətdə idi. Füzuli istiqamətindən döyüşlərə qatılaraq Cəbrayıl və Hadrut istiqamətində döyüşlərdə iştirak etmişdir. Elmir Süleymanlı döyüşlər zamanı çoxlu sayda qəhrəmanlıqlar göstərmişdir. Əsgər yoldaşlarının məlumatına görə o, yaralı komandir, baş gizir Elvin Ömərovu güllə yağışı altından çıxarmışdır . Elmir Süleymanlı isə Hadrutda 1621 yüksəkliyində düşmənlə üz-üzə dumanlı havada döyüşərkən snayperdən açılan güllə ilə həlak olmuşdur.
Elmir Umudlu
Elmir Pərviz oğlu Umudlu (25 mart 2001, İnçə, Şəki rayonu – 28 oktyabr 2020) — vətən müharibəsi şəhidi. == Həyatı == Umudlu Elmir Pərviz oğlu 25 mart 2001-ci ildə Şəki rayonunun İnçə kəndində anadan olub. 2007-ci ildə İnçə-Zunud kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 1-ci sinfi bitirdikdən sonra yenidən valideynlərinin yaşadığı Bakı şəhərinə qayıdıb və VIII sinfə qədər orada təhsil alıb. Orta təhsilinin davamını yenidən Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbində oxuyub. 2018-ci ildə İnçə-Zunud kənd tam orta məktəbini əla qiymətlərlə bitirib və həmin il də Sumqayıt Dövlət Universitetinin nəzdində olan Sumqayıt Dövlət Texniki Kollecində Nəqliyyat daşınmaların təşkili fakültəsinə qəbul olub. == Hərbi xidməti == 2019-cu ilin aprel ayında Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Əsgəri xidmətini başa vurmağa 3 ay qalmış – 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. === İkinci Qarabağ müharibəsində === O, Cəbrayıl şəhərinin alınması uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib. Sonra Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub.
Elmir Vəliyev
Elmir Məmmədqulu oğlu Vəliyev (12 aprel 1986; Füzuli rayonu, Azərbaycan SSR — 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Vəliyev 1986-cı il aprelində 12-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elmir Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Vəliyev oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun Kərimbəyli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Vəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmir Vəlizadə
Elmir Tofiq oğlu Vəlizadə (25 dekabr 1964, Mingəçevir) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin sabiq müavini. == Təhsili == Elmir Tofiq oğlu Vəlizadə 25 dekabr 1964-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Əslən şuşalıdır. 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1983–1985-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra təhsilini davam etdirmiş və 1989-cu ildə həmin ali məktəbi bitirib mühəndis-sistem texniki ixtisasına yiyələnmişdir. Təhsildə fərqləndiyinə görə təyinatla institutun Hesablama Mərkəzində mühəndis vəzifəsində işə başlamışdır. 1989–1991-ci illərdə orada çalışmaqla yanaşı institutun Hesablama maşınları və proqramlaşdırma kafedrasında pedaqoji fəaliyyət göstərmişdir. Süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olmuşdur, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir. Elmir Vəlizadə 1991-ci ilin aprel ayından Azərbaycan Respublikası Prezidentinin Aparatında birinci dərəcəli mütəxəssis kimi əmək fəaliyyətinə başlamışdır.
Elmir Xankişiyev
Elmir Xankişiev (azərb. Elmir Xankişiyev‎; 25 avqust 1974, Əli-Bayramlı) — azərbaycanlı futbolçu. Mövqeyi yarımmüdafiəçi və hücumçu olub. Daha çox "Qarabağ" klubundakı çıxışı ilə məşhurdur. Azərbaycan milli komandasında oynayıb. Müşfiq Hüseynov ilə birlikdə "Qarabağ" klubunda təşkil elədikləri hücum tandemi, Azərbaycanda dövrunun ən yaxşı hücum tandemlərindən biri sayılırdı. == Bioqrafiya == Elmir Xankişiyev 25 avqust 1974-cü ildə, Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) şəhərində dünyaya gəlib. == Karyerası == === İnşaatçı === Peşəkar futbolda debütü 18 yaşında, Azərbaycan Çempionatının ilk mövsümündə "İnşaatçı" klubunda olub. "İnşaatçı" klubundakı ilk mövsumundə 16 oyunda meydana çıxaraq 6 dəfə fərqlənir. "İnşaatçı" klubu isə 26 komanda arasında 8-ci yeri tutur.
Elmir Zeynalov
Elmir İbrəhimov
Elmir Akif oğlu İbrəhimov () — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İbrəhimov Elmir Akif oğlu 2 may 1996-cı il Saatlı rayonu Mərzəli kəndində anadan olub. Ailənin yeganə oğul övladı idi. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Elmir II Qarabağ savaşına könüllü yollanıb. Peşəkar sürücü idi, idarə etdiyi nəqliyyat vasitəsi ilə çətin yollarla ön cəbhədə olan hərbçi yoldaşlarına təminat, silah-sursat çatdırıb. Hadrut, Laçın, Şuşa ətrafında gedən döyüşlərdə iştirak edib, hərbi qənimətlər ələ keçirib. Elmir İbrəhimov 8 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Daşaltı kəndi istiqamətində minamyot atəşi ilə şəhidlik zirvəsinə ucalıb. Dostlarına silah-sursatı çatdırmağı isə bacarmışdı... 2021-ci ilin sentyabr ayında doğulduğu Saatlı rayonunda xatirəsini yaşatmaq üçün inşa edilən bulağın açılışı olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, habelə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən əsgər Elmir İbrəhimov ölümündən sonra "Vətən uğrunda" medalı və "Cəsur döyüşçü" medalı medalları ilə təltif edilib.
Elmir Şəripov
Elmir Əliyev
Elmir Süleyman oğlu Əliyev (22 noyabr 1980; İsmayılbəyli, Ağdam rayonu — 3 noyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Əliyev 1980-ci il noyabrın 22-də Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. 1987–1993-cü illərdə Ağdam rayonunda Pirzatlı kənd tam orta məktəbində, 1993–1997-ci illərdə Bərdə rayonunda A. Məlikov adına Şorəlli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. İki övladı yadigar qaldı. == Hərbi xidməti == Elmir Əliyev 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elmir Əliyev noyabrın 3-də Ağdam rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elmir Hüseynov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Elmir Məmmədov (şəhid)
Elmir Məmmədov (tam adı: Elmir Arzu oğlu Məmmədov; 3 iyun 1999, Xocalı, Salyan rayonu – 27 sentyabr 2020, Daşkəsən rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Məmmədov 1999-cu il iyunun 3-də Salyan rayonunun Xocalı kəndində anadan olub. 2004–2008-ci illərdə Xocalı kənd tam orta məktəbində, 2008–2015-ci illərdə isə Salyan şəhərinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2015–2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elmir Məmmədov sentyabrın 27-də şəhid olub. Salyan rayonunun Xocalı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edildi.
Elmir Məmmədov (əsgər)
Elmir Məmmədov (tam adı: Elmir Arzu oğlu Məmmədov; 3 iyun 1999, Xocalı, Salyan rayonu – 27 sentyabr 2020, Daşkəsən rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Məmmədov 1999-cu il iyunun 3-də Salyan rayonunun Xocalı kəndində anadan olub. 2004–2008-ci illərdə Xocalı kənd tam orta məktəbində, 2008–2015-ci illərdə isə Salyan şəhərinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2015–2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elmir Məmmədov sentyabrın 27-də şəhid olub. Salyan rayonunun Xocalı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edildi.
Elmir Məmmədov (baş gizir)
Elmir Nadir oğlu Məmmədov (5 oktyabr 1988; Göytəpə, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Məmmədov 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. == Hərbi xidməti == Elmir Məmmədov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Məmmədov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmira Abbasova (musiqişünas)
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur. == Həyatı == Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi. O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir. O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.
Elmira Abdullayeva
Elmira Axundova
Elmira Axundova (deputat)
Elmira Axundova (I)
Axundova Elmira Ağa qızı (1911, Bakı – 1988, Bakı) — azərbaycanlı müğənni, Azərbaycan SSR Əməkdar artisti (1958). == Həyatı == Elmira Ağa qızı 1934–1959-cu illərdə AOBT-nda, 1938-ci ildən həm də Azərbaycan Musiqili Komediya Teatrında çıxış etmişdir. "Arşın mal alan" musiqili komediyasında Gülçöhrə və Asya, "Koroğlu" operasında Nigar partiyalarını ifa etmişdir. == Ailəsi == Babası Məmməd bəy Əhməd bəy oğlu Əhmədbəyov — Çar Rusiyası ordusunun polkovniki. Məmməd bəy Əhməd bəy oğlu 1864-cü ildə Şuşa qəzasının Cavanşir sahəsinin Xanməmmədsərkarlı obasında dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Tiflisdə Hərbi Məktəbdə təhsilini davam etdirmişdi. Məktəbi bitirəndən sonra çar ordusunda hərbi xidmətə başlamışdı. İlk hərbi qulluğunu Xankəndində etmişdi.
Elmira Axundova (deputat)
Elmira Hüseyn qızı Axundova (26 may 1953, Ramensk rayonu[d], Moskva vilayəti) — Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020–2023).Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü(17.10.2023-cü ildən) == Həyatı == Elmira Axundova1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olmuşdur. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1976). İlk bədii tərcüməsini — Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977–1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980–1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988–1991). "Literaturnaya qazeta"nın (1990–1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993–2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991). Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür (1995-ci ildən).
