Dəliməmmədli
Dəliməmmədli | |
---|---|
40°41′33″ şm. e. 46°34′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 241 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Dəliməmmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində şəhər.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Dəliməmmədli şəhər tipli qəsəbəsinin əvvəlki adı saxlanılmaqla o, rayon tabeli şəhərlər kateqoriyasına aid edilmiş, Dəliməmmədli qəsəbə Soveti ləğv edilərək Dəliməmmədli şəhəri mərkəz olmaqla Dəliməmmədli şəhər Soveti yaradılmışdır.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Tarixi
[redaktə | mənbəni redaktə et]Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Şəhər Gəncə-Qazax düzənliyində, Bakı-Tbilisi dəmiryolunun 349-cu kilometrliyində, Goranboy şəhərindən 26 kilometr şimal-qərbdə, Gəncə şəhərindən 17 km, Bakı şəhərindən 355 km məsafədə, Bakı-Qazax magistral yolu üzərində yerləşir. Şəhərin özündən və Sarovlu kəndindən Kürəkçayın qolları olan üç kiçik çay axır. Şəhər və ətraf torpaqlar açıq şabalıdı torpaq tipindədir.
Ərazi əsasən subtropik iqlim qurşağına aid edilir. Ərazidə daha çox mülayim hava kütlələri üstünlük təşkil edir. Qışı çox sərt deyil, yayı isə istidir. Qışda orta tempratur 2⁰C, yayda isə 23,6⁰C-yə yaxındır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Şəhər əhalisinə görə Azərbaycanda 122-ci böyük yaşayış məntəqəsidir. Goranboy rayonu ərazisində Goranboy, Naftalan şəhərləri və Qızılhacılı qəsəbəsindən sonra ən çox əhaliyə sahib yaşayış məntəqəsidir, 5532 nəfər əhalisi var. Şəhər bələdiyyəsinin tabeliyində 361 nəfər əhalisi olan Sarovlu kəndi yerləşir.
№ | Yaşayış Məntəqəsinin adı | Hər məntəqə üzrə əhalinin sayı |
---|---|---|
1 | Dəliməmmədli şəhər | 10929 |
2 | Sarovlu kənd | 361 |
3 | Cəmi | 11.290 |
Əhalinin zamanlar üzrə sayı
[redaktə | mənbəni redaktə et]İl | 1989 | 2002 | 2005 | 2023 | |
---|---|---|---|---|---|
Əhali | 4560 | 4740 | 4810 | 11290 | |
Hesablama növü | Rəsmi siyahaya alma | Rəsmi hesablama | Rəsmi hesablama | Rəsmi hesablama |
İllik artım | 1,54 % (2010) |
---|
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]- Dadaş Rzayev (1935–2024) — General-mayor, Azərbaycan Respublikasının Müdafiə Naziri (1993).
- Aydın Məmmədov — Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü.
- Telman Əliyev — Akademik, AMEA Kibernetika İnstitutunun direktoru.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Şəhər iqtisadi cəhətdən çox əlverişli mövqedə yerləşir. Burada pambıq təmizləmə və süd zavodları, maşınqayırma avadanlıqları fabriki, gübrə zavodu, gips zavodu, taxıl qəbulu məntəqəsi fəaliyyət göstərir.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Şəhərdə Goranboy rayonu üzrə aqroservis və aqrolizinq xidməti, kitabxana, mədəniyyət sarayı, kinoqurğu, məişət evi, idman meydançası, dəmiryolu stansiyası, bank, poçt, rabitə şöbəsi mövcuddur.
Təhsil
[redaktə | mənbəni redaktə et]Şəhərdə uşaq musiqi məktəbi, peşə məktəbi, uşaq bağçası fəaliyyət göstərir.
Din
[redaktə | mənbəni redaktə et]Şəhərdə "Əkbər Cümə" məscidi dini icması fəaliyyət göstərir[3].
Səhiyyə
[redaktə | mənbəni redaktə et]Şəhərdə xəstəxana mövcuddur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine. scwra.gov.az (az.)