TAIL

tail1

n 1. quyruq (heyvanda, təyyarədə və s.); to wag one’s ~ quyruğunu bulamaq; ~ of a comet kometanın quyruğu; They turned tail and fled Onlar aradan çıxdılar / əkildilər; 2. hörük, hörükcük; 3. kənar, qıraq, uc; out of / with the ~ of one’s eye xəlvətcə, gözünün ucu ilə; 4. növbə; 5. amer. xəfiyyə; 6. pl tullantılar; zibil

tail2

v izləmək; to ~ after smb. bir kəsi qarabaqara izləmək

TAG
TAILOR
OBASTAN VİKİ
Fairy Tail
Fairy Tail (フェアリーテイル, Fearī Teiru, ing. Fairy Tail - Pəri Quyruğu; ing. Fairytale - nağıl) — Hiro Maşimanın manqası və onun əsasında çəkilmiş eyni adlı anime. 2013-cü ilin noyabr ayına, yəni 42-ci cildin çıxan zamana kimi manqanın 25 million nüsxəsi çap olunub. == Məzmun == Uydurulmuş dünyada yaşayan sehrbazlar öz gücləri birləşdirib, ödənişli tapşırıqları eləmək üçün gildiyalara birləşirlər. Lüsi Hartfillia adlı sehrbaz hər şeyi dağıdmağına görə bilinən Fairy Tail adlı gildiyada üzv olmaq istəyir. == İstehsal == Hiro Maşimanın fikrincə sentimental və məyus olan Rave Master adlı keçmiş layihəni bitirdikdən sonra, o Fairy Tail hekayəsində "[hər kəs üçün] çox şən" olmağı istəyirdi. Onu yaradanda məcusilər ilə sehrbazlardan ilhamlanmışdı. Natsunun dəniz xəstəliyini taksidə həmişə özünü bis hiss elədiyi dostundan alıb. == Media == === Manqa === Hiro Maşima yazdığı və çəkdiyi Fairy Tail manqası 2006-cı ilin avqustun 2-dən Weekly Shōnen Magazine jurnalında çap olunur.
Azərbaycan–Tailand münasibətləri
Azərbaycan–Tailand münasibətləri — Azərbaycan Respublikası ilə Tailand Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyul ayının 7-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Rauf Əliyev olmuşdur. 4 mart 2016-cı il tarixindən Əliağa Hüseynov işçi qrupunun rəhbəridir.
Tailand
Tailand və ya rəsmi olaraq Tailand krallığı (Pratet Tai, tay ราชอาณาจักรไทย [râːtɕʰa ʔaːnaːtɕɑ̀k tʰɑj]) — Hind-Çin yarımadasında dövlət. Monarxiya quruluşuna malikdir. Digər yarımada dövlətlərinə görə nisbətən inkişaf etmişdir. Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası "mələklər şəhəri"dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri olaraq Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən böyük şəhərlərindən biridir. Tailand 4 ölkə ilə həmsərhəddir – Kamboca, Laos, Myanma və Malayziya. 513,000 km² sahəsi ilə 51-ci, 66 milyon nəfər əhalisi ilə isə 20-ci yerdədir. Tailandda idarəetmə forması konstitusiyalı monarxiyadır. Tailand iqtisadiyyatı adambaşına düşən ÜDM göstəricisinə görə 20-ci, nominal ÜDM həcminə görə isə 27-ci yerdədir.
Tailand Krallığı
Tailand və ya rəsmi olaraq Tailand krallığı (Pratet Tai, tay ราชอาณาจักรไทย [râːtɕʰa ʔaːnaːtɕɑ̀k tʰɑj]) — Hind-Çin yarımadasında dövlət. Monarxiya quruluşuna malikdir. Digər yarımada dövlətlərinə görə nisbətən inkişaf etmişdir. Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası "mələklər şəhəri"dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri olaraq Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən böyük şəhərlərindən biridir. Tailand 4 ölkə ilə həmsərhəddir – Kamboca, Laos, Myanma və Malayziya. 513,000 km² sahəsi ilə 51-ci, 66 milyon nəfər əhalisi ilə isə 20-ci yerdədir. Tailandda idarəetmə forması konstitusiyalı monarxiyadır. Tailand iqtisadiyyatı adambaşına düşən ÜDM göstəricisinə görə 20-ci, nominal ÜDM həcminə görə isə 27-ci yerdədir.
