UŞAQ

is.
1. Azyaşlı oğlan, ya qız; çocuq. Uşaqlar üçün kitab. Uşaqların tərbiyəsi.
– Şerə başlarkən uşaqdım, dostlar! S.Rüstəm.
Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal.

// Cavan, gənc (oğlan, ya qız). İnad uşaq. Cəsarətli uşaq. Yaxşı uşaqdır. Tərbiyəli uşaqdır.
2. Oğlan, ya qız (körpə, bala). Südəmər uşaq. Doğulan uşaq oğlandır. Əkiz uşaqlar.
– …Sürəyya uşaq doğarkən vəfat etdi. S.S.Axundov.

□ Uşağı olmaq – övladı olmaq, uşaq doğmaq (oğlan, ya qız).
Uşağı olmamaq – sonsuz, övladı olmayan adam haqqında.
Aşıq Cünun bilirdi ki, Koroğlunun uşağı olmur. Koroğlu”.
Əsmərin uşağı olmurdu. S.Hüseyn.

3. məc. Müqayisə, bənzətmə məqamında. Uşaq kimi hərəkət etmək.
Havaxta qədər belə uşaq olacaqsan? – [Sultan bəy:] Uşaq ki deyilsən, hər bir şeyi bilirsən, anlayırsan. Ü.Hacıbəyov.
[Hümmət:] Ay Qara Yusif, ay eloğlu, sən də belə? Əyə, sən də uşaq kimi danışdın? B.Bayramov.

◊ Uşaq bağçası – məktəbəqədər yaşlı uşaqlar üçün tərbiyə müəssisəsi.
Uşaq evi – ata-anaları olmayan uşaqlar üçün internatı olan təlim və tərbiyə müəssisəsi.
[Seryoja:] Deyirlər ki, 1941-ci ilin dekabrında məni uşaq evinə vermişlər. Z.Xəlil.

Uşaq kimi baxmaq (bəsləmək) – əzizləmək, çox sevmək, göz bəbəyi kimi qorumaq, başına-ayağına keçmək. [Qulu:] Xədicə xanım, görünür, Yusif bəyi çox istəyir.
Onu lap uşaq kimi bəsləyir. N.Nərimanov.

Uşaq şəhərciyi – uşaqlar üçün sağlamlaşdırma və tərbiyə müəssisəsi (bağlarda, parklarda və s.-də). Uşaqların anası evf. – arvad, zövcə.
Gördüm uşaqların anası öz-özünə mırtdanır. C.Məmmədquluzadə.
Qurban Molla Fərzəliyə bir az da yaxınlaşdı.
Gizli bir söz söyləyirmiş kimi fısıldayaraq: – Molla, əvvəlcə məndən uşaqların anasına salam yaz, – dedi. Uşaqların atası evf. – ər, kişi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UŞAQ UŞAQ Uşaqların hay-harayı bir-birinə qarışdı (B.Bayramov); BALA Bala baldan şirindir (Ata. sözü); ÇOCUQ (köhn
  • UŞAQ övlad — bala
  • UŞAQ balaca — körpə

Antonimlər (əks mənalı sözlər)

  • UŞAQ UŞAQ – BÖYÜK Uşaq, böyük hamı bir-birinə qarışmışdı (Mir Cəlal)

Etimologiya

  • UŞAQ Feildən əmələ gəlib. “Qədim türk lüğəti” kitabında uv (измельчать), uvşaq (маленький) kəlmələri var. Çağdaş türkmən dilində uşamaq feili (мельчать), u
USTAYANA
UŞAQCANLI

Digər lüğətlərdə