TRY

try1

n 1. cəhd, səy; to have / to make a ~ at / for smth. bir şey etməyə cəhd / səy göstərmək; It’s worth a try Səy göstərməyə dəyər, 2. təcrübə, sınaq; to give smth. a ~ bir şeyi sınaqdan keçirmək; to give smb. a ~ bir kəsə sınaqdan keçməyə imkan yaratmaq / vermək; 3. id. rəqib komandanın qapı xəttinə daxil olması

try2

v 1. yoxlamaq, təcrübədən / sınaqdan keçirmək; to ~ one’s fortune bəxtini sınamaq; 2. cəhd etmək, şey göstərmək; to ~one’s best əlindən gələni etmək; Do try to come Çalış / Çalışın mütləq gəl / gəlin; 3. ittiham etmək, təqsirləndirmək; istintaq aparmaq; araşdırmaq; He is tried for murder O, adam öldürməkdə təqsirli bilinir; The judge tried the case Hakim işi araşdırdı; 4. yormaq, üzmək; darıxdırmaq; The small print tries my eyes Bu xırda şrift mənim gözlərimi yorur, 5. qıcıqlandırmaq; to ~ smb.’s patience bir kəsin əsəblərini qıcıqlandırmaq; 6. əritmək (piyi və s.); 7. dadmaq, dadına baxmaq; Try the soup! Supun dadma bax / baxın!; to ~back 1) ilkin vəziyyətə qayıtmaq (izi itirən it haq.); 2) məc. ziyanın yarısından qayıtmaq; to ~ for nail olmaq; axtarmaq; He is trying for a job in the firm O, şirkətdə işə girməyə çalışır; to ~ on 1) geyib baxmaq; 2) d.d. təcrübə keçirmək, sınamaq; to ~ out yoxlamaq, sınaqdan çıxarmaq;

◊ to ~ one’s hand at smth. bir şeydə gücünü yoxlamaq / sınamaq

TRUTHFULNESS
TRY-ON
OBASTAN VİKİ
Don't Try This at Home
Don't Try This at Home — amerikalı repçi YoungBoy Never Broke Again-in altıncı studiya albomu. 21 aprel 2023-cü ildə Motown Records və Never Broke Again tərəfindən buraxılıb.
Dying To Try
Dying To Try (azərb. Cəhd etməyə can atmaq‎) — İrlandiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.. Brendan Mürrey "Dying to Try" mahnısı ilə İrlandiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Yörqen Elofsson və Ceyms Nyuman tərəfindən bəstələnmişdir.
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?, Yaponiyada tanınan adı ilə Dungeon ni Deai wo Motomeru no wa Machigatteiru Darou ka (ダンジョンに出会いを求めるのは間違っているだろうか, azərb. Zindanda qız tutmağa çalışmaq düz deyil?‎) və ya qısaca DanMachi (ダンまち?) — Suzuhito Yasudanın rəssamlığı ilə Fucino Omori tərəfindən yazılmış ranobe seriyası. SB Creative 2013-cü ilin yanvarında GA Bunko imprinti altında 19 cildini buraxmışdır. Ranobe seriyası əsasında 1 spin-off ranobesi və 2 manqa adaptasiyası istehsal olunmuşdur. J.C.Staff studiyası tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 4 aprel 2015-ci ildən 27 iyun 2015-ci ilə kimi yayımlanmışdır. 7 dekabr 2016-cı ildə OVA seriyası buraxılmışdır. 2018-ci ilin fevralında ikinci mövsümü və orijinal film adaptasiyası anons edilmişdir. Bundan əlavə "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" adlı spin-off ranobesi 2014-cü ilin yanvarında, "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Familia Chronicle!" (Nilitsunun rəssamlığı ilə) adlı spin-off ranobesi 2017-ci ilin martında nəşr olunmağa başlamışdır. Hər iki ranobe manqa adaptasiyası əldə etmişdir. "Sword Oratoria" əsasında 2017-ci ildə anime serialı adaptasiyası çəkilmişdir.
Antreq-syur-Tryuyer
Antreq-sür-Trüyer (fr. Entraygues-sur-Truyère, oks. Entraigas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Antreq-sür-Trüyer kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12094. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 33 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1171 nəfər təşkil edirdi. == İdarəetmə == == İqtisadiyyat == 2007-ci ildə 644 nəfər əmək qabiliyyətli insan (15-64 yaş) arasında 448 nəfər iqtisadi cəhətdən fəal, 196 nəfər fəaliyyətsizdir (fəaliyyət nisbəti 69.6%, 1999-cu ildə 67.5%).