Tailand Milli Voleybol Komandası (qadınlar)
Tailand qadın voleybol yığması — bu ölkənin ən populyar milli komandasıdır. Belə ki, dünyada voleybol populyarlığına görə basketbol və futboldan geri qalsa da Tailandda adı çəkilən idman növləri inkişaf etmədiyindən yerli xalqın bütün maraq dairəsi bu idman növünə çevrilib. Milli komandanın son illərdəki möhtəşəm çıxışları və 2013-cü ildə yaşanan Asiya çempionluğu yerli azərkeşləri çox sevindirib və onlar 2014-cü ildə keçiriləcək dünya çempionatında komandalarında daha böyük sensassiya gözləyirlər.
Tailand batı
Tailand batı (tay บาท; kod ISO 4217: THB) — 15 aprel 1928-ci ildən Tailandın pul vahidi. 1 bat 100 satanqdan ibarətdir. Cuhaj G.S. Standard Catalog of World Paper Money. General Issues 1368—1960. — 12-е изд. — Iola: Krause Publications, 2008. — 1223 с. — ISBN 978-0-89689-730-4. Global History of Currencies. — Global Financial Data, 2010.
Tailand bayrağı
Taylandın bayrağı beş üfüqi zolaqdan ibarətdir: qırmızı (yuxarıda), ağ, mavi (2 qat enində), ağ və qırmızı. Qırmızı Tay xalqının, Ağ Buddizmin və Mavi Tay Krallığının nişanıdır. Bayraq 28 sentyabr 1917-ci ildə qəbul edilmişdir.
Tailand coğrafiyası
Tailand Cənub-Şərqi Asiyada, Hind-Çin və Malay yarımadasında yerləşir. Tailand 4 ölkə ilə həmsərhəddir – Kamboca, Laos, Myanma və Malayziya. 513,000 kv.km sahəsi ilə 51-ci, 66 milyon nəfər əhalisi ilə isə 20-ci yerdədir . Tailand fiziki-coğrafi, eləcə də əhalinin etnik tərkibinə görə əsas beş regiona bölünür: Mərkəzi, Şərqi, Şimali, Şimal-Şərqi və Cənubi Tailand. Tailandın coğrafi kordinatları 5°36' və 20°28' şimal enliyi ilə 97°20' və 105°35' şərq uzunlu arasında dəyişir. Ümumi ərazinin 2,23 min km² dəniz zonasına aiddir. Ərazinin qərbdən şərqə doğru maksimal uzunluğu 780 km, şimaldan cənuba doğru isə — 1650 km-dir. Cənub-qərbdən ölkə ərazisini Andaman dənizinin suları yuyur. Cənubdan və şərqdən isə Cənubi Çin dənizinin Siam körfəzi ilə həmsərhəddir. Sahil xəttinin ümumi uzunluğu 3 219 km-dir.
Tailand gerbi
Tailand gerbi ("Qaruda") — Tailandın milli simvoludur. O öz əsasını buddist və hinduist mifologiyasından götürür. Tailandda Qaruda eyni zamanda kral ailəsinin və hakimiyyətinin simvoludur. Mifologiyaya uyğun olaraq, Krut Pxa və ya Qaruda Vişnu tanrının minik heyvanıdır. Ənənəvi inanclara görə, Qaruda Vişnuya əlavə qüvvət verir. Qaruda, həmçinin, İndoneziyanın Gerbində və Monqolustanın paytaxtı Ulan-Batorun rəmzidir.
Tailand günəş təqvimi
Tayland günəş təqvimi — Tailandda rəsmi şəkildə istifadə edilən və geniş yayılan təqvimdir . Bu təqvim 1888 - ci ildə Çulalonqkorn tərəfindən Tay Ay təqvimini əvəzində tərtib edilmişdir. Hesablama e.ə. 543-cü ildən başlanan buddist dövrünə əsasən aparılır. Qriqori təqviminə əsasən 2020-ci il buddist dövrünün 2563-cü ilinə müvafiqdir.
Tailand himni
Tailand millət mahnısı (tay เพลงชาติไทย) — Tailand dövlət himni, bu versiyada 10 dekabr 1939-ci ildə tətbiq olunub. Bəstəsi Piter Veyt, sözləri isə Luanq Saranuprafandır.
Tailand milli basketbol komandası
Tailandın kişilərdən ibarət milli basketbol komandası — Tailandı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Tailand Basketbol Assosiasiyası 1953-cü ildən FİBA-nın üzvüdür.. Basketbol üzrə Tailandın kişilərdən ibarət yığma komandası üçün ilk böyük basketbol turniri 1954-cü ildə keçirilən Asiya yay oyunları olmuşdur. Komanda üçün bu oyunlar uğursuz olmuş, onlar qrupda 3 oyunun hamısında məğlub olaraq axırıncı, 8-ci yeri tutmuşdur.. Komanda 1956-cı ildə Melburnda keçiriən Yay Olimpiya oyunlarında ilkin təsnifat qrup oyunlarının hamısında məğlub olmuş və 15-ci yeri tutmuşdur.. 1962-ci ildə komanda IV Asiya oyunlarında iştirak etmişdir. Bu turnir Tailand komandası üçün uğurlu olmuş. Tailand yığması 4-cü yeri tutmuşdur.. Tailand yığması ilk dəfə 1963-cü ildə basketbol üzrə Asiya çempionatında iştirak etmiş və elə həmin il də qitə birinciliyində öz tarixinin ən yüksək uğuruna nail olmuş, 4-cü yeri tutmuşdur.. Komanda turnirdə 11 oyundan 5-də qalib gəlmiş, 3-cü yer uğrunda matçda basketbol üzrə Cənubi Koreyanın kişilərdən ibarət komandasına 71:86 hesabı ilə məğlub olmuşdur..
Tailand mətbəxi
Tailand mətbəxi və ya Tay mətbəxi — Tailand Krallığının mətbəxi. Tailand mətbəxi özünün qeyri-adiliyi ilə digərlərindən fərqlənir. Onun qonşu Çin mətbəxindən əsas fərqi ondan ibarətdir ki, Tailand mətbəxində inqredientlərin seçimində müəyyən sərbəstliyə yol verir. Beləliklə də o daha fərdi və orijinal olur. Lakin, Tay mətbəxində dünyanın başqa mətbəxlərinin güclü təsiri hiss olunsa da, o, həmçinin öz xüsusi yeməkləri ilə fərqlənir. Bu da onun orijinallığının sirri hesab oluna bilər. Tailand mətbəxində xörəklərin bişirmə vaxtı və ədviyyatların və ətirli otların seçimi aşbazın arzu və fantaziyasından asılıdır. Gözəl dadından başqa, xörəyin həmçinin gözəl görünüşü də olmalıdır. Çünki tailandlılar xörəyin estetik görünüşünə çox böyük əhəmiyyət verirlər. Tərəvəzlərin və meyvələrin üzərində naxışın açılması demək olar ki, incəsənətə çevrilib.
Tailand qadın milli voleybol komandası
Tailand qadın voleybol yığması — bu ölkənin ən populyar milli komandasıdır. Belə ki, dünyada voleybol populyarlığına görə basketbol və futboldan geri qalsa da Tailandda adı çəkilən idman növləri inkişaf etmədiyindən yerli xalqın bütün maraq dairəsi bu idman növünə çevrilib. Milli komandanın son illərdəki möhtəşəm çıxışları və 2013-cü ildə yaşanan Asiya çempionluğu yerli azərkeşləri çox sevindirib və onlar 2014-cü ildə keçiriləcək dünya çempionatında komandalarında daha böyük sensassiya gözləyirlər.
