TƏBİƏT

ə. 1) təbii şəraitin məcmusu; üzvi və qeyri-üzvi aləm; insan fəaliyyəti ilə yaradılmamış hər şey; 2) m. xasiyyət; 3) m. adət.

TƏBİƏ
TƏBİİ
OBASTAN VİKİ
Kanev təbiət qoruğu
Kanev təbiət qoruğu (ukr. Канівський природний заповідник) — Ukraynada Dnepr çayının sağ sahilinin bir hissəsini və çayda yerləşən iki kiçik adanı əhatə edən təbiət qoruğu. Qorunan təbiət ərazisi Ukraynanın mərkəzində, Dnepr yüksəkliyinin şimal-şərq yamacları boyunca uzanır. Qoruq qiymətli meşə çöl və daşqın yaşayış mühitini qorumaq üçün yaradılmışdır. Ərazi Paleolit dövrünə qədərki mədəniyyətlərin qalıqlarının bolluğu ilə tanınır. Qoruq Kiyevin Taras Şevçenko adına Milli Universitetinin bir hissəsidir və Çerkassi vilayətində yerləşir. == Tarixi == Qoruq Ukrayna SSR Kənd Təsərrüfatı Xalq Komissarlığının 1923-cü il 30 iyul tarixli qərarı ilə yaradılmışdır. Ukrayna SSR Nazirlər Sovetinin 1986-cı il 22 dekabr tarixli, 717-nömrəli fərmanı ilə qoruq ərazisi 2 027 hektara qədər artırılmışdır. == Flora və fauna == Qoruğun 85%-i meşə sahəsidir və ən çox yayılmış ağaclar qarağac və palıddır. Ərazidə cüyür və dələ də daxil olmaqla əsasən meşə çölünə xas olan heyvanlar mövcuddur.
Oka Təbiət Qoruğu
Oka Təbiət Qoruğu (rus. Окский заповедник) ― Rusiyada, Meşçer ovalıqlarında, Oka və Pra çaylarının hövzəsində yerləşən qoruq. Qoruq böyük düzəlik çayları və meşəlik torf sahələrinə görə su quşları və gəmilər üçün əhəmiyyətli bir ərazidir. Qoruqda bizon və durna yetişdirmə mərkəzləri var. Ərazi 60-a yaxın Ryazan vilayətinin Spasskiy rayonunda, Ryazan şəhərinin 60 kilometr şimal-şərqində yerləşir. 1994-cü ildə Pra və Oka çaylarının yaratığı allüvial düzənlik beynəlxalq əhəmiyyətli Ramsar sahəsi təyin edilmişdir. Ərazi 1978-ci ildə UNESCO-nun İnsan və biosfer ehtiyatı təyin edilmişdir. Qoruq rəsmi olaraq 1935-ci ildə yaradılıb və 55 722 hektar ərazini əhatə edir. == Topoqrafiya == Oka Təbiət Qoruğu əsasən meşəlik torf sahələrindən (təxminən %90), bataqlıqlardan (%5) və quru ərazilərdən (%5) ibarətdir. Okanın qolu olan Pra boyunca daşqın hövzəsi uzanır.
Polonezköy Təbiət Parkı
Polonezköy Təbiət Parkı (türk. Polonezköy Tabiat Parkı) ― Türkiyənin İstanbul ilindəki Polonezköy kəndində yerləşən təbiət parkı. Polonezköy kəndi İstanbul ilinin Beykoz ilçəsində yerləşir. Ərazi 1994-cü ildə Ətraf və Meşə Nazirliyi tərəfindən təbiət parkı elan edilmişdir. Park 3 004 hektar ərazini əhatə edir. Bura İstanbul ilinin ilk və ərazi baxımından ən böyük təbiət parkıdır. Qorunan ərazi uğursuz Noyabr qiyamından sonra 1842-ci ildə Polşa mühacirləri tərəfindən məskunlaşılan Polonezköy kəndinin adını daşıyır. Yaşayış məntəqəsi əvvəlcə Adam Yeji Çartorıyskinin şərəfinə "Adamköy" və ya "Adampol" olaraq adlandırılmış, lakin daha sonra "Polonez Karyesi" olaraq dəyişdirilmişdir. Kənd mövcud rəsmi adını 1923-cü ildə almışdır. Təbiət parkı piknik, düşərgə, gəzinti və orientirinq kimi açıq hava fəaliyyətləri təklif edir.
Təbiət
Təbiət — maddi dünya, elmin öyrəndiyi əsas obyekt. İnsan ətrafında olan bütün reallıq təbiət adlanır. Təbiət canlı və cansız olur. == Cansız təbiət == Qeyri-maddi təbiət — enerjiyə malik olan maddə və fiziki sahə. Onun quruluşu aşağıdakı sıralama ilə gedir : elementar hissəcik, atom, kimyəvi element, planet, ulduz və kainat. Maddi təbiət — müxtəlif hallarda ola bilər :qaz, maye, bərk və plazma). Materialist dünyagörüşünə görə hesab edilir ki, qeyri-maddi təbiətin inkişafı canlı təbiətin yaranmasına gətirib çıxarıb. Cansız təbiəti aşağıdakı şəkildə ayırmaq olar: Səma cisimləri (günəş, ay, planetlər, ulduzlar,) Hava cisimləri (bulud, yağış, külək, şeh, qar,dolu) Yerin quru hissələri (materiklər, qitələr, adalar, yarımadalar, dağlar) Yerin sulu hissələri (okeanlar, dənizlər, göllər, çaylar, bulaqlar, şəlalələr) == Canlı təbiət == Canlı təbiət — bütün orqanizmlərin cəmidir. Elmdə o 7 növə bölünür: viruslar, protistlər, arxeylər, bakteriyalar, göbələklər, bitkilər və heyvanlar. Canlı orqanizm biosferanın tərkib hissəsi olan ekosistemdə yaşayır.
Təbiət elmləri
Təbiət elmləri (ing. Natural science, alm. Naturwissenschaften‎) — insana xarici münasibətdən təsir edən təbiət amillərini öyrənən elm sahələri. == Ümumi məlumat == Təbiət elmləri dünyanı naturalist nöqteyi-nəzərindən öyrənir və cəmiyyətdən təbiətə münasibətdə onun qanunlarına hörmətlə yanaşmağı tələb edir. Naturalizm insanın yaratdığı qanunları təbii proseslərə şamil etmədən, təbiət qanunlarını öyrənərək istifadə etmək üzərində qurulan sistemdir. Təbiət elmlərinin yaranması elmi tədqiqatlara fəlsəfi yanaşmanın nəticəsidir. Təbiət elmləri anlayışı həmçinin, humanitar elmlərlə ictimai elmlər arasında fərqi göstərmək üçün istifadə edilir. Riyaziyyat elmi məntiqlə birlikdə formal elmlərə daxil edilir və təbiət elmlərinə aid edilmir. Çünki, onların metodologiyası təbiət elmlərinin metodologiyasından kəskin fərqlənir. Riyaziyyat, statistika və informasiya texnologiyaları təbiət elmləri hesab olunmasalar da, bu sahədə aparılan əksər tədqiqatlar üçün mühüm elmi əhəmiyyətə malikdirlər.