Antreq-syur-Tryuyer (kanton)
Antreq-sür-Trüyer (fr. Entraygues-sur-Truyère) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1211. Antreq-sür-Trüyer kantonuna cəmi 5 kommuna daxildir, onlardan ən əsası Antreq-sür-Trüyer kommunasıdır. == Kantonun kommunları == == Əhali == 1999-cu ildə əhalinin sayı 2 548 nəfər təşkil edirdi.
Le-Tryuel
Le-Trüel (fr. Le Truel, oks. Lo Truèlh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12284. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 37 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 345 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 185 yaşda olan (15–64 yaş arasında) 121 nəfər iqtisadi fəal, 64 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,4%, 1999-cu ildə 64,0%).
Tryodlaskaqi
Tryodlaskaqi yarımadası (isl. Tröllaskagi) — İslandiya ərazisində yerləşən yarımada. Tryodlaskaqi yarımadası İslandiyanın şimalında yerləşir. Şimaldan Qrenland dənizi, şərqdən Eyya-fiord, qərbdən isə Skaqa-fiordla əhatələnmişdir. Yarımadanın şərqində İslandiyanın ən böyük şəhərlərindən biri olan Akyureyri yerləşir. Yarımada ərazisi bir dağlıq platodur. Ətaziində dəniz səviyyəsindən 1000 metr yüksəkliyi olan dağlar mövcuddur. Ən hündür zirvəsi Kerlinq vulkanı 1538 metr yüksəkliyə malikdir. İri yaşayış məntəqələri ancaq sahil ərazilərində yerləşir. Ən iri yaşayış məntəqələri:Dalvik, Xofsous, Siqlyufordyur, Oulafsfordyur.
Tryoxluçevoy adası
Tryoxluçevoy adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adı üçbucaq formaya malik olması ilə əlaqədar verilmişdir. Arxipelaqın şərqində, Qrehem-Bell adası sahilində yerləşir. Ondan qumlu dayazlıqla ayrılır. Üçbucaq formasına malikdir. Uzunluğu 3 km-dir.
Tryoxqornu
Tryoxqornu (rus. Трёхгорный, tərc. "Üç dağlı") — Rusiyanın Çelyabinsk vilayətində şəhərdir. Qapalı şəhər olaraq, Tryoxqornu şəhər bölgəsi yaradır. 2019-cu ildə şəhərin əhalisi 32 613 nəfərdən ibarət idi.
Trypanasomatidae
Trypanasomatidae (lat. Trypanasomatidae) — İbtidailərin Euglenozoa tipinə daxil olan fəsilədir. Kiçik ölçülü qamçılardır. Bədənləri uzunsov, hər iki ucda sivridir. Bədəni sitoplazma, nüvə, kinetoplast, undulyasiya edən membran və qamçıdan ibarətdir. Tripanazomlara bir çox onurğalı heyvanların qanında rast gəlmək olur. Quru onurğalılarında onların keçiriciləri ikiqanadlı həşəratlar, gənələr, triatom taxtabitiləri; su onurğalılarında isə qansoran zəlilərdir. Keçmiş SSRİ ərazisində insanların tripanazomlarla yoluxması qeyd edilməmişdir. Ancaq iribuynuzlu mal-qarada bu qamçılılar aşkar edilmişdir. Azərbaycanda Trypanasoma və Leishmania cinslərindən olan Trypanasoma theileri Laveran – Lənkəran zonasında və Zurnabad yaxınlığında iribuynuzlu mal-qarada; T.lewisi Kent – Bakı ətrafında boz siçovulda; T. Rabinovitschi Brumpt – Dağlıq Qarabağda mişovulda; T. Vulgaris Zuhs – Abşeron yarımadasında və Zurnabad yaxınlığında ərəbdovşanında və tülküdə; T. Pestanci Zuhs – porsuqda; T. İngens Bateman et Mackie – cüyürdə; T. Loricatum (Mayer), T.mega Dutton et Todd, T.neveulemairie Brumpt, T. Pipinetis Diamond, T. Rotatorium Mayer – Kür çayı vadisində, Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində, Aşıq Bayramlı və Yekəxana su anbarında, Ağgöl, Sarısu, Nohur, Candar göllərində göl qurbağasında; T. Avium Danilewsky – göycəqarğada, qızılı qızlarquşunda və şanapipikdə; T. Dschunkowskyi Tartakowsky – zığzığda; T. Matisi Sergent – kənd qaranquşunda; Trypanosoma sp.
Trypanosoma ataevi
Tripanasoma atayevi (lat. Trypanosoma ataevi ) — Mastigophora tipinə aid olan növ. Bədən iri, ilanvari, uzunsov və sivriləşmiş sonluqla qurtarır, enli titrək membranı var. Qamçının sərbəst ucu qısadır, bədənin yarı uzunluğunu keçmir. Bədənin arxasında yerləşən nüvə bədənin eni böyüklükdədir. Kinetoplast arxa tərəfdən uzaq yerləşib. Bədədnin uzunluğu 16.0-38.0, eni – 1.5-3.0, titrək membranın eni 1.0-2.5, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.5-4.8, kinetoplastdan nüvəyə - 6.0-11.8, nüvədən ön qutaracağadək – 7.0-19.8, nüvəni uzunluğu 2.0-4.0, nüvənin eni – 1.0-3.0 mkm-dir. Xulu balığların spesifik parazitidir. Sahibi: mərmər xuludur. Kiçik Qızılağaç körfəzində yayılmışdır.
Trypanosoma carassii
Tripanasoma karasiya (lat. Trypanosoma carassii )-Mastigophora tipinə aid olan növ. Bədən nazik və və uzunsovdur, ilanabənzər sıxılmış, sivriləşmiş arxa qutaracağa malikdir, yaxşı inkişaf etmiş titrək membranı var, çox nadir hallarda bədən orta hissədə yoğunlaşmış olur. Kinetoplastdan arxa tərəfdən uzaq yerləşib. Bədənin uzunluğu 13.0-60.0, eni – 0.8-6.0, titrək membranın eni 0.7-2.2, qamçının sərbəst hissəsinin uzunluğu 9.0-22.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 0.2- 3.0, kinetoplastdan nüvəyə - 0.9-19.8, nüvədən ön qutaracağadək – 3.7-22.0, nüvəni uzunluğu 1.3-4.5, nüvənin eni – 0.9-2.8 mkm-dir. Tripanasoma karasiya Lənkəran çayı, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır. Parazit həyat tərzi keçirir. Sahibləri: qafqaz ilişkəni, durna balığı, lil və çəki balığı balıqlarıdır.
Trypanosoma ibragimov
Trypanosoma ibragimovi - Mastigophora tipinə aid olan növ. Bədəni uzunsov, ilanvari, iti sonluqludur. Kinetoplast orta ölçülüdür, bədənin arxa hissəsini tamamilə tutur. Bu növün əsas əlamətidir. Bədənin uzunluğu 32.0–39.5, eni isə 2.0–4.9, kinetoplast, arxa qutaracağa qədər olan məsafə 0.1–0.5, kinetoplast ölçüsü 0.6–1.1, kinetoplastdan nüvəyə qədər olan məsafə — 12.0–18.8. Nüvə yumru və ya tlipsvaridir, bədənin ortasındadır, bəzilərində önə tərəf yaxınlaşıb. Nüvəsinin uzunluğu 3.0–4.6, azur-eozinlə çahrayı boyanır, nüvədən önə qədər məsafə 12.0–17.0, titrək membranı ensizdir, eni 0.6–1.2, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 11.5–15.0 mkmdir. Trypanosoma ibragimovi əsasən Dəvəçi limanınnda yayılmışdır. Elm üçün yeni növ kimi verilib. Sahibi: göl qurbağası Pelophylax ridibundus (Pallas).
Trypanosoma ibragimovi
Trypanosoma ibragimovi - Mastigophora tipinə aid olan növ. Bədəni uzunsov, ilanvari, iti sonluqludur. Kinetoplast orta ölçülüdür, bədənin arxa hissəsini tamamilə tutur. Bu növün əsas əlamətidir. Bədənin uzunluğu 32.0–39.5, eni isə 2.0–4.9, kinetoplast, arxa qutaracağa qədər olan məsafə 0.1–0.5, kinetoplast ölçüsü 0.6–1.1, kinetoplastdan nüvəyə qədər olan məsafə — 12.0–18.8. Nüvə yumru və ya tlipsvaridir, bədənin ortasındadır, bəzilərində önə tərəf yaxınlaşıb. Nüvəsinin uzunluğu 3.0–4.6, azur-eozinlə çahrayı boyanır, nüvədən önə qədər məsafə 12.0–17.0, titrək membranı ensizdir, eni 0.6–1.2, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 11.5–15.0 mkmdir. Trypanosoma ibragimovi əsasən Dəvəçi limanınnda yayılmışdır. Elm üçün yeni növ kimi verilib. Sahibi: göl qurbağası Pelophylax ridibundus (Pallas).
Trypanosoma loricatum
Trypanosoma loricatum (lat. Trypanosoma loricatum )-Mastigophora tipinə aid olan növ. Trypanosoma loricatum Monomorfik tripanosom ellips və ya oval bədən quruluşuna malikdir, səthi kələ-kötürdür. Bədənin hər iki tərəfi yumurulanmışdır. Titrək membran çoxlu qatlara malikdir. Kinetoplast nisbətən iridir, arxa tərəftədir, nüvədən uzaqda yerləşir. Nüvə dairəvidir. Kinetoplast və nüvə çox vaxt bədənin periferik hissəsində yerləşir. Qamçı çox vaxt görünmür. Bədədnin uzunluğu 32.0-59.0, eni – 23.0-26.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 13.0-24.0, kinetoplastın ölçüsü 1.0-1.1, kinetoplastdan nüvəyə qədər olan məsafə - 1.0-4.3.
Trypanosoma luciopercae
Trypanosoma luciopercae (lat. Trypanosoma luciopercae ) — Mastigophora tipinə aid olan növ. Bədən uzun, ilanvari və orta hissədən yoğunlaşmışdır. Arxa qutaracaq yumurlanıb. Titrək membranı zəif inkişaf edib. Qamçının sərbəst hissəsi bədənin yarı uzunluğunu keçmir. Yumru kiçik nüvə bədənin ön yarısında yerləşir. Kinetoplast arxa qurtaracağa çox yaxın yerləşir. Bədədnin uzunluğu 27.0- 44.7, eni – 2.3-5.1, titrək membranın eni 0.2-1.0, qamçının sərbəst hissəsinin uzunluğu 11.0-15.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 0.6- 1.0, kinetoplastdan nüvəyə - 10.5-18.0, nüvədən ön qutaracağadək – 7.5-15.0, nüvəni uzunluğu 1.7- 4.0, nüvənin eni – 1.0-2.7 mkm-dir. Trypanosoma luciopercae Şəmkir su anbarı və Kiçik Qızılağaç körfəzində yayılmışdır.
Trypanosoma markewitschi
Tripanasoma markeviçi (lat. Trypanosoma markewitschi Lubinsky in )-Mastigophora tipinə aid olan növ. Bədən uzun, ilanvari, orta hissədən qalınlaşmışdır. Arxa qurtaracaq sivridir. Titrək membranı çox ensizdir. Qamçının sərbəst hissəsi ya görünür, ya da bədənin arxa hissəsindədir. Kürə və ya elipsvari nüvə ya ortada, ya da bədənin arxa hissəsindədir. Kinetoplast kiçikdir – 0.5-0.9 mkm . Bədənin uzunluğu 27.0- 38.0, eni – 2.0-4.5, titrək membranın eni 0.4-1.5, qamçının sərbəst hissəsinin uzunluğu 3.5-5.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.2- 2.5, kinetoplastdan nüvəyə - 12.0-18.0, nüvədən ön qutaracağadək – 10.8-18.5, nüvəni uzunluğu 2.5- 4.0, nüvənin eni – 1.5-3.0 mkm. Tripanasoma markeviçi Şəmkir su anbarı su anbarında yayılmışdır.
Trypanosoma mega
Tripanasoma meqa (lat. Trypanosoma mega ) - Mastigophora tipinə aid olan növ. Tripanasoma meqa Bədəni ortadan qalınlaşmış, orta ölçülüdür. Ön və arxadan daralmışdır. Titrək membran orta hissədədir. Sitoplazma dənəlidir, bənövşəyi rəngə boyanır. Bədənin uzunluğu 60.5-68.0, eni – 6.0-12.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 18.7-22.7, kinetoplastın ölçüsü 0.8-1.2, kinetoplastdan nüvəyə qədər olan məsafə - 2.0-6.0. Nüvəni uzunluğu 5.0- 8.0, nüvənin eni 2.2-4.5, nüvədən ön qutaracağadək 31.0-40.0, titrək membranın eni 0.8-2.5, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 11.0-15.0 mkm-dir. Tripanasoma meqa Qarayazı gölü, Nohurqışlaq su anbarı və Dəvəçi limanında yayılmışdır. Parazit həyat tərzi keçirir.