Elmira Axundova (müğənni)
Axundova Elmira Ağa qızı (1911, Bakı – 1988, Bakı) — azərbaycanlı müğənni, Azərbaycan SSR Əməkdar artisti (1958). == Həyatı == Elmira Ağa qızı 1934–1959-cu illərdə AOBT-nda, 1938-ci ildən həm də Azərbaycan Musiqili Komediya Teatrında çıxış etmişdir. "Arşın mal alan" musiqili komediyasında Gülçöhrə və Asya, "Koroğlu" operasında Nigar partiyalarını ifa etmişdir. == Ailəsi == Babası Məmməd bəy Əhməd bəy oğlu Əhmədbəyov — Çar Rusiyası ordusunun polkovniki. Məmməd bəy Əhməd bəy oğlu 1864-cü ildə Şuşa qəzasının Cavanşir sahəsinin Xanməmmədsərkarlı obasında dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Tiflisdə Hərbi Məktəbdə təhsilini davam etdirmişdi. Məktəbi bitirəndən sonra çar ordusunda hərbi xidmətə başlamışdı. İlk hərbi qulluğunu Xankəndində etmişdi.
Elmira Axundova (siyasətçi)
Elmira Hüseyn qızı Axundova (26 may 1953, Ramensk rayonu[d], Moskva vilayəti) — Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020–2023).Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü(17.10.2023-cü ildən) == Həyatı == Elmira Axundova1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olmuşdur. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1976). İlk bədii tərcüməsini — Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977–1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980–1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988–1991). "Literaturnaya qazeta"nın (1990–1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993–2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991). Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür (1995-ci ildən).
Elmira Cəfərova
== Həyatı == Elmira Cəfərova 1937-ci il iyun ayının 7-də Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. O, 1961-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib və təyinatla AMEA Fizika İnstitutuna göndərilib. Burada görkəmli alim, akademik H.M.Abdullayevin rəhbərlik etdiyi yarımkeçiricilər laboratoriyasında elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. O, 1968-ci ildə “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə “Diffuziya yolu ilə alınmış n- və p- bazalı silisium diodlarının reaktiv xassələrinin tədqiqi” mövzusunda nаmizədlik dissertasiyasını müdafiə edib. Elmira Cəfərova 1969-cu ildə yeni yaradılmış “Heteroquruluşlar fizikası“ laboratoriyasında böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləmiş və 2000-ci ildən hal-hazıradək həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışır. 2007-ci ildə isə “Dərin aşqar səviyyəli germanium, silisium və onlar əsasında çəpər quruluşlarda qeyri-stasionar elektron prosesləri” mövzusunda “Fiziki elektronika” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. Elmi əsərlərinin sayı-160 Xaricdə dərc olunan əsərlərinin sayı-70 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı -40 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı-10 Elmi-pedaqoji fəaliyyəti - 1978-1990-cı illərdə Azərbaycan Texniki Universitetinin “Mikroelektronika” kafedrasında mühazirələr oxumuş və elektron texnikası mühəndisliyi üzrə mütəxəssislərin hazırlanmasında fəal iştirak etmişdir Dil bilikləri- rus, ingilis dilləri Əsas elmi nəticələri - Qeyri-stasionar tutum spektroskopiyası, fotokeçiricilik, fototutum və EPR metodlarından istifadə edərək germanium, silisium və onların əsasında yaradılan baryer quruluşlarda qeyr-stasionar elektron proseslərinin mexanizmləri araşdırılmış, keçid metalların (Ti, V, W, və Ni) Ge və Si-da yaratdığı dərin səviyyələrin əsas energetik parametrləri təyin edilmişdir. Al-SiO2-Si-Me, In2O2-SiO2-Si-Me quruluşları alınmış, onların elektrik, fotoelektrik, aşırma xarakteristikaları öyrənilmiş, rastrelektron mikroskopunda tədqiqatlar aparılmış, onlar əsasında aşırıcı və yaddaş elementləri yaradılmışdır. Moskva şəhərinin Dubna vilayətindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə Si əsasında yeni tipli foroqəbuledici detektorlar yaradılmış və onların əsas xassələri öyrənilmişdir. Hazırlanmış koordinat həssaslıqlı detektorlar tək-tək işıq kvantlarını yüksək effektivliklə qeyd etməyə qabildirlər.
Elmira Qasımova (şairə)
Elmira Məmməd qızı Qasımova (1 dekabr 1942, Naxçıvan) — Azərbaycanlı şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974). == Həyatı == Elmira Qasımova 1942-ci il dekabrın 1-də Azərbaycanda Naxçıvan şəhərində həkim ailəsində anadan olub. Burada 2 saylı orta məktəbi bitirdikdən sonra 1959-64-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitunun alman dili şöbəsində təhsil alır. 1964-74-cü illərdə Naxçıvan şəhərində 2 saylı məktəbin müəllimi, 1974-76-cı illərdə tədris-tərbiyə işləri üzrə direktor müavini, 1976-78-ci ildə 10 saylı orta məktəbin direktoru vəzifələrində çalışmışdır. 1978-1979-cu illərdə Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin katibi seçilmişdir. 1979-80-ci illərdə Naxçıvan Muxtar Respublikasının maarif naziri vəzifəsində, 1980-1983-cü illər Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin birinci katibi vəzifəsində, 1977-2009-cu illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin İdeoloji şöbəsinin müdiri, Naxçıvan şəhər Xalq Deputatları Məclisinin sədr müavini, sədri, Naxçıvan şəhər təhsil şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1979-1984-cü illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. == Yaradıcılığı == E.Qasımova ədəbi yaradıcılığa məktəbdə təhsil aldığı illərdə başlayır. "Yay gecəsi" adlı ilk mətbu şeiri 1956-cı ildə "Şərq qapısı"nda dərc olunub. "Sevil" qadınlar məclisinin sədr müavini olan şairə "Xalqlar Dostluğu" ordeni ilə təltif olunmuşdur.
Elmira Qəmbərova
Elmira Qəmbərova (14 mart 1994) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Elmira Qəmbərova beynəlxalq turnirlərdə birinci uğuruna 2014-cü ildə Polşada gənclər arasında Avropa Çempionatını gümüş medalla başa vurmaqla imza atdı. Həmin il Elmira Qəmbərova həm də Xorvatiyada gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2015-ci ilin martında isə Elmira Qəmbərova Polşada U23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin il Avropa Oyunlarında çıxış edən Elmira Qəmbərova 2015 və 2016-cı illərdə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirləri beşinci pillələrdə başa vurdu. 2017-ci ildə Elmira Qəmbərova Kiyev şəhərində beynəlxalq turnirin gümüş medalına sahib oldu, Macarıstanda U23 Avropa Çempionatını və Serbiyada Avropa Çempionatını isə yeddinci pillələrdə başa vurdu. Mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olan Elmira Qəmbərova həmin il Paris şəhərində (Fransa) Dünya Çempionatında debüt elədi və turniri 12-ci pillədə başa vurdu. 2018-ci ildə Elmira Qəmbərova Rusiyada Avropa Çempionatını 8-ci, Macarıstanda Dünya Çempionatını isə 14-cü pillədə başa vurdu. Karyerasın ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Elmira Qəmbərova əvvəl Fransa Qran-Prisini beşinci pillədə başa vursa da, mövsümün növbəti nüfuzlu turnirlərində uğurlara imza atdı. Apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vuran Elmira Qəmbərova iyunda Belarusda Avropa Oyunlarının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.
Elmira Ramazanova
Elmira Ramazanova (azərb. Elmira Məmmədəmin qızı Ramazanova‎, 28 oktyabr 1934, Bakı – 8 dekabr 2020) — Texnika elmlər doktoru, Professor, Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Elmira Ramazanova 1934-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1952-ci ildə 134 saylı orta məktəbi qızıl medalla, 1957-ci ildə isə Azərbaycan Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyasının) Energetika fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Fəaliyyəti == Alim əmək fəaliyyətinə Azərbaycan Respublikasının Energetika İdarəsində başlayıb, 1992-ci ildən indiyədək Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktorudur. O, 1965-ci ildə “Qazkondensat sistemlərdə qazların separasiya şəraitlərinin hesablanma metodunun işlənməsi və tədqiqi” mövzusunda namizədlik, 1975-ci ildə “Adaptasiya metodlarının tətbiqinə əsasən neftqaz-kondensat yataqlarının termodinamiki tədqiqatları“ mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1978-ci ildə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Elmira Ramazanova neft-qaz və qazkondensat yataqlarının səmərəli işlənməsinin təmini istiqamətində kompleks praktiki və elmi-tədqiqat işləri aparan tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft-qaz, qaz kondensat çıxarmada yaranan mürəkkəbləşmələrə qarşı mübarizə, işlənmə rejiminin tənzimlənməsi üçün lazım olan parametrlərin seçilməsi, nanokompozitlərin alınması, nanotexnologiyaların işlənib hazırlanması və onların istehsalata tətbiqi, neftlə çirklənmiş torpaqların təmizlənməsi təşkil edir. 2004-cü ildə alimin rəhbərliyi ilə ölkəmiz “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı”, “Xəzər, Qara dəniz regionunun, tədqiqatlar, energetika və iqlim dəyişilməsi siyasəti” regional layihələrində təmsil olunub.
Elmira Rəhimova
Elmira Allahverdi qızı Rəhimova (13 avqust 1941, Bakı) – Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2002) == Həyatı == Rəhimova Elmira Allahverdi qızı 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər İnstitutunu (1970), Azərbaycan Dövlət Musiqi Texnikumunu (1965) bitirmişdir. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınmış, Hindistanın Baş naziri C. Nehrunun dəvəti ilə iki dəfə (1957–59, 1961) Hindistanda olmuş, hind mahnı və rəqslərini öyrənmişdir. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa etmişdir. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir. Anand adında bir oğlu və iki nəvəsi vardır.
Elmira Süleymanova
Elmira Teymur qızı Süleymanova (17 iyul 1937, Bakı – 25 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının sabiq İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən), Alim, dövlət və ictimai xadim == Həyatı == Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944–1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxumuşdur. 1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərmiş, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor rütbəsi almışdır. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. 2024-cü il aprelin 25-də uzun sürən xəstəlikdən sonra vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub. == Elmi nailiyyətləri == Alim ömrünün bəhrələri, onun tədqiqatları, yeni kimyəvi maddələrin sintezi, alınması texnologiyası və tətbiqi sahələri üçün təklif etdiyi orijinal üsullar və texnoloji proseslərin işlənməsi 260-dan çox elmi əsərində, 40-dan çox ixtirasında, patentdə, müəlliflik şəhadətnamələrində öz əksini tapmışdır. O, 5 elmlər doktoru, 16 elmlər namizədi yetişdirmişdir.
Elmira Səfərova
Elmira Yusif qızı Səfərova (16 sentyabr 1934) — Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi, professor, pedaqoq və pianoçu. == Həyatı == 16 sentyabr 1934-cü ildə Bakıda anadan olmuşdur. Atası Yusif tanınmış mühəndis-neftçi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, iki dəfə dövlət mükafatı laureatı, texnika elmləri namizədi və Xəzər dənizində yerləşən qeyri-adi şəhər – «Neft daşlarının» əsasını qoyanlardan biri olmuşdur. Hazırda Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevirdi. Anası Cəvahir xanım gözəl səsə və böyük musiqi istedadına malik idi. Gənc yaşlarında o, dahi Üzeyir Hacıbəyovun xorunda oxuyurdu və solist kimi də müxtəlif konsertlərdə çıxış edirdi. O, Azərbaycan mahnılarını çox gözəl ifa edirdi. Lakin malik olduğu istedad və qazandığı uğurlara baxmayaraq Cəvahir xanım uşaqlarının (Elmiradan savayı onun bir qızı və bir oğlu da var idi) xatirinə səhnəni tərk etməyə məcbur olmuşdur. Xalq musiqisinə, muğamlara və Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəyovun yaradıcılığına olan sevgilərini valideynlər öz uşaqlarına aşılayırdılar və onları musiqi incəsənətinə dərin məhəbbət və böyük maraq mühitində böyüdürdülər.
Elmira Səfərova (pianoçu)
Elmira Yusif qızı Səfərova (16 sentyabr 1934) — Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi, professor, pedaqoq və pianoçu. == Həyatı == 16 sentyabr 1934-cü ildə Bakıda anadan olmuşdur. Atası Yusif tanınmış mühəndis-neftçi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, iki dəfə dövlət mükafatı laureatı, texnika elmləri namizədi və Xəzər dənizində yerləşən qeyri-adi şəhər – «Neft daşlarının» əsasını qoyanlardan biri olmuşdur. Hazırda Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevirdi. Anası Cəvahir xanım gözəl səsə və böyük musiqi istedadına malik idi. Gənc yaşlarında o, dahi Üzeyir Hacıbəyovun xorunda oxuyurdu və solist kimi də müxtəlif konsertlərdə çıxış edirdi. O, Azərbaycan mahnılarını çox gözəl ifa edirdi. Lakin malik olduğu istedad və qazandığı uğurlara baxmayaraq Cəvahir xanım uşaqlarının (Elmiradan savayı onun bir qızı və bir oğlu da var idi) xatirinə səhnəni tərk etməyə məcbur olmuşdur. Xalq musiqisinə, muğamlara və Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəyovun yaradıcılığına olan sevgilərini valideynlər öz uşaqlarına aşılayırdılar və onları musiqi incəsənətinə dərin məhəbbət və böyük maraq mühitində böyüdürdülər.
Elmira Vəliyeva
Vəliyeva Elmira Bağır qızı — geologiya-mineralogiya elmləri doktoru. == Həyatı == Vəliyeva Elmira Bağır qızı 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1959-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Neft və Kiyma İnstitutunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. İnstitutu qurtardıqdan sonra "Orcanikidzeneft" NMİ-də əmək fəaliyyətinə neft çıxarılmasının təkrar üsulları sexində operatorluqdan başlamışdır. Sonra "Qum adası" NMİ-nin ETİS-də mühəndis, böyük geoloq vəzifələrində işləmişdir. 1967-ci ildə "Xəzərdənizqaz" Birliyində istehsalat şöbəsinin geoloqu vəzifəsinə təyin olunmuşdur. 1973-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun "Neft və qaz ehtiyatlarının hesablanması" laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir. Vəliyeva E.B. Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur, Qala, Lökbatan-Puta-Quşxana, Bibiheybət və s. kimi iri yataqların karbohidrogen ehtiyatlarının hesablanması üzrə elmi mövzuların məsul icraçısı olmuşdur. 1974-cü ildə Vəliyeva E.B. "Bakı arxipelaqının neft və qaz yataqlarının səmərəli işlənməsi məqsədilə geoloji-mədən tədqiqatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Elmira Zamanova
Elmira Emin qızı Zamanova — Fəlsəfə elmləri doktoru. Tərcüməçi-jurnalist Emin Sadıxovun qızı.[mənbə göstərin] == Həyatı == Elmira Zamanova 9 aprel 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Elmira Zamanova 1958-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə sektorunda (indiki Fəlsəfə və Hüquq İnstitutu) kiçik elmi işçi vəzifəsində çalışmışdır.1965-ci ildə namizədlik dissertasiyasını(estetika üzrə) müdafiə etmişdir. Alim 1967-1990 illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1990-cı ildən etibarən isə Fəlsəfə və Hüquq İnstitutunda aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir.1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda baş elmi işçi vəzifəsində çalışır. Elmira Zamanova 2016-cı il noyabrın 9-da Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Elmira Zamanova ilk dəfə XIX-XX əsrlərdə Türkiyədə fəlsəfi-estetik fikrin inkişafı, əsas problem və təmaüllərini tədqiq etmişdir. Alim əsərlərində əsas diqqətini XX əsr türk estetik fikrinin inkişafını səciyyələndirən problemlərə yönəltmiş və bu mövzuda bir çox türk filosoflarının fikir və düşüncələrini təhlil etmişdir.
Elmira İsmayılova
Elmira İsmayılova (tam adı: Elmira Məhərrəm qızı İsmayılova; 13 noyabr 1945, İrəvan) — Azərbaycanın tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007). == Həyatı == E.İsmayılova İrəvanda ziyalı ailəsində anadan olub. 1968-ci ildə Ermənistan Respublikasının X.Abovyan adına Pedaqoji İnstitutunu bitirmişdir. Elə həmin ildən etibarən o, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyir. E.İsmayılova aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox müxtəlif janrlı obrazlar yaratmışdır. Onun Humay (S.Rəhman, "Əliqulu evlənir"), Afət (M.Şamxalov "Qaynana"), Qrafinya (U.Şekspir, "Axırı xeyir olsun"), Dilarə (Anar, "Şəhərin yay günləri"), Dilbər xanım (N.Vəzirov, "Hacı Qəmbər"), Oqudalova (A.Ostrovski "Cehizsiz qız"), Smeraldina (K.Qoldoni, "İki ağanın bir nökəri"), Böyükxanım (C.Cabbarlı, "Aydın"), Xala (Ü.Hacıbəyov, "Arşın mal alan"), Nazik (S.Rəhman, "Ulduz") və s. rolları tamaşaçı rəğbətini qazanmışdır. E.İsmayılova "Ömürdən uzun gecə" (Hidayət), "Əkizlərin nağılı" (P.Pançev) kimi televiziya filmlərində çəkilmişdir. == Mükafatları == Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.11.1978 "Əməkdar artist" fəxri adı — 25 oktyabr 2000-ci il "Xalq Artisti" fəxri adı — 16 oktyabr 2007-ci il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 2006-ci il, 2007-ci il, 2008-ci il "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqının medalı) (2021) == Teatr səhnəsindəki rolları == === Teatrın İrəvandakı fəaliyyəti dövründə === === Teatrın Bakıdakı fəaliyyəti dövründə === Fena («Mənim qaynanam», Georgi Xuqayev) Ana («Didərginlər», Zəlimxan Yaqub) Sənəm («Allah onlara rəhmət eləsin», Süleyman Rəşidi) Gülnar («Abbasqulu bəy Şadlınski», İnqilab Vəlizadə) Mehriban («Məhəbbət yaşayır hələ», Hidayət) Harayxanım («Durnalar qayıdanada», Hidayət) Ballı («Sehrli alma», Şahin Cəbrayılov) == Ailəsi == Teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Vidadi Əliyev (həyat yoldaşı) Televiziya prodüseri, rejissor, aktyor, Azərbaycanın əməkdar mədəniyyət işçisi Oqtay Əliyev (oğlu) Televiziya xadimi, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli (oğlu) Teatr və kino aktrisası, teleaparıcı Dilarə Əliyeva (gəlini) == Filmoqrafiya == Ömürdən uzun gecə (film, 1996) Bəsdir, ağlama!
Elmira Şabanova
Elmira Balahüseyn qızı Şabanova (1 noyabr 1940, Bakı) — Azərbaycanın görkəmli kino aktrisası, Azərbaycan Respublikası Xalq Artisti (2006), Prezident təqaüdçüsü. == Həyatı == Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olmuşdur. Atası əvvəl zavod direktoru, sonra SSRİ Ali Sovetinin deputatı olub. M.A. Əliyev adına ADİİ-da əvvəlcə aktyorluq (1958–1962), sonra rejissorluq fakültəsini bitirib. (1969) Hələ institutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub və rejissor ona filmlərdə çəkilməyi qadağan edib. Rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır. == Fəaliyyəti == 1962–1997 müəllim və dosent işləmişdir. "Azərbaycanfilm" kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilmişdir. Aktrisa 2 filmdə çəkildikdən sonra həyat yoldaşı Rüfət Şabanovun qadağası ilə 1977-ci ilədək kinoda görünməyib. 1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmiylə kinoya qayıdan aktrisa xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb.