Təbiət qüvvələri
Fundamental qarşılıqlı təsirlər- hissəciklər arasında mövcud olan və hissəciklərin xüsusiyyətlərini və davranışını müəyyənləşdirən təbiət qüvvələridir. Dörd qarşılıqlı təsir qüvvəsi məlumdur: elektromaqnetizm qravitasiya zəif nüvə qüvvəsi güclü qüvvə Fundamental qarşılıqlı təsirlər (ingiliscə, fundamental interaction) fizikaya aid ədəbiyyatda təbiət qüvvələri, fundamental qüvvələr kimi də adlandırılırlar. == Ümumi məlumat == Fundamental qarşılıqlı təsirlər əsasən aşağıdakı meyarlarla təyin olunurlar: təsir qüvvəsinin gücü bu qüvvənin effektiv olduğu hədd bu təsir qüvvəsinin keçiricisi və ya daşıyıcısı olan hissəciyin təbiəti == Qraviton == qravitasiya qarşılıqlı təsirin zərrəciyidir.Qravitasiya qüvvələri qarşılıqlı təsirdə olan cisimlərin hər birinin kütləsi ilə düz mərkəzləri arasındakı məsafənin kvadratı ilə tərs mütənasib olub həmişə cazibə xarakterlidir. == Foton == elektromaqnit sahəsinin zərrəciyidir.Elektrostatikanın əsas qanunu olan Kulon qanununa görə sükunətdə olan yüklü nöqtəvi cisimlər arasındakı qarşılıqlı təsir qüvvəsi yüklərin modulları hasili ilə düz, onların arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir.Eyni adlı yüklər bir- birini dəf,müxtəlif adlı yüklər isə cəzb edir.Sükunət nisbi olduğuna görə elektrik və maqnit qarşılıqlı təsirlərini bir-birindən təcrid etmək olmaz. == Qlüon == güclü və ya nüvə sahəsinin zərrəciyidir,və mənası ingiliscədən tərcümədə yapışqan deməkdir.Bu ad ona, yaxın məsafəyə və güclü təsir etdiyinə görə verilib.Güclü qarşılıqlı təsir hesabına proton və neytronlardan dayanıqlı nüvə yarana bilir.Güclü qarşılıqlı təsir elektromaqnit qarşılıqlı təsirindən təxminən 100 dəfə böyükdür.Bu qüvvələrin təsir məsafəsi təxminən 10−15m tərtibindədir və cazibə xarakterlidir. == Zəif qarşılıqlı təsir == dayanıqlı olmayan zərrəciklərin parçalanmasına səbəb olan təsirdir.Onların təsir məsafəsi daha kiçik olub təxminən 10−17m tərtibindədir.Zəif qüvvələr elektromaqnit qüvvələrinə nisbətən on min dəfələrlə kiçikdir. Makroaləmdə rast gəldiyimiz qarşılıqlı təsirlər qravitasiya və elektromaqnit qarşılıqlı təsirləridir.
Təbiət tarixi
Təbiətşünaslıq — Bütün təbiət elmlərini tam kimi öyrənən elm sahəsi. Tədqiqatda təcrübələrə deyil, müşahidələrə əsaslanır və sistemləşirilərək elmi ictəmaiyyətə təqdim edilir. Çox böyük anlayış olaraq, elmlərin mütləq əksəriyyətini özündə birləşdirir. Bir zamanlar dünyanın müxtəlif bölgələrinin alimləri bu sahədə tədqiqatlarını bir-biri ilə əlaqə olmadan aparırdılar. Hal-hazırda isə elmi nəticələr çox bağlı olaraq qarşılıqlı inkişaf edir. Təbiətşünaslıq təqribən 3000 min əvvəl meydana gəlib. Konkret elm sahələrinə bölünmə tədricən elmi biliklər artdıqca baş verib. Böyük zamnan kəsiyində elmlə ancaq filosoflar məşğul olurdular. Ticarətin inkişafı ilə coğrafiya , texnikanın inkişafı ilə isə fizika və kimya inkişaf etməyə başladı. == İstiqamətləri == Astronomiya Biologiya Biofizika Biokimya Genetika Coğrafiya Geologiya Radiobiologiya Radiokomya Fiziki kimya Kimya == Ədəbiyyat == Новосадов Б. К. Гуманитарная миссия естествознания .http://www.zpu-journal.ru/e-zpu/2009/1/Novosadov/.
Təbiət fəlsəfəsi
Naturfəlsəfə və ya təbiət fəlsəfəsi (lat. natura - “təbiət”) — təxminən XVIII əsrə qədər təbiətşünaslıq elminin ən ümumi qanunlarının ayrılmaz sistemi kimi başa düşülən təbiət fəlsəfəsini ifadə edən tarixi termin . "Filosophia naturalis" termini ilk dəfə Senekada rast gəlinir. Naturfəlsəfə qədim zamanlarda təbiət hadisələrinin "yekun səbəblərini" və əsas qanunauyğunluqlarını tapmaq cəhdi kimi yaranmışdır. Orta əsrlərdə təbiət fəlsəfəsinin ən görkəmli nümayəndələri sxolastlar olmuşdurlar. XVIII əsrə qədər təbii fəlsəfi sistemlərin əksəriyyəti sırf spekulyativ idi; klassik fizikanın meydana çıxması ilə təbiət fəlsəfəsi tez bir zamanda elm fəlsəfəsi ilə əvəzləndi və sübut üçün zəruri görünməyən hər hansı bir fərziyyə ilə kəsişdi. Lakin XIX-XX əsrlərdə yenidən müxtəlif naturfəlsəfi sistemlər meydana çıxdı. == Naturfəlsəfənin tarixi == Prof. Martin Mininin qeyd etdiyi kimi rus ədəbiyyatında qədim yunan fəlsəfəsinə münasibətdə “naturfəlsəfə” termini adətən sofistlərdən və Sokratdan başlayan insan haqqında təlimdən fərqli olaraq onun əhatə etdiyi təbiət haqqında təlimlərin şərhinə diqqət yetirir . === Orta əsrlər: İslam ölkələri === İslam ölkələrində ən mühüm fəlsəfə məktəbləri Kəlam və Peripatetzim adlanır.
Arin Təbiət Parkı
Əl-Arin Təbiət Parkı (ərəb. محمية العرين‎) — Bəhreyndə, Sahir səhrasında yerləşən zoopark və təbiət qoruğu. Park ölkənin beş qorunan ərazisindən biridir. Ancaq yalnızca quruda yerləşən yeganə qoruqdur. == Tarixi == 1976-cı ildə qurulan parkın ümumi sahəsi 7 km²-dir. Bunun içərisində Bəhreyn və bütün Ərəbistan yarımadası üçün xarakterik olan bitkilər böyüyür və heyvanlar yaşayır. Bundan əlavə zooparkda Afrika və Cənubi Asiyadan gətirilən bitki və heyvanlar təmsil olunur. Hər il orta hesabla parka 140 min nəfər gəlir. 2013-cü ildə park 199 235 ziyarətçinı qəbul etmişdir. 1999-cu ildə park Qətər Daxili İşlər və İnformasiya Nazirliyinə birləşdirildi.
Azərbaycanın təbiət abidələri
Azərbaycanın, eləcə də Qafqazın bütöv ərazisi subtropik zonada yerləşir və bu da iqlimin bəzi tiplərinin və yarım tiplərinin formalaşmasına təsir edir. Planetdə mövcud olan 11 iqlim tipindən 9-u çoxda geniş ərazisi olmayan Azərbaycanda (86,6 min km2 ) yerləşir. Relyef forması ziddiyyətliliyi ilə xarakterizə olunur: O 28 km dünya okeanı səviyyəsindən 4466 km (Bazardüzü zirvəsi) mütləq hündürlüyədək dəyişir. Ölkənin bir hissəsində yaşı 500 milyon ili aşan dağ süxurları, o biri yerdə dünən yaranan cavan çöküntülər diqqət çəkir. Dağların hündürlüyünün yüksəkliyə doğru artımı relyefin formalaşmasına səbəb olur və bu da coğrafi zonaların dəyişikliyini yaxşı ifadə edir. Əlaqələr, qarşılıqlı təsir, iqlim tipləri və yarım tiplərinin qarşılıqlı təsirləri, yamacların quruluşu və ərazidə üstünlük təşkil edən küləklərin istiqaməti təbii relyef formasının əmələ gəlməsinə səbəb olur. Azərbaycan təbiətinin unikal gözəlliyi və onun ətraf mühiti turistlərin diqqətini cəlb edir. Azərbaycanın təbii abidələri aşağıdakı qruplara bölünür: Geoloji Geoloji-geomorfoloji Hidrogeoloji Hidroloji Flora Fauna Landşaft == Geoloji abidələr == Azərbaycan Respublikasının ərazisi və Qafqazın bütün ərazisi Alp qırışıqlığı zonasındadır və mürəkkəb tektonik quruluşa malikdir. Son 13-15 min illər ərzində Azərbaycan Respublikasının ərazisində mövcud olan geoloji-geomorfoloji prosesləri iqlim şəraiti və dənizin çəkilməsi unikal relyef formasını yaratmışdır. Bütün dövrlərdə dağ süxurlarının yaşı (Alt paleolit dövründən indiyədək) insanların diqqətini cəlb etmişdir.
Blidine Təbiət Parkı
Blidine Təbiət Parkı (serb. Парк природе Блидиње, xorv. Park prirode Blidinje) — Bosniya və Herseqovinada, Dinar Alplarının mərkəzində yerləşən və 30 aprel 1995-ci ildə qurulan təbiət parkı. Bosniya və Herseqovinanın Dinar Karst bölgəsində əhəmiyyətli bir mədəni və tarixi irsə sahib olan mühüm bir təbii, hidrogeoloji qoruğu təmsil edir. Park ərazisinə Dinar Alp dağları, Duqopolye yaylası, Blidine gölü, Qrabovise vadisi və s. daxildir. == Coğrafiyası == Çvrsnisanın əriyən buzlaqların təsiri ilə açıq və qısır bir vadisi meydana gəlir. Parkın bazası Çvrsnisa və Vran dağları arasında dəniz səviyyəsindən 1150 ilə 1300 m hündürlükdə yerləşən, uzunluğu 3 ilə 5 km olan bir platodur. Parkın ümumi sahəsi 364 km²-dir. Geomorfoloji baxımdan vahid olmaqla plato coğrafi və topoqrafik cəhətdən iki hissəyə bölünür: Blidine gölü yaxınlığındakı aşağı cənub hissə və Duqopolye yaxınlığındakı yuxarı şimal hissə.
Buçeqi Təbiət Parkı
Buçeqi Təbiət Parkı (rum. Parcul Natural Bucegi) — Cənubi Karpat bölgəsindəki Buceqi dağlarının ərazisində yerləşən, Rumıniyada bir mühafizə sahəsi. Buçeqi Təbiət Parkının ərazisi 32,663 ha-dır. Rumıniyada Braşov, Dımboviţsa və Praxova mahallarının inzibati ərazisində yerləşir. == Tarixi == Uzun müddət, 20-ci əsrin əvvəllərindən etibarən Buçeqi dağ silsiləsinin nadir və zəngin florası həm Rumıniyanın özündən, həm də xaricdən olan bir çox tədqiqatçı və təbiət həvəskarlarının diqqətini çəkir. Buçeqi dağlarında mühafizə zonası təşkil etmək üçün ilk təkliflər 1936-cı ilə aiddir. Turizmin inkişafı və təbii sərvətlərdən maksimum istifadə ilə ərazinin bioloji müxtəlifliyini kütləvi şəkildə məhv olmaq təhlükəsi yaratmışdır. Buna görə hökumətin 01.27.1990 tarixli əmri ilə Buçeqi Təbiət Parkını yaratmaqla yerli təbiətin qorunması üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Buçeqi təbiət parkının coğrafi sərhədləri Rumıniya hökumətinin 4 mart 2003-cü il tarixli 230 nömrəli qərarı ilə biosfer qoruqlarının, təbii və milli parkların delimitasiyası və təbii parkın administrasiyasının yaradılması haqqında qərarı ilə müəyyən edilmişdir. Təbiət parkına mağaralar, çuxurlar, dərələr, silsilələr, kanyonlar, vadilər, şəlalələr, otlaqlar və müxtəlifliyi qoruyan meşələr olan dağlıq bir bölgə daxildir.
Samburu (təbiət qoruğu)
Samburu ( ing. Samburu National Reserve) Şərqi Afrika ölkəsi Keniya ərazisində yerləşmiş zəngin fauna və floraya malik milli park statuslu təbiət qoruğu. Qoruğun sahəsi 165 km² olub, dəniz səviyəsindən 1230–800 m yüksəklikdə yerləşmişdir. Qoruq Vaso Niuro çayı vasitəsilə ikiyə bölünür. Bu çay qoruğun ekosisteminin əsas hissəsi sayılır. Çay sahil boyu palma meşəlikləri ilə əhatə olunmuşdur. Qoruğun qonşuluğunda daha bir qouq Baffalo-Sprinqs yerləşir.
Srebırna (təbiət qoruğu)
Srebırna Təbiət Qoruğu (bolq. Природен резерват Сребърна / Priroden rezervat Srebarna) — Bolqarıstanın şimal-şərqində (Cənubi Dobruca), eyniadlı kəndin yaxınlığında, Silistra şəhərinin 18 km qərbində, Dunay çayının 2 km cənubunda yerləşən təbiət qoruğu. Qoruq Srebırna gölünü və ətraf əraziləri əhatə edir, quşların Avropa ilə Afrika arasındakı miqrasiya marşutu olan Portika yolunun üzərində yerləşir. Qoruğun sahəsi 6 km2, bufer zonasının sahəsi 5,4 km2 təşkil edir. Gölün dərinliyi 1–3 metr arasında dəyişir. Qoruqda muzey fəaliyyət göstərir, bu muzeydə qoruq ərazisi üçün nadir olan quş növlərinin doldurulmuş maketləri sərgilənir. == Tarix == Srebırna gölü keçmişdə bir çox əcnəbi bioloqlar tərəfindən bir çox dəfə tədqiq edilmişdir. Göl ilə maraqlanan ilk bolqar alim buranı 1911-ci ildə ziyarət etmiş Aleksi Petrov olmuşdur. 1913-cü ildə Cənubi Dobruca Rumıniyanın əlinə keçmişdir, amma Bolqarıstan 1940-cı ildə bu torpağı geri almışdır. Petrov gölün yaxınlığında yuvalayan quş koloniyalarını öyrənmək üçün gölü bir dəfə də ziyarət etmişdir.
