ADIGÖZƏL

adı gözəl olan.
ADIBƏLLİ
ADIGÜN
OBASTAN VİKİ
Adıgözəl Gözəlov
Adıgözəl Xəlil oğlu Gözəlov (1907, Kürqarabucaq, Cavad qəzası – 29 may 1966) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri (1943–1946), Azərbaycan SSR balıq sənayesi naziri (1954–1957). == Həyatı == Adıgözəl Xəlil oğlu Gözəlov 1907-ci ildə Cavad qəzasının Kürqarabucaq kəndində su maşinisti ailəsində anadan olmuşdur. 15 yaşında olarkən, 1922-ci ildə kənd məktəbinə daxil olmuş, burada komsomol üzvü seçilmişdir. İlk təhsilini başa vurduqdan sonra Bakıya gələrək Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, institutu bitirdikdən sonra əvvəlcə Lənkəran MTS-də siyasi şöbənin qəzet redaksiyasında redaktor, "Kommunist" qəzeti redaksiyasında partiya həyatı şöbəsinin müdiri, sonra isə məsul redaktor əvəzi, "Kommunist maarifi" qəzetinin və "İşçi-kəndli müxbiri" məcmuəsinin redaktoru olmuşdur. Adıgözəl Gözəlov 1939-cu ilədək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşviqat və təşkilat şöbəsinin müdiri olmuş, 1939–1941-ci illərdə Mərkəzi Komitənin kadrlar üzrə katibi, 1941–1943-cü illərdə Mərkəzi Komitənin yeyinti və balıq sənayesi üzrə katibi vəzifələrində işləmişdir. ÜİK(b)P MK yanında yanında Ali Partiya Məktəbini bitirən Adıgözəl Gözəlov 1943-cü ilin sentyabr ayında Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə 1946-cı ilədək çalışmışdır. 1954–1957-ci illərdə Azərbaycan SSR balıq sənayesi naziri, 1957–1958-ci illərdə isə Azərbaycan Xalq Təsərrüfatı Şurasının Balıqçılıq Təsərrüfatı Baş İdarəsinin rəisi olmuşdur. Adıgözəl Gözəlov 1-ci çağırış Azərbaycan SSR Ali Sovetinin, 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. O, 29 may 1966-cı ildə 59 yaşında vəfat etmişdir.
Elvin Adıgözəl
Elvin Adıgözəl (18 noyabr 1989) — kinorejissor. == Həyatı == Elvin Adıgözəl 18 noyabr 1989-cu ildə Azərbaycanın Goranboy rayonunda dünyaya gəlib. Uşaqlığından başlayan kino sevgisi onu 2005-ci ildə paytaxt Bakıya gətirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində aldığı təhsillə kifayətlənməyərək, Bakı Kamera Teatrı nəzdində aktyorluq kurslarına da yazılır. Bir çox teatr sənətçilərindən dərs alır. 2008-ci ildə işdən kənar pul qazanmaq üçün çalışdığı televiziya kanalının avadanlığı hesabına ilk qısa filmlərini çəkməyə başlayır. Elvin Adıgözəl 2009-cu ildə çəkdiyi “Dönüş” filmi onu dünya kinosunda azad produsserliklə məşğul olan məşhur Qiyom De Siel (Guillaume De Seille) ilə tanış etdi. Bu tanışlıq filmin çəklişindən 2 il sonra 2011-ci ildə baş verdi. Elvin Adıgözəl 2010-cu ildə çəkdiyi “Dumanda” adlı qısa filmi “START” kinofestivalının juri mükafatına layiq görülür. Sonra “Buqələmun” adlı film çəkir.
Adıgözəl bəy Təklə
Mirzə Adıgözəl bəy
Mirzə Adıgözəl bəy Qarabaği (?-1848) – tarixçi. Əslən Qazax mahalından olan Mirzə Adıgözəl bəy Qarabaği 1780-ci ildə Şuşa şəhərində anadan olmuşdu. O, ibtidai təhsilini bu şəhərdə alıb. Uşaqlıq dövrü köçkünlükdə keçib. Ağaməhəmməd xan Qacarın Qarabağa yürüşü zamanı ailəsi ilə birlikdə qaçıb Gürcüstana sığınıb. Gürcüstanda işğalçılıq əməllərini həyata keçirən rus ordusunda qulluğa başlayıb. Savadlı olduğuna görə "Mirzə" ünvanı daşıyırdı. Qarabağa qayıdan Mirzə Adıgözəl bəy Mehdiqulu xan Cavanşirə xidmət edib. Xan İrana qaçandan sonra komendant tərəfindən mahala naib təyin edilib. Bioqrafiyasında yazır: "Məzkur xan sərhəddin o tərəfinə getdikdə dövlət başçıları məni İyirmidörd mahalına naib təyin etdilər".
Mirzə Adıgözəl bəy Qarabaği
Mirzə Adıgözəl bəy Qarabaği (?-1848) – tarixçi. Əslən Qazax mahalından olan Mirzə Adıgözəl bəy Qarabaği 1780-ci ildə Şuşa şəhərində anadan olmuşdu. O, ibtidai təhsilini bu şəhərdə alıb. Uşaqlıq dövrü köçkünlükdə keçib. Ağaməhəmməd xan Qacarın Qarabağa yürüşü zamanı ailəsi ilə birlikdə qaçıb Gürcüstana sığınıb. Gürcüstanda işğalçılıq əməllərini həyata keçirən rus ordusunda qulluğa başlayıb. Savadlı olduğuna görə "Mirzə" ünvanı daşıyırdı. Qarabağa qayıdan Mirzə Adıgözəl bəy Mehdiqulu xan Cavanşirə xidmət edib. Xan İrana qaçandan sonra komendant tərəfindən mahala naib təyin edilib. Bioqrafiyasında yazır: "Məzkur xan sərhəddin o tərəfinə getdikdə dövlət başçıları məni İyirmidörd mahalına naib təyin etdilər".
Mirzə Adıgözəl bəy ailəsinin türbələri
Mirzə Adıgözəl bəy ailəsinin türbələri — Goranboy rayonunun Rəhimli kəndində yerləşən tarix-memarlıq abidələridir. Rəhimli kənd qəbiristanlığında ümumilikdə altı türbə dövrümüzə çatmışdır. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilmişdir. Türbələrin fasadında, qərb divarına hörülmüş gips lövhə üzərindəki kitabələrdən məlum olur ki, onlardan birində Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy, digərlərində isə onun ailə üzvləri dəfn edilmişlər. Kvadrat formalı bişmiş kərpicdən inşa edilmiş türbələr eyni xətt üzrə, bir-birindən təxminən 10 metr aralıda inşa edilmişdir. Mirzə Adıgözəl bəyin türbəsi xaricdən demək olar ki, düzgün formaya malik olan kvadrat, daxildən isə qolları dərin olmayan xaç formasına malikdir. Mirzə Adıgözəl bəy türbəsinin yanında yerləşən ikinci türbə xaricdən küncləri kəsilmiş kvadrat formasına maikdir. Türbənin nazik divarları dərin olmayan nişlər şəklində həll edilmişdir. Rəhimli kənd qəbirsanlığında ümumilikdə altı türbə dövrümüzə çatmışdır. Onlardan dörd böyük türbə bişmiş kərpicdən, iki kiçik türbə isə çaydaşından inşa edilmişdir.
Adıgözəlovlar
Adıgözəlovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soyun ulu babası Adıgözəl bəy Dərvişqulu bəy oğlu Dəmirçihəsənli mahalının Təklə-Qaradolaq obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Obalarının yüzbaşısı olmuşdu. Mеhdiqulu xan Cavanşirə xidmət etmişdi. Xan Irana qaçandan sonra ruslara işləmişdi. Qardaşı Imamqulu bəylə bərabər Dəmirçihəsənli mahalını idarə etmişdilər. Praporşik hərbi rütbəsi almışdı. Qarabağda Təklənski soyadı ilə tanınırdı. Törəmələri Adıgözəlov soyadını daşıyırlar.
Faiq Adıgözəlov
Fikrət Adıgözəlli
Fikrət Adıgözəlli — Əməkdar jurnalist, idman verilişlərinin şərhçisi və aparıcısı. == Həyatı == Fikrət İlyas oğlu Adıgözəlli 10 may 1961-ci ildə anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub və 1983-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. Hələ tələbə olduğu vaxt "Araz" radiosunda verilişlər hazırlayıb. Universiteti bitirdikdən sonra, 29 avqust 1983-cü ildə Teleradio Verilişləri Komitəsinə işə götürülüb. Televiziyada ştat üzrə boş yer idman redaksiyasında olduğu üçün orada kiçik redaktor kimi işə başlayıb. İlk vaxtlar idman redaksiyasında müvəqqəti işləyəcəyini və gələcəkdə başqa redaksiyada boş yer olan kimi yerini dəyişəcəyini düşünüb. Lakin bir müddət sonra hamı onu idman jurnalisiti kimi tanıdığından başqa redaksiyaya keçmək fikrindən daşınaraq idman redaksiyasında qalıb və orada şöbə müdiri vəzifəsinə qədər yüksəlib. Bu günə qədər idman verilişlərinin aparıcısı və şərhçisi kimi fəaliyyət göstrərir. AzTV və İdman TV-dən başqa "İdman", "Bakı", "Kommunist", "Azərbaycan gəncləri" qəzetlərində də çalışıb.
Fikrət Adıgözəlov
Adıgözəlov Fikrət Salam oğlu — iqtisad elmