Səadət yolu ilə (film, 1956)
== Məzmun ==
Tammetrajlı sənədli film Azərbaycanın xalq təsərrüfatının müxtəlif sahələrində qazandığı nailiyyətlərlə, qabaqcıl əmək adamları, elm və mədəniyyət xadimləri ilə, bərəkətli Azərbaycan torpağının nemətləri ilə bizi tanış edir. Ekranda ucu-bucağı görünməyən gözəl dağ çəmənlikləri, "ağ qızıl"-pambıq tarlaları, üzüm bağları, ətirli çay və tütün plantasiyaları bir-birini əvəz edir.
Heyvandarlıq və quşçuluq fermaları, yun, barama, meyvə bağları-bütün bunlar zəhmət adamlarının əməyi ilə hasil edilmişdir. Biz həmin zəhmət adamları-Bəsti Bağırova, Şamama Həsənova, Sürəyya Kərimova, Məleykə Quliyeva, Qızqayıt Həsənova, Gilas Verdiyeva, Zərqələm Hacıyeva və onların briqadaları ilə tanış oluruq. Filmdə 148 yaşlı Mahmud Eyvazovu, məşhur müğənnilərimizdən Bülbül, Rəşid Behbudovu, Gülağa Məmmədovu, neftçi Gülbala Əliyevi və Mingəçevir SES-in mühəndisi Sarvan Salmanovu görürük.
Xalqlar dostluğu mövzusu filmdə əsas yeri tutur.
== Festivallar və mükafatlar ==
1) 1956-cı ildə
Rejissor Muxtar Dadaşov filmə görə ÜİKTS-in Qızıl medalına layiq görülmüşdür.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Rejissor: Muxtar Dadaşov
Ssenari müəllifi: M.Musayev, Muxtar Dadaşov
Operator: Muxtar Dadaşov, Seyfulla Bədəlov, Vladimir Zbudski
Bəstəkar: Zakir Bağırov
Səs operatoru: Əziz Şeyxov
Mahnıların mətni: Zeynal Cabbarzadə
== Mənbə ==
Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.