Srebırna Təbiət Qoruğu
Srebırna Təbiət Qoruğu (bolq. Природен резерват Сребърна / Priroden rezervat Srebarna) — Bolqarıstanın şimal-şərqində (Cənubi Dobruca), eyniadlı kəndin yaxınlığında, Silistra şəhərinin 18 km qərbində, Dunay çayının 2 km cənubunda yerləşən təbiət qoruğu. Qoruq Srebırna gölünü və ətraf əraziləri əhatə edir, quşların Avropa ilə Afrika arasındakı miqrasiya marşutu olan Portika yolunun üzərində yerləşir. Qoruğun sahəsi 6 km2, bufer zonasının sahəsi 5,4 km2 təşkil edir. Gölün dərinliyi 1–3 metr arasında dəyişir. Qoruqda muzey fəaliyyət göstərir, bu muzeydə qoruq ərazisi üçün nadir olan quş növlərinin doldurulmuş maketləri sərgilənir. == Tarix == Srebırna gölü keçmişdə bir çox əcnəbi bioloqlar tərəfindən bir çox dəfə tədqiq edilmişdir. Göl ilə maraqlanan ilk bolqar alim buranı 1911-ci ildə ziyarət etmiş Aleksi Petrov olmuşdur. 1913-cü ildə Cənubi Dobruca Rumıniyanın əlinə keçmişdir, amma Bolqarıstan 1940-cı ildə bu torpağı geri almışdır. Petrov gölün yaxınlığında yuvalayan quş koloniyalarını öyrənmək üçün gölü bir dəfə də ziyarət etmişdir.
Türkmənbaşı Təbiət Parkı
Türkmənbaşı Təbiət Parkı (türk. Türkmenbaşı Tabiat Parkı) ― Türkiyənin İstanbul ilinin Sarıyer ilçəsində yerləşən təbiət parkı. Sarıyer ilçəsində, Böyükdərənin PTT Evləri məhəlləsindəki Hacı Osman Bayırı prospektinin qərbində yerləşən park 5,6 hektarlıq ərazini əhatə edir. Təbiət parkı 1998-ci ildə Türkiyə və Türkmənistanın paylaşdığı mədəni dəyərlərə hörmət məqsədilə yaradılmışdır. 7 may 1998-ci ildə 5.60 ha-lıq sahəsi ilə təbiət parkı adını almışdır. Park Türkmənistan prezidenti Saparmurat Niyazovun (1940–2006) şərəfinə "Türkmənbaşı" (hərfi mənası: Türkmənlərin başçısı) adlandırılmışdır. Təbiət parkı gündəlik ziyarətçilər üçün gəzinti və piknik kimi açıq hava istirahət fəaliyyətlərini təklif edir. Ərazidə uşaqlar üçün oyun meydançası mövcuddur. Türkmənistan ilə Türkiyə arasında ortaq mədəniyyətlərin paylaşıldığı bir sahə olaraq qəbul edilən təbiət parkıdır. == Ekosistem == Flora Təbiət parkının ümumi bitkisi şamdır.
Təbiət yoxsa tərbiyə
Təbiət, yoxsa tərbiyə — biologiyada və cəmiyyətdə taleyi təyin edən iki rəqabətli amil: genetika (təbiət) və ətraf mühit (tərbiyə) arasında tarazlıq haqqında uzun müddətdir davam edən mübahisə. İngilis dilində bununla bağlı işlənən "nature and nurture" alliterativ ifadəsi ən azı Yelizaveta dövründən istifadə olunur və kökləri orta əsr fransız dilinə gedib çıxır. İki anlayışın bir-birini tamamlayan birləşməsi qədim anlayışdır (q.yun. ἁπό φύσεως καὶ εὐτροφίας). Təbiət insanların ilkin təsir kimi düşündüyü şeydir, genetik irsiyyət və digər bioloji amillərdən təsirlənir. Tərbiyə ümumiyyətlə konsepsiyadan sonra xarici amillərin təsiri kimi qəbul edilir, məsələn, məruz qalma, təcrübə və öyrənmə məhsuludur. Müasir mənada ifadə, irsiyyət və ətraf mühitin sosial tərəqqiyə təsirini müzakirə edərkən, yevgenika və davranış genetikasının müasir banisi Viktoriya dövrü polimatı Frensis Qalton tərəfindən populyarlaşmışdır. Qalton, təkamülçü bioloq Çarlz Darvinin Növlərin mənşəyi əsərindən təsirlənmişdir. İnsanların davranış xüsusiyyətlərinin hamısını və yaxud demək olar ki, hamısını "tərbiyə"dən əldə etməsi fikri 1690-cı ildə Con Lokk tərəfindən tabula rasa ("boş və ya ağ lövhə") adlandırıldı. İnsanın davranış xüsusiyyətlərinin demək olar ki, yalnız ətraf mühitin təsirindən inkişaf etdiyini güman edən insan inkişafı psixologiyasında boş bir fikir XX əsrin böyük bir hissəsində geniş yayılmışdı.
Təbriz təbiət muzeyi
Təbriz Təbiət Tarixi Muzeyi — 1993-cü ildə Təbriz şəhərində yaradılıb. Muzeyin ekspozisiyasına müxtəlif botanik və zooloji eksponatlar daxildir. Burada dinozavr qalıqları da nümayiş etdirilir. == Haqqında == Təbriz Təbiət Tarixi Muzeyi 1993-cü ildə İran Ətraf Mühit Nazirliyi tərəfindən yaradılıb. Muzeydə Şərqi Azərbaycanda və bölgədə yaşayan bir sıra məməlilərin, sürünənlərin, quşların və su canlılarının nümunələri nümayiş etdirilir. Bundan başqa canlıların yaşadıqları mühiti təsvir etmək üçün təbiət rəsmlərindən də istifadə olunub. Muzeyin ekspozisiyasına 38 növ məməli, 49 növ quş, 13 növ sürünən, 9 növ suda yaşayan canlıların nümunələri daxildir. Bundan başqa otaqlardan biri 50 milyon il əvvəl yaşamış Mezozoy dövrünə aid dinozavrlara həsr olunub.
Ukraynanın təbiət qoruqları
Ukraynanın təbiət qoruqları — 16 iyun 1993-cü il tarixli "Ukraynanın Təbiət Qoruğu Fondu haqqında", Ukraynanın Qanununa əsasən, Ukraynanın Təbiət Qoruğu Fondunun obyektlərinə aiddir: xüsusi ekoloji, elmi, estetik, istirahət və digər dəyərlərə malik qorunması və istifadəsi üçün xüsusi rejimi qurulan milli sərvətlər. 2013-cü ilin oktyabr ayına olan məlumata görə, Ukraynada 19 qoruq vardır. == Statistik məlumatlar == Ukraynanın elan olunmuş sərhədləri daxilində (Rusiyanın nəzarətində olan Krım da daxil olmaqla) təbiət qoruqlarının ümumi sahəsi 1916,6 km²-dir. Ukraynanın ən böyük qorunan təbiət ərazisi Krım Təbiət Qoruğudur. Ancaq faktiki olaraq Ukrayna əraziyə nəzarət etmir. Ukraynanın nəzarət etdiyi ərazidə yerləşən ən böyük qoruq isə Rovne Təbiət Qoruğudur. Ukraynadakı ən kiçik qoruq Martyan burnudur (240 ha). Krım ehtiyatları nəzərə alınmadan isə Mixaylovskaya Tselina təbiət qoruğudur (882.9 ha).
