12 may 1994-cü il tarixli atəşkəs sazişi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

12 may 1994-cü il tarixli atəşkəs sazişiBirinci Qarabağ müharibəsi zamanı (1988–1994) Bişkek protokolunun imzalanmasından bir neçə gün sonra bir tərəfdən Ermənistantanınmamış Dağlıq Qarabağ Respublikası, digər tərəfdən Azərbaycan[1] tərəfindən bağlanmış üçtərəfli atəşkəs sazişi.

Müqaviləni 9 may 1994-cü ildə Məmmədrəfi Məmmədov (Azərbaycan tərəfdən), 10 may 1994-cü ildə Serj Sarkisyan (Ermənistan tərəfdən), 11 may 1994-cü ildə Samvel Babayan (Dağlıq Qarabağ Respublikası tərəfdən) imzalamışdır.. Müqavilənin əsas müddəası 12 may 1994-cü il saat 00:01-dən etibarən tam atəşkəsin təmin edilməsi və hərbi əməliyyatların dayandırılması idi. Heç bir strateji əhəmiyyət kəsb etməyən müntəzəm toqquşmalara və qarşılıqlı atəşə baxmayaraq, 2016-cı ilin aprelində vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsinə qədər, ümumiyyətlə, atəşkəsə əməl olunmuşdur. 2020-ci ildə münaqişə zonasında İkinci Qarabağ müharibəsi başlamışdır və noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli bəyannamənin imzalanması ilə başa çatmışdır.[1]

İstinadlar

  1. 1 2 "Прорыв к перемирию в Нагорном Карабахе". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-07.

Xarici keçidlər