Elmira Şahtaxtinskaya
Elmira Həbibulla qızı Şahtaxtinskaya (25 oktyabr 1930, Bakı – 13 oktyabr 1996, Moskva) — Azərbaycan SSR xalq rəssamı və əməkdar incəsənət xadimi. == Həyatı == Elmira Şahtaxtinskaya 25 oktyabr 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1956) bitirmişdir. 13 oktyabr 1996-cı ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur. == Yaradıcılığı == Elmira Şahtaxtinskaya daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapmışdır. XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada" (1957), "Sosialist Bakısı" seriyası (1958–1959), "Bolqarıstanda" (1963), "Qutablar" (1963) və "Novruz bayramı" (1970) tablolarını yaratmışdır. Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilmişdir. Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70-ci illərdə çəkdiyi "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70–80-ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaratmışdır.
Elmira Əliyeva
Elmira Hacımurad qızı Əliyeva (12 sentyabr 1960, Bakı) — Geologiya-mineralogiya elmləri doktoru, 2014-cü ildən AMEA-nın müxbir üzvü. == Həyatı == Elmira Hacımurad qızı Əliyeva 1960-cı il sentyabrın 12-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlər Universitetinin (indiki BDU) geoloji-coğrafi fakültəsini bitirmiş, 1990-ci ildə "Cənubi-Xəzər çökəkliyinin qərb yamacının antropogen Didakna mollyuskaların filogenya, sistematika və paleoekoloqo-biogeokimyəvi xarakteristikası" mövzusunda namizədlik, 2005-ci ildə "Orta və Cənubi-Xəzər çökəkliyinin qərb yamacının mezokaynozoy çöküntülərinin sedimentasiya tsiklliliyi və fasiyaları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elmira Əliyeva 1991-ci ildən AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) işləyir. O hazırda GGİ-də Neftli-qazlı hövzələrin litogenezi şöbəsinin rəhbəri kimi məsul elmi vəzifə daşıyır. Alim 2014-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. == Fəaliyyəti == Elmira Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətləri çoxsahəli olmaqla: "Müasir və qədim terrigen çöküntü sistemlərinin toplanması şəraitləri və tsiklləri; Mezokaynozoy çöküntülərinin sekvens və xemostratiqrafiyası; məhsuldar qatın karbohidrogen rezervuarlarının stratiqrafik arxitekturası; iqlim, dəniz səviyyəsinin dəyişməsi və çöküntü toplanması; Mezokaynozoyda Xəzər ərazisinin paleocoğrafiyası; ətraf mühit dəyişmələrinə qarşı geokimyəvi və biokimyəvi reaksiyalar" kimi mövzuları əhatə edir. Elmira Əliyevanın rəhbərlik etdiyi şöbə "Cənubi Xəzər və Orta Kür hövzələrinin Kaynozoyda paleocoğrafiyası, Miosen - Pliosen çöküntülərinin kollektor xüsusiyyətləri və üçölçülü modelləşdirilməsi; diatomeyaların öyrənilməsi nəticəsində Maykop və Pleystosen-Holosendə Cənubi Xəzər hövzəsinin qərb bortunun paleoekologiyası və s" kimi mühüm elmi-tədqiqat layihələrini və dissertasiya mövzularını reallaşdırır. Alimin əsas elmi nailiyyətləri "Orta və Cənubi Xəzər hövzələrinin qərb bortunda mezo- kaynozoy çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi, neftli ana və kollektor süxurların toplanmasının fasial kontrolu və siklliliyinin müəyyən olunması", "Cənubi Xəzər hövzəsinin dərin gömülmüş mərkəzi hissəsində iri karbohidrogen rezervuarlarının mövcudluğu ehtimalının əsaslandırması", "Cənubi Xəzər hövzəsində karbohidrogen rezervuarları arxitekturunun formalaşmasında dəniz səviyyəsinin dəyişməsinin rolu", "Məhsuldar qat çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi və Cənubi Xəzər hövzəsinin pliosen ərzində dəqiq paleocoğrafik rayonlaşdırılması və kollektorların keyfiyyətinin dərəcələrə bölünməsi", "Qırmakı dərəsində məhsuldar qatın alt və üst şöbəsinin nadir fasiləsiz kəslişinin litoloji-sedmentoloji təsvirinin santimetr miqyasında verilməsi", "Palçıq vulkanlarının tullantılarına görə Cənubi Xəzər hövzəsi Qərb yamacının eosen-miosen çöküntülərinin palecoğrafiyası" sahələrini əhatə edir. Elmira Əliyeva həmçinin “Neft-qaz hövzələrinin stratiqrafiyası və sedimentologiyası” beynəlxalq elmi jurnalı redaktorunun müavini vəzifəsini daşıyır.
