YER

is.
1. Üzərində sakin olduğumuz planet: Yer kürəsi (bu mənada böyük hərflə). Ay Yerin peykidir. Yerlə Günəş arasında 150 milyon kilometr məsafə var. Yer Günəş ətrafında fırlanır.
2. Quru (su səthi müqabili). Dənizdən yer görünmürdü.
3. Yer qabığının üst qatı; torpaq (bu mənada çox vaxt “altı” sözü ilə). Yer altında qazılmış şaxta. Yer altından çıxan mədən. Yer altından tapılmış mədəniyyət abidələri.
– Bizlər … Kürün, Arazın və yerin altındakı suları qoyub, gedib yalandan Allaha yalvarırıq ki, bizə su göndərsin. C.Məmmədquluzadə.
[Əhməd:] Bəs gərək yer qazam ki, oradan pul çıxsın. Ə.Haqverdiyev.

4. Üzərində dayandığımız və hərəkət etdiyimiz sahə. Yerdə oturmaq. Yerdən qaldırmaq. Əlindəki şeyi yerə qoymaq. Yer yaşdır. Tapdaq yer. – Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. “M.N.lətif.
” Məşədi Kazım ağa … xıxlanmış dəvə kimi … yerə çökdü. M.S.Ordubadi.
Sanki göylərdə uçan quş kimiyəm; Sanki yerdən uçurulmuş kimiyəm. M.Müşfiq.

5. Kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən (yaxud edilməyən) torpaq sahəsi. Əkin yeri. Xam yerlər. Əkməyə yer azlıq edir. Mülkədar yerləri.
– Eldarın atası Mərdəkanda xozeyinlərin bağında bağbanlıq edər, oğlu da su çəkər, yer işlər, araba qoşarmış. S.Hüseyn.

6. Ölkə, ərazi, vətən, diyar, məmləkət. Babalarımızdan qalan yerlər. – Sizə kimdən və nə yerdən danışım.
Təbriz vilayətindən. Aşıq Qərib”.
[Bəkir:] Bu yerlərə mən azçox bələdəm… N.Vəzirov.
İnsan oğlu, uzaqlaşma, gəl yaxın; Başqa yerdən alınmasın sorağın. M.Müşfiq.

7. Ölkə, vilayət, şəhər, kənd və s. Bu yerləri birinci dəfə görürəm. Nə gözəl yerdir! Tanış yerlər. O yerlərdə olmamışam. Uzaq yerlərdən gələn qonaqlar.
8. Üzərində bir şey olan, yaxud ola bilən müəyyən sahə, məntəqə, məkan və s. Şəhərin bağ salınmış yeri. Küçənin qurtaran yerində. Yol dağa qalxan yerdə. Keçmişdə boş çöl olan yerdə indi böyük binalar ucalır.
// Bir işin, hadisənin və s.-nin baş verdiyi, ya olduğu məntəqə, məhəl. Hadisə baş verən yer. Qəza yerinə getmək.
// Bir işə məxsus məhəl (ev, idarə, müəssisə, məntəqə və s.). Əyləncə yeri.
[Kərbəlayı Qubad:] Bircə tez ol, başına dönüm, istəyirəm bu gün bir dükan yeri alım. Ü.Hacıbəyov.
Mehriban bir ildən artıq bir zaman idi ki, teatr və kino kimi tamaşa yerlərinə getməmişdi. S.Hüseyn.
Teymur onu tez-tez kinoya, teatra və rəqs yerlərinə aparırdı. M.Hüseyn.

// Bir məqsəd üçün ayrılmış sahə, yer səthi, parçası. İşləmək üçün yer ayırmaq. Qışlama yeri.
9. Əyalət, mərkəz olmayan yer (adətən cəm şəklində). Yerlərdən gələn nümayəndələr. Yerlərdə işləri canlandırmaq.
10. Bir şeyin ayrıca hissəsi, parçası. Paltar görünən yerindən ləkələnmişdir. Bədəninin bəzi yeri qızarmışdır. Dam çox yerdən axır.
// Kitabın, musiqinin, pyesin və s.-nin ayrıca hissəsi, parçası. Əsərin yaxşı yerləri çoxdur. Komediyada gülməli yerlər azdır. Məqalənin bəzi yerlərini yenidən yazmaq lazımdır.
11. Teatrda, kinoda, vaqonda və s.-də oturacaq (stul, skamya və i.a.). Zalda hərə öz yerində oturdu. Biletiniz neçənci yerədir? Vaqona girib özünə yer tutdu.
12. Ev, məskən, mənzil və s. Qalmağa yeri yoxdur. Düşməyə yerin varmı?
13. Vəzifə, xidmət, qulluq, iş. Ştatda boş yer yoxdur. Yerlərin hamısı tutulmuşdur. Özünə bir yer tap, işlə.
– Bəli, vaxt oldu ki, şəhərdə pristavlıq yeri açıldı. N.Nərimanov.
[Hacı Səməd xanın] yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu. M.S.Ordubadi.

14. İz, nişanə, əlamət, əsər. Yara yeri. Tikiş yeri. Ləkənin yeri qalıb. Bıçaq yeri. – Qatıq dağılar, yeri qalar; Ayran dağılsa, nəyi qalar? ( Ata. sözü ).
15. Ayrı olaraq götürülə bilən, sayıla bilən yük, bağlama. Mənim 5 yer yükümün ağırlığı 40 kilo olmaz.
16. məc. Mənbə, məxəz mənasında.
Lotubaşı, sən qovunu ver, mən sənə bir xeyirli yer deyim. Aşıq Qərib”.
[Aslan bəy:] Yaxın yerdən bilmişəm.
Özü xəbər göndərmiş. C.Cabbarlı.

17. məc. dan. Ev, ailə mənasında.
[Məmməd:] …İkinci vəsiyyətim də budur ki, qızım Nərgiz xanımı varlı yerə ərə vermə. Aşıq Qərib”.

18. Yorğan-döşək, yataq.
…Birisi gecə yatır və sübh yerindən duranda neçə xalvar elm və kamal sahibi olur, dəxi heç kəsi bəyənmir. C.Məmmədquluzadə.
[Vahid] yerin içində oturub, yuxudan tamam ayılmaq üçün neçə dəfə kirpiklərini çaldı. Mir Cəlal.

□ Yer salmaq – yatmaq üçün bir yerdə yorğan-döşək düzəltmək, yataq hazırlamaq.
Durur, nənəm mənim üçün yer salır; Üstümü örtür, mənə layla çalır. A.Səhhət.
Qulluqçu taxtapuşda yer saldı, çıxıb uzandım və vaxtından vaxtına da bişmiş-zad verirdilər. Çəmənzəminli.

19. Parçada, xalçada və s.-də əsas rəng; fon. Xalının yeri göydür. Bu çitin yeri məxməridir.
20. Bir adamın cəmiyyətdə, ailədə, elmdə, idmanda və s.-də tutduğu mövqe. Cəmiyyətdə öz yerini müəyyən etmək. Yarışda birinci yeri tutmaq.
21. Qabın, yeşiyin, kisənin və s.-nin içərisində şey olmadan çəkisi. Yerini çəkmək. Malın yeri nə qədərdir?
22. Yerdə şəklində – …halda, …zaman(da), …vaxt(da), …məqamda. O, getdiyi yerdə birdən yıxıldı. Qaçdığı yerdə ayağına tikan batdı.
[Molla Xəlil] müəllimi yaxşı yerdə tutmuşdu. S.Hüseyn.
Camal əmi zarafatyana dedi: – Hə, …ay arvad! İclasa getməyə şirin hazırlaşdığın yerdə mən səni saxladım. Ə.Vəliyev.

23. Yerində şəklində – 1) öz məqamında, münasibət düşdükdə, öz vaxtında. Lap yerində gəldin. Yerində söylənmiş söz. Bunları yerində demək lazımdır;
2) düzgün olaraq, haqlı olaraq. Onu yerində işdən çıxardılar. Ona yerində oldu;
3) …məqamında, …vaxtında.
İşin şirin yerində soyuq bir şey Eyvaz kişinin sol qoluna dolandı. Ə.Vəliyev;

4) …vəziyyətində, …halında. Onun yerində mən olsaydım;
5) durduğu, oturduğu yerdə.
[Sultan] sağasola baxdı, yerində qurcuxub stulu cırıldatdı. İ.Hüseynov.

24. Yer(in)də şəklində – …yaşında, …sinnində, …böyüklükdə. Atası yerində kişi. Babam yerində qoca.
– İsticə lavaşım var; Hər gecəyə aşım var; Demə, dədəm yerdəsən; Ancaq əlli yaşım var. M.Ə.Sabir.
[Əminə:] Aralıqdan baxdım, gördüm iki qız xeylağı dayanıb.
Biri olardı sənin yerdə, o biri demə görmədim, Fatma! Qantəmir.
[Qumru:] Anam yerdə arvadsan, evimə gəlibsən, xoş gəlibsən. Mir Cəlal.

25. Yeridir şəklində – layiqdir, cəzasıdır, əcəb olur. Ona nə eləsələr, yeridir.
[Əhməd:] Vur, – deyirdi, – faşistə nə qədər güllə vursan, yeridir. Mir Cəlal.

26. Yerinə şəklində – əvəzinə. Onun yerinə yoldaşı qol çəkdi. Bizim yerimizə də təbrik elə.
– Mən Molla Vaqifəm, eylərəm əfqan; Gözlərim də yaş yerinə tökər qan. M.P.Vaqif.
[Nurəddin ağa:] …Mədrəsə yerinə, azarxana yerinə, bax gör, hansı yolla tarac olur sərmayə. N.Vəzirov.

□ Yerinə qoymamaq – qətiyyən saymamaq,
…hesab etməmək.
Necə ki şikəst adamları adam yerinə qoymazlar, bizi də o biri millətlər adam yerinə qoymurlar. C.Məmmədquluzadə.
…Bu allahsız qızı heç olmazsa gözünün ucu ilə də baxmır.
[Ələmdarı] kişi yerinə qoymur, qozbel faytonçu Topuşdan da aşağı tuturdu. S.Rəhimov.

◊ Yer altından yasa gedən – gizlincə, əlaltından iş görən adam haqqında.
[Kəndli:] Elədir, bu molla Qafar çox yer altından yasa gedəndir. S.Rəhimov.

Yer altından yasa getmək – gizlicə, əlaltından, heç kəsin xəbəri olmadan iş görmək.
Yer eləmək1) başqası oturmaq üçün bir qədər o yana çəkilmək, çəkilərək başqasına yer vermək. Bir az yer elə, o da otursun. – Sədr cəld geri çəkilib heyətdə Hacıya yer elədi. Mir Cəlal;
2) məc. təsir etmək, ağır gəlmək, tutmaq. Deyəsən, söz ona yer elədi.
– Sarıqlı mollanın “cahad” haqqındakı sözləri çox adamlara yer elədi. Mir Cəlal.
Dünənki iclas Gülşənə yaman yer eləmişdi. Ə.Vəliyev.

Yer quruculuğu – torpaqdan istifadə qaydalarını nizama salan tədbirlər sistemi. Yer quruculuğu işləri.
Yer oynamaq – yer tərpənmək, zəlzələ olmaq.
Yer tutmaq məc.1) rol oynamaq, mövqe tutmaq, bu və ya başqa əhəmiyyəti olmaq.
Cabbarlının əsərlərində qadın çox görkəmli bir yer tutur. M.Arif;

2) əbəs yerə çox sahəni işğal etmək, artıqlıq etmək. Bu şeylər burada ancaq yer tutur.
Yer üzündən götürmək – yox etmək, aradan qaldırmaq.
Yer üzündən götürülmək – yox edilmək, ortadan qaldırılmaq.
[Sara xanım:] Götürüb qəzetçilərə buyruq vermisən, onlar da yazırlar ki, gərək tezliklə çadra yer üzündən götürülsün. Qantəmir.

Yer üzündən yox olmaq – yoxa çıxmaq, itmək. Sədinin “Gülüstan”ı neçə vaxtdır ki, yer üzündən yox olubdur. Hər kəs yerini bilirsə və ya özündə varsa, idarəmizə xəbər versin. “Mol. Nəsr.”
…yer yox idi (yer də yoxdur) – çox qələbəlik, həddən artıq çoxluq, basabas, sıxlıq bildirir. Adam əlindən yer yoxdur.
– Bakı vağzalının səkilərində tərpənməyə yer yox idi. Mir Cəlal.

Yerdə qalanı1) bir şeyin, vaxtın qalan qismi.
Üç saat məktəbdə keçirdiyi vaxtdan başqa, günün yerdə qalanını Əmiraslan hər bir əmr və göstərişdən azad idi. S.S.Axundov;

2) digərləri, başqaları.
Yerdə qalmaq1) cəzasız qalmaq, əvəzi verilməmək.
Yara deyin, bizdən qarğış almasın; Yerdə qalmaz ahü zari Həsənin. Aşıq Həsən.
[İsmət:] Ah, qanın yerdə qaldımı, Qanpolad?! H.Cavid;

2) nəzarətsiz qalmaq, baxımsız qalmaq, köməksiz qalmaq, himayəsiz qalmaq;
3) qalıq olmaq. Yerdə nə qədər qaldı?
4) heç kəs tərəfindən istənilməmək, bəyənilməmək.
Yerdən göyə qədər (kimi) – son dərəcə çox, həddindən artıq. Aralarında yerdən göyə qədər fərq var.
– Zeynəb oğlundan yerdən göyə kimi razıdır. C.Məmmədquluzadə.

Yerdən olmaq1) avara-sərgərdan qalmaq, vəzifəsindən və s.-dən məhrum olmaq;
2) başqasının təhriki ilə fikrini, qərarını dəyişdirmək.
[Şəhrəbanu xanım:] Müsyö Jordanın və Şahbazın bir para ağılsız sözlərindən yerdən oldu. M.F.Axundzadə.

Yerdən-yerə vurmaq1) çırpmaq. Qürbət xala o gün nə silə, nə süpürə bildi. Sancı çəkən hamilələr kimi qıvrıldı, açıldı, özünü yerdən-yerə vurdu. Mir Cəlal;
2) məc. heç etmək, puça çıxartmaq.
Yerə atmaq (tullamaq) – bax yerə salmaq.
Yerə batasan! Yerə batsın! Yerə batmış – qarğış ifadəsi.
[Ağabanı Məşədi Səfərə:] …Ay külbaş, sənin Kərbəlayı Xuduş kimi lay-lay oğlanların ola-ola, ay yerə batasan, sənin təzədən evlənməyinin nə mənası var. M.Əliyev.

Yerə batmaq – adı, sorağı qalmamaq, əsərəlaməti qalmamaq.
Yerə batsın deyilir şərlə zülüm; Qalmasın yerdə nə zülmət, nə ölüm! S.Vurğun.

Yerə girmək məc.1) çox xəcalət çəkmək, çox utanıb sıxılmaq.
[Gəray ağa:] Axı sən niyə utanıb-qızarıb yerə girmirsən? S.Rəhimov;

2) bax yerə batmaq. [Bibixatun:] …Sənin namusun olsa əriyib yerə girərsən.
Utanmayıb başına papaq qoyub gəzirsən, deyirsən kişiyəm. Ə.Haqverdiyev.

Yerə qoymaq – bir daha etməmək, əl çəkmək, tərgitmək. Bu xasiyyətini yerə qoy.
– Səttar kişi onunla zarafatlaşmağı yerə qoymurdu. Ə.Əbülhəsən.

Yerə salmaq1) düşürmək, endirmək, devirmək;
2) məc. nəzərə almamaq, yerinə yetirməmək, rədd etmək.
Bağlama, aç üzünü; Örtmə o qaş-gözünü; Gəl mənə naz eləmə; Yerə salma sözümü. (Bayatı).

Yerə sərilmək – yıxılmaq, yerdə uzanıb qalmaq.
Qopdu qanlı bir fırtına; Ölüm hökmü verildi; Qarşı duran igid gənclər; Bir-bir yerə sərildi. A.İldırım.

Yerə soxmaq – utandırmaq, başını aşağı etmək, xəcalət çəkməsinə səbəb olmaq, rüsvay etmək.
[Turxan oğluna:] Daha nə olacaq!… Daha nə olsun ki, dost-düşmən içində bizi yerlərə soxdun! H.Cavid.

Yerə vurmaq1) məğlub etmək, yenmək;
2) heçə çıxarmaq, puça çıxarmaq.
Çəkilən zəhməti niyə yerə vurursan? – Şairlik adını yerə vuranlar; Sinəmə yüz yerdən yara vuranlar. Şəhriyar.

Yeri deyil1)
…arasında olmamalıdır. Bura onun yeri deyil. Ora bizim yerimiz deyil;
2) qeyrimünasibdir, münasibətsizdir. Bu sözlərin yeri deyil.
– Axır, bunu uşaq da bilir ki, meydan xanım yeri deyil, meydana pəhləvanlar çıxıb güştü tutarlar. C.Məmmədquluzadə.
[Kamilə:] Bu saat o söhbətin yeri deyil. S.Rəhman.

Yeri düşəndə (gələndə) – münasib olanda, münasib vaxt düşəndə, məqamında, məqamı çatdıqda.
Dünyada faydalı, dəyərli nə var; Toplamaq istədim yeri düşəndə; Səadəti üçün mən öz xalqımın; Öyrənmək istədim düşmənimdən də. O.Sarıvəlli.

Yeri gəlmişkən – təsadüfdən istifadə edərək, fürsətdən istifadə edərək, məqamı gəlmişkən.
Yeri gəlmişkən onu da deyim ki, … – Yeri gəlmişkən burada ərəb əlifbasının birinci tərtibini və rəqəm vəzifələrini göstərəlim. F.Ağazadə.

Yeri görünmək – bir yerdə, məclisdə və s.-də olmayan, lakin olması arzu edilən adam haqqında çox zaman ölən adam haqqında deyilir.
Köçüb gedən o əziz dostların yeri görünür; Sədaları qarışıb çöllərin nəvası ilə. Şəhriyar.

Yeri var(dır)1) yerində olar, haqlı olar.
Yeri vardır nə qədər gəlsən əgər fəryadə. M.Hadi.
Mən də şimşək kimi çaxsam, yeri var; Çağlayanlar kimi axsam, yeri var. M.Müşfiq;

2) münasib olar.
[Asya:] …Bilmirəm hayandan gəldi çıxdı bura arşınmal alan? …Genə bir bəy balası ola, ya bir tacir oğlan ola, yeri var. Ü.Hacıbəyov.

Yeri yoxdur – əbəsdir, mənasızdır, yersizdir, artıqdır, lüzumsuzdur.
[Qoca kəndli:] Canım, boş qışqırmağın yeri yoxdur. Ə.Haqverdiyev.

Yerin altını da, üstünü də bilmək – hər şeyin təfərrüatını bilmək (adətən çoxbilmiş və hiyləgər adam haqqında). O, yerin altını da bilir, üstünü də.
[Ələmdar:] Daha biz bəy deyilik ki, yerin altını da, üstünü də əlimizin içi kimi bilək. S.Rəhimov.

Yerin təkindən (dibindən) məc. – haradan olursa olsun.
Yerində bitmək (donmaq)1) yerində olmaq, yerində oturub qalmaq;
2) məc. donub qalmaq, heyrət içində qalmaq.
İmamqulu gözlərini alaçığın bacasına dikib yerində bitdi. Çəmənzəminli.
Gülpəri daş kimi yerində donur; Ala gözlərindən üsyan oxunur… S.Vurğun.

Yerində qalmaq – olduğu yerdəcə ölmək.
Əlini naqana atdığı zaman; Göy Vəli mıx kimi yerində qalır; Titrəyib, xəncəri əlindən salır. S.Vurğun.

…yerində olmamaq – münasib olmamaq, uyğun olmamaq.
Yerində oturtmaq məc. – çox lovğa, iddialı adama eybini, ləyaqətini göstərərək cavab vermək, həddini göstərmək, yerini göstərmək.
Telli arvad …[Rüstəm kişiyə] baxanda filosofluq edib deyirdi: – Ay qoca dünya, o qədər mənəm-mənəm deyənləri yerində oturtmusan! M.İbrahimov.

Yerində saymaq1) durduğu yerdə addımlamaq;
2) məc. inkişaf etməmək, irəliləməmək, irəli hərəkət etməmək, olduğu yerdə qalmaq.
[Süsən:] Hər halda biz yerində sayanlardan deyilik. İ.Hüseynov.
Görün hələ nə qədər; beyni iflic olan var; öz yerində sayan var. X.Rza.

Yerində turp əkilmək – bərbad olmaq, xaraba qalmaq, uçulub-dağılmaq. [Gəray ağa:] Mülkünüz xaraba qalacaq, bəlkə xan sarayının divarları kimi dözüm gətirməyəcək.
Yerində turp əkiləcəkdir. S.Rəhimov.

Yerindən dəli kimi qalxmaq (sıçramaq) – hövlnak qalxmaq, yerindən sıçramaq.
[Rupça xatun] yerindən dəli kimi qalxdı. Çəmənzəminli.

Yerindən eləmək1) avara qoymaq, öz əsas işindən ayrılmasına, avara qalmasına səbəb olmaq;
2) yerindən, yuvasından məhrum etmək.
Yerindən qımıldanmamaq1) tərpənməmək, qımıldanmamaq;
2) səsi çıxmamaq. Bütün bu müddətdə Molla min dəfə özündən gedirsə də, yerindən qımıldanmır. “M.N.lətif.
” Yerindən oynatmaq1) laxlatmaq;
2) məc. təhrik edərək fikrini, qərarını dəyişdirməyə, yaxud bir işə iqdam etməyə məcbur etmək.
Molla Sadığın təmkinlə söylədiyi bu sözlər adamları yerindən oynatdı. İ.Şıxlı.

Yerinə düşmək – münasib vaxtda olmaq, məqamında olmaq, uyğun olmaq.
Mirzə Cavad sözünün yerinə düşdüyünə sevindi. Mir Cəlal.

Yerinə gəlmək – ölən bir arvadın yerinə ərə getmək.
[Xədicə] anasının yerinə gələn qadınla yola gedə bilməmişdi. S.Hüseyn.

Yerinə yetirmək – icra etmək, həyata keçirmək. Tapşırığı yerinə yetirmək. Vəzifəsini yerinə yetirmək.
– Müqim bəy xanımın meyvəcat barədə tapşırığını yerinə yetirdikdən sonra Alagözü “güzgü otağına” gətirdi. S.Rəhimov.

Yerini almaq – həyata keçmək, yerinə yetirilmək.
Nisə xalanın sərəncamı bütün mənası ilə yerini alırdı. Qantəmir.

Yerini dar eləmək (etmək) – maneçilik, narahatlıq, çətinlik törətmək; hərəkətinə, inkişafına, fəaliyyətinə mane olmaq.
[Güllü:] Bircə de görüm mən sənə neyləmişəm? Yerini dar eləmişəm, ya ərini əlindən almışam? Ə.Haqverdiyev.

Yerini göstərmək1) bir şeyi nişan vermək;
2) bax yerində oturtmaq.
Tahir bir istədi qışqırsın, tülküsifət natiqi fitə bassın, ona öz yerini göstərsin, amma məclisdə oturanların töhmətindən çəkinib dinmədi. M.Hüseyn.

Yerini xəlvət etmək – yerini heç kəsə bildirməmək, yerini gizli saxlamaq. Tamam beş günün müddətində yerimi xəlvət etmək üçün gündə bir ev dəyişdim. “Mol. Nəsr.
” Yerini tutmaq – əvəz etmək. Heç bir adam onun yerini tuta bilməz.
[Sayalı:] Maşallah, yekə oğlan olubsan, torpağı sanı yaşayasan, lap atan Səmədin yerini tutubsan. İ.Şıxlı.

Yerini verməmək – əvəz edə bilməmək.
Heç şey verməz bu dağların yerini; Min bir rəngə girir burda təbiət. S.Rüstəm.

Yerlə yeksan etmək1) yerə tökmək, dağıtmaq;
2) məc. məhv etmək, xarabaya döndərmək, uçurub dağıtmaq, viran etmək;
3) vurub öldürmək.
Saymadan sultanı, xanı; Eyləyibsən nahaq qanı; Badam kimi növcavanı; Yer ilə yeksan eylədin. Aşıq Pəri.

Yerlə yeksan olmaq1) yerə tökülmək, dağılmaq. Sünbüllər yerlə yeksan olmuşdu;
2) məc. xarabaya dönmək, uçulmaq, məhv olmaq, viran olmaq.
Şəhər göyə sovrulub; Yer ilə yeksan oldu; Min ilin yaratdığı; Bir ana qurban oldu. B.Vahabzadə.
Mirzə ata-anasının az qala yerlə yeksan olmuş qəbirlərinə baxdı, sonra qonur gözlərini Qədirin üzünə zillədi. İ.Məlikzadə.

Bir yerdə – bax bir.
[Mərcan bəy:] Sözün doğrusu, daha bundan sonra mən səninlə bir yerdə … çörək yeməyəcəyəm. Ü.Hacıbəyov.
Bir gün Qərənfillə Bahadur yenə adi qayda üzrə bir yerdə evə dönürdülər. S.Rəhman.

Bir yerə (araya) gəlmək – toplanmaq.
Bir yerə gəlmək – bir qərar vermək. Mübahisədən nə çıxar, bir yerə gəlmək lazımdır.
Boş yerə – bax boş.
Ömrü ucuz verdi… bir iş görmədən; Boş yerə ölməyin nə mənası var?! B.Vahabzadə.

Dan yeri – bax dan.
…duran (olan) yerdə –
…var ikən, …ola-ola.
Amma mən duran yerdə Qədirin qulluğa getməsi, lap nahaqdır. Mir Cəlal.

Qara yer – qəbir, məzar.
Qəlbində yer eləmək (etmək, salmaq) – özünə yer tutmaq, əsər və əlamət buraxmaq.
Silindi qəlbində yer salan qəhər. M.Rahim.
Öldürdüyü düşmənə qarşı olan nifrət hissi ilə qarışıq bir acı duyğu da gənc qızın hələ qəlbində yer etməyə macal tapmamışdı. Ə.Əbülhəsən.

Nahaq yerə – bax nahaq.
Nə yerdə – hansı vəziyyətdə. İşləriniz nə yerdədir? Onun məsələsi nə yerdə qaldı?
…o yerə (elə yerə) çatdı ki, … (çatmışdı ki, …) – bir işin, hadisənin gedişində ən son nöqtəni, həddi bildirir.
Söhbət o yerə çatdı ki, … – [Rübabənin] Vahid ilə ünsiyyəti o yerə gəlib çatmışdı ki, heç biri o birindən kənarda yaşamır, yaşaya bilmirdi. Mir Cəlal.
…olan yerdə – 1) …olduğu halda, bir halda ki, … Aşkar şeydir ki, təzə olan yerdə köhnə qanunlar gərək pozulsunlar. C.Məmmədquluzadə;

2) …kimi, …olaraq.
Kəsbkarlıqdan əlin çıxdı, usan! Ər olan yerdə, görüm, yox olasan. M.Ə.Sabir.

Öz yerində – qaydada, nizamda.
[Süleyman:] Şükür Allaha, hər şey öz yerində sazdır. Ü.Hacıbəyov.

Öz yerindədir – öz qabiliyyət və ləyaqətinə görə vəzifə tutan adam haqqında. İndi o, öz yerindədir.
Sağ yer qoymamaq – bax sağ.
Yalan yerə – nahaq yerə; nahaqdan, yalandan.
Dövlətliyə yaltaqlana bilmərəm; Qəmli ikən, yalan yerə gülmərəm. M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YER ölkə — ərazi — vətən — diyar
  • YER vəzifə — xidmət — qulluq — iş
  • YER mənbə — məxəz
  • YER torpaq
  • YER göy — dünya — aləm
  • YER yorğai-döşək — yataq
  • YER sahə
  • YER iz — nişanə — əlamət — əsər
  • YER 1. YER, ƏRZ, YER KÜRƏSİ (səma müqabili) 2. yer bax torpaq 2 3. yer bax iş 2 4. yer bax yorğan-döşək

Antonimlər (əks mənalı sözlər)

  • YER YER – GÖY Göydən bir damcı da düşmədi yerə; Yerdən sular coşdu, sellər oyandı (H.Hüseynzadə)

Etimologiya

  • YER Güman edirik ki, yer və yerimək sözləri etimoloji baxımdan eyni kökə malikdir. Məlumdur ki, yer və göy sözləri bir-birinin antonimidir
YEPYENİ
YER-GÖY
OBASTAN VİKİ
Yer
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Tərs yer
Tərs yer — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Moruxlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Gədəbəy rayonunun Samanlıq kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Tərs yer kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 138 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Yer-Su
Yer (planet)
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Yer Günü
Beynəlxalq Yer Kürəsi Günü və ya "Ağac Günü" — keçirilmə tarixi XX əsrin 70-ci illərinə təsadüf edir. Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi. Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olundu. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırdı. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətləndi. Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başladılar. == Tarixi == ABŞ-nin Nebraska ştatının sakini Corc Sterlinq Mortona ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət etmişdi. Onun özü və ailəsi ilk olaraq ağac əkməyə başlamışdı. Tezliklə bu təşəbbüs geniş əks-səda doğurmuşdu. İlk "Ağac Günü"ndə ştatın əhalisi təqribən bir milyon ağac əkmişdi.
Yer Krallığı
Yer Krallığı — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir dövlət. Bu (xəritəyə görə) Avatar dünyasın şərqinin böyük hissədə yerləşən kontinentdə yerləşən, Kral tərəfdən idarə edilən konfederativ monarxiyadır. Paytaxtı - Ba Sinq Se. Əraziyə görə Avatar dünyanın ən böyük dövlətdir. Hava köçəriləri və Su tayfasıdan fərqli olaraq o qədər də magiyanı istifadə edə bilən bilən adamların azlıqdan görə əziyyət çəkmir. == Görünüşü == Millətin görünüşü qədim Çindən yaradılmışdır (Tzin sülaləsin dövrü). == Mədəniyyət == Yer Krallığda yaşayan camaatın mədəniyyəti regeonlara görə çoxşaxəlidir.
Yer Tanrı
Yer Tanrı - türk və altay xalq inancında və mifologiyasında yer tanrısı. Yertengri və ya Certenger olaraq da deyilər. Bəzən şərri və eqoist düşüncələri təmsil edir. Göy Tanrı yanında ikinci planda qalar. İnsan formalı olaraq çox təsvir edilməmişdir. Ancaq çox vaxt qadın cildində qəbul edilir. Yer üzü və ya Dünya "Yertinç / Yerdinç" olaraq ifadə edilər. Yer Tanrıya ağ toyuq qurban edilir. Bəzən də balıq, qoyun və ya öküz qurban verilir. Xüsusilə başı torpağa basdırılar.
Yer atmosferi
Atmosfer (q.yun. ἀτμός — buxar və σφαῖρα — sfera) – Yeri əhatə edən hava təbəqəsi. Atmosferin qalınlığı 3000 km olub, Yer kürəsi ilə birlikdə fırlanır. == Tərkibi == Atmosfer eyni zamanda Yerin qaz təbəqəsidir və tərkibi müxtəlifdir. Atmosfer iki əsas qazdan, 78% azot, 21% oksigendən ibarətdir (karbon cəmi 0,03%-dir). Azot yunanca "azos" sözündən olub, "cansız, həyata kömək etməyən" mənasında işlənməsinə baxmayaraq o, canlılar üçün mühüm qazlardan biri sayılır. Azotun dövranını müxtəlif canlı orqanizmlər yaradır. Oksigen atmosferdə daha fəal element olduğu üçün canlıların tənəffüsündə, yanmada və s. iştirak edir. Onun rəngi, iyi və dadı yoxdur.
Yer badamı
Yer bucağı
Yer bucağı (elevasiya) — həqiqi üfüq üzərində izlənən obyektin (yer əşyası, uçan apparat, göy cisimləri və s.) bucaq hündürlüyüdür. Yer bucağı azimutla birgə obyektə istiqaməti təyin etmək üçün xidmət edir. Başqa ədəbiyyatda belə izah olunur: yer bucağı — şaquli müstəvidə hədəfə istiqaməti ilə onun üfüqi müstəviyə proyeksiyası arasındakı bucaqdır.
Yer canavarı
Yer canavarı (lat. Proteles cristatus) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü. Xarici görünüşünə görə yer canavarı kaftara bənzəsə də, rəngi və anatomik xüsusiyyətlərinə görə onları asanlıqla ayırd etmək olur. Yer canavarının bədəninin uzunluğu kaftardan 2 dəfə kiçik olub 55-95 sm arasında dəyişir. Quyruğunun uzunluğu 20-30 sm, süysününün hündürlüyü 45-50 sm-dir. Yetkin fərdlərin kütləsi mövsümdən və qidadan asılı olaraq 8-14 kq olur.
Yer hanası
Yer hanası (toxucu dəzgah) — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan məmulatlar hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın ikinövü mövcuddur; yer hanası və divar hanası. İlk öncə yer hanası meydana gəlmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Yer hanasının hər bir hissəsinin öz vəzifəsi var. bir cüt köndələn dolağacdan, onları bir-birindən xeyli aralıda, sabit saxlayan iki cüt mıxçadan, gücü ağacından və gücülənmiş əriş taylarını üfüqi vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarət idi. Hana kompleksi ağız çubuğu, çarpaz çubuğu, asma ipləri, və taxta "qılınc" ilə tamamlanırdı. XX əsrin əvvəllərinə qədər geniş çeşiddə istehsal edilən yun parçaların bəzi növləri (şal, mahud, tirmə, dügürd, cecim, çul, ladı və s.) yer hanasında istehsal edilirdi. Yer hanasında, daha çox qadınlar tərəfindən toxunan şal (yer şalı), əsasən, ailənin daxili ehtiyacını ödəməklə, əsrlər boyu ev peşəsi kimi qiymətləndirilmişdir.
Yer iyesi
Yer iyəsi — türk, altay və monqol mifologiyalarında ərazi və torpağın qoruyucu ruhu. Cer (Çer) iyəsi də deyilir. Eyni mənalı olaraq Orun (orın, Urun, urine) iyəsi təbiri də istifadə edirlər. Moğollar Gazar Ezen deyərlər. Torpağın qoruyucu ruhudur. == Xüsusiyyətləri == Hər ərazinin, hər tarlanın fərqli bir iyəsi vardır. Olduqca iri bədənli, uzun boylu və geniş addımlar atan orta yaşlı bir qadındır. Əkili tarlaları qoruyar. Tarla iyəsi adlı başqa bir iye də bənzər xüsusiyyətlərə malikdir. Hər il hasattan əvvəl qurban verilir.
Yer iyəsi
Yer iyəsi — türk, altay və monqol mifologiyalarında ərazi və torpağın qoruyucu ruhu. Cer (Çer) iyəsi də deyilir. Eyni mənalı olaraq Orun (orın, Urun, urine) iyəsi təbiri də istifadə edirlər. Moğollar Gazar Ezen deyərlər. Torpağın qoruyucu ruhudur. == Xüsusiyyətləri == Hər ərazinin, hər tarlanın fərqli bir iyəsi vardır. Olduqca iri bədənli, uzun boylu və geniş addımlar atan orta yaşlı bir qadındır. Əkili tarlaları qoruyar. Tarla iyəsi adlı başqa bir iye də bənzər xüsusiyyətlərə malikdir. Hər il hasattan əvvəl qurban verilir.
Yer kitabı
== Kitabın içindəkilər == SSRİ Dövlət mükafatı laureatı, Kabarda-Balkar xalq şairi Qaysın Quliyevin adı təkcə sovet ölkəsində deyil, sərhədlərimizdən kənarda da hörmətlə, rəğbətlə çəkilir. Onun Balkar dilində yazdığı şeirlər və poemalar Qafqaz dağlarını aşıb uzaq-uzaq dillərə yayılmış, bir çox dillərə tərcümə olunmuşdur. Dağlar kimi vüqarlı, əzəmətli və müdrik, çaylar kimi coşqun olan insanların təbiəti, daxili aləmi, gələcəyə inamı Qaysın Quliyev yaradıcıllığının əsasını təşkil edir.
Yer kürəsi
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Yer maqnetizmi
Yer maqnetizmi və ya geomaqnetizm — Yerin və yerətrafı kosmik fazanın maqnit sahəsidir. Yer maqnetizmi geofizikanın bir bölməsidir və geomaqnit sahəsinin fəzada paylanması, zamandan asılı olaraq dəyişməsini, Yerdə həmçinin yuxarı atmosferdə onunla əlaqədar geo-fiziki prosesləri öyrənir.
Yer nüvəsi
Yer nüvəsi — Yer kürəsinin mərkəzi hissəsini təşkil edir. Radiusu-3450 km-dir. Sıxlığı nüvənin üst hissəsində 9,4 qr/sm3, daxilində isə 12–13 qr/sm3-dir. Temperaturu 4000–5000 C-yə, sıxlığı isə 1,4 mln. kq/sm 2-dir. Yerin nüvəsi yüksək elektrik keçirmə qabiliyyətinə malikdir. Seysmik dalğalardan isə yalnız uzununa dalğaları keçirir. Eninə dalğalar yerin nüvəsində yayılmır. == Yer kürəsinin temperaturu == Yerin həyat üçün ən lazımlı şərtlərinin ən vacibləri temperaturu və atmosferidir. Mavi planetimiz canlıların, xüsusilə də bizim kimi son dərəcə mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatura və nəfəs ala biləcəyi atmosferə malikdir.
Yer oxu
Yer oxu — Yerin sutkalıq hərəkəti zamanı ətrafında fırlandığı düz xəttdir. Yer oxu yerin mərkəzindən keçir və coğrafi qütblərdə yer səthini kəsir. Yer oxunun epliktika müstəvisinə olan orta meyilliyi 66 ∘ 33 ′ 19 ″ 85 {\displaystyle 66^{\circ }33'19''85} -dir. Lakin bu meyillik Günəş sisteminin digər planetlərinin cazibə qüvvəsinin təsiri nəticəsində hər il 0 ″ , 468 {\displaystyle 0'',468} artır. Hesablamalara görə bu bucaq təqribən 15000 il böyüyəcək və ondan sonra kiçilməyə başlayacaq.
Yer planeti
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Yer sakinləri
Yer sakinləri (ing. Earthlings) — 2005-ci ilin ABŞ istehsalı olan sənədli filmi. Filmdə heyvanların insan tərəfindən istismarı problemləri qaldırılır. Filmin rejissoru amerikalı Şon Monsondur. Filmi amerikalı aktyor Xoakin Feniks səsləndirib, musiqisi Riçard Mellvil Holl tərəfindən yazılıb. Film bir növün digər növü diskriminasiya edilməsi məsələsini qaldıraraq bu problemi irqi ayrı-seçkilik və seksizm kimi diskriminasiya növləri ilə müqayisə edir. Spesisizm adlanan bu cür diskriminasıyanın nümunələri kimi insanın heyvanları sənayenin müxtəlif sahələrində istismarından danışılır (qida, geyim, əyləncə, elm və s.). Filmdə zoomağazalardan, evsiz heyvanlar üçün sığınacaqlardan, quşçuluq fabrikalarından, donuz və inək fermalarından, dəri və xəz istehsalı və satışı yerlərindən, idman və əyləncə tədbirlərindən və tədqiqat laboratoriyalarından kadrlar nümayiş etdirilir. Filmin əsas hissəsini heyvanlara qarşı zorrakılığı, o cümlədən heyvanların öldürülməsini əks etdirən sənədli kadrlar təşkil edir. Rejissor Şon Monsonun sözlərinə görə filmin 2/3 hissəsi gizli kameralar vasitəsi ilə çəkilib.
Yer səthi
Coğrafi təbəqə və ya Yer səthi — Yerin tam və kəsilməz üst quruluşu. Onun tərkib hissələri torpaq, troposfer, stratosfer, hidrosfer və biosferdir. Onlar bir-biri ilə sıx əlaqədədir və onlar arasında daima enerji və maddələr mübadiləsi gedir. == Ədəbiyyat == Броунов П. И. Курс физической географии, СПб., 1917. Григорьев А. А. Опыт аналитической характеристики состава и строения физико-географической оболочки земного шара, Л.—М., 1937. Григорьев А. А. Закономерности строения и развития географической среды, М., 1966.
Yer ulduzu
Yer ulduzu (lat. Aseroe rubra), Phallaceae familiyasından bir göbələk növü. Çürük(saprofit) bir növ olan yer ulduzuna ümumiyyətlə tropik bölgələrdə rast gəlinər və yetkinləşdiyində sıx pis bir qoxuya malikdir. Növün yetkin bir nümunəsi ortalama olaraq 8 sm uzunluğunda bir gövdəyə, 6 elə 10 arasında dəyişən ədəddə kola sahib olar; bu qolları ona ulduz bir şəkil verər ki adını da buradan götürmüşdür. Qolların ətraf mərkəzi qisimin rəngi ağ, qırmızı kimi müxtəlif rənglərdə ola bilərkən, bu qisimin ətrafında (qolların başladığı qisimlərdə) ümumiyyətlə qəhvəyi olan sporlar tapılar.
Yer çərşənbəsi
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Yer örtükləri
Yer örtükləri (rus. Земные обoлочки, ing. Earth`s cover) — müəyyən dərəcədə düzgün konsentrik zonalar olub, bütün planeti əhatə edir, dərinliyə getdikcə dəyişir və bir- birindən fiziki, kimyəvi və bioloji xüsusiyyətlərinə görə fərqlənir.
Gəncə qalası (qədim şəhər yeri)
Qədim Gəncə — arxeoloji kompleks, orta əsrlər Gəncəsində məntəqə, təxminən XVII əsrdə burada şəhər mövcud olmuşdur. Qədim Gəncənin xarabalıqları hal-hazırda Azərbaycanın Gəncə şəhərinin 6–7 km şimal-şərqindədir. Qalanın xarabalıqları Gəncə şəhərinin yaxınlığında yerləşir. Şəhər yerində müxtəlif dövrlərdə arxeoloji qazıntı işləri aparılsa da bu işlər tamamilə yekunlaşdırılmayıb. Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları və çoxlu maddi mədəniyyət nümunələri aşkarlanıb. Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilib. Ümumiyyətlə qədim Gəncə şəhər yerinin erkən orta əsrlər dövründə inkişafa başladığı, Nizami Gəncəvi dövründə ən yüksək inkişaf mərhələsinə çatdığı, monqol yürüşləri zamanı dağıdılaraq tənəzzülə uğradığı bildirilir. Lakin sonradan şəhər yenidən bərpa edilərək böyük ticarət mərkəzinə çevrilmişdi. == Yerləşməsi == Qədim Gəncə ilə Gəncənin arasında bir neçə dəqiqə fərq var. Bəzi orta əsr mənbələri indiki Gəncənin coğrafi mövqeyi haqqında məlumat verir.
Gəncənin yeraltı yolları
Gəncənin yeraltı yolları və ya Gəncənin yeraltı fayton yolları — Gəncə şəhərində vaxtilə istifadə edilmiş, lakin sonralar baxımsızlıqdan yararsız hala düşmüş yeraltı fayton yolları. == Tarixi və inşası == Tarixi VIII əsrə qədər gedib çıxan bu yollar Aran memarlıq üslubunda inşa edilmişdir. Bəzi mənbələrə görə X əsrdə inşa olunmuş bu yollar 8 metr dərinlikdə idi. Yollar tağlarla hörülmüş, çirkab sularının axıdılması üçün xüsusi arxlar quraşdırılmış, fayton keçidi üçün geniş yerlər qoyulmuşdur. Bu yolların inşası zamanı burada faytonların hərəkət etməsi də nəzərə alınmışdır. Gəncənin yeraltı yollarına giriş Gəncə xan sarayından buradan başlayırdı. Sarayın yaxınlığında olan Çökək hamam ilə Şah Abbas məscidi arasından keçən bu yolun hər iki abidəyə də girişi olmuşdur. Türkiyənin Amasiya şəhərində olan məscidin hasarı üzərindəki kitabədə Gəncənin yeraltı yollarını inşa edən və şəhərin monqol işğalından sonra vətənini tərk edərək Türkiyəyə köçmüş memar Mahmud oğlu Məhəmmədin adı qeyd olunmuşdur. Görkəmli elm xadimi və tanınmış memar Şeyx Bəhaəddin Amuli 1606-cı ildə Gəncə şəhərində aparılan yenidənqurma işlərinə rəhbərlik etdiyi zaman yeraltı yollara xüsusi həssaslıqla yanaşmış, onların qorunmasını təmin etmişdir. Sovet dövründə bu yollardan bəziləri bağlanılmışdır.
Gənzə yaşayış yeri
Gənzə yаşаyış yеri — İndiki Gənzə kəndinin tikintiləri аltındа qаlmışdır. Аrаşdırmаlаr zаmаnı kəndin ərаzisindən оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur. Kəndin içərisində Оrtа əsrlərə аid pir, hаmаm və qəbiristаnlıq indiyədək qаlmаqdаdır. Еpiqrаfik dəlillər və аrхеоlоji mаtеriаllаr Gənzə kəndində XI-XVIII əsrlərdə yаşаyışın оlduğunu dеməyə əsаs vеrir. Еhtimаl ki, kəndin əsаsı dаhа qədim dövrlərdə qоyulmuşdur.
Gəşəlitəpə yaşayış yeri
Gəşəlitəpə yaşayış yeri — Ağcabədi rayonunun Hacılar kəndinin şimal-qərbində yerləşən yaşayış yeri. Diametri 110 m, hündürlüyü 6 m olan təpədir. Onun səthi Qarabağ müharibəsi vaxtı səngərlər qazılması nəticəsində zədələnmışdır. Toplanılmış saxsı kolleksiyası Neolit dövrünə aiddir.
Hacılar yaşayış yeri
Hacılar — Azərbaycanın Ağcabədi rayonunun Hacılar kəndinin mərkəzində yerləşən abidə. Təpənin diametri 120 metr və hündürlüyü 2,5 metr təşkil edir. Kənd yolu və həyətyanı sahələrin salınması təpənin dağılması ilə nəticələnmişdir. Təpənin şərq hissəsi 50 metr uzunluğa və 30 metr enə malik ərazidə tam şəkildə qazılmış və daşınmışdır. Ərazidən toplanılmış saxsı kolleksiyası Leylatəpə mədəniyyətinə aid edilir.
Hadiqaib yaşayış yeri
Hadiqaib yaşayış yeri — Şərur rayonunda, Axuraçayın sol sahilində hündür dağlarla əhatələnmiş dərədə Orta əsrlərə aid yaşayış yeri. Sahəsi 150x60 m.-dir. Əksəriyyəti dördbucaqlı formada olan evlərin qalıqları (hündürlüyü 50-80 sm) dövrümüzədək saxlanmışdır. Yaşayış yerində orta əsrlər üçün səciyyəvi olan bir neçə təndir qalığı, əllə, bəziləri isə dulus çarxında səliqə ilə hazırlanmış saxsı məmulatları (küp, qazan, küpə və s.) aşkar olunmuşdur. Qabların bəziləri (kasa və boşqab tipli qablar) ağ anqob üzərindən yaşıl, digərləri mavi, həmçinin göyümtül rəngli şirlə örtülmüşdür. Tapıntılara əsasən, Hadiqaib yaşayış yerinin VIII–XVIII əsrlərə aid olması ehtimal edilir.
Həbs yeri
Həbs yeri — tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və ya qarnizon hauptvaxtları. Böyük Britaniyada həbs yerləri əsasən polis məntəqələrində təşkil olunur. Əvvəllər bütün polis məntəqələrində cinayətkarların saxlanıla biləcəyi az sayda fərdi kameralar var idi. Hazırda isə əksər tutulmuş şəxslər məhbusların saxlanılması üçün nəzərdə tutulmuş böyük polis məntəqələrinə aparılırlar.
Həftəvantəpə yaşayış yeri
Həftəvantəpə – Güney Azərbaycan ərazisində, Urmiya gölü yaxınlığında, Şapur (salmas) şəhərindən cənubda yerləşir. Həfətvantəpədə arxeoloji qazıntılar C.Barney tərəfindən aparılmışdır. Tədqiqatlar nəticəsində e.ə. III minillikdən başalamış orta əsrlər dövrünə kimi tarixi kəsimi əhatə edən yeddi dövr müəyyənləşdirilmişdir. Təbəqələrin ardıcıllığı xırda sapmalar nəzərə alınmazsa Həsənlitəpə üçün qəbul edilmiş dövrlərlə uyğun gəlir. Həfətvantəpə V dövrü intensiv tikinti fəaliyyətini üzə çıxarır. Binalardan boz gil məmulatından və özündən əvvəlki ənənələri əvəz etdirən qırmızı gil məmulatından ibarət keramika tapılmışdır. Onlar iri saxlanc küplərindən, boğazı və ya lüləyi açıq qablardan ibarətdir. Qablar dalğavari xəttlər və ya üçbucaqlılarla bəzədilmişdir. Əsas tikililər təpənin başında (C.Barney onları Urartu dövrünə aid edir) eləcə də onun altında IV dövr təbəqəsindədir.
I Böyükdüz yaşayış yeri
I Böyükdüz yaşayış yeri — Kəngərli rayonunda, eyniadlı kəndin cənubunda, Araz çayının sol sahilində yerləşən orta əsrlərə aid yaşayış yeri. Abidə 1991-ci ildə qeydə alınmışdır. Daşqınlar nəticəsində abidəyə böyük ziyan dəymiş, onun böyük bir hissəsi dağılmışdır. Tədqiqatlar zamanı burada 10 insan skeleti aşkarlanmışdır. Qəbirlər torpaqda qazıldığı üçün tamamilə yuyulmuş, skeletlər qumun üzərində qalmışdı. Onlar müsəlman adəti üzrə cənub – şərq istiqamətində, sağ böyrü üstə uzadılmışdılar (tədqiqatçılar bu ərazinin yaşayış yerinin qəbiristanlığı olmasını güman edirlər). Orta əsrlər Azərbaycan məişəti üçün səciyyəvi olan çəhrayı rəngli gil qab qırıqları və sair də aşkara çıxarılmışdır. Tapıntılara əsasən yaşayış yerinin XI – XVIII əsrlərə aid olması güman edilir.
I Kültəpə yaşayış yeri (Babək)
Kültəpə — Naxçıvan şəhərindən 8 km aralıda yerləşən qədim yaşayış məskəni. == Ümumi məlumat == Naxçıvan şəhərindən 8 km aralıda yerləşən I Kültəpə yaşayış yeri 1,5 hektara yaxın bir ərazini əhatə etməklə 22,2 metr qalınlığında mədəni təbəqəsi olan yüksək bir təpədən ibarətdir. Təpə bütövlükdə aşağıdan yuxarıyadək kül, xırda daş, təsərrüfat və məişət qalıqları ilə örtülmüşdür. Buradan üzə çıxarılan dörd mədəni təbəqənin aşağıdan birinci "1a" təbəqəsi Neolit dövrünə, "1b" təbəqəsi isə Eneolit dövrünə aiddir. Qalınlığı 3,2 m olan "1a" təbəqəsi abidənin üzərindən 19–22,2 m, "1b" təbəqəsi isə 19–12,8 m dərinlikdə yerləşir. Bu təbəqələrdən tikinti qalıqları, təsərrüfat quyuları, ocaq və kürələr, müxtəlif heyvan sümükləri, daş, sümük və gildən hazırlanmış əşyalar, buğda qalıqları və qəbirlər tapılmışdır. Həmin arxeoloji materiallar Kültəpə sakinlərinin oturaq həyat sürdüklərini sübut edir. E.ə. VII–I minilliklərə aiddir. == Kültəpədəki arxeoloji tapıntılar == 1951-ci ildə Azərbaycan ЕА Tarix İnstitutunun arxеoloji ekspedisiyası Osman Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdır.
I Kültəpə yaşayış yeri (Maxta, Şərur)
I Kültəpə (və ya I Maxta Kültəpəsi) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində Erkən Tunc dövrünə aid yaşayış yeri. Abidə 1985-ci ildə qeydə alınmışdır. Yer səthindən 2 m hündürlükdəki təpədən ibarət olub əkin sahələri, qərb tərəfdən isə kanalla məhdudlaşmışdır. 1988-1989-cu illərdə V.H.Əliyev və S.H.Aşurovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar (100 m² sahədə) nəticəsində daş və çiy kərpicdən hörülmüş tikinti qalıqları, boz rəngli qab nümunələri, dən daşları həvəng və dəstələr, obsidian və çaxmaqdaşıdan hazırlanmış oraq dişləri, obsidian ox ucluqları, sürtgəclər, ocaq qurğusunun qalıqları və sair maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Kəşfiyyat səciyyəli tədqiqatlar zamanı yaşayış yerindən daşdan inşa edilmiş qədim məbəd, onun içərisindən isə öz bədii gözəllikləri ilə seçilən daşdan yonulmuş bütlər aşkar edilmişdir. 2006-cı ildə qədim yaşayış yerində Azərbaycan-ABŞ birgə arxeoloji ekspedisiyası kəşfiyyat xarakterli qazıntılar aparmışdır. 2008-ci ildən isə abidədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Maxta arxeoloji ekspedisiyası" S.H.Aşurovun rəhbərliyi ilə 300 kv.m. sahədə qazıntıları davam etdirir. İlk dəfə I Kültəpədən əldə olunmuş konusvari və dairəvi gil əşyalar (tokins) hələ e.ə.IV minilliyin sonlarından Azərbaycan ərazisində inzibati idarəetmənin və dövlətçilik ənənələrinin mövcudluğunu təsdiq edir. Tapıntılara əsasən abidə e.ə.
I Təzəkənd yaşayış yeri (Şərur)
I Təzəkənd yaşayış yeri — Şərur rayonunun eyni adlı kəndindən cənub-qərbdə, Araz çayının sağ sahilində arxeoloji abidə. Yaşayış yerinin ərazisi su kanallarının çəkilməsi zamanı tamamilə dağılmışdır. Abidənin ərazisində qara rəngli tuf daşlarından hazırlanmış dən daşları aşkar olunmuşdur. Kür-Araz mədəniyyəti üçün xarakterik olan dən daşlarının arxa tərəfində qulplar yonulmuşdur. Təzəkənd yaşayış yerini e.ə. IV-III minilliklərə aid etmək olar.
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi == Haqqında == Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu (bundan sonra İnstitut) Azərbaycan SSR Nazirlər Sovetinin 04 aprel 1968-ci il tarixli 145 saylı qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş keçmiş yerquruluşu ekspedisiyasının, növbəli əkin sisteminin tətbiqi üzrə respublika ekspedisiyasının, Bakı və Gəncə torpaq tədqiqatı ekspedisiyalarının bazasında təşkil olunmuş və Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 1992-ci il tarixli 227 nömrəli Fərmanı ilə keçmiş Dövlət Torpaq Komitəsinin tabeliyinə verilmişdir.[mənbə göstərin] İnstitutun Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 04 sentyabr 1994-cü il tarixli 442 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış, Nazirliyin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 08 dekabr 1999-cu il tarixdə və 06 may 2002-ci il tarixdə yeni redasiyada 442 say altında təkrar qeydiyyatdan keçirilmişdir.[mənbə göstərin] İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmrlərini, sərəncamlarını, sifarişlərini, göstərişlərini və öz Nizamnaməsini rəhbər tutur. İnstitut Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona hesabat verir, tapşırıqları və müqavilələr əsasında respublikada torpaq islahatının həyata keçirilməsi ilə bağlı torpaq münasibətlərinin tənzimlənməsi, təsərrüfatçılıq formasından asılı olmayaraq torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin artırılması, ekologiyası və rekultivasiyası sahəsində yerquruluşu, torpaq kadastrı, torpaq tədqiqatı, geobotaniki tədqiqat, torpaq uçotunun aparılması, torpaq istifadəçilərinin və mülkiyyətçitlərinin sifarişi ilə yerquruluşu planlarının hazırlanması, torpaqlardan istifadəyə, onların mühafizəsinə, münbitliyinin təmin olunmasına, rekultivasiyasına dair layihələrin hazırlanması və digər layihə-axtarış işlərini həyata keçirən baş podratçı təşkilatdır, topogeodeziya, topoplanalma mühəndis-geodeziya və geniş məqsədli, müxtəlif təyinatlı xəritəçəkmə işlərini yerinə yetirir. İnstitut öz fəaliyyətini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olan təşkilatlarla, habelə Dövlət və Bələdiyyə orqanları ilə, qarşılıqlı əlaqəli qaydada həyata keçirir. İnstitut hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. İnstitutun əmlakını onun əsas fondları, dövriyyə vasitələri və onun balansında olan başqa qiymətli məmulatlar təşkil edir. İnstitutunun mərkəzi aparatı və onun vahid sistemini təşkil edən struktur bölmələrinin saxlanması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bələdiyyə orqanlarının, digər sifarişçilərin vəsaiti hesabına və qanunvericiliyinə zidd olmayan mənbələr hesabına maliyələşdirilir. İnstitut həmin vəsaitlərin sərəncamçısıdır. 2015-ci ildə bazasında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi yaradıldı.
Kamaltəpə yaşayış yeri
Kamaltəpə — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri. == Haqqında == Şəhərin Qala hissəsinin cənub darvazası qarşısında yerləşən təbii təpəlik yerli əhali tərəfindən Kamaltəpə adlandırılmışdır. Kamaltəpə sözü şəxs adına bağlıdır. Vaxtilə Kamal adlı bir yerli sakin burada təsərrüfat işləri ilə məşğul olduğu üçün təpə onun adı ilə adlandırılmışdır. Qeyd etmək lazımdır ki, bu təpəlik barədə Əl-Müqəddəsinin məlumatı diqqəti cəlb etmişdir: "Qəbələ möhkəmləndirilmiş şəhərdir, çay onun divarlarının arxasından axır. Cümə məscidi şəhərdən kənarda, bir təpənin üstündə yerləşir." Bu məlumatda əvvəla şəhərdən kənarda təpəliyin olması qeyd edilir. Sonra şəhərin ən böyük ictimai binası Cümə məscidinin məhz həmin təpənin üstündə yerləşməsi göstərilir. Hazırda qala divarlarından kənarda Kamaltəpədən başqa təpə yoxdur. Bu fakt Kamaltəpənin məhz Əl-Müqəddəsinin qeyd etdiyi təpəlik olduğunu düşünməyə imkan verir. Kamaltəpə əslində, üç hissədən ibarətdir.
Kamiltəpə yaşayış yeri
Kamiltəpə — Azərbaycanın Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən cənubda yerləşən eneolit dövrünə aid yaşayış yeri. 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə Almaniya Arxeologiya İnstitutunun birgə əməkdaşlığı nəticəsində aparılan arxeoloji tədqiqatlardan məlum olub ki, yaşayış məskəni 7500 il əvvələ aiddi. == Tədqiqatlar == 1955-1956-cı illərdə A.A.İyessen və Ömər İsmizadənin başçılıq etdikləri tədqiqatlar zamanı abidədən saxsı məmulatı, obsidiandan əmək alətləri və çiy kərpicdən tikili qalıqları tapılmışdır. 2008-ci ildə Mil-Qarabağ arxeoloji ekspedisiyası Qalatəpə qədim və ilk orta əsr şəhər yerində axrarışlar edərkən Kamiltəpə yaşayış məskənində kiçik şurf qoymuş və nəticədə çiy kərpicdən hörülmüş tikili qalıqları, obsidian və çay daşlarından hazırlanmış əmək alətləri və saxsı nümunələri aşkara edilmişdir. 2012-ci ildə aparılan tədqiqatlar zamanı Kamiltəpə-4 abidəsində e.ə. VI minilliyin sonlarına aid kərpic arakəsmələrlə bir-birindən ayrılan yeraltı kanallar, yüzlərlə muncuq, dəniz balıqlarının sümükləri, Kamiltəpə-1 abidəsində VI minilliyin ortalarına aid çiy kərpicdən tikilmiş platforma tapılmışdır. Yaşayış məskənində balıq sümüklərinin aşkar edilməsi Mil-Qarabağ düzünün 7 min il əvvəl dənizə yaxın olduğunu sübut edir.
Keçili yaşayış yeri
Keçili yaşayış yeri - Keçili kəndindən şimalda, Kür çayının sağ sahilindən təxminən 1,2 km aralıda yerləşir və sahəsi 1 ha, hündürlüyü 2 m olan təpədən ibarətdir. Arxeoloji qazıntılar nəticəsində burada düzbucaqlı evlərin qalıqları ehtimal olunan möhrə divar qalıqları üzə çıxarılıb. Eneolit təbəqəsindən dən daşları, sürtgəclər, həvəngdəstələr, obsidian və çaxmaq daşı lövhələri, saxsı qab nümunələri tapılmışdır. Keramika nümunələrinin əksəriyyətinin gilinə nəbati qarışıqlar əlavə edilmişdir. Bəzi nümunələrin üzərinə anqob çəkilib. Saxsı məmulat arasında bir neçə boyalı qab nümunəsi, daraqvari alətlə naxışlanmış saxsı qab fraqmentləri də vardır. Keçili yaşayış yeri eneolit dövrünün son mərhələsinə aiddir.
Kolasu yaşayış yeri
Kolasu yaşayış yeri — Culfa rayonunun Ləkətağ kəndindən şimal-şərqdə Kolanısu və Dəmirlisu çaylarının qovşağında İlk Orta əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Bu yaşayış yerinin sahəsi 2500 kvadrat metrdir. 1991-ci ildə qeydə alınmış və kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Abidə bir-birindən üstdə yerləşən üç terrası əhatə edir. Üzəri uçub tökülmüş inşaat qalıqları ilə örtülmüş, tikintilər tamamilə dağılmışdır. Mədəni təbəqə saxlanmamışdır. Yerüstü materiallar qırılmış dən daşlarından, çəhrayı rəngli bişirilmiş gil qab sınıqlarından və s.ibarətdir. Abidənin VI-VIII əsrlərə aid olduğu ehtimal edilir.
Köhnə Kotam yaşayış yeri
Köhnə Kotam yaşayış yeri—Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kotam kəndindən şimal şərqdə orta əsrlərə aid yaşayış yeri. == Tarixi == Kəndin xarabalıqları Kotam çayı boyunca uzanır. Kəndin mərkəzi hissəsində məscid binası var. Evlər daş, möhrə və kvadrat formalı çiy kərpiclərdən inşa olunmuşdur. Evlər bir-birinin yaxınlığında, təpənin yamacında düzəldilmiş şəkillərdə salınmışdır. Əkin və bağ yerləri kəndin şimal tərəfindəki sahədə çay boyunca uzanır. Əhalinin əsas məşğuliyyəti bağçılıq, bostançılıq və maldarlıq olmuşdur. Kəndlə üzbəüz çayın sol sahilində Orta əsrlərə aid nekro- pol yerləşir. Kəndin içərisindəki məsciddə və nek- ropolda qalan kitabələrdə kənd sakinləri ilə bağlı məlumatlar var.
Köhnəkənd yaşayış yeri
Köhnəkənd yаşаyış yеri — Şərur rayonunun Siyаqut kəndi yахınlığındа yеrləşir. Yаşаyış yеrindəki binаlаr dördkünc fоrmаlı оlub dаş təməl üzərində çiy kərpicdən inşа оlunmuşdur. Аrаşdırmаlаr zаmаnı yаşаyış yеrinin ərаzisindən Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа nümunələri аşkаr оlunmuşdur.
Köçəri yaşayış yeri
Köçəri yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndindən 7-8 kilometr şimalda XIV-XVII əsrlərə aid yaşayış yeri. == Tarixi == Yaşayış yerində dördkünc formalı tikintilərin qalıqları saxlanmışdır. Divarlar qaya parçalarından gil məhlulu istifadə olunmaqla inşa olunmuşdur. Yaşayış yerinin şimal tərəfində daşdan inşa olunmuş məscidin qalıqları var. Böyük bir qismi dağılmış yaşayış yerinin yerüstü əlamətləri itmişdir. Araşdırmalar zamanı yaşayış yerinin ərazisindən orta əsrlərə aid şirli və şirsiz keramika məmulatlarının parçaları aşkar olunmuşdur. Arxeoloji materiallara əsasən Köçəri yaşayış yerini XIV-XVII əsrlərə aid etmək olar.
Kəruztəpə yaşayış yeri
Kəruztəpə — yaşayış yeri Ağcabədi rayonu Hindarx qəsəbəsindən 250 m şimal-qərbdə, 3 saylı Hindarx kurqanının cənub hissəsində, qobunun sağ sahilində yerləşir. Təpənin səthi ehtimal ki, sovet dövründə kənd təssərüfatı qurğularının tikintisi zamanı hamarlanmışdır. O dövrün yadigarı olaraq təpənin mərkəzində iki silos quyusu hələ də qalmaqdadır. Diametri 215 m, hündürlüyü isə 2 m olan təpə orta əsrlərə aid böyük yaşayış yerinin qalıqlarıdır. Təpənin qobu istiqamətində olan qərb yamaclarında apardığımız müşühidələr zamanı Leylatəpə mədəniyyətinə aid saxsı qab fraqmentlərinə təsadüf edilmişdir. Bu tapıntılara əsasən söyləyə bilərik ki, orta əsrlərə aid yaşayış yeri Leylatəpə məskəninin üzərində salınmışdır. Abidənin ərazisində arxeolji kəşfiyyat şurfunun qazılması olduqca vacibdir.
Lizbirt yaşayış yeri
Lizbirt yaşayış yeri — Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində Orta əsrlərə aid arxeoloji abidə. == Tarixi == Abidə Cəhri-Buzqov yolunun sol tərəfində, Cəhriçayın sağ sahilində, Lizbirt dərəsi adlanan ərazidə yerləşir. Yaşayış yerinin ərazisində dördkünc formalı binaların və su kanalının qalıqları qalmaqdadır. Burada kahaların yaxınlığındakı uzunsov təpənin üzərindən çəhrayı rəngli şirli və şirsiz qab qırıqları toplanmışdır. Bəzi yerlərdə dördkünc və dairəvi formalı daş düzümlərinə təsadüf olunur. Yaşayış yerinin yaxınlığında, bir neçə yerdə dağın altında qazılmış kahalar vardır. Kahalar dördkünc olub, yuxarısı tağşəkilli formada tamamlanır. Onların bəzisinin divarlarında his qalıqları, döşəmədə isə ocaq yerləri izlənilir. Şübhəsiz ki, Lizbirt yaşayış yeri və buradakı kahalar maldar tayfalar tərəfindən salınmışdır. Yaşayış yerinin keramika məmulatı forma verməyən qırıqlardan ibarətdir.
Maralbulaq yaşayış yeri
Mаrаlbulаq yаşаyış yеri — Quyuludаğ аbidəsinin şimаl-şərqində, yахınlıqdа оlаn bulаğın ətrаfındа, dаğlаrın аrаsındа yеrləşir. Аbidənin yахınlığındа kiçik həcmli süni göl düzəldilmişdir. Dördkünc fоrmаdа dаşdаn tikilmiş binаlаrın qаlıqlаrı hаzırdа yаşаyış yеrində qаlmаqdаdır. Аrаşdırmаlаr zаmаnı yаşаyış yеrinin ərаzisində çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur. Аrхеоlоji mаtеriаllаr Sоn Оrtа əsrlər dövrü üçün хаrаktеrikdir. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XIX əsrə аid еtmək оlаr.
Marlıqtəpə yaşayış yeri
Abidə Gilan vilayətindəki, Qızılüzən (Səfidrud) çayının aşağı vadisində yerləşir. Mərlik ərazisində arxeoloji qazıntılar Tehran Universitetinin professoru Ə.O.Negahban tərəfindən aparılmışdır. Abidə ərazisindən yaşayış yeri ilə yanaşı qəbristanlıq da aşkar edilmişdir. Buradakı qəbirlərdəki zəngin dəfn avadanlığına görə Ə.O.Negahban bu qəbirləri hökmdar nəslinə və əyanlara aid etmişdir. Ölülər sağlıqlarında istifadə etdikləri hər şeylə – içərisində su və yemək qoyulmuş adi məişət əşyalarından tutmuş, gözəl ayin qabları və bəzək əşyalarınadək, ovçular və döyüşçülər isə hətta silahlarla təchiz olunmuşlar. Bundan başqa Mərlik qəbristanlığının özəlliklərindən biri də atların hər cür əsləhə ilə birgə, ayrıca dəfn edilməsidir. Görünür at Mərliyin qədim sakinlərinin həyatında mühüm rol oynamışdır. Mərlikdən aşkar edilən keramika və zərgərlik məmulatı o dövr sənətkarlarının zövq və məharətləri, yüksək sənətkarlıq texnikası haqqında çox şey deyir. Çoxlu zərif və zəhmət edən sənət əsərlərini özləri ilə basdırmağa razı olan bu yerli əyanların yetərincə zəngin olduqlarını da güman etmək olar. Ə.O.Negahban qəbirləri e.ə.
Mingəçevir 1 nömrəli yaşayış yeri
Mingəçevir 1 nömrəli yaşayış yeri — Mingəçevir şəhərində Kür çayı vadisində Dəmir dövrünə aid abidə. Abidənin ikinci təbəqəsindən 9 yaşayış binası və təsərrüfat xarakterli tikinti qalığı, dulus kürəsi aşkar olunmuşdur. Evlər dördkünc və ya oval formalı olub yarımqazmalardır. Divarlar qamışdan hörülmüş və gillə suvanmışdır. Otaqların içərisində xüsusi çökəklikdə ocaqlar düzəldilmişdir. Yalnız bir otaqda daşdan düzəldilmiş düzbucaqli ocaq vardır. Burdan həmçinin təsərrüfat quyuları da tapılmışdır.

Digər lüğətlərdə