Milli Demokratik Qüvvələr Birliyi

Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər.

Azərbaycanda hələ müstəqillikdən əvvəl SSRİ dönəmində seçki blokları yaranmışdır. 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan " seçki blokunun da platforması kimi təsdiq edildi.[1]

Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır.

Seçki blokları

[redaktə | mənbəni redaktə et]

2000-ci il parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasıseçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi. Proporsional seçkilərin partiyalar üzrə blok 0,40% səs topladı.[2][3]

2003-cü il prezident seçkiləri

[redaktə | mənbəni redaktə et]

Bizim Azərbaycan Bloku

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Bizim Azərbaycan Bloku

2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır.

Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir. Bloka 29 siyasi partiya və 67 ictimai təşkilat daxil olub.[4] 9 may 2003-cü ildə Azərbaycan Ümid Partiyasının Ali Məclisi "Bizim Azərbaycan" Blokunun namizədi İsa Qəmbəri dəstəkləmək və bloka qoşulmaq barədə qərar qəbul etdi. Azərbaycan Ümid Partiyası və Müsavat Partiyası arasında 21 may 2003-cü ildə ikitərəfli saziş imzalandı.[5]

Blok 2003-cü il prezident seçkilərində İsa Qəmbəri dəstəkləyib. Blokun vahid namizədi İsa Qəmbər seçkidə 338 145 seçicinin səsini toplayaraq, 14%-lə II yeri tutmuşdur, lakin blok seçkilərin kütləvi saxtalaşdırıldığını iddia etmiş və nəticələri tanımamışdır. 15–16 oktyabr 2003-cü ildə seçki nəticələrinə etiraz etmək məqsədilə Azadlıq meydanında keçirilən icazəsiz mitinqlərdən sonra isə bloka daxil olan bir çox siyasi partiya rəhbərləri və mitinq iştirakçıları həbs olunmuşdur.

6 iyun 2005-ci ildə Azərbaycan Ümid Partiyasının Ali Məclisi "Bizim Azərbaycan" Blokunda təmsilçilikdən imtina etməklə Müsavat və digər partiyalarla ikitərəfli əməkdaşlığın davam etdirilməsini qərara almışdır.[6]

19 noyabr 2005-ci ildə bloka üzv olan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı İsa Qəmbəri müdafiə etməyəcəklərini söyləmişdir.[7] 30 noyabr 2005-ci ildə bloka üzv olan Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan bildirib ki, ""Bizim Azərbaycan" bloku noyabrın 30-da saat 15.00-da keçirəcəyi növbəti iclasında Müsavat Partiyasının sədri İsa Qəmbərin blokun rəhbərliyindən uzaqlaşdırılması məsələsini müzakirəyə çıxaracaq""[8] Bu hadisələrdən sonra blokda ikifikirlilik yaranıb. Belə ki, bloka üzv olan Əhrar, Cümhuriyyət Xalq, Demokratik Birlik, Xalq və Əmək partiyaları İsa Qəmbəri "Bizim Azərbaycan" blokunun sədri kimi qəbul edir. Bloka daxil olan digər – Türk Millətçi, Xalq Azadlıq, İslam Demokrat, Yeni Turan, Demokratik Şəxsiyyətlər, Azad Azərbaycan, Xalq Qurtuluş, Yaşıllar və Demokratik Sağ partiyalar isə bunun əksinə çıxış edir.[9] Beləcə blok 2 qrupa parçalanır. Bir qrupa İsa Qəmbər sədrlik etməkdə davam edir, digər qrupda isə sədrlik rotasiya üsulu ilə həyata keçirilib.[10]

Sonradan İsa Qəmbərin sədrliyinə tərəfdar əksər siyasi partiya və ictimai təşkilat blok sıralarını tərk etmişdir. İsa Qəmbərin sədrliyinin əleyhinə olan partiya və ictimai təşkilatlar isə blok üzvlüyünə davam ediblər. Bloka sədrlik rotasiya üsulu ilə davam etmişdir. 20 aprel 2007-ci ildə Blok 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində iştirak etmək qərarı alıb.[11]

Qələbə Seçki Bloku

[redaktə | mənbəni redaktə et]

2003-cü il prezident seçkilərində müxalif qüvvələrdən bir neçə şəxs prezidentliyə namizəd olmuşdur. Əvvəlcə vahid namizəd üzərində müzakirələr olsa da, bu gerçəkləşməmişdir. Azərbaycan Milli İstiqlal Partiyası Etibar Məmmədovun prezidentliyə namizədliyini 7 iyul 2003-cü ildə rəsmi olaraq irəli sürmüş[12] və bu namizədlik 12 avqust 2003-cü ildə rəsmi olaraq təsdiqlənmişdir.[13] Prezidentliyə namizədliyi 12 avqust 2003-cü ildə təsdiqlənmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli[14] daha sonra namizədliyini Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun leyhinə geri çəkmişdir.[15] Bu ərəfədə sədr Etibar Məmmədov və onu dəstəkləyən siyasi qurumlar vahid quruluşda — Qələbə Blokunda cəmləşmişdi.[16] Etibar Məmmədov seçkiləri 70,638 (2.92%) səs toplayaraq Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyev, Bizim Azərbaycan Blokunun vahid namizədi İsa Qəmbər və Milli Birlik Hərəkatının lideri Lalə Şövkətdən sonra 4-cü sırada tamamlamışdır.[17] Lakin müxalif namizədlər seçki nəticələrini tanımamış və 15–16 oktyabr 2003-cü il tarixlərində kütləvi etiraz aksiyaları təşkil etmişdirlər.

Siyasi partiya Blok Namizəd Topladığı səs
Say % +/-
Yeni Azərbaycan Partiyası İlham Əliyev 1 860 436 76.84% Yeni
Müsavat Partiyası Bizim Azərbaycan Bloku İsa Qəmbər 338 145 13.97% Yeni
Bitərəf Milli Birlik Hərəkatı Lalə Şövkət 87 523 3.62% Yeni
Azərbaycan Milli İstiqlal Partiyası Qələbə Seçki Bloku Etibar Məmmədov 70 638 2.92% 8.88
Ədalət Partiyası İlyas İsmayılov 24 098 1.00% 0.30[a]
Vətəndaş Həmrəyliyi Partiyası Sabir Rüstəmxanlı 19 973 0.82% Yeni
Bitərəf Qüdrət Həsənquliyev 12 071 0.50% Yeni
Müasir Müsavat Partiyası Hafiz Hacıyev 8 267 0.34% Yeni
Etibarlı səslərin sayı 2 421 061
Etibarsız səslərin sayı 324 037
Ümumi səslərin sayı 2 745 098
Seçicilərin sayı 4 442 338
Seçici aktivliyi: 62,85%
Mənbə:[18]

2004-cü il bələdiyyə seçkiləri

[redaktə | mənbəni redaktə et]

Ədalət PartiyasıVətəndaş Həmrəyliyi Partiyası tərəfindən təsis edilmiş Demokratik Azərbaycan Seçki Bloku 2004-cü il bələdiyyə seçkilərində iştirak etmək qərarı almışdır. Siyasi partiyalar birliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 16 sentyabr 2004-cü il tarixli iclasında qeydiyyata alınmışdır.[19]

Vəhdət Partiyasının da daxil olduğu Azərbaycançı Qüvvələr Birliyi 2004-cü il bələdiyyə seçkilərində iştirak etmək qərarı almışdır. Siyasi partiyalar birliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 1 oktyabr 2004-cü il tarixli iclasında qeydiyyata alınmışdır.[20]