Çexey Təbiət Yasaqlığı
Çexey Təbiət Yasaqlığı (rum. Balta Cehei) — Rumıniyanın şimal-qərbində, Krasna çayı hövzəsində yerləşən və özünəməxsus su ekosisteminə malik təbiət yasaqlığıdır. == Fauna == Quşlar: kiçik danquşcuq (Ixobrychus minutus), yaşılbaş ördək (Anas platyrhinchos), Acrocephalus arundinaceus, ağ leylək (Ciconia ciconia), adi qamışfərəsi (Gallinula chloropus); Qurbağalar: Bombina veriegata, Bombina bomina; Sürünənlər: Avropa yaşıl kərtənkələsi (Lacerta viridis) == Flora == Çexey nohuru, çoxsaylı nadir növlərə sahib, yüksək çeşidli floranın inkişafı üçün çox əlverişli bir ərazidir.
Çilinqoz Təbiət Parkı
Çilinqoz Təbiət Parkı (türk. Çilingoz Tabiat Parkı) ― Türkiyənin İstanbul ilinin Çatalca ilçəsində yerləşən təbiət parkı. Park Qara dəniz sahilində, İstanbulun şimal-qərbində yerləşən Çatalça ilçəsinin Binkılıç qəsəbəsində 17,75 hektarlıq ərazini əhatə edir. 2011-ci ildə yaradılmış təbiət parkını özündə birləşdirən bölgə 2005-ci ildə zəngin flora və faunasına görə Vəhşi Həyatı Qoruma Sahəsi elan edilmişdir. Bu səbəbdən bölgədə ov davamlı olaraq qadağandır. Təbiət parkı çimərlik, meşə və göl ekosistemlərini özündə birləşdirən körfəzdə yerləşir. Parkın şimalında 1,200 metr (3,900 ft) uzunluğunda və 80 metr (260 ft) enindəki zərif qumlu geniş çimərlik mövcuddur. Ərazidəki Çilinqoz kriki şimala doğru axaraq Qara dənizə tökülür və burada qumlu- allüvial mənsəb yaradır. Çay həmçinin burada qamışla əhatə olunmuş böyük bir göl də əmələ gətirir. Təbiət parkı ziyarətçilər üçün düşərgə, balıq ovu, gəzintivə piknik kimi açıq hava istirahət fəaliyyətlərini təklif edir.
İquasu (təbiət qoruğu)
İquasu (isp. Parque Nacional Iguazú) — Argentinanın İquasu departamentinin Misones vilayətində eyniadlı çayın sahilində yerləşən zəngin fauna və floraya malik milli park təbiət qoruğu. 1934-cü ildə əsası qoyulmuş bu milli parkın ərazisində bir təbiət abidəsi İquasu şəlaləsi, "İblis boğazı" yerləşir. Milli park 1984 cü ildən etibarən UNESCO tərəfindən Ümumdünya İrsi siyahısına salınmışdır.
Dəyirmanburnu Təbiət Parkı
Dəyirmanburnu Təbiət Parkı (türk. Değirmenburnu Tabiat Parkı) ― Türkiyənin İstanbul ilində yerləşən təbiət parkı. == Təbiət parkı == Dəyirmanburnu Təbiət Parkı İstanbul ilinin cənub-şərqindəki Adalar səmtindəki Heybəliadanın şimalında yerləşir. Heybəliada böyüklüyünə görə Mərmərə dənizindəki doqquz adadan ibarət Şahzadə adalarının ikincisidir. Adanın şimalındakı bu ərazi 2011-ci ildə Ətraf və Meşə Nazirliyi tərəfindən təbiət parkı elan edilmişdir. Park 12,28 hektarlıq ərazini əhatə edir. Təbiət parkı açıq havada gəzinti və üzgüçülük fəaliyyətləri ilə birlikdə gündəlik fayton sürmə və velosiped icarəsi də təklif edir. Parkda açıq hava kofe evi fəaliyyət göstərir. Heybeliada sanatoriyası, Halki Şərqi Pravoslav Kilsəsi və İlahiyyat Məktəbi və dəyirman kimi tarixi binalar parkın ərazisini ziyarət etmək üçün maraqlı yerlərdir. == İqlim == Parkın iqliminə Aralıq dənizi iqlimi təsir göstərir.
Azərbaycanda vəhşi təbiət
Azərbaycanın vəhşi təbiəti onun flora və faunasından və onların təbii yaşayış mühitindən ibarətdir. Azərbaycan faunasının simvolu Qarabağ atı olaraq qəbul edilir. Bu at cinsi dağ-çöl mühitində yaşayır və yarış və minik atı kimi istifadə edilir. Bu at cinsinə yalnız Azərbaycanda rast gəlinir. Bu, ən qədim cinslərdən biridi, ilk dəfə V əsrdə Qarabağ bölgəsində əhilləşdirilərək yetişdirilib və bu regionun adını daşıyır. Azərbaycanda fərqli heyvan növlərinin təbii yaşayış mühiti müxtəlifdir. Bəzi növlər yalnız müəyyən ərazilərdə, göl kənarlarında, dağlıq yamaclarda məskunlaşır, digərləri isə ölkə daxilində səpələnmişdir. Məsələn, sərçəkimilər fəsiləsinə mənsub quşlara bütün Azərbaycanda rast gəlmək olar. Minik heyvanların (mal-qara, ev quşları və s.) təbii yaşayış yerindən asılı olaraq, protozoy parazitləri də ölkənin bütün ərazilərində qeydə alınır. Məməlilər arasında düzənliklərdə ceyranlar, Qafqaz keçisi əsasən dağlıq ərazilərində məskunlaşır və əksər quş növlərinə meşələrdə və ya su hövzələrində rast gəlmək olar.
Yaqubabdal Təbiət Parkı
Yaqubabdal Təbiət Parkı (türk. Yakupabdal Tabiat Parkı) — Türkiyənin Bayburt vilayətinin Dəmirözü rayonunda yerləşən təbiət parkı. 2 dekabr 2014-cü ildə açılmışdır. 24 saat açıqdır. Yaqubabdal Təbiət Parkı Bayburt şəhər mərkəzinə 50 km, Dəmirözü şəhər mərkəzindən isə 20 km məsafədə yerləşir. Təbiət parkının turizm potensialının artırılması məqsədilə 2018-ci ildə parkın daxilində abadlıq işlərinə başlanılmış və işlər xeyli dərəcədə yekunlaşmışdır.
Hirkan Dövlət Təbiət Yasaqlığı
Hirkan Dövlət Təbiət Yasaqlığı — Lənkəran və Astara rayonu ları ərazisində yerləşir. == Haqqında == Bu qoruq Hirkan Milli Parkı ilə həmsərhəd meşələrin mühafizəsi, Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin miqrasiya yollarının, həmin ərazidə ekosistemin bütövlüyünün və bioloji müxtəlifliyinin qorunub saxlanılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2005-ci il tarixli, 234 nömrəli Qərarı ilə yaradılmışdır. Hirkan qoruğu Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Ərazisi 21435 hektardır. Milli Park Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii ərazilərini əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli Qərarı ilə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının"Qırmızı Kitab"ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. == Ərazisi == Hirkan Milli Parkının ərazisinin çox hissəsini meşələr və şimal-qərbdən cənub-şərqə doğru uzanan sıra dağlar əhatə edir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Buranın yayı quraq, payızı rütubətli, qışı isə mülayimdir.