Tailandda turizm
Tailandin turizm potensialında cəlbedici faktorlara tarixi abidələr, kurortlar, çimərliklər, piknik yerləri, meşələr, müxtəlif qəbilələr və vəhşi təbiət daxildir. Tailand toxnulmamış təbiət turistlərlə sıx əlaqədə olub onlara, balıqçılıq, su xizəyi, çay kruizləri, kaneo yarışları, avarçəkmə, rahat dəniz çimərliyi kimi müxtəlif xidmətlər təklif edir. 2011-ci ilin statistikasına görə Tailand turizmdə 1-ci yeri tutub.: Tailandın paytaxtı Banqkok Cənub Şərqi Asiyanın incisi hesab edilir. Banqkok 200 il bundan əvvəl kiçik bir balıqçı qəsəbəsi idi. Tay dilindən tərcümədə Banqkok qısaca olaraq mələklər ölkəsi mənasını verir. Amma Banqkokun tam adının tay dilində mənası belədir: "Mələklər, ölməz hökmdarlar, 9 qiymətli qaş-daş, kral sarayları". Tailand unikal ekzotik bir ölkədir və bu da oraya səyahət edənlərə böyük təsir bağışlyayır. Tailandın ərazisi 513 min 115 kvadratkilometr, əhalisi 66,8 milyon nəfərdir artıqdır. Ölkə bütövlüklə Hind-Çin yarımadasında yerləşir. Yalnız Tailandın cənub hissəsi Malay yarımadasına düşür.
Tailanddakı vulkanların siyahısı
Tailand ərazisindəki sönmüş və fəaliyyətdə olan vulkanların siyahısı. Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/). Arxivləşdirilib 2008-10-20 at the Wayback Machine (ing.) Phanom Rung at WikiMapia Doi Pha Khok Hin Fu at WikiMapia Eruptions.
Tailandın dövlət quruluşu
Tailandın dövlət quruluşu - 2007-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. Tailand Parlament formasında idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan konstitusiya günü (1932) 10 dekabrdan qeyd olunur. Tailandın Konstitusiyası 2007-ci ilin noyabr ayından qüvvədədir. Tailand 878 rayondan ibarət 76 əyalətə (Lampanq, Lampxun, Çianqmay, Çianqray, Mexonqson, Nan, Tak, Uttaradit, Pxre, Buriram, Kxonken, Nakxonratçasima, Samutpraxan, Çonburi, Sonqkxla, Amnatçaren, Yasotxon, Surin, Sisaket, Nonbualampxu, Maxasarakam, Mukdaxan və s.) və Banqkok paytaxt bələdiyyəsinə bölünür. Ölkədə milli birliyin rəmzi və buddizmin müdafiəçisi sayılan Kral - dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanıdır. Siyasətin fövqündə duran Tailand Kralı mütləq hakimiyyətə malik olmasa da, ölkədə vaxtaşırı baş verən siyasi böhranlar zamanı müxtəlif siyasi qüvvələr arasında balansı qoruyub saxlamaq, habelə dövləti əhəmiyyət kəsb edən bir çox mühüm qərarların qəbulunda bilavasitə iştirak edir. Mövcud Konstitusiyaya görə beynəlxalq müqavilələr bağlamaq, yüksək hərbi və mülki vəzifələrə təyinat, hərbi vəziyyət elan və ya ləğv etmək, veto hüququnun tətbiqi, əfv fərmanı vermək, dekret və fərmanlar dərc etmək, Parlamenti buraxmaq və erkən seçkilər təyin etmək və s. məsələlər Kralın birbaşa səlahiyyətlərinə aid olsa da, dövlət üçün çox vacib və həlledici qərarların qəbulunda Baş nazirin və Parlamentin razılığı mütləqdir. Tay cəmiyyətinin bütün təbəqələrində yüksək nüfuza malik olan Kralın siyasi həyatdakı rolu, eyni idarəetmə-üsullu qərb dövlətlərindən fərqli olaraq formal xarakter daşımır.
Tailandın kişilərdən ibarət milli basketbol komandası
Tailandın kişilərdən ibarət milli basketbol komandası — Tailandı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Tailand Basketbol Assosiasiyası 1953-cü ildən FİBA-nın üzvüdür.. Basketbol üzrə Tailandın kişilərdən ibarət yığma komandası üçün ilk böyük basketbol turniri 1954-cü ildə keçirilən Asiya yay oyunları olmuşdur. Komanda üçün bu oyunlar uğursuz olmuş, onlar qrupda 3 oyunun hamısında məğlub olaraq axırıncı, 8-ci yeri tutmuşdur.. Komanda 1956-cı ildə Melburnda keçiriən Yay Olimpiya oyunlarında ilkin təsnifat qrup oyunlarının hamısında məğlub olmuş və 15-ci yeri tutmuşdur.. 1962-ci ildə komanda IV Asiya oyunlarında iştirak etmişdir. Bu turnir Tailand komandası üçün uğurlu olmuş. Tailand yığması 4-cü yeri tutmuşdur.. Tailand yığması ilk dəfə 1963-cü ildə basketbol üzrə Asiya çempionatında iştirak etmiş və elə həmin il də qitə birinciliyində öz tarixinin ən yüksək uğuruna nail olmuş, 4-cü yeri tutmuşdur.. Komanda turnirdə 11 oyundan 5-də qalib gəlmiş, 3-cü yer uğrunda matçda basketbol üzrə Cənubi Koreyanın kişilərdən ibarət komandasına 71:86 hesabı ilə məğlub olmuşdur..
İsrail–Tailand münasibətləri
İsrail–Tailand münasibətləri — İsrail və Tailand arasında diplomatik və mədəni əlaqələr. Hər iki ölkə 1954-cü ilin iyun ayından etibarən rəsmi münasibətlər qurmuşlar. İsrailin Banqkokdakı səfirliyi 1958-ci ildə açılmışdır. 1996-cı ildən bəri Tailandın Təl-Əvivdə bir səfirliyi fəaliyyət göstərir. 2014-cü ildə Tailand və İsrail ikitərəfli diplomatik münasibətlərin 60 illiyini qeyd etdilər. 28 dekabr 1972-ci ildə Qara Sentyabr Fələstin terror təşkilatının dörd üzvlü bir qrupu, Banqkokdakı İsrail səfirliyinə girib səfiri və bir neçə qonağını girov götürdü. Tailand hökumətinin iki üzvü, Dauee Çullasapya və Çatiçai Çoonhavan, daha sonra 1988-ci ildə Xarici İşlər Naziri və daha sonra Baş Nazir olmuş, habelə Misirin Taylanddakı səfiri Mustafa El Assaui girovların sərbəst buraxılması barədə danışıqlar apardılar. Terrorçuların Qahirəyə uça biləcəyinə zəmanət olduqlarını bildirdilər. O dövrdə İsrailin baş naziri olan Qolda Meir Tailand hökumətini diplomatik istedadı və münaqişəni qansız həll etdiyi üçün yüksək qiymətləndirdi. 2004-cü ilin yanvar ayında Şahzadə Maha Çakri Sirindhorn, Xon Kanq Universitetində yüksək məhsuldarlıq əldə etmək üçün İsrail-Tailand ortaq bir müəssisə açdı.
Tailand Milli Assambleyası
Tailand Milli Assambleyası (tay รัฐสภาไทย) — Tailand hökumətinin ikipalatalı qanunverici orqanıdır. Banqkok, Dusit rayonunda, Sappaya-Sapasathanda toplanır. Milli Məclis 1932-ci ildə Tailandı mütləq monarxiyadan konstitusiya monarxiyasına çevirən ilk konstitusiyasının qəbulundan sonra yaradılmışdır. 2013-cü ilin siyasi böhranı zamanı Nümayəndələr Palatası Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilənə qədər 2 fevral 2014-cü ildə seçkiyə çağıran Baş nazir Yingluck Shinawatra tərəfindən buraxıldı. 2014-cü il dövlət çevrilişindən sonra Milli Assambleya 2014-cü il konstitusiyasına uyğun olaraq ordu tərəfindən dəstəklənən birpalatalı Milli Qanunvericilik Məclisi ilə əvəz olundu. 2017-ci ilin aprelində 2017-ci il Konstitusiyasının elan edilməsindən sonra Milli Assambleya yenidən quruldu, lakin konstitusiya hərbi Milli Qanunvericilik Assambleyasının 2019-cu il ümumi seçkilərindən sonra Milli Məclis formalaşana qədər müvəqqəti olaraq yerində qalmasına icazə verdi.
Tailandda din
Tailandda din— Tayland xalqı bir neçə dinə etiqad edir. Tayland qanunları rəsmi olaraq beş dini tanıyır: Buddizm, İslam, Hinduizm, Sikhizm və Xristianlıq. Buddizm Taylandın ən böyük dinidir. Buddizm Tayland konstitusiyasına görə dövlət dinidir, buna baxmayaraq, bütün Tayland vətəndaşları üçün ibadət azadlığına zəmanət verir, baxmayaraq ki, qanunla kral Txeravada Buddisti olmalıdır. Taylandda əhalinin böyük əksəriyyəti Txeravada Buddistləridir. Taylandlılar arasında onların payı 94% ilə 94,6% arasında qiymətləndirilir. Buddist məbədləri hündür qızılı stupalarla xarakterizə olunur və memarlıq baxımından Birma, Lao və Kamboca məbədlərinə bənzəyir. Taylandda iki Buddist universiteti var: Maxamakut və Maxa Çulalongkorn Universiteti. İkinci ən böyük din İslamdır (4–4,6%). Dörd cənub əyalətində (Naratxivat, Pattani, Satun, Yala) və Sonqxla əyalətinin cənubunda müsəlmanlar çoxluq təşkil edir.
Tailand Demokratlar Partiyası
Tailand Demokratlar Partiyası (Tay dili: พรรคประชาธิปัตย์ไทย) Tailand siyasi partiyasıdır. Tailandın ən qədim partiyası, kralçı partiya kimi qurulmuşdur; indi mühafizəkar və bazar tərəfdarı mövqeyini qoruyur Demokratlar Partiyası 1948, 1976 və 1996-cı illərdə parlamentdə özünün ən yaxşı çıxışını etdi. O, heç vaxt parlamentdə çoxluq qazana bilməyib. Partiyanın seçkiyə dəstək bazaları Tailandın cənubu və Banqkokdur, baxmayaraq ki, Banqkokda seçkilərin nəticələri geniş şəkildə dəyişib. 2004-cü ildən bəri Demokrat namizədlər Banqkok qubernatorluğuna üç seçkidə qalib gəliblər. 2005-2019-cu illərdə Demokratlar Partiyasına keçmiş baş nazir Abhisit Vejjajiva rəhbərlik edib.
Vyetnam müharibəsində Tailand
Vyetnam müharibəsində Tailand — 1955–1975-ci illərdə baş tutan Vyetnam müharibəsi zamanı Tailand krallığının iştirakı. Tailand o dövrdə hərbi diktator feldmarşal Tanom Kittikaçon rəhbərliyi altında Vyetnam müharibəsində fəal rol oynamışdı. Tailand ABŞ və Cənubi Koreyadan sonra Cənubi Vyetnama quru qüvvələrinin üçüncü ən böyük təchizatçısı idi. Tailanda yaxın olması səbəbindən Vyetnamda baş tutan münaqişələr Banqkok tərəfindən yaxından izlənilirdi. Tailandın iştirakı 1963-cü ildə ABŞ-nin Cənubi Vyetnamı dəstəkləməkdə tam iştirakına qədər rəsmiləşməmişdi. Tailand hökuməti daha sonra Tailandda Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinə öz hava və dəniz bazalarından istifadə etməyə icazə vermişdi. Müharibənin qızğın vaxtında Tailandda, əsasən, hava qüvvələri olmaqla, təxminən 50,000 Amerika hərbi qulluqçusu yerləşdirilmişdi. Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı Richard Alfred Ruth. In Buddha's Company: Thai Soldiers in the Vietnam War. University of Hawaiʻi Press.
Tailand milli futbol komandası
Tailand milli futbol komandası (Tay dili: ฟุตบอลทีมชาติไทย) Tailand yüksək səviyyəli beynəlxalq futbolda təmsil edir və Tailand Futbol Assosiasiyası tərəfindən idarə olunur.