1. Məsafə etibarilə yaxın olmayan, çox aralı olan (yaxın ziddi). Uzaq yerlər. Uzaq məsafə.
// Çox uzun.
// Uzaqdan görünən, uzaqda olan.
// Uzaqdan gələn, uzaqdan eşidilən. Uzaq top səsi. Uzaq uğultu səsi. Uzaq urra səsləri.
2. Zaman, vaxt etibarilə yaxın olmayan, indiki vaxtdan çox-çox əvvəl olan, vaxtilə, çox keçmiş zamanda olmuş, keçmişə aid olan.
// Uzaq gələcəkdə baş verəcək, olacaq, həyata keçəcək. Uzaq perspektivlər. Uzaq arzular. Uzaq xəyallar. Uzaq tədbirlər. Uzaq ümidlər. Uzaq planlar.
3. məc. Bir şey haqqında düşünməməyi, bir şey etmək niyyətində, qəsdində, ya arzusunda olmamağı bildirir.
4. məc. Yad, yabançı, özgə; yaxın olmayan.
5. Uzaqda şəklində zərf – uzaq yerdə, uzaqlarda, uzaq məsafədə. Bir də nə gördüm?! Uzaqda iki göz məşəl kimi yanırdı.
6. Uzaqdan şəklində zərf – 1) uzaq məsafədən, uzaq yerdən, uzaqlardan.
2) yandan, kənardan.
7. Cəm şəklində: uzaqlar – 1) uzaq yerlər, uzaq məsafələr.
2) uzaq məmləkətlər, uzaq ölkələr, uzaq yerlər.
◊ Uzağa buraxmaq – təxirə salmaq, daha sonraya qoymaq, daha gec bir vaxta buraxmaq, keçirmək.
Uzağa getmək – həyatda müvəffəq olmaq, irəli getmək, irəliləmək, artmaq, böyümək, tərəqqi etmək.
…uzağa getmək lazım deyil – əldə olan, hazırda olan, göz qabağında olan bir şey haqqında danışarkən deyilir. Nümunə üçün uzağa getmək lazım deyil.
Uzağı görmək – gələcəyi, gələcəkdə ola biləcək şeyləri, hadisələri qabaqcadan bilmək, düşünmək.
Uzaq (uzağa) getmək məc. – həddi aşmaq, danışığında, hərəkətində ifrata varmaq.
Uzaq durmaq (gəzmək) – yaxınlaşmamaq, yaxınlıq etməmək, yaxın durmamaq, əlaqə saxlamamaq. [Balaş:] Gülüşcan, … bir ildir səni görməmişəm.
Uzaq düşmək – bir-birindən çox aralı düşmək, uzaqda qalmaq, uzaqda olmaq.
Uzaq keçmiş – qədim və yaxud bundan çox-çox əvvəlki dövr, zaman. Uzaq keçmişin qalıqları. Uzaq keçmişin xatirələri. Uzaq keçmişə aid mədəniyyət abidələri. Uzaq keçmişimizin tarixinə aid materiallar.
Uzaq qaçmaq – yaxınlaşmamaq, yaxınlıq göstərməmək, özünü uzaq tutmaq, uzaq gəzmək, özünü yad kimi aparmaq.
Uzaq qohum – kökü bir əcdada gedib çıxan, lakin sonradan getdikcə nəslən uzaqlaşan qohum.
Uzaq olmaq – 1) uzaqlaşmaq, yaxın durmamaq. Pis işlərdən uzaq olmaq. – Məskənim Qazax oldu; Ürəyim duzax oldu; Mən yara yaxın getdim; Yar məndən uzaq oldu. (Bayatı);
2) əmr şəklində: uzaq ol(un) – rədd ol(un), uzaqlaş(ın), yaxın durma(yın).
Uzaq olsun – arzu edilməyən, istənilməyən, zərərli, xətərli bir şey, hadisə haqqında.
Bəlalar başından uzaq olsun! Xəstəlik canımızdan uzaq olsun! Uzaq salmaq – uzaqlaşdırmaq.
Uzaqdan baxmaq – seyrçi kimi tamaşa etmək, seyrçi qalmaq, qarışmamaq.