ANA-BACI

is. dan. Ana və bacı kimi olanlar, bir-birinə çox yaxın olanlar; yaxın dostlar, rəfiqələr.
ANA
ANA-BALA
OBASTAN VİKİ
Bacı
Bacı sözünün bir neçə mənası ola bilər : Bir ata-anadan, yaxud bir atadan və ya bir anadan olan qızların birbirinə və ya qardaşlarına olan qohumluq münasibəti; Tanış olmayan qadına, qıza ehtiramla müraciət. Tibb bacısı mənasında müraciət.
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! (ing. Mother!) — Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb.
Zeynəb bacı
Zeynəb Paşa (az-əbcəd. زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. == Həyatı == Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar.
Üç bacı
3 bacı (film, 2012-2014) — teleserial. Üç bacı adından göründüyü kimi üç bacıdan bəhs edir. Üç bacı (pyes) — rus yazıçı Anton Çexovun pyesi. Üç bacı – Azərbaycanın milli mətbəxinə aid olan Badımcan dolmasının ikinci adı.
Toppuş bacı
Tünzalə Məcid qızı Əliyeva (15 fevral 1973, Kirovabad – 22 yanvar 2023) — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti. Toppuş bacı kimi tanınırdı. == Həyatı == Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olmuşdur. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışmışdır. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Oradan çıxıb Bakıya gəlmiş və C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləmişdir. İrəvan Teatrının səhnəsində Qəmər (Ə. Əmirli, "Müqəddəs Valentin günü"), Almaz (M. Haqverdiyev, "Məhəbbət əzabları"), Natella (M. Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A. Rəhimov "Pul hərisləri"), Qadın (H. Mirələmov, "Ləyaqət"), Mehriban (Ə. Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü. Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə"), Səkinə (Hidayət, "Bu dünyanın adamları"), Səməni (İ. Məlikzadə, "Subaylarınızdan görəsiniz"), Mələk (Ağarəhim Rəhimovun, "Əsgər anası"), Alverçi qadın (T. Vəliyeva, "Analar neyləsin"), Mədinə (Anar, "Təhminə və Zaur"), Xatuba (Ramiz Abdullayev, "Biznesmen"), Xəzangül (Ə. Hacızadə, "Məhəbbət ölmür"), Əsir qadın (S. Şaxtaxtı, "Ölüm həsrəti"), Səkinə (Elçin, "Akvariuma xüsusi sifariş") rollarını uğurla ifa etmişdir. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olmuşdur. ATV kanalında nümayiş etdirilən "Çal-Çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazının ifaçısıdır.
Şərifə Bacı
Şərifə Bacı (təq. 1898, Seydilər[d], Kastamonu ili – dekabr 1921, Kastamonu, Kastamonu ili) ― Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmiş qadın, türk xalq qəhrəmanı. O 1921-ci ildə bir neçə aylıq qızı ilə birlikdə öküz arabası ilə cəbhəyə sursat daşıyarkən donub ölmüş və müharibədə öldüyü üçün şəhid elan edilmişdir. Şəhid Şərifə Bacı İstiqlaliyyət müharibəsində türk qadınlarının fədakarlıq və qəhrəmanlıqlarının simvoludur. == Həyatı == 1900-cü illərin əvvəlində Kastamonu vilayətinin Seydiler ilçəsindəki kəndlərdən birində anadan olub. Doğum tarixi dəqiq məlum olmasa da, evlənəndə onun on altı yaşı olduğu bilinir. Onun toyundan iki ay sonra Birinci Dünya müharibəsi başlamış və əri orduya çağırılmışdır. Altı ay sonra o, ərinin Çanaqqala döyüşündə (1915-1916) öldüyünü öyrənib. Kənd camaatı bu dəfə onu cəbhədə bomba partlaması nəticəsində sol ayağını və bir gözünü itirmiş yaralı müharibə veteranı Topal Yusuf ilə evləndiriblər. Yeni evliliyinin üçüncü ilində Şərifənin bir qızı dünyaya gəlmişdir.
