AFƏT

is. [ ər. ]
1. Bəla, fəlakət, bədbəxtlik, müsibət, ziyan, zərər.
[Şah:] Pədərsuxtə, kəvakibin afətindən məni qorxudarsan və əlacını gizlərsən? M.F.Axundzadə.
Uşaqlarınıza heç bir cəhətdən afət yetməyəcək. C.Məmmədquluzadə.

// məc. Adam haqqında. Biri N.
qəzasının afət və bəlası sabiq prokuror İvanov idi. Ə.Haqverdiyev.

// Məc. mənada.
Arizuyi-vəsli-canan canə afətdir, könül! Füzuli.

2. məc. şair. Son dərəcə gözəl qız, qadın, dilbər haqqında.
Harda qalmış görəsən, ol dəli, məcnun feyzi; Dur yügür, gəl, dediyin afəti-dövran gəldi. Nəbati.
Bu afəti birinci görüşdə sevməmək qabil deyildi. M.S.Ordubadi.
Gülzar altı-yeddi ay bundan əvvəl deyər, gülər, çalar, oynar şux bir afət idi. C.Cabbarlı.

3. məc. Çox zirək, çox cəld; od-alov. O, uşaq deyil, afətdir!

Sinonimlər (yaxın mənalı sözlər)

  • AFƏT afət bax fəlakət
  • AFƏT gözəl — dilbər
  • AFƏT bəla — fəlakət — bədbəxtlik — müsibət — ziyan — zərər

Omonimlər

  • AFƏT AFƏT I is. [ ər. ] Bəla, fəlakət, ziyan. Elə bil Gülüstana afət bürküsü çökmüşdü (Dastanlar). AFƏT II is
AFƏRİN
AFƏTZƏDƏ

Digər lüğətlərdə