Trypanosoma mikailovi
Tripanasoma Mikayılov (lat. Trypanosoma mikailovi) — Mastigophora tipinə aid olan növ. Tripanasoma Mikayılov Bədəni uzun, ilanvari, uclardan itidir. Titrək membran çox enlidir, bədənin demək olar ki, ortasından başlayır və bir neşə qat əmələ gətirir. Bəzən kinetoplast seçilmir. Nüvə ellipsvaridir. Nüvənin kənarında ləkənin olması onun xarakterik əlamətidir. Ləkə rənglənmir. Bədənin uzunluğu 81.0-106.5, eni – 8.0-14.5, Kinetoplast orta ölçülüdür 0.8-1.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 28.3-47.0, kinetoplastdan nüvəyə qədər olan məsafə - 4.5-16.5. Nüvəni uzunluğu 4.0- 5.1, nüvənin eni 3.0-4.0, nüvədən ön qutaracağadək 32.0-50.0, titrək membranın eni 2.0-4.6, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 7.0-9.0 mkm-dir.
Trypanosoma neveulemairei
Trypanosoma neveulemairei (lat. Trypanosoma neveulemairei )-Mastigophora tipinə aid olan növ. Trypanosoma neveulemairei Bədəni çox uzun, ilanabənzər, hər iki ucdan itidir. Titrək membran orta endə, çoxlu qatlar əmələ gətirir. Sitoplazma dənəvaridir, bənövşəyi rəngə boyanır. Arxa tərəf kinetoplasta qədər zəif boyanır. Bədənin uzunluğu 107.0-152.3, eni – 5.9-13.0, kinetoplast orta ölçülüdür 0.6-1.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 28.3-63.0, kinetoplastdan nüvəyə qədər olan məsafə - 5.0-10.3. Nüvəni uzunluğu 5.6- 10.0, nüvənin eni 3.2-6.0, nüvədən ön qutaracağadək 62.2-81.0, titrək membranın eni 1.0-2.5, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 5.0-14.0 mkm-dir. Kür çayı, Araz çay, Qanıxçay, Qarayazı gölü, Çınqıl karxanası, Ağgöl, Naxalıqçala gölü, Qanlıgöl; Şəmkir, Nohurqışlaq, Aşıqbayramlı, Yekəxana su anbarları, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır. Parazit həyat tərzi keçirir.
Trypanosoma percae
Tripanasoma Persale (lat. Trypanosoma percae )-Mastigophora tipinə aid olan növ. Bədən iri, uzunsov, ilanvari, öndən yastı, arxa kör çıxıntılı ensiz titrək membranlıdır. Qamçının sərbəst ucu nisbətən kiçikdir. Ön tərəfdə yerləşən dairəvi nüvənin eni bədənin enindən azdır. Kinetoplast bədənin arxa hissəsinə yaxın yerləşib. Bədədnin uzunluğu 22.0- 61.4, eni – 2.0-8.0, titrək membranın eni 0.5-0.9, qamçının sərbəst hissəsinin uzunluğu 3.4-17.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 0.2- 2.0, kinetoplastdan nüvəyə - 6.8-18.5, nüvədən ön qutaracağadək – 7.0-15.0, nüvəni uzunluğu 2.4- 6.1, nüvənin eni – 2.0- 6.8 mkm-dir. Tripanasoma Persale Kür çayı, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır. Parazit həyat tərzi keçirir. Xanı balığının spesifik parazitidir.
Trypanosoma pipientis
Trypanosoma pipientis (lat. Trypanosoma pipientis )-Mastigophora tipinə aid olan növ. Trypanosoma pipientis Bədəni orta ölçülü, uclardan iti, ilanvaridir. Sitoplazma dənəvaridir, açıq bənövşəyi rəngə boyanır. Bədənin uzunluğu 30.0-53.0, eni – 1.8- 4.2, kinetoplast orta ölçülüdür 0.7-1.3, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.3-9.8, kinetoplastdan nüvəyə qədər olan məsafə - 7.5-13.9. Nüvə dairəvi, ellipsvaridir, çox vaxt bədənin orta hissəsində yerləşir, onun uzunluğu 2.4-5.0, nüvənin eni 1.2-3.9, nüvədən ön qutaracağadək 12.5- 29.0, titrək membranın eni 0.9-2.1, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 10.0-19.0 mkm-dir. Qarayazı gölü, Ağgöl, Naxalıqçala gölü, Yekəxana su anbarları, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır. Parazit həyat tərzi keçirir. Sahibləri: göl qurbağası Pelophylax ridibundus, ağac qurbağası - Hyla arboreadır.