2005-ci il parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki bloku
Siyasi partiyalar
Rəhbərləri
Namizəd sayı
Təsis tarixi
Adı
21 iyul 2005 Azadlıq Azərbaycan Demokrat Partiyası Rəsul Quliyev 40
Azərbaycan Xalq Cəbhəsi Partiyası Əli Kərimli 48
Müsavat Partiyası İsa Qəmbər 41
24 iyul 2005 Azərbaycançı Qüvvələr Birlik Partiyası Xudadat Xuduyev
Vəhdət Partiyası Tahir Kərimli 46
Azərbaycan Naminə Azərbaycan Xalq Demokratik Partiyası Rafiq Turabxanoğlu
Vahid Azərbaycan Partiyası Karrar Əbilov
27 iyul 2005 Azərbaycan Tərəqqi Alyansı Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası Azad Nəbiyev
Qorqud Partiyası Firudin Kərimov
15 avqust 2005 Birlik Azərbaycan Milli Dövlətçilik Partiyası Nemət Pənahlı
Azərbaycan Mübarizlər Partiyası Ağadur Müslümov
24 iyul 2005 Demokratik Azərbaycan Ədalət Partiyası İlyas İsmayılov 32
Vahid Azərbaycan Milli Birlik Partiyası Hacıbaba Əzimov
Vətəndaş Həmrəyliyi Partiyası Sabir Rüstəmxanlı 31
21 iyul 2005 İslahat Azərbaycan Respublikaçılar Partiyası Sübut Əsədov
Azərbaycan Azad Respublikaçılar Partiyası Kamil Seyidov
Azərbaycan Demokratik Maarifçilik Partiyası Elşən Musayev
Demokratik Azərbaycan Dünyası Partiyası Məmməd Əlizadə 57
Yeni Siyasət Azərbaycan Milli İstiqlal Partiyası Əli Əliyev
Azərbaycan Milli Hərəkat Partiyası Samir Cəfərov
Azərbaycan Sosial Demokrat Partiyası Ayaz Mütəllibov 9
Araz Əlizadə

Azadlıq Siyasi Partiyalar Bloku

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Azadlıq Bloku

2005-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar), Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyası seçkilərə vahid siyahı ilə getmək barəsində razılaşdılar.[21][22] 10 iyun 2005-ci ildə bu 3 partiya Azadlıq Blokunu təsis etmiş, blokun rəngini narıncı inqilab səbəbi ilə narıncı, simvolunu isə narıncı qızılgül seçmişdir.[23] 7 iyul 2005-ci ildə blokun rəsmi təsisi ilə bağlı saziş imzalandı.[24] 21 iyulda blok qeydiyyatdan keçdi.[25] Azadlıq Bloku vahid namizədlər siyahısı təşkil etdi.[26] 116 vahid namizədin olduğu siyahıya[27] əsasən 28 namizəd (daha sonra 1 namizəd geri çəkildi) Azərbaycan Demokrat Partiyası üzvü idi.[26] Həmçinin, 2005-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə Azadlıq Bloku üzvlərindən Müsavat Partiyası 16, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 və Azərbaycan Demokrat Partiyası 13 namizədlə iştirak etmişdir.[28] 2006-cı ildə Müsavat Partiyası qurumu tərk edib. 2006-cı ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası, Vətəndaş və İnkişaf PartiyasıAzərbaycan Liberal Partiyası iştirakı ilə Azadlıq Seçki Bloku buraxılaraq əsasında Azadlıq Siyasi Partiyalar Bloku yaradılmış və 2010-cu ilə qədər fəaliyyət göstərmişdir.[29]

Yeni Siyasət Bloku (YeS)

[redaktə | mənbəni redaktə et]

2005-ci il parlament seçkiləri ərəfəsində, 12 aprel 2005 tarixində təqdimatı edilən blok 2 may 2005 tarixində rəsmi olaraq qurulmuşdur. 13 iyul 2005-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır,[30] lakin seçkilərin nəticəsi açıqlandıqda Yeni Siyasət Seçki Blokunun vahid siyahısından sadəcə 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə sabiq baş nazir Əli Məsimli deputat seçilmişdir. Yeni Siyasət Seçki Blokunun üzv partiyaları seçki nəticələrinə etiraz etmiş və seçilmiş deputatları istefaya dəvət etmişdir, lakin Yeni Siyasət Seçki Blokuna üzv olan Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Arzuxan Əlizadə (hazırkı sədr) seçkinin yekun protokoluna imza atmışdır. AMİP sədri Əli Əliyev buna etiraz etmişdir.[31] Partiya sədri Əli Əliyev fövqəladə iclas keçirmiş və iclasda Etibar Məmmədov və Arzuxan Əlizadənin dəstəkçilərini Siyasi Şura üzvlüyündən ixrac etmişdir.

Blokun bütün üzvləri azad namizədlər idi və heç bir partiyaya daxil deyildilər. 2007-ci ildə bu siyasi blok fəaliyyətini dayandırdı.

Blokun ümumilikdə 8 üzvü var idi: Eldar Namazov, Yaqub Məmmədov, Vahid Əhmədov, Əli Məsimli, Rəhim Hüseynov, Eldəniz Quliyev, Rəşid Hacılı, Samir Cəfərov.

22 aprel 2005-ci ildə "İctimai liderlər birliyi" Seçki Bloku, 14 may 2005-ci ildə Azərbaycan Qadın Hərəkatının liderləri tərəfindən Qadınların Seçki Bloku, 15 may 2005-ci ildə "Olaylar", "Ədalət", "Həftəiçi", "Üç nöqtə", "Şərq" və "525-ci" qəzetlərinin baş redaktorları tərəfindən "Müstəqil media — 2005" Seçki Bloku,[32] 16 may 2005-ci ildə "Parlament 2005" Hüquqşünasların Seçki Bloku, 27 may 2005-ci ildə "Gənc Azərbaycan — Yeni adlar" Seçki Bloku, 13 iyun 2005-ci ildə "Yeni parlament" Seçki Bloku təsis edilmişdir.[33]

Avqust ayında isə "İctimai Liderlər Birliyi" bloku 64 namizədinin olduğunu açıqladı. Onlar həm birliyin üzvləri olan şəxslər, həm blokun dəstəklədiyi və həm də qurumun saziş imzaladığı digər seçki bloklarının namizədləri idi. "Parlament-2005" Hüquqşünasların Seçki Blokunun, "Müstəqil Media-2005" Seçki Blokunun, həmçinin "Gənc Lidlerlər" Seçki blokunun namizədləri "İctimai Liderlər"in siyahısına daxil edildi. Əliməmməd Nuriyev, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Əyyub Kərimov, Ataxan Əbilov, Namizəd Səfərov, Əlövsət Əliyev, Vidadi Mirkamal kimi hüquqşünaslar, həmçinin qəzet redaktorlarından Rəşad Məcid, Akif Aşırlı, Xoşqədəm Hidayətqızı, Aqil Abbas da "İctimai Liderlər Birliyi"nin dəstəklədiyi namizədlər idi.[32][34] "İctimai liderlər birliyi" Seçki Blokunun təsisçilərindən biri də Milli Qeyri-hökumət Təşkilatları Forumunun prezidenti Azay Quliyev olmuşdur.[35]

Bloklar üzrə seçki nəticələri

[redaktə | mənbəni redaktə et]

[36]

Seçki bloku
Səs
Mandat
#
%
+\-
Sayı
+\-
Rəsmi bloklar
Azadlıq [b] Yeni
5 / 125
Yeni
Yeni Siyasət (YeS)[c] Yeni
2 / 125
Yeni
Birlik[d] Yeni
1 / 125
Yeni
Demokratik Azərbaycan[e] Yeni
1 / 125
Yeni
Azərbaycançı Qüvvələr Yeni
0 / 125
Yeni
Azərbaycan Naminə Yeni
0 / 125
Yeni
Azərbaycan Tərəqqi Alyansı Yeni
0 / 125
Yeni
İslahat Yeni
0 / 125
Yeni
Rəsmi olmayan
İctimai Liderlər Birliyi[f] Yeni
2 / 125
Yeni
Qadınların Seçki Bloku Yeni
0 / 125
Yeni
Yeni parlament Yeni
0 / 125
Yeni

2008-ci il prezident seçkiləri

[redaktə | mənbəni redaktə et]

Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Partiya və "Azərbaycan Naminə" İctimai Forumu tərəfindən Müxalifətin Əməkdaşlıq Mərkəzi 2008-ci ildə təsis edilmişdir. Quruma daxil olan təşkilatlar 2008-ci il prezident seçkilərini boykot etmişdir.[37][38]

2009-cu il referendumu

[redaktə | mənbəni redaktə et]
  • "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" Təşəbbüs Qrupu Azadlıq Blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Partiyası, həmçinin, Milli Birlik Hərəkatı, Müsavat Partiyası, Azərbaycan Ümid Partiyası, "Azərbaycan Naminə" İctimai Forum, ziyalılar, bir qrup qeyri-hökumət təşkilatı "Qarabağ və Respublika Uğrunda" Vətəndaş Hərəkatının yaradıldığını bəyan edib. Hərəkat konstitusiyaya düzəlişlərlə bağlı martın 18-də keçiriləcək referendumun əleyhinə təşviqat aparıb. Vətəndaş cəmiyyəti və siyasi partiyalar Konstitusiyada eyni şəxsin ardıcıl olaraq 2 dəfədən artıq prezident seçilməsi məhdudiyyətinin ləğvi əleyhinə olduqlarını birgə ifadə edib.[39][40]
  • "Yeni Azərbaycan" Təşəbbüs Qrupu iqtidar partiyası YAP tərəfindən yaradılmışdır
  • "Respublikaçılar" Təşəbbüs Qrupu müxalif Müsavat Partiyası tərəfindən yaradılmışdır. Konstitusiyaya düzəlişlərlə bağlı martın 18-də keçiriləcək referendumun əleyhinə təşviqat aparıb.[39]
  • "Milli İstiqlal" Təşəbbüs Qrupu müxalif Azərbaycan Milli İstiqlal Partiyası tərəfindən yaradılmışdır. Konstitusiyaya düzəlişlərlə bağlı martın 18-də keçiriləcək referendumun əleyhinə təşviqat aparıb.[39]
  • "Azərbaycan Xalq Cümhuriyyəti" Təşəbbüs Qrupu Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat, Böyük Azərbaycan və Xalq patiyalarının təmsil olunduğu Demokratiya Uğrunda İttifaq tərəfindən yaradılmışdır. Konstitusiyaya düzəlişlərlə bağlı martın 18-də keçiriləcək referendumun əleyhinə təşviqat aparıb.[39]

2010-cu il parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]
  • AXCP-Müsavat Bloku ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası tərəfindən yaradılıb.
  • Demokratiya Bloku Vətəndaş Həmrəyliyi PartiyasıDemokratik İslahatlar Partiyası Demokratiya Blokunu yaratmış və 117 dairədə vahid namizədlə, 3 dairədə hər iki partiyanın öz namizədi ilə iştirak etmişdi.
  • Azərbaycan Demokrat Partiyası Azərbaycan Ümid Partiyası ilə bərabər Qarabağ Seçki Blokunu təsis etmişdir.[41] Blok 10 sentyabr 2013-cü ildə qeydiyyata alınmışdır.[42] Blok seçkidə 32 namizədlə iştirak etmişdir,[43] lakin mandat qazana bilməmişdir. 2011-ci ilin fevralında seçki bloku siyasi bloka çevrilmiş və bu barədə partiya sədrləri İqbal Ağazadə və Sərdar Cəlaloğlu anlaşma imzalamışdırlar.[44] Seçkinin ardınca blokla əməkdaşlıq edən Aydınlar Partiyası seçki blokunun siyasi bloka çevrildiyi üçün blokla əməkdaşlığı dayandırmışdır.[45]
  • Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Partiyası və Azərbaycan Yaşıllar Partiyası tərəfindən "İnsan Naminə" Seçki Bloku yaradılıb.[46]
  • 28 avqust 2010-cu ildə Ədalət Partiyası, Böyük Quruluş Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından ibarət "İslahat" Seçki Bloku təsis olunmuşdur.[47]

Seçki nəticələri

[redaktə | mənbəni redaktə et]
Seçki bloku
Üzv partiyalar
Ümumi səs
Mandat
#
%
+\-
Sayı
+\-
Mandat qazanan
Demokratiya Seçki Bloku Vətəndaş Həmrəyliyi Partiyası 52 067
2.13%
Yeni
4 / 125
Yeni
Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası
İslahat Seçki Bloku Azərbaycan Təkamül Partiyası 54 955
2.25%
Yeni
3 / 125
Yeni
Böyük Quruluş Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Ədalət Partiyası
Qarabağ Seçki Bloku Aydınlar Partiyası 34 914
1.43%
Yeni
1 / 125
Yeni
Azərbaycan Demokrat Partiyası
Azərbaycan Ümid Partiyası
Mandat qazanmayan
AXCP-Müsavat Seçki Bloku Azərbaycan Xalq Cəbhəsi Partiyası 76 661
3.14%
Yeni
0 / 125
Yeni
Müsavat Partiyası
İnsan Naminə Seçki Bloku Azərbaycan Liberal Partiyası 13 394
0.55%
Yeni
0 / 125
Yeni
Vətəndaş və İnkişaf Partiyası

2013-cü il prezident seçkiləri

[redaktə | mənbəni redaktə et]

Demokratik Qüvvələrin Milli Şurası

[redaktə | mənbəni redaktə et]

28 may 2013-cü ildə Respublika günü Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətin 95 illiyi ilə əlaqədar keçirilən bayram tədbiri bitdikdən sonra bəzi siyasi qüvvələrin təmsilçiləri olan ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli, KXCP sədr muavini Bəybala Əbil, EL Hərəkatı sədri (Eldar Namazov) və Müsavat sədri İsa Qəmbərin iştiraki ilə bu partiyaların rəhbərlərinin görüşü baş verib. Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri üzərində geniş müzakirələr aparılmışdır. Müzakirələrə telefon və Skype vasitəsilə Rüstəm İbrahimbəyov, o dönəmin ACP lideri Rəsul Quliyev, ALP lideri Lalə ŞövkətKXCP sədri Mirmahmud Mirəlioğlu da qatılmışlar. Məsləhətləşmələr nəticəsində Milli Şuranın təsis bəyannaməsi və tərkibi razılaşdırılmışdır.[48] Bununla da 28 may Respublika günündə "Demokratik Qüvvələrin Milli Şurası"nın yaradılması barədə qərar qəbul edilmişdir.

7 iyun 2013-cü ildə qurumun təsis yığıncağı keçirilib. Beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələrinin də iştirak etdiyi toplantıda Milli Şura təsis olunmaqla yanaşı, Rüstəm İbrahimbəyov qurumun sədri seçilib. Bəzi sənədlər qəbul edilib.[49]

2 iyul 2013 tarixində Milli Şura rəsmən Rüstəm İbrahimbəyovun vahid namizədliyini prezident seçkilərində irəli sürmək qərarı verib. Bu qərar MŞ-yə daxil olan siyasi partiyalarla yanaşı islamçı kəsim, o cümlədən Nida Vətəndaş Hərəkatı tərəfindən də dəstəklənib. Nida Vətəndaş Hərəkatı sonradan Cəmil Həsənlini də dəstəkləyib.

23 avqust 2013 tarixində isə Milli Şura rəsmən Cəmil Həsənlinin ehtiyat vahid namizədliyini prezident seçkilərində irəli sürmək qərarı vermişdir.[50]

3 dekabr 2013-cü ildə Cəmil Həsənli qurumun sədri, Rüstəm İbrahimbəyov isə fəxri sədri seçilib.[51]

Seçkidən sonrakı dövrdə Müsavat Partiyası, EL Hərəkatı, Azərbaycan Liberal Partiyası, Böyük Azərbaycan Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və digər çoxsaylı üzvlər Milli Şuradan çıxdılar.

Ədalət Partiyası və Azərbaycan Yaşıllar Partiyası tərəfindən "Vətən" Siyasi Bloku yaradılmış, daha sonra Azərbaycan İslam Partiyası bloka qoşulmuşdur.[52] Blokun 2013-cü il prezident seçkilərində vahid namizədi İlyas İsmayılov olmuşdur.[53][54] Blok rəsmi olmasa da, 2015-ci il parlament seçkilərində də iştirak etmişdir.[55]

2015-ci il parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]

4 fevral 2015-ci ildə Azərbaycan Xalq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq Partiyası, Azad Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Aydınlar Partiyası və Vətəndaş və İnkişaf Partiyası tərəfindən "Azadlıq-2015" Seçki Bloku yaradılmışdır.[56] Blok 72 namizəd irəli sürsə də, onlardan 20-si (1-i məhkəmə yolu ilə) qeydə alınmış, heç biri deputat seçilməmişdir. Blok seçki nəticələrini tanımamışdır.[57] 12 noyabrda qurum buraxıldı.[58] 23 dekabr 2015-ci ildə blokun təsisçiləri "Azadlıq" Müxalifətin Siyasi Əməkdaşlıq Mərkəzini təsis etmişdir.[59] 2016-cı ildə qurum fəaliyyətini dayandırmışdır.[60]

2016-cı il referendumu

[redaktə | mənbəni redaktə et]
  • "Vətəndaş Cəmiyyəti" Təşəbbüs Qrupu 2016-cı il sentyabr ayının 26-a təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və 24 qeyri-hökumət təşkilatı tərəfindən ilkin təşəbbüs qrupunun yaradılması məqsədilə bu gün yığıncaq keçirilib. Yığıncaqda həmkarlar ittifaqlarından və QHT-lərdən 4002 təşəbbüsçünü təmsil edən 402 nümayəndə iştirak edib. İclasda Konstitusiyaya təklif edilən dəyişikliklər yüksək qiymətləndirilib.
  • "Yeni Azərbaycan" Təşəbbüs Qrupu hakim YAP tərəfindən yaradılıb.
  • "Bələdiyyə" Təşəbbüs Qrupu 2016-cı ilin avqustun 5-də "Bələdiyyə" təşəbbüs qrupunun yaradılması məqsədilə yığıncağı keçirilib. Yığıncaqda təşviqat qrupunun yaradılması ilə əlaqədar təşəbbüs qrupunun formalaşdırılması məqsədilə 69 ilkin təşəbbüs qrupundan 348 nümayəndə iştirak edib.

2020-ci il parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]

Hərəkət Seçki Bloku

[redaktə | mənbəni redaktə et]
Hərəkət Seçki Blokunun təsisi

Bir qrup vətəndaş cəmiyyəti fəalı "Hərəkət" seçki blokunun təsis edildiyini elan edib. Blokda 9 fevral növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan 18 nəfər birləşib. Gəncləri Azərbaycanı ifadə azadlığına, insan hüquqlarına dəyər verilən, ədalətli seçkilər keçirilən, müstəqil və ədalətli məhkəmələrin fəaliyyət göstərdiyi hüquqi dövlət kimi görmək istəyi birləşdirir, bu barədə blokun proqramında deyilir.

Fəallar maksimum sayda seçicilərin, xüsusən də gənclərin seçkilərə cəlb edilməsi üçün blok şəklində fəaliyyət göstərmək qərarına gəliblər.

Bloka NİDA fəalları Ülvi Həsənli, Turqut Qəmbər, İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, REAL Partiyasının keçmiş məclis sədri Azər Qasımlı, bloger Mehman Hüseynov, ictimai fəal Rəbiyyə Məmmədova, D18 Hərəkatının lideri Ruslan İzzətli, vəkil Fariz Namazlı, hüquqşünas Səməd Rəhimli və başqaları daxil olub.

REAL Cümhuriyyətçilər İttifaqı

[redaktə | mənbəni redaktə et]

2019-cu il dekabr ayının 11-də Respublikaçı Alternativ Partiyası və bır sıra müstəqil namizədlərin iştirakı ilə REAL Cümhuriyyətçilər İttifaqı yaradıldı.[61] İttifaqın namizədi Erkin Qədirli 17 saylı Yasamal 3-cü seçki dairəsindən deputat seçilib.

İNAM Seçki Bloku

[redaktə | mənbəni redaktə et]

İslahatlar Naminə Açıq Media (İNAM) Seçki Bloku bir qrup jurnalist tərəfindən yaradılmışdır. İNAM tərəfindən namizədliyini irəli sürənlər və seçki dairələri: Əkbər Yolçuyev(12); Taleh Şahsuvarov (23); Nəsiman Yaqublu (24); Aygün Süleymanlı (28); İsmayıl Balacanov (31); Rauf Arifoğlu (35); Ceyhun Musayev (45); Süleyman İsmayılbəyli (48); Azər Həsrət (55); Xanoğlan Əhmədov (72); Kəramət Böyükçöl (80); Sənan Abdullayev (82); Yusif Osmanlı (86); Jalə Seyidli (92); Rufik İsmayışlov (96); Əli Həziquliyev (96); Tural Turan (102); Ləman Ələşrəfqızı (117); Zaur Məmmədov (120); Elşən Nəcəfov (120); Afət Telmanqızı (125).

Siyasi birliklər

[redaktə | mənbəni redaktə et]

Demokratik Konqres

[redaktə | mənbəni redaktə et]

1994-cü ildə Azərbaycan Demokrat Partiyası Müsavat Partiyası, Azərbaycan Ana Torpaq Partiyası, Xalq Azadlıq Partiyası və Azərbaycan Xalq Cəbhəsi ilə birgə Demokratik Konqes adlı birliyi yaratmışdır.[52] 1995-ci ildə, parlament seçkiləri ərəfəsində Azərbaycan Demokrat Partiyası bu qurumdan ayrılmışdır.[52] Həmin il və daha sonra bloka başqa partiyalar — Əhrar, Xalq Demokratik Partiyası, Azərbaycan Xalq Partiyası və digər partiyalar qoşulub.

2000-ci il parlament seçkiləri ərəfəsində müxalifətin Demokratik Konqres AXCPMüsavat proporsional qayda ilə seçkidə iştirak üçün ümumi siyahı hazırladı. Siyahıda birinci Əbülfəz Elçibəy, ikinci İsa Qəmbər, üçüncü isə Əli Kərimli oldu. Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə öldü, partiyanın sədr postu isə sədrin birinci müavini Əli Kərimliyə həvalə olundu. Müsavat Partitysaı AXCP-də baş verən hadisələri dəstəkləməmiş və sədr olaraq "klassiklər" qanadını tanımışdır. Nəticədə, Demokratik Konqres iki yerə parçalanmışdır. "Demkonqres-1" Müsavat Partiyasının rəhbərliyində, "Demkonqres-2" isə AXCP rəhbərliyində fəaliyyət göstərmişdir.[62]

7 yanvar 1995-ci ildə Dəyirmi Masa yaradıldı. Bu quruma əvvəl 32 təşkilat daxil olsa da, onun ikinci əsasnaməsini 16 təşkilat imzaladı. 2000-ci ilin əvvəllərində Dəyirmi Masanın tərkibində 11 partiya fəaliyyət göstərirdi.[5]

Məşvərət Məclisi

[redaktə | mənbəni redaktə et]

5 aprel 1997-ci ildə iqtidaryönümlü partiyalar tərəfindən Məşvərət Məclisi təsis edildi. 2000-ci ilin əvvəllərində Azərbaycan Kommunist PartiyasıAna Vətən Partiyasının da təmsil olunduğu bu qurumda 12 partiya birləşirdi.[5] Məşvərət Məclisinə 9 partiya — Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Sosial Rifah Partiyası və Azərbaycan Mübarizlər Partiyası daxil olmuşdur.

