1. Əhvalı pozulmuş, pərişan, qarışıq.
Şikəstə xatirü məhzun, sözü aşüftə, digərgun; Tutub nəqşi-rəhiMəcnun, gəzər vəhşi kimi səhra.
Qurd dedi: çox-çox yanıram halına; Xatirim aşüftədir əhvalına.
□ Aşüftə olmaq – əhvalı pozulmaq, kefi pozulmaq, pərt olmaq, pərişan olmaq.
Şagirdimin bu dərəcədə aşüftə olması məni də məlul etdi.
2. Məftun, dəlicəsinə vurulmuş, aşiq.
// İs. mənasında.
Həzər qıl, ey könül, ol zülfipürçinin xətasından; Asılmış neçə-neçə sən kimi aşüftələr ondan.