Hutovo Blato Təbiət Parkı
Hutovo Blato — Bosniya və Herseqovinada yerləşən təbiət qoruğu və quş qoruğu. Bura ilk növbədə Krupa çayının yeraltı su sisteminin yaratdığı bataqlıq ərazilərdən ibarətdir. Deransko gölü və Svitavsko gölünü ayıran Ostrvo əhəngdaşı massivindən qidalanır. Qoruq BirdLife İnternational-ın Əhəmiyyətli Quş Bölgələri siyahısındadır. Həm ölçüsü, həm də müxtəlifliyi baxımından bölgədəki ən böyük qoruqdur. Deransko gölünün ətrafındakı Aralıq dənizi bataqlıqları buranı daimi ev halına gətirən 240-dan çox köçəri quş və onlarla insanın yaşadığı yerdir. Köç mövsümündə on minlərlə quş göl və ətrafını doldurur. == Bataqlıq ərazilər == Neretva çayının son 30 km boyunca yerləşən dərə və həmçinin çayın özü möhtəşəm mənzərəni əhatə edir. Qoşqularının, Trebižat və Bregava çaylarının məcrasından aşağıda, dərə 20.000 hektar ərazini əhatə edən bir allüvial əraziyə yayılmışdır. Bosniya və Herseqovinadakı 7.411 hektar ərazidə olan yuxarı vadiyə Hutovo Blato deyilir.
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi — 1930-cu ildə yaradılmış Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi. Muzey 1930-cu ildə Azərbaycan Dövlət Muzeyinin biologiya şöbəsi əsasında yaradılmışdır və 1945-ci ildən Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Geologiya İnstitutunun tərkibindədir. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutuna mənsub muzey. Muzey Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır. == Məzmun == Zərdabi adına Təbiət Tarixi Muzeyi ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri əks etdirilmişdir. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontologiya bölməsinin böyük marağa səbəb olması onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir (Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları). Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar)., == Muzey ekspozisiyası == 1944-cü ildə muzeyə Həsən bəy Zərdabinin adı verilmişdir. Muzey 2 əsas şöbədən geologiya və zoologiya şöbələrindən ibarətdir.
Katun Dövlət Təbiət Qoruğu
Katun biosfer qoruğu — Rusiyanın dövlət təbiət qoruğu. 2000-ci ilin yanvarından biosfer statusunu almışdır. Qoruq 25 iyun 1991-ci ildə yaradılımış və Mərkəzi Altayın yüksək dağlıq ərazisində yerləşir. Sahəsi — 151 664 hektardır. Qoruğun idarə mərkəzi Ust-Koksa kəndindədir. Kutan və Alyat qoruqlarının ərazisi «Altayın Qızıl Dağları» adı altında UNESCO Ümumdünya irsinə daxil edilmişdir (1998). 2000-ci ildə qoruq UNESCO-un Ümumdünya biosfer ehtiyatları şəbəkəsinin «İnsan və biosfer» proqramına əlavə olunmuşdur. Altay-Sayan milli parkının və qoruqlar assosiasının tərkibə daxildir. == Fiziki-coğrafi xüsusiyyətləri == Katun qoruğu Mərkəzi Altay fiziki-coğrafi vilayətə aiddir. Qoruq özündə Katun silsiləsinin cənub, qismən şimal və Listvyaqa silsiləsini birləşdirir.
Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı
Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı — 1978-ci ilin fevralında Lənkəran rayonu ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı su, bataqlıq və quru ərazilərinin köçəri və oturaq quşlarını qorumaqdır. Ərazisi 10 700 hektardır. Kiçik Qızılağac körfəzi balıqlarla zəngindir və çoxlu sayda köçəri və oturaq quşların məskənidir. Yasaqlıqda quşlardan turac, dovdaq, mərmər cürə, dəniz qartalı, məzar qartalı, sultan toyuğu, dovdaq, ərsindimdik, qırmızıdöş qaz və s., məməlilərdən canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq və s. növlərə təsadüf edilir.
Korab-Koritnik Təbiət Parkı
Korab-Koritnik Təbiət Parkı (alb. Parku Natyror i Korab-Koritnikut) ― Albaniyanın şərqində yerləşən təbiət parkı. Park nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin qorunmasına xidmət edən Avropa yaşıl kəmərinin bir hissəsini təşkil edir. Ərazi vadilər, çaylar, buzlaq gölləri, mağaralar, kanyonlar, o cümlədən sıx iynəyarpaqlı və enliyarpaqlı meşələrdən ibarət 555.5 m² dağlıq ərazinin əhət edir. Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) parkı IV kateqoriyaya daxil etmişdir. Korab-Koritnik Təbiət Parkı şimaldan Kosovo ilə sərhəddən başlayaraq cənubda Şimali Makedoniya sərhəddindəki Deşa dağlarına qədər uzanır. Təbiət parkı Korab dağlarının və Koritnik dağının adını daşıyır. Korab zirvəsi 2,764 metr (9,068 ft) yüksəkliyi ilə həm Albaniya, həm də Şimali Makedoniyanın ən yüksək zirvəsidir. Dağ həm də Avropada birdən çox ölkə üçün ən yüksək nöqtə olan iki zirvədən biri və Avropanın ən məşhur 18-ci dağ zirvəsidir. Zirvə paçalanmış dağ massividir və əsasən Paleozoy dövrünə aid şist və əhəng daşından və həmçinin Triasa aid ciddi şəkildə zədələnmiş gips süxurlarından ibarətdir.
Korçay Dövlət Təbiət Qoruğu
Korçay dövlət təbiət qoruğu — Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə Goranboy rayonunun inzibati ərazinin 4833,6 hektar sahəsində yaradılmış qoruq. == Yaradılmasında məqsəd == Yaradılmasının əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır. Korçay Dövlət Təbiət Qoruğunda 300 ceyran məskunlaşdırılmışdır. == Coğrafiyası == Torpaq örtüyü əsasən müxtəlif dərəcədə şorlaşmış adi və açıq şabalıdı, qismən də allüvial-çəmən torpaqlardan ibarətdir. Ərazinin relyefi düzənlik, təpəlik və alçaq daglıq (Bozdağ) sahələrindən ibarətdir. Ərazidə qışı quraq keçən yarımsəhra və quru bozqır iqlim tipii hakimdir. Bitki örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir. Buranın təbii landşaft sahələri heyvan və quşlar üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın "Qırmızı Kitab"ına daxil olmuş heyvanlardan əsasən ceyranı və turac buranın daimi sakinləridir.
Korçay Dövlət Təbiət Yasaqlığı
Korçay Dövlət Təbiət Yasaqlığı - 1961-ci ilin noyabrında Xanlar və Goranboy rayonlarının ərazisində yaradılmışdır. Yaradılmasının əsas məqsədi ərazidəki ov əhəmiyyətli heyvan və quşları qorumaqdır. Yasaqlığın ümumi sahəsi 15.000 hektardır. Bitkti örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.
Kumecima Prefektural Təbiət Parkı
Kumecima Prefektural Təbiət Parkı (久米島県立自然公園, Kumejima kenritsu shizen kōen) – Yaponiyanın Okinava prefekturasında, Kumecima adalarını əhatə edən prefektural təbiət parkı. 30 may 1983-cü ildə təşkil olunmuşdur və sahəsi 118,68 km² təşkil edir.
Laçın Dövlət Təbiət Yasaqlığı
Laçın Dövlət Təbiət Yasaqlığı — Laçın dövlət yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaqdır.Ən yüksək zirvə Qırxqızdır (2825 m), Şəlvə, Piçənis, Qorçu və s. çayların endiyi dərin dərələr vasitəsi ilə kəskin parçalanmışdır. Ərazisi 21370 hektardır. Yasaqlığın 862 ha və ya 4% ərazisi qayalar və uçqunlar, 34,0 ha ərazisi isə xüsusi təyinatlı torpaqlardan ibarətdir. == Ümumi məlumat == Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Laçın dövlət yasaqlığının sahəsi 21,4 hektardır, bu da respublika ərazisinin 0,25%, respublika yasaqlıqlarının isə 8,8% təşkil edirdi. Həmin sahənin 7369 ha və ya 34,5%-i meşə sahəsi, 1448 ha və ya 6,8% alp çəmənliyi, 7400 ha və ya 34,8% subalp çəmənliyi, 4257 ha və ya 20% otlaqlar, 862 ha və ya 4% qayalar və üçqunlar, 34,0 ha xüsusi təyinatlı torpaqlardır.
Milli Təbiət Tarix muzeyi (Vaşinqton)
Milli Təbiət Tarix muzeyi (Vaşinqton) (ing. National Museum of Natural History) — muzey 1910-ci ildə Smitson Universiteti nəzdindən yaradılmışdır. Muzey ABŞ paytaxtı olan Vaşinqtonda yerləşir. Bura giriş pulsuzdur. İlin 364 günü fəaliyyət göstərir. Bircə milad günü fəaliyyət gösərmir. Muzeyin 126 milyon bitki, heyvan, arxeoloji tapıntı, meteorid və incəsənət nümunələri vardır. Burada 185 təcrübəli mütəxəsislər işləyir.
Nimba dağı Təbiət Qoruğu
Nimba dağı Təbiət Qoruğu — Qvineya və Kot-d'İvuar ərazisində yerləşən, Qvineyada 12540 hektar, Kot-d'İvuarda isə 5000 hektar olmaqla 17.540 hektarlıq ərazini əhatə edən qorunana təbiət ərazisi və UNESCO-nun Ümumdünya irsi ərazisi. Qoruq Nimba silsiləsinin əhəmiyyətli hissələrini,yerli endemik növlərin də daxil olduğu qeyri-adi dərəcədə zəngin flora və faunası olan coğrafi baxımdan unikal bir ərazini əhatə edir. Ən yüksək zirvəsi hər iki ölkənin ən yüksək zirvəsi olan 1.752 m (5.750 ft) hündürlüyündəki Nimba dağıdır. == Tarix == Təbiət qoruğu Kot d'İvuarda 1943-cü ildə 4190 SE/F Sərəncamı ilə, Qvineyada isə 1944-cü ildə yaradıldı. Qvineya hissəsi 1980-ci ildə biosfer qoruğu olaraq qəbul edildi. Hər iki ehtiyat 1981 (Qvineya) və 1982-ci ildə (Kot d'İvuar) ümumi bir Ümumdünya irsi sahəsi yaratmaq üçün birləşdirildi. 1992-ci ildə ərazidə mədən üçün dəmir filizi kəşfiyyatı başlandı və qoruq o vaxtdan bəri UNESCO-nun Təhlükədə olan Dünya İrsinin siyahısına daxil edilmişdir. Ərazidə təkmilləşdirilmiş bir qoruma naminə Qvineya Parkları Vəqfi tərəfindən bir konservasiya idarəetmə mərkəzi qurulub. Layihə 2016-cı ildə Qvineya Hökuməti və CEGENS tərəfindən təsdiqlənmişdir. == Coğrafiya == Nimba silsiləsi şimali-cənub-qərb istiqamətə yönəlmiş, təxminən 40 km-ə qədər uzanan dar bir silsilədir.
Okatse kanyonu təbiət abidəsi
Okatse kanyonu təbiət abidəsi ( gürc. ოკაცეს კანიონი ) — Gürcüstanın İmereti bölgəsinə daxil olan Xoni bələdiyyəsində, dəniz səviyyəsindən 520 metr yüksəklikdəki Zeda-Qordi kəndi yaxınlığında yerləşən, Okatse çayının eroziyası nəticəsində yaranmış kanyon. == Morfologiya == Okatse kanyonu təbiət abidəsi 14 kilometr uzunluğundakı Okatse çayının 2 kilometrlik bir hissəsidir. Çay vadisindəki eroziya 3–6 metr, bəzi yerlərdə isə 15–20 metr enində bir kanyon yaratmışdır. Kanyonun dərinliyi 20 ilə 100 metr arasında dəyişir. Kanyonda Kinçxa şəlaləsi təbiət abidəsi də daxil olmaqla bir neçə şəlalə və bir neçə kiçik göl var. Onlardan biri olan Oskapo 60 metr uzunluğundadır. Bəzi yerlərdə kanyon divarları az qala birləşib təbii mağaralar əmələ gətirir. Bunlardan biri Boqa adlanır və bu mağaradan kanyonun dibi görünür. Boqadan aşağıda kanyonun dərinliyi 100 metrə qədər artır.
Ordubad Dövlət Təbiət Yasaqlığı
Ordubad Dövlət Təbiət Yasaqlığı – 1969-cu ilin iyulunda Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsi Milli Park elan edilmişdir. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. Hal-hazırda yasaqlığın ərazisi 27869 hektardır. Yasaqlığın yaradılmasında məqsəd ərazidəki nadir və qiymətli heyvanları qoruyub artırmaqdır. Ərazidə bezoar keçisi, köpgər, daş dələsi, canavar, çaqqal, tülkü və s. məməli heyvan novlərinə, turac, qırqovul, kəklik, bildirçin, alabaxta və s. quş növlərinə rast gəlinir.
Palçıq Vulkanları Dövlət Təbiət Qoruğu
Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu – Azərbaycanın Abşeron rayonunda yerləşən dövlət qoruğu. Qoruğun ərazisi 12.322,84 hektardır və burada 43 palçıq vulkanı mühafizə olunur. Dünyanın ən böyük palçıq vulkanı Torağay da bu qoruqda mühafizə olunur. == Tarixi == Azərbaycan Respublikası palçıq vulkanlarının ən çox yayıldığı ölkədir. Hazırda ölkədə 400-dən çox palçıq vulkanı qeydə alınıb, bu da dünyada olan palçıq vulkanlarının yarısının Azərbaycanda olduğunu bildirir. Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində yaradılıb. Müvafiq Sərəncama əsasən Dövlət Təbiət Qoruğunun yaradılmasının əsas məqsədi kimi palçıq vulkanlarına antropogen təsirlərin azaldılması, ərazidə aparılan intensiv inşaat işləri və vulkanların püskürmə ehtimalı olan zonalarda yaşayış binalarının inşasının qarşısınının alınması göstərilib. Bundan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12.322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilib. == Fəaliyyət == Qoruğun fəaliyyətində əsasən iki prioritet istiqamət müəyyən olunmuşdur: Vulkanik landşaftın, təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək. Elmi tədqiqatları təşkil etmək və ekoloji monitorinqi həyata keçirmək.