Sosialist Azərbaycanı

[redaktə | mənbəni redaktə et]

1997-ci ilin oktyabrında Azərbaycan Sosial Demokrat PartiyasıAzərbaycan Kommunist Partiyasının təşəbbüsü ilə qarşısına demokratik sosializm cəmiyyəti qurmaq məqsədini qoyan "Sosialist Azərbaycanı" bloku yaradıldı.[5]

1998-ci ildə 20 siyasi partiya prezident seçkilərində iştirak etməkdən imtina etdi. 5 partiya isə bu seçkiləri boykot etmək haqqında protokol imzaladı. Ardınca 26 mart 1998-ci ildə 36 ictimai-siyasi təşkilatı birləşdirən Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat (SİDSUH) koalisiyası yaradıldı. Sonrakı dövrdə Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat PartiyasıVətəndaş Həmrəyliyi Partiyası, Vəhdət Partiyası daxil olmaqla 67 partiya və təşkilat təmsil olunmuşdur.[63][64]

1998-ci il prezident seçkilərindən öncə bütün müxalifəti birləşdirən SİDSUH-da fikir ayrılığı yaranmışdı. Bir qrup şəxs vahid namizəd olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyi, digər qrup şəxs isə Müsavat Partiyasının başqanı İsa Qəmbəri irəli sürürdü. Yekun qərarın əldə oluna bilməməsi səbəbi ilə SİDSUH seçkiləri boykot etmə qərarı aldı.[65]

Birləşmiş Müxalifət Hərəkatı

[redaktə | mənbəni redaktə et]

1998-ci ilin prezident seçkilərinin ardınca Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası daxil olmaqla bir neçə qurumun iştirakı ilə Birləşmiş Müxalifət Hərəkatı təsis edildi. Fəaliyyəti bir neçə il çəksə də daxili parçalanmalara məruz qalaraq dağılmışdır.[52]

Milli Müqavimət Hərəkatı

[redaktə | mənbəni redaktə et]

1994-cü ildə "Bişkek" sazişinin imzalanması ərəfəsində, daha sonra isə 1998-ci ildə bir sıra müxalifət partiyaları Qarabağ uğrunda Milli Müqavimət Hərəkatının təsis edilməsini gündəmə gətirdilər.[66] 1999-cu ildə Əbülfəz Elçibəyin təşəbbüsü və liderliyi ilə Milli Müqavimət Hərəkatı yaradıldı.[67] Qurumda 20-yə yaxın siyasi partiya və ictimai xadim təmsil olunurdu. Tədricən qurumun fəaliyyəti yekunlaşdı.[68] 2007-ci ildə Bizim Azərbaycan Bloku sədri Vüqar Bəyturan, 2009-cu ildə Klassik Xalq Cəbhəsi Partiyası sədri Mirmahmud Mirəlioğlu qurumun bərpası ideyasını irəli sürsə də, təklif gerçəkləşmədi.[67][68]

Azərbaycançı Qüvvələr Birliyi

[redaktə | mənbəni redaktə et]

1999-cu ildə Azərbaycan İslam Partiyası, Azərbaycan Sosial Demokrat PartiyasıVəhdət Partiyası Azərbaycançı Qüvvələr Birliyi adlı siyasi ittifaq təsis etmişdir. Azərbaycançı Qüvvələr Birliyinə daxil olan partiyalar 2000-ci il parlament seçkilərinin ardından 19 siyasi partiya ilə birgə seçki nəticələrinin tanınmaması ilə bağlı sənəd imzalamışdır.[69] Sonralar bu ittifaqa Birlik Partiyası və Azərbaycan Xalq Dirçəliş Partiyası da qatılmışdır.[70]

Vəhdət Partiyası 2005-ci il parlament seçkilərində Azərbaycançı Qüvvələr Birliyinin əsasında Xudadat Xudiyevin rəhbərlik etdiyi Birlik Partiyası, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam PartiyasıAzər Qasımzadənin sədrlik etdiyi Azərbaycan Xalq Dirçəliş Partiyası ilə bərabər "Azərbaycançı Qüvvələr" Siyasi Partiyalar Blokunu təsis edərək vahid blok adı altında iştirak etmişdir. Blokda sabiq deputat Toğrul İbrahimlinin təsis etdiyi, rəsmi dövlət qeydiyyatı olmayan "Namus" Respublika Partiyası da təmsil olunmuşdur.[71] Blok Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyul 2005-ci il tarixli iclasında qeydiyyata alınmışdır.[72] Azərbaycançı Qüvvələr Birliyinin üzvü olan Azərbaycan Sosial Demokrat Partiyası isə seçkilərə "Yeni Siyasət" Seçki Bloku daxilində qatılmış, seçkilərdən sonra isə AQB-dən ayrılmışdır.[73] Blokun ümumilikdə 61 namizədi qeydiyyata alınmışdır.[74] 2006-cı il təkrar parlament seçkilərindən öncə Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Birliyindən ayrılmışdır.[75]

Demokratiya Uğrunda Böyük Birlik

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cəbhəsi Partiyası-Azərbaycan Milli İstiqlal Partiyası birliyinə paralel yaradılmış siyasi blok.

Demokratiya Uğrunda İttifaq

[redaktə | mənbəni redaktə et]

2005-ci ildə Azərbaycan Milli Demokrat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası və Azadlıq Partiyası ilə birgə Demokratiya Uğrunda İttifaqı təsis etmişdir. 2008-ci ilin sentyabrında Böyük Azərbaycan Partiyası və Azərbaycan Xalq Partiyası, oktyabrında isə Milli Qurtuluş Partiyası quruma üzv qəbul edilmişdir.[6] AzMDEP 2009-cu ildə bu qurumdan xaric edilmişdir.[76] Sonralar Azadlıq, Böyük Azərbaycan və Milli Qurtuluş partiyaları da daxil quruma daxil oldu. 22 fevral 2011-ci ildə Klassik Xalq Cəbhəsi Partiyası DUİ-nin fəaliyyətinə xitam verilməsi təklifi ilə çıxış edib. Məsələ toplantıda geniş müzakirə edilib və DİU-nun fəaliyyətinə xitam verilib.[77]

Dördlər-Beşlər-Altılar

[redaktə | mənbəni redaktə et]

2007-ci ilin yanvar ayında Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Müsavat Partiyası və Azərbaycan Naminə İctimai Forumu tərəfindən "beşlər" adlanan məşvərət qurumu yaradılmışdır.[78] Daha sonra bu quruma Azərbaycan Sosial Demokrat Partiyası da qatılmış və qurum "Altılar" adı almışdır, lakin ASDP noyabr ayında qurumdan ayrılmışdır.[79] Qurum yenidən mediada "beşlər" adlanmışdır.[80] 2008-ci ilin yanvarında Azərbaycan Tərəqqi Partiyasının ATA Blokunu təsis edərək "Beşlər"-dən çıxması ilə qurum "Dördlər" adlanmışdır.[81] Sentyabr ayında isə qurumun fəaliyyəti dayandırılmışdır.[82]

Milli Demokratik Qüvvələr Birliyi

[redaktə | mənbəni redaktə et]

Milli Demokratik Qüvvələr Birliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Təkamül Partiyası tərəfindən təsis olunmuşdur. BAXCP 2005-ci parlament seçkilərinə müstəqil şəkildə, yəni seçki bloklarıma qoşulmadan Milli Demokratik Qüvvələr Birliyi ilə qatılmışdır.[83][84] BAXCP seçkilərdə sadəcə Azərbaycan Təkamül Partiyası namizədlərini dəstəkləmiş, özünün 64 namizədini irəli sürmüş, onlardan isə 19-u qeydə alınmışdır.[85] Seçkilərin nəticəsinə əsasən partiya 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə sədr Qüdrət Həsənquliyevin qələbə qazanması ilə 1 mandat qazanmış və beləliklə, qurulduqdan 1 il sonra parlamentdə təmsil olunma haqqını qazanmışdır.[86][87] Seçkilərdən sonra Azərbaycan Təkamül Partiyası seçki nəticələrinə etiraz etmiş və Azadlıq Blokunun etirazlarına qoşulmuşdur. Qüdrət Həsənquliyev isə seçkilərin demokratik keçirildiyini söyləmişdir. Bu birlik daxilində fikir ayrılığına səbəb olmuşdur.[88]

Seçki öncəsində, 10 sentyabr 2008-ci ildə Bütöv Azərbaycan Xalq Partiyası Hacıbaba Əzimovun sədrlik etdiyi Vahid Azərbaycan Milli Birlik Partiyası ilə əməkdaşlıq sazişi imzalamışdır. Sazişə əsasən VAMBP seçkilərdə Qüdrət Həsənquliyevin namizədliyini dəstəkləyəcək və növbəti seçkilərdə əməkdaşlıq ediləcəkdi. Həmçinin, Qüdrət Həsənquliyevij prezident seçiləcəyi təqdirdə VAMBP qurulacaq yeni hökumətdə təmsil olunmalı idi.[89] 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd olan Qüdrət Həsənquliyev 83 037 səs (2.24%) səs toplayaraq 4-cü olmuşdur. Prezident seçkilərinin ardından sədr Qüdrət Həsənquliyev prezidentliyə müxalif namizədlərdən ibarət blok yaratmağı təklif etsə də, təklif qəbul olunmamışdır.[90] Bu hadisədən sonra Vahid Azərbaycan Milli Birlik Partiyasının müraciətinə əsasən VAMBP Milli Demokratik Qüvvələr Birliyinə üzv qəbul olunmuşdur.[91]

Demokratik Seçki Mərkəzi

[redaktə | mənbəni redaktə et]

2007-ci ilin dekabr ayında Azərbaycan Milli Demokrat Partiyası daxil 20 siyasi partiya "Demokratik Seçki Mərkəzi"ni təsis etmişdir.[92] Bu qurum 2008-ci il prezident seçkilərində vahid namizədlə iştirak etməyi planlaşdırmışdır.[93] 5 sentyabr 2008-ci ildə alınan qərarla Demokratik Seçki Mərkəzinin fəaliyyəti prezident seçkilərinin sonunadak müvəqqəti dayandırılmışdır.[94] Seçkilərdən sonra isə mərkəzin fəaliyyətinin bərpasına ehtiyac olmadığı söylənmişdir.[95] DSM-də Azadlıq, Milli Demokrat, Açıq Cəmiyyət, Təkamül, Yaşıllar, Böyük Azərbaycan, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq CəbhəsiKlassik Xalq Cəbhəsi partiyaları təmsil olunmuşdur.

Azərbaycan Sol Qüvvələr Birliyi

[redaktə | mənbəni redaktə et]

2008-ci ildə Azərbaycan Kommunist Partiyası sədri Rauf Qurbanov, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov, Azərbaycan Vahid Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Musa Tukanov və Markizim-Leninizm platformasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Telman Nurullayev arasında aparılan müzakirələr nəticəsində yaradılmışdır.[96][97]

Sosialist Yönümlü Partiyaların Əlaqələndirmə Şurası

[redaktə | mənbəni redaktə et]

2009-cu ildə Azərbaycan Xalq Sosialist Partiyası, Rüstəm Şahsuvarovun sədri olduğu Azərbaycan Mütərəqqi Sosialist Partiyası və Elşən Manafovun sədri olduğu Demokratik Sol Partiyası tərəfindən təsis olunmuşdur.[98] Elə həmin il Azərbaycan Mütərəqqi Sosialist Partiyası Azərbaycan Xalq Sosialist Partiyasına birləşmişdir. Bu SYPƏŞ-dəki DSP-nin etirazına səbəb olmuşdur.[99] Daha sonra Azərbaycan Demokratik Sol Partiyası da Azərbaycan Xalq Sosialist Partiyasına birləşmək istəsə də bu gerçəkləşməmişdir.[100]

30 iyun 2009-cu ildə hökumətyönlü Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Demokratik Ziyalılar Partiyası və Azərbaycan Mübarizləri Partiyası tərəfindən "Birlik" Siyasi Blokunda təsis olunmuşdur. Onların məqsədi həm bələdiyyə, həm parlament seçkilərində iqtidarı müdafiə etmək olmuşdur.[101]

İctimai Palata

[redaktə | mənbəni redaktə et]

28 dekabr 2010-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Xalq Partiyası və digər partiyalar tərəfindən İctimai Palata təsis olundu. Koordinasiya Şurasına 9 nəfər üzv seçildi. Koordinasiya Şurasının üzvlərinin bir qismi partiya nümayəndələrindən, bir qismi isə QHT nümayəndələrindən seçilmişdir. Şuraya İsa Qəmbər, Əli Kərimli, Yusif Bağırzadə, Pənah Hüseyn, Mirvari Qəhrəmanlı, Aqil Səmədbəyli, Ənnağı Hacıbəyli, Vidadi Mirkamal və Hacı İlqar İbrahimoğlu daxil edildi.[102]

İctimai Palatanın Koordinasiya Şurası 2014-cü ilin martın 4-də özünün sonuncu toplantısını keçirib. Toplantıda İctimai Palatanın fəaliyyətinə xitam verilib.[103]

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı

[redaktə | mənbəni redaktə et]

9 yanvar 2012-ci ildə Açıq Cəmiyyət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Azadlıq Partiyası və Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı yaradılmışdır.[104] Rəsul Quliyev də quruma qatılmışdır.[105] İyul ayında ALDP və ACP qurumdan ayrıldı və beləliklə qurum dağıldı.[106]

Azərbaycan Xalq Hərəkatı

[redaktə | mənbəni redaktə et]

26 yanvar 2019-cu ildə sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, Böyük Azərbaycan Partiyası və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar tərəfindən Azərbaycan Xalq Hərəkatı təsis edildi.[107] Daha sonra qurum daxilində parçalanma olmuş və qurum 2-yə bölünmüşdür.[108] Parçalanmadan sonra iki qanada ayrılmış Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin birləşdirilməsi cəhdləri nəticəsiz qalıb.

Bir qrupa Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, keçmiş müdafiə naziri Rəhim Qazıyev, Azadlıq Partiyası, Sosial Ədalət Partiyası, İslam Demokratik Partiyası və hüquqşünas Qurban Məmmədov daxil olmuş, digər qrupa isə sabiq daxili işlər naziri İsgəndər Həmidov, Ramiz Tağıyev, Milliyyətçi Hərəkat Partiyasının sədri Valeh İbadov, Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyev, Gələcək Azərbaycan Partiyası daxil olmuşdur. Klassik Xalq Cəbhəsi Partiyası isə heç bir qrupa daxil olmadığını açıqlamışdır.[109]

İsgəndər Həmidovun başçılıq etdiyi qanadın 30 noyabr tarixli iclasında iştırak edən müxbirinin verdiyi məlumata görə, Ağasif Şakiroğlu, Salman İmanlı, Süleyman Kərimli, Valeh Mirzəyev təşkilatdan istefa verib. İsgəndər Həmidov isə rəsmən AXH-nin buraxıldığını elan edib.[110]

  1. 1992-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri ilə müqayisədə
  2. Blokun namizədləri İkram İsrafil, Nəsib Nəsibli, Arzu Səmədbəyli, Cəmil HəsənliPənah Hüseyn deputat seçilmişdir. Blokun dəstəklədiyi, Azərbaycan Liberal Partiyası namizədi Lalə Şövkət də deputat seçilmişdir.
  3. Blokun namizədləri Əli MəsimliVahid Əhmədov deputat seçilmişdir.
  4. Blokun namizədi Havva Məmmədova deputat seçilmişdir.
  5. Blokun namizədi Sabir Rüstəmxanlı deputat seçilmişdir.
  6. "Müstəqil media - 2005" Seçki Blokundan Aqil Abbas, "İctimai Liderlər Birliyi" Seçki Blokundan isə Azay Quliyev deputat seçilmişdir.
  • Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: Seçkidən seçkiyə (PDF). Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. 2010. Arxivləşdirilib 2022-07-06 at the Wayback Machine
  1. "Arif Hacılı həbsxanada məqalə yazdı -Mətn". Qafqazinfo (az.). 2011-08-10. 2024-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-11.
  2. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  3. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  4. ""Bizim Azərbaycan Bloku"na daxil olan siyasi partiyaların s i y a h ı s ı". 2009-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
  5. 1 2 3 4 Seçkidən seçkiyə, 2010. səh. 33
  6. 1 2 Seçkidən seçkiyə, 2010. səh. 34
  7. ""Bizim Azərbaycan" bloku İsa Qəmbəri müdafiə etməyəcək". Trend.Az (az.). 2005-11-19. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  8. "İsa Qəmbərin "Bizim Azərbaycan" blokunun sədrliyindən uzaqlaşdırıması məsələsi müzakirə ediləcək". Trend.Az (az.). 2005-11-30. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  9. ""Bizim Azərbaycan" bloku son qərarını dekabrın 4-də verəcək". Trend.Az (az.). 2005-12-03. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  10. ""Bizim Azərbaycan" bloku təkrar seçkilərdə iştirak etməklə bağlı Müsavat Partiyasının qərarını gözləyir". Trend.Az (az.). 2006-01-16. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  11. "Bizim Azərbaycan" prezident seçkilərində iştiraka qərar verdi. yenicag.az [ölü keçid]
  12. "2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidentinin seçkilərində Azərbaycan Milli İstiqlal Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Etibar Səlidar oğlu Məmmədovun Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi təsdiq olunması və səlahiyyətli nümayəndələrin qeydə alınması haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". E-qanun.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  13. "2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidenti seçkilərində cənab Məmmədov Etibar Səlidar oğlunun prezidentliyə namizədliyinin qeydə alınması haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". E-qanun.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  14. "2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidenti seçkilərində cənab Kərimli Əli Əmirhüseyn oğlunun prezidentliyə namizədliyinin qeydə alınması haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". E-qanun.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  15. "Etibar Məmmədov, Rəsul Quliyev, Əli Kərimli... - İsa Qəmbərlə razılaşmanı niyə pozublar?". Mia.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  16. "Azərbaycan Milli İstiqlal Partiyası haqqında qısa məlumat". Millet.az. 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  17. "Azərbaycan Respublikası adından 2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI". E-qanun.az. 2021-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  18. "Azərbaycan Respublikası adından 2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2024-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
  19. "Sentyabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  20. "Oktyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir". 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  21. AzadlıqRadiosu. "Müxalifət seçkiyə vahid siyahıyla gedə biləcəkmi?". Azadlıq Radiosu (az.). 2006-04-24. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  22. Məmmədov, İlkin. "Üç müxalifət partiyası seçkiyə birgə gatılmaq üçün danışıqlar aparır". Azadlıq Radiosu (az.). 2006-04-24. 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  23. AzadlıqRadiosu. "«Üçlər» blokun adını, rəngini və rəmzini müəyyənləşdirdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  24. AzadlıqRadiosu. "«Azadlıq» seçki bloku rəsmən təsis olundu". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  25. AzadlıqRadiosu. "Üç seçki bloku qeydiyyatdan keçdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  26. 1 2 "Isa Qemberin sehifesi". web.archive.org. 2014-02-25. 2014-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  27. AzadlıqRadiosu. "Seçkidən qabaq və sonra..." Azadlıq Radiosu (az.). 2006-04-24. 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  28. NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNƏ SEÇKİLƏRDƏ 146 NƏFƏR NAMİZƏD MÜBARİZƏ APARIR
  29. "Əli Əliyev 47-yə çatdı". Aznews (az.). aznews.az. 19.08.2014 12:03. 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-14.
  30. "İqtidaryönlü partiyalar «Reforma» seçki bloku yaradacaq". www.azadliq.org. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  31. "Vidadi Mahmudlu yekun protokolu imzalamasını düzgün addım sayır". www.azadliq.org. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  32. 1 2 elli. "2005-ci il seçkiləri: "Narıncı müxalifət", həbslər, Bakıya enə bilməyən təyyarə…". MEYDAN.TV (az.). 2024-08-17. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-19.
  33. Seçkidən seçkiyə, 2010. səh. 35-37
  34. ""İCTİMAİ LİDERLƏR BİRLİYİ" SEÇKİDƏ 64 NAMİZƏDLƏ İŞTİRAK EDİR". Trend.Az (az.). 2005-08-04. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-20.
  35. Seçkidən seçkiyə, 2010. səh. 36
  36. web.archive.org. 2007-03-19 https://web.archive.org/web/20070319054528/http://www.infocenter.gov.az/v2/deputat_info.php (#bare_url_missing_title). Archived from the original on 2007-03-19. İstifadə tarixi: 2024-08-20.
  37. AzadlıqRadiosu. "Boykotçu müxalifət seçkinin nəticələrini tanımadı". Azadlıq Radiosu (az.). 2008-10-16. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  38. "BBCAzeri.com | Ön səhifə | Müxalifət seçkiləri legitim saymır". www.bbc.com. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  39. 1 2 3 4 "Azərbaycanın müxalif partiyası təsis etdiyi təşviqat qrupunun sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib". 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
  40. Seçkidən seçkiyə, 2010. səh. 38
  41. AzadlıqRadiosu. "Qeydiyyatla bağlı MSK-ya üç seçki bloku müraciət edib". Azadlıq Radiosu (az.). 2010-09-09. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  42. AzadlıqRadiosu. ""Qarabağ Seçki Bloku" MSK-nın ilkin qeydiyyatından keçib". Azadlıq Radiosu (az.). 2010-09-13. 2022-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  43. AzadlıqRadiosu. "Qeydiyyat başa çatdı [siyahı]". Azadlıq Radiosu (az.). 2010-10-19. 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  44. ""Qarabağ" siyasi bloku dağıldı". Teleqraf.com (az.). 2015-08-20. İstifadə tarixi: 2024-08-15.
  45. AzadlıqRadiosu. "Aydınlar Partiyası "Qarabağ" blokundan imtina edib". Azadlıq Radiosu (az.). 2010-12-22. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  46. "Əli Əliyev 47-yə çatdı". Aznews (az.). aznews.az. 19.08.2014 12:03. 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-14.
  47. "Azərbaycan müxalifətində yeni ənənələr yaratmaq üçün "İslahat" bloku yaradılıb – partiya sədri Fazil Mustafa (FOTO)". Trend.Az (az.). 2010-08-30. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  48. Studio, Balans Web. "Azərbaycanda və dünyada baş verən en son hadisələr - Anspress.com - ANS - Xəbərlər". ANS Press (az.). 2020-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  49. Milli Şura təsis olundu və sədrini seçdi. sizinyol.com Arxivləşdirilib 2021-08-01 at the Wayback Machine
  50. AzadlıqRadiosu. "Milli Şura seçkilərə Cəmil Həsənli ilə gedir". Azadlıq Radiosu (az.). 2013-08-23. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  51. "Cəmil Həsənli Milli Şuranın sədri oldu FOTO/VİDEO". Azadliq (az.). 2013-12-03. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  52. 1 2 3 4 "Məqsədlərinə çatmayan müxalifət blokları ARAŞDIRMA". Səs İnformasiya Agentliyi (az.). 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  53. "Azərbaycanda iki partiya "Vətən" bloku yaratdı". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  54. "İslamçıların seçki sirri: "Hökumətin öz maraqları olub"". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  55. ""Vətən" bloku bütün dairələrdən namizəd irəli sürəcək - Mayis Güləliyev". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  56. "​Azərbaycanda 8 partiya "Azadlıq-2015" adlı seçki bloku yaradıb - SİYAHI". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  57. ""Azadlıq-2015" seçkinin nəticələrini tanımır-Fotolar". musavat.com. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  58. ""Azadlıq-2015" seçki bloku buraxılıb". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  59. moderator.az. "Müxalifətin Siyasi Əməkdaşlıq Mərkəzi yaradılıb". moderator.az (az.). 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  60. "Müxalifətin daha bir mərkəzi parçalandı". Teleqraf.com (az.). 2016-10-05. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  61. ""Real Cümhuriyyətçilər İttifaqı" yaradılıb". 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  62. "Müxalifətin parçalanmasında xüsusi rolu olan partiyalar -AXCP və Müsavat". Sesqazeti.az (az.). 2015-07-28. 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  63. Seçkidən seçkiyə, 2010. səh. 32
  64. "Partiyalar birləşə bilərmi?". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.
  65. "Azərbaycanın bütün prezident seçkiləri – TƏHLİL". AzVision.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  66. AzadlıqRadiosu. "Milli Müqavimət Hərəkatı yarana bilər". Azadlıq Radiosu (az.). 2009-07-13. 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  67. 1 2 "MİLLİ MÜQAVİMƏT HƏRƏKATININ YARADILMASI GÜNDƏMƏ GƏLDİ". musavat.com. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  68. 1 2 ""Bizim Azərbaycan" bloku Qarabağ uğrunda Milli Müqavimət Hərəkatının bərpasını təklif edir". Trend.Az (az.). 2007-07-02. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  69. ""Azərbaycanda sağ və sol müxalifət qüvvələrinin birliyi mümkün deyil" - solçu partiyanın rəhbəri". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  70. "AİP sədri: "Azərbaycançı Qüvvələr Birliyinin bərpa olunması üçün danışıqlar aparılır"". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  71. "Azərbaycanda eks-deputat, partiya sədri vəfat edib". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  72. "İyulun 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  73. "AQB Sədrlər şurası sentyabrın ikinci yarısında toplaşacaq". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  74. ""AZƏRBAYCANÇI QÜVVƏLƏR" SEÇKİ BLOKUNUN 61 NAMİZƏDİ OLACAQ". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  75. "AQB Sədrlər şurası sentyabrın ikinci yarısında toplaşacaq". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  76. "Azərbaycanın müxalifət partiyası deputatlığa namizədlərini müəyyənləşdirib". Trend.Az (az.). 2010-05-03. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  77. "Demokratiya Uğrunda İttifaq niyə dağıldı?". 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
  78. "Müxalifət partiyaları arasında yeni müttəfiqlik sazişi imzalanacaq". Trend.Az (az.). 2008-01-24. 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  79. "Altı müxalifət təşkilatını birləşdirən məşvərət məclisi dağılıb". Trend.Az (az.). 2007-11-05. 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  80. "Azərbaycanda prezidentliyə namizədlərin yeni siyasi bloku yaradılır". Trend.Az (az.). 2008-06-21. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  81. "Azərbaycanın müxalifət partiyaları "Dördlər" formatında əməkdaşlıq edəcək". Trend.Az (az.). 2008-07-10. 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  82. "Azərbaycanın müxalifət partiyalarının əməkdaşlıq formatı fəaliyyətini dayandırıb". Trend.Az (az.). 2008-09-26. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  83. "AZƏRBAYCAN BÜTÖV XALQ CƏBHƏSİ YALNIZ TƏKAMÜL PARTİYASININ NAMİZƏDLƏRİNİ DƏSTƏKLƏYƏCƏK". Trend.Az (az.). 2005-08-26. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  84. "BAXCP SEÇKİ BLOKLARINA QOŞULMAYACAQ". Trend.Az (az.). 2005-07-05. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  85. "AZƏRBAYCAN BÜTÖV XALQ CƏBHƏSİ YALNIZ TƏKAMÜL PARTİYASININ NAMİZƏDLƏRİNİ DƏSTƏKLƏYƏCƏK". Trend.Az (az.). 2005-08-26. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-31.
  86. "İqbal Babayev: YAP namizədləri qalib gələn partiyalar sırasında liderdir". Trend.Az (az.). 2005-11-07. 2023-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-31.
  87. "2005-ci il noyabrın 6-da keçirilmiş üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI". 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
  88. "Milli Demokratik Qüvvələr Birliyində fikir ayrılığı yarana bilər". Trend.Az (az.). 2005-11-16. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  89. "Azərbaycanın iki müxalifət partiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb(video)". Trend.Az (az.). 2008-09-10. 2022-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  90. "Azərbaycanda prezident seçkisində iştirak edən müxalif partiyaların blok yaratması baş tutmayacaq". Trend.Az (az.). 2008-11-05. 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  91. "Azərbaycan müxalifətini təmsil edən birliyə yeni partiya daxil olub". Trend.Az (az.). 2008-12-10. 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  92. "BAXCP bir sıra partiyalarla ilkin seçkidə iştirakdan imtina edir". Trend.Az (az.). 2008-02-20. 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  93. "Prezidentliyə vahid namizədlə bağlı müxalifət partiyaları arasında danışıqlar aparılır". Trend.Az (az.). 2008-03-31. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  94. "Azərbaycanın müxalif Mərkəzi fəaliyyətini müvəqqəti dayandırıb". Trend.Az (az.). 2008-09-05. 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  95. "Azərbaycanın müxalifət partiyalarının mərkəzinin bərpa olunmasına zərurət yaranmayıb". Trend.Az (az.). 2008-10-23. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  96. "Azərbaycanın Sol Qüvvələr Birliyi potensialı olmayan partiyaların hesabına genişlənməyəcək". Trend.Az (az.). 2008-12-10. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  97. "Azərbaycanda fəaliyyət göstərən solyönümlü siyasi partiyaların birliyi yaradılır". Apa.az (az.). 2024-08-21. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  98. "Azərbaycanın sosialist yönümlü partiyalarının Əlaqələndirmə Şurası yaradılıb". Trend.Az (az.). 2009-02-03. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  99. "Azərbaycanın sosialist partiyalarının Əlaqələndirmə Şurasında narazılıq yaranıb". Trend.Az (az.). 2009-04-18. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  100. "Azərbaycanın iki siyasi partiyası birləşməyə tələsmir". Trend.Az (az.). 2009-09-03. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  101. AzadlıqRadiosu. "«YAP bizim böyük qardaşımızdır»". Azadlıq Radiosu (az.). 2009-06-30. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  102. "Azərbaycan müxalifəti İctimai Palata təsis edib". Trend.Az (az.). 2010-12-28. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  103. "İctimai Palata buraxıldı". 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
  104. AzadlıqRadiosu. "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı yarandı". Azadlıq Radiosu (az.). 2012-01-09. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  105. "RƏSUL QULİYEVİN ƏTRAFINDA DEMOKRATİK CƏMİYYƏT UĞRUNDA MÜQAVİMƏT HƏRƏKATI YARADILDI". musavat.com. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  106. modern.az. "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı dağıldı". modern.az (az.). 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  107. "Azərbaycan Xalq Hərəkatı yaradılıb". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  108. "Xalq Hərəkatı yenidən parçalanıb". 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
  109. "Azərbaycan Xalq Hərəkatı yenidən parçalanıb". Ona.az (az.). 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
  110. "Azərbaycan Xalq Hərəkatı buraxıldı". 2020-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.