Üzeyir Hacıbəyovun heykəli (Bakı, 1960)

Üzeyir Hacıbəyovun heykəli — azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəyova ucaldılmış abidə.

Üzeyir Hacıbəyovun heykəli
Ölkə Azərbaycan
Yerləşir Bakı
Heykəltaraş Tokay Məmmədov
Memar Q. Muxtarov
Tikilib 1960
Vəziyyəti 2014-cü ildə yenilənmişdir
Hündürlüyü 6 metr
Material Tunc qranit

1960-cı ildə Tokay Məmmədovun yaratdığı Üzeyir Hacıbəyov heykəlin hündürlüyü 2,9 metrdir və tuncdan tökülüb. 3,1 metr hündürlükdə olan qranit pyedestalda bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının önündə ucaldılmışdır.

2014-cü ildə bərpa zamanı heykəl qara rəngə boyanıb bu isə etirazlara səbəb olub. Ekspertlər bildiriblər ki, Abşeron tarixi memarlıq abidələrinin rəngi boz və qumral olaraq qəbul edilib. Bu da Abşeron yarımadasının təbiətinə uyğunlaşdırılıb. Hazırda abidənin parlaq qara rəngə boyanması isə incəsənət aləmində qəbul olunmayıb.[1]

  1. "Üzeyir Hacıbəyovun heykəli". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.