Trypanosoma rotatorium
Trypanosoma rotatorium (lat. Trypanosoma rotatorium -Mastigophora tipinə aid olan növ. Trypanosoma rotatorium Bədən uzunsov, ön hissə dairəvaridir. Nüvə uzunsovdur və ya dairəvaridir. Kinetoplast kiçik ölçülü, ellips formasındadır. Titrək memranı enlidir, 5-6 büküş əmələ qətirir. Qamçının sərbəst hissəsinin uzunluğu bədənin ½ hissəsinin uzunluğunu keçmir. Sitoplazma dənəvərdir, bənövşəyi rəngə boyanır. Bədənin uzunluğu 35.0-46.5, eni – 8.8–13.5, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.3-9.8, kinetoplastdan nüvəyə qədər olan məsafə - 3.5-6.0, kinetoplastdan nüvəyə qədər olan məsafə - 0.7-2.2, nüvənin uzunluğu 11.0-18.0, nüvədən ön qutaracağadək 13.0- 16.0, qamçının uzunluğu 16.0-29.0 mkm-dir. Kür çayı, Araz çayı, Şəmkirçay, Qarayazı gölü, Çınqıl karxanası, Ağgöl, Naxalıqçala gölü, Şəmkir, Nohurqışlaq, Aşıqbayramlı, Yekəxana su anbarlarında yayılmışdır.
Trypanosoma schulmani
Trypanosoma schulmani (lat. Trypanosoma schulmani) — xullar fəsiləsinin trypanosoma cinsinə aid balıq növü. Bədəninin ölçüləri kiçikdir, uzunsovdur, ortada qalınlaşma hiss olunmur, nisbətən enlititrək membranı var. Kinetoplast orta ölçülüdür, arxa qurtaracaqdan biraz aralıdır. Nüvə ovaldır, eni bədən eni qədərdir, önə yaxın yerləşib. Qamçının sərbəst hissəsi uzundur. Bədənin uzunluğu 13.4- 20.5, eni – 0.6-0.8, titrək membranın eni 0.8-1.3, qamçının sərbəst hissəsinin uzunluğu 7.5-17.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 0.7- 1.9, kinetoplastdan nüvəyə - 3.5-9.8, nüvədən ön qutaracağadək – 3.5-12.0, nüvəni uzunluğu 0.8- 2.1, nüvənin eni – 0.7- 1.8 mkm-dir. Trypanosoma schulmani Dəvəçi limanı limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır. Parazit həyat tərzi keçirir. Durna balığı spesifik parazitidir.
Tryuk
Tryuk — xüsusi effektli hərəkət və ya texniki fənd. Adətən bu çox təhlükəli və hazırlıqsız insan üçün mümkünsüz hesab olunur. Xüsusi hazırlıq və qabiliyyət nəticəsində tryuk uğurlu ola bilər. Hər hansı bir tryukün uğurlu icrası onu həyata keçirən şəxsin peşəkarlığından asılıdır. Tryuk fərqli incəsənət sahələrində istifadə olunur. Əsasən sirkdə (fokus, akrobatik tryuklar) və kinematoqrafiyada tryuk daha populyardı. Əksər tryuklar mütəxəssislər tərəfindən xüsusi adlarla adlandırılır. Tryuk və foksu bəzən kunstştyuk adlandırırlar . Kino çəkilişlərində tryukları həyata keçirənləri adətən kaskadyor adlandırırlar. Müxtəlif ölkələrdə kaskadyorların xüsusi təşkilatıları və assosiaları fəaliyyət göstərir.
Trypanosoma
Tripanosomlar — birhüceyrəlilər yarımaləminin sarsarkomastiqoforlar tipinin qamçılılar sinfinə aiddir. Qamçılıların birqamçılı parazit formalarıdır. İnsanda, heyvanlarda, hətta bitkilərdə parazitlik edərək bir sıra xəstəliklər törədir. İsti iqlimi olan zonalarda geniş yayılmışdır. "Yuxu" xəstəliyinin törədiciləridir. Keçiriciləri se-se milçəkləridir. Xəstəlik Afrikanın tropik zonalarında geniş yayılıb.