Elmira Əliyeva (alim)
Elmira Hacımurad qızı Əliyeva (12 sentyabr 1960, Bakı) — Geologiya-mineralogiya elmləri doktoru, 2014-cü ildən AMEA-nın müxbir üzvü. == Həyatı == Elmira Hacımurad qızı Əliyeva 1960-cı il sentyabrın 12-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlər Universitetinin (indiki BDU) geoloji-coğrafi fakültəsini bitirmiş, 1990-ci ildə "Cənubi-Xəzər çökəkliyinin qərb yamacının antropogen Didakna mollyuskaların filogenya, sistematika və paleoekoloqo-biogeokimyəvi xarakteristikası" mövzusunda namizədlik, 2005-ci ildə "Orta və Cənubi-Xəzər çökəkliyinin qərb yamacının mezokaynozoy çöküntülərinin sedimentasiya tsiklliliyi və fasiyaları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elmira Əliyeva 1991-ci ildən AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) işləyir. O hazırda GGİ-də Neftli-qazlı hövzələrin litogenezi şöbəsinin rəhbəri kimi məsul elmi vəzifə daşıyır. Alim 2014-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. == Fəaliyyəti == Elmira Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətləri çoxsahəli olmaqla: "Müasir və qədim terrigen çöküntü sistemlərinin toplanması şəraitləri və tsiklləri; Mezokaynozoy çöküntülərinin sekvens və xemostratiqrafiyası; məhsuldar qatın karbohidrogen rezervuarlarının stratiqrafik arxitekturası; iqlim, dəniz səviyyəsinin dəyişməsi və çöküntü toplanması; Mezokaynozoyda Xəzər ərazisinin paleocoğrafiyası; ətraf mühit dəyişmələrinə qarşı geokimyəvi və biokimyəvi reaksiyalar" kimi mövzuları əhatə edir. Elmira Əliyevanın rəhbərlik etdiyi şöbə "Cənubi Xəzər və Orta Kür hövzələrinin Kaynozoyda paleocoğrafiyası, Miosen - Pliosen çöküntülərinin kollektor xüsusiyyətləri və üçölçülü modelləşdirilməsi; diatomeyaların öyrənilməsi nəticəsində Maykop və Pleystosen-Holosendə Cənubi Xəzər hövzəsinin qərb bortunun paleoekologiyası və s" kimi mühüm elmi-tədqiqat layihələrini və dissertasiya mövzularını reallaşdırır. Alimin əsas elmi nailiyyətləri "Orta və Cənubi Xəzər hövzələrinin qərb bortunda mezo- kaynozoy çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi, neftli ana və kollektor süxurların toplanmasının fasial kontrolu və siklliliyinin müəyyən olunması", "Cənubi Xəzər hövzəsinin dərin gömülmüş mərkəzi hissəsində iri karbohidrogen rezervuarlarının mövcudluğu ehtimalının əsaslandırması", "Cənubi Xəzər hövzəsində karbohidrogen rezervuarları arxitekturunun formalaşmasında dəniz səviyyəsinin dəyişməsinin rolu", "Məhsuldar qat çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi və Cənubi Xəzər hövzəsinin pliosen ərzində dəqiq paleocoğrafik rayonlaşdırılması və kollektorların keyfiyyətinin dərəcələrə bölünməsi", "Qırmakı dərəsində məhsuldar qatın alt və üst şöbəsinin nadir fasiləsiz kəslişinin litoloji-sedmentoloji təsvirinin santimetr miqyasında verilməsi", "Palçıq vulkanlarının tullantılarına görə Cənubi Xəzər hövzəsi Qərb yamacının eosen-miosen çöküntülərinin palecoğrafiyası" sahələrini əhatə edir. Elmira Əliyeva həmçinin “Neft-qaz hövzələrinin stratiqrafiyası və sedimentologiyası” beynəlxalq elmi jurnalı redaktorunun müavini vəzifəsini daşıyır.
Elmira Əmrahqızı
Elmira Əmrahqızı — tanınmış Azərbaycan jurnalisti, "Azadlıq" radiosunun Bakı nümayəndəliyinin rəhbəri (1993–1998), "Qızıl qələm" mükafatı laureatı. "Həsən Bəy Zərdabi" və "İlin qadını" mükafatlarına layiq görülüb. == Həyatı == Elmira Əmrah qızı Əhmədova 24 sentyabr 1952-ci ildə Ağstafa şəhərində anadan olub. 1958-ci ildə 24 saylı Dəmiryolu məktəbinə gedib. 1962-ci ildə məktəbi dəyişərək təhsili 1 saylı orta məktəbdə davam edib. 1969–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil alıb. 1974-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqramların tərtibi şöbəsində işləyib. "Bakı", "Baku", "Nezavisimaya qazeta" "Azərbaycan gəncliyi", "Ulduz", "Azərbaycan qadını" və digər qəzet və jurnallarında işləyib. 1989–1990-cı illərdə "Azadlıq" qəzetində çalışıb. 1989-cu ildə "Kosmos uşaqlar üçün" adlı SSRİ jurnalistlərinin kosmosa göndərilməsi ilə əlaqədar proqramının qaliblərindən biri olub.

Digər lüğətlərdə