Paris Milli Təbiət Tarix muzeyi
Paris Milli Təbiət Tarix muzeyi (fr. Muséum national d'histoire naturelle) aşagıdakı müəssisələrdən ibarətdir: Parisdə: Bitkilər bağı Vensen zooparkı İnsan muzeyi Təkamül qalereyası Mineralogiya qalereyası Paleontoloji muzey Kiçik zoopark. Parisdən kənarda: Şevrlu dendrariyası (Chèvreloup, Rocquencourt) Kler zooparkı Konkarno dəniz biostansiyası Ot-Tuş zooparkı İbtidai icma muzeyi Jayziniya alp botanik bağı Val-Rame ekzotik botanik bağı Bryonua ekoloji laboratoriya Muzeyin 1850 nəfər əməkdaşı vardır. Onlardan 500 nəfəri elmi işçilərdir. == Muzeyin tarixi == 2009—2012-ci illər ərzində muzeyin genişmiqyaslı yenilənməsi proqramı planlaşdırılırdı. Ümumilikdə restavrasiya işlərinə 280 milyon avro xərclənilməsi nəzərdə tutulur. == Mənbə == MNHN official website (ing.) the Virtual Gallery of Mineralogy Arxivləşdirilib 2008-09-02 at the Wayback Machine (ing.) Flickr Mostly Paris, some Lille.
Pirqulu Dövlət Təbiət Qoruğu
Pirqulu dövlət təbiət qoruğu — Böyük Qafqaz dağları döşünün Cənubi – Şərq hissəsində yerləşir. 1968-ci il dekabrın 25-də Şamaxı rayonun dağ – meşəlik sahəsində yaradılmışdır. Ümumi sahəsi 1,52 min ha-dır, o cümlədən meşəlik sahəsi 1,43 min ha. Qoruğun ərazisində 60-dan çox ağac növü bitir. Gözəl mənzərəsi ilə fərqlənir Hazırda burada AzərbaycanınAstrofizika Rəsədxanası fəaliyyət göstərir.1970-ci ildən qoruğun ərazisində AMEA-akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun stasionar müşahidə laboratoriyası kompleks müşahidələri davam etdirir. Qoruğun sahəsi dağ dərələri və dərin vadilər hesabına 3 tərkib hissəyə bölünmüşdür. Torpaqları qonur dağ – meşə, palıdı dağ – meşə və çürüntülü, karbonatlı dağ meşə hissələrdən ibarətdir. İqlimi qışda soyuq, başqa vaxtlar mülayim istidir. Meşə massivini əsasən vələs meşəsi (57 %), çoxsaylı palıdlar (24 %), fıstıq (18 %-ə yaxın) təşkil edirlər. Bu meşələrdə hətta söyüd, qaracöhrə, ağcaqayın, göyrüş ağaclarına da rast olunur.
Poda Qorunan Təbiət Ərazisi
Poda Qorunan Təbiət Ərazisi — 1989-cu ildə Bolqarıstan Su və Ətraf Mühit Nazirliyi tərəfindən qorunan ərazi elan edildi. Bura Bolqarıstanda qeyri-hökumət təşkilatı və qeyri-Hökumət qorumaları cəmiyyəti olan Bolqar Quşları Müdafiə Cəmiyyəti (ing. Bulgarian Society for the Protection of Birds)(BSPB) tərəfindən tamamilə idarə olunan və ilk qorunan ərazidir. BSPB, Nazirlər Kabinetinin İdarəetmə Planı tərəfindən qəbul edilən fəaliyyətləri hazırlayır və həyata keçirir, lakin maliyyəsini giriş haqlarından, satılan hədiyyələrdən və verilən fondlardan alır. Cəmiyyət tənzimləmə vasitəsilə təbiətin qorunması, ekoloji təhsil və ekoturizm üçün davamlı bir model olmağı hədəfləyir. Bolqarıstanın cənub-şərqi Qara dəniz sahilindəki liman şəhəri Burqasdan cənubda yerləşən Poda, Qara dəniz və üç böyük göl – Vaya gölü, Mandra gölü və Atanasovsko gölü ilə əhatə olunmuşdur. Poda ilə qorunan ərazi ilə yanaşı, Burqaz gölləri adlanan böyük bir bataqlıq ərazisini meydana gətirirlər. Şərqi Avropa köçəri yolundan istifadə edən köçəri quşların çoxu üçün Via Pontika istirahət stansiyası olaraq bioloji əhəmiyyətli bir sahədir. 2002-ci ildə Poda Ramsar Konvensiyasına əsasən beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazilərinin Ramsar siyahısına daxil edildi. == Ekologiya == Nisbətən kiçik bir ərazini tutmasına baxmayaraq, Poda qorunan ərazisində 265 quş növü müşahidə edilmişdir.
Qaragöl Dövlət Təbiət Qoruğu
Qaragöl Dövlət Təbiət Qoruğu — Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonunun sərhədində yerləşir. Sərhəd gölü hesab edilir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir. Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci tarixində Azərbaycan SSR və Ermənistan SSR-in direktiv orqanlarının qərarı ilə yaradılmış, respublikalararası dövlət qoruğu elən edilmişdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir.Onun suyundan yerli əhali qoyun sürülərinin,əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edir. Sahəsi 240 hektar olub, dəniz səviyyəsindən 2658 km yüksəklikdə, Qarabağ vulkanik yaylasında yerləşir. İşıqlı dağında yerləşən Qaragöl (Sevliç) dəniz səviyyəsindən 2658 m hündürlükdə Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlançayın mənbə hissəsində, Böyük İşıxlı dağının (3548m) şimal ətəyindədir. Şimal-gərbdən Dəmirdaş və Kiçik İşıxlı (3452) dağı ilə, şimaldan Canqutaran (2790m) dağı, şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunmuşdur. Bu göl sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir.
Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı
Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı — 1964-cü ilin fevralında indiki Ağstafa rayonunun Qarayazı meşələri sahəsində yaradılmış yasaqlıq. Ərazisi 11970 hektardır. == Coğrafiyası == Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay, palıd, cavan qarışıq meşə və kolluqlardan, kollu və ot bitkisi olan açıqlıqlardan, otlaqlardan, əkindən, qamışlı cəngəlliklərdən, çınqıllıqlardan, su sahəsindən ibarətdir. Yasaqlığın ərazisi insanın təsərrüfat fəaliyyətinin intensiv təsirinə məruz qalsa da, heyvan və quşlarla zəngindir. Burada maral, çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq kimi məməlilər, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin quş növləri vardır.
Qarayazı Dövlət Təbiət Qoruğu
Qarayazı Dövlət Təbiət Qoruğu — Azərbaycanın şimal-qərbində, Ağstafa rayonunda, Kür çayının sol sahilində yerləşən qoruq. Qarayazı Dövlət Təbiət Qoruğu 1978-ci il mart ayının 2-də təşkil olunmuşdur. Ümumi sahəsi 4,86 min ha, o cümlədən meşəlik sahəsi 3,48 ha-dır. Qoruğun sahəsini əsasən Tuqay meşələri, keçmiş əkin, örüş yerləri və boş sahələr təşkil edir. Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində 6000 hektara yaxın ərazidə yaradılmışdır, lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verildi və 4855 hektar ərazisi qaldı. 2003-cü ildə qoruğun ərazisi genişləndirilərək 9658 hektara çatdırıldı. Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. == Qarayazı meşələri == Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir. Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və Kürün hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişilmişdir.
Qax Dövlət Təbiət Yasaqlığı
Qax Dövlət Təbiət Yasaqlığı — Azərbaycan Respublikasında yasaqlıq. Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi, İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilmiş heyvan növlərinin bərpa edilməsi məqsədilə, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qax rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2003-cü il tarixli, 84 nömrəli Qərarına əsasən yaradılmışdır. Sahəsi 36.836 hektardır. İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarmda və Acınohur düzündə fauna mühafizə olunur və nəsli kəsilməkdə olan heyvan növləri bərpa edilir.

Digər lüğətlərdə