Yeddi bacı şəlaləsi
Yeddi bacı şəlaləsi (norv. De Syv Søstrene və ya Dei Sju Systrene, Knivsflåfossen adı ilə də tanınır) Norveçin hündürlüyünə görə 39-cu şəlaləsi. Şəlalə yeddi müstəqil axımdan ibarətdir. Məhs buna görə də «yeddi bacı» adlandırılmışdır. Norveçin Sunnimyor bölgəsində yerləşən, UNESCO-nun Ümumdünya irsi olan Geiranger fiordunun bir hissəsi hesab olunur. == Yerləşməsi == Geiranger fiordu Norveçin Mere-oq-Romsdal qraflığına aiddir. Şəlalə yaxınlığında tarixi Knivsflå ferması yerləşir. Daha köhnə ferma olan Skageflå isə nisbətən uzaqda yerləşir. Yeddi bacı şəlaləsi Qeyranqer kəndindən 6,5 km qərbdə yerləşir. Coğrafi kordinatları 62.10864 və 7.092106 olan şəlalə dəniz səviyyəsindən 400-500 metr yüksəklikdə yerləşir.
Üç bacı (pyes)
Üç bacı (rus. Три сeстры) — rus yazıçı Anton Çexovun pyesi. Anton Çexovun 1899–1901-ci illərdə yazdığı 4 pərdəli "Üç bacı" dramında müəllif müxtəlif sinif və təbəqələrdən olan ziyalıların ailə münasibətləri, əxlaqı, dünyagörüşü haqqında müşahidələrinə, düşüncə və mühakimələrinə yenidən qayıtmışdır. Aydın görünür ki, ədib bu pyesində əvvəlki əsərlərində onu düşündürən müasir həyat məsələlərinə, məişətə və şüurlara daha ətraflı və dərindən nüfuz etməyə çalışmış, "insan üçün əsl səadət nədir?" sualına özünün realist və materialist anlayışına görə cavab verməyə səy etmişdir. == Süjet == Üç bacıda iştirak edənlərin əksəriyyəti universiet, institut və ya gimnaziya qurtarmış dvoryan nəslindən olan ziyalılardır. Əsərdəki əhvalat əyalət şəhərlərindən birində baş verir. Mərhum general Prozorovun Moskvada doğulmuş və orada oxuyub təhsil almış oğlu Andrey, qızları Mariya (Maşa), Olqa və İrina Moskvadan köçüb əyalət şəhərində ata mülkündə yaşayırlar. Şəhərdə müvəqqəti yerləşən hərbi hissə zabitləri — vaxtilə Moskvada, mərhum generalın sağlığında bu ailə ilə tanış olan hərbi həkim Çebutkin, podpolkovnik Verşinin, ştabs-kapitan Salyonı, poruçik Fedotik və podporuçik Rode bu ailə ilə yenidən dostluq münasibətlərini bərpa edirlər. Dramın süjeti əvvəldən axıra qədər yaşları, həyat təcrübələri, taleləri, dərdləri və arzuları müxtəlif olan bu adamların münasibətləri, həyat haqqında mülahizə və mühakimələri əsasında qurulmuşdur. Dostların hamısı ağıllı, fərasətli və istedadlı adamlardır, lakin onların heç biri öz həyatından, taleyindən razı deyil.
Ak Ana
Al Ana
Albaniya Ana
Albaniya Ana (alb. Nëna Shqipëri) — Albaniyanın paytaxtı Tirana şəhərində Albaniya Milli Şəhidlər Qəbiristanlığında heykəl. == Təsviri == Heykəl 3 metrlik bir təməl üzərində ucaldılmışdır. Təsvir edilən qadın fiqurunun hündürlüyü 12 metr, heykəlin ümumi hündürlüyü isə 20 metrdir. Heykəl Albaniyanı onun üçün canını verənlərə keşikçilik edən bir ana kimi təsvir edir. Heykəl əlində dəfnələrdən ibarət bir çələng və bir ulduz daşıyır. Heykəlin üzərində "Lavdi e perjetshme deshmoreve tee Atdheutt" (azərb. Vətən şəhidlərinə əbədi əzəmət‎) yazılmışdır. Heykəl betondan hazırlanıb. == Tarix == Heykəl 1971-ci ildə ucaldılmışdır.
Ambar Ana
Ambar Ana - türk və altay mifologiyasında qadınlıq ilahəsi. Qadınları və qadınların etdiyi işləri güdür. Qadınların işlərinə kömək edir. Onun şərəfinə təşkil edilən mərasimlər vardır. Qadın şamanlar ondan kömək diləyirlər. == Etimologiya == (Am / Em) kökündən törəmişdir. Bu kök türkcədə dişilik bildirir. Məsələn əmmək və əmizdirmək dişil məzmuna malikdir. Anbar mənasındakı ərəbcə ambar sözü ilə əlaqəsi yoxdur. Em kökü eyni zamanda yaxşılaşdırmaq və dərman mənalarıyla də əlaqəlidir.
Ana (albom)
Ana – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun üçüncü studiya albomu. == Albom haqqında == Albomda Əlibaba Məmmədov, Elçin İmanov, Fikrət Əmirov və s. şəxslərin bəstələri yer almışdır. Aranjimanların müəllifləri isə Eldar Məmmədov, Vasif Axundov, Elçin İmanov və Eldar Əzizlidir.
Ana (dəqiqləşdirmə)
Ana Ana!
Ana Dili
Ana dili — şəxsin doğulduğu vaxtdan etibarı ilə öyrəndiyi dil. Bəzi ölkələrə görə ana dili insanların aid olduqları milliyət ilə bağlıdır. Əgər bir şəxs fərqli dillərdə danışan ailədə böyüyübsə, bu vaxt onun birdən artıq ana dili olur və bu insanlar multilinqual adlanırlar. Bununla bərabər ikinci dil isə şəxsin öz dilindən başqa ayrı bir dil bilməsidir.
Ana Doqiç
Ana Doqiç (9 fevral 1979) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Doqiç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Ana Harlamenko
Ana Harlamenko (rus. Анна Харлампиевна Харламенко; 15 iyul 1960, Komrat) — Moldova Respublikasından olan Qaqauziya jurnalisti və siyasətçisidir, 2008–2012 illərdə Qaqauziya Xalq Məclisinin sədri vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyət == Ana Harlamenko 15 iyul 1960-cı il tarixində Komrat şəhərində anadan olub. 6 №-li Liseyi bitirdikdən sonra 1976-cı ildə Komratdan, Kişinyovdakı "Gavril Musicescu" İncəsənət İnstitutunun (1979–1983) mədəniyyət direktoru ixtisasına qatılmışdır. Daha sonra Beynəlxalq İqtisadiyyat və Hüquq Akademiyasında jurnalistika ixtisası üzrə təhsil alıb (1996–1998). Kolleci bitirdikdən sonra "Leninçi Kovov" qəzetində müxbiri işləyir (1984–1989). Qaqauziyada separatçı meyllərin təşviqi ilə Ana Harlamenko " Qaqauz TV" televiziya kanalının direktoru oldu (1990–2000). Paralel olaraq, 1996–1998-ci illər arasında Qaqauziya İcraiyyə Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb. 2001–2006-cı illərdə Dövlət Komrat Universitetində professor olaraq dərs vermişdir. Bu dövrdə eyni zamanda Komrat İdman Liseyinin direktor müavini (2002–2003) və Qaqauziya Gənclər və İdman İdarəsinin direktor müavini (2003–2004) vəzifələrində çalışıb.
Ana Kopado
Ana Kopado (d. 31 mart 1980) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Ana Kopado, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Ana Mena
Ana Mena Rojas (25 fevral 1997, Estepona[d], Əndəlüs) — İspaniya müğənnisi və aktrisası. Karyerasına 2009-cu ildə "Marisol, la película" teleserialı ilə başlamışdır.
Ana Pelaz
Ana Pelaz (24 sentyabr 1987) — İspaniyanı təmsil edən bədii gimnast. Ana Pelaz, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Ana Pelaz 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, İsabel Paqan, Veronika Ruiz və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Ana Radoviç
Ana Radoviç (21 avqust 1986, Sarayevo) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Radoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Ana İvanovic
Ana İvanoviç — (6 noyabr 1987, Belqrad) — Serb qadın tennis oyunçusu. == Karyerası == === 2003 === Ana İvanoviç 2003-cü ildə peşəkar tennis karyerasına başlamışdır. 2003-cü ildə ən böyük müvəffəqiyyətini isə Barselona Açıq çempionatında final oynayaraq əldə etmişdir. === 2004 === İvanoviç 2004-də Uimbledon turnirində yeniyetmələrdə oynadı. Ana finalda Katerina Bondarenkoya məğlub oldu. İkisinə seçmə hərhələdən qatıldığı cəmi beş turniri qazandı.(Malyorka, Qifu, Fukuoka, Fano, Batumi) === 2005 === Ana karyerasındakı ilk təklər kubokunu Kanberrada finalda Melinda Czinkini məğlub edərək qazanmışdır. Avstraliya Açığa qatılan Ana, burada 3-cü dövrədə Ameli Morezmoya məğlub olmuşdur. Daha sonra Belçikada Antverpə qatılan Ana burada da 3-cü dövrədə məğlub olmuşdur. Dohaya qatılan Ana, Ameli Morezmoya 4-cü dövrədə məğlub olmuşdur. Dohadan sonra Ana, Dubay Açıq çempionatına qatılmışdır.
Bürküt Ana
Bəsləyən ana
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.

Digər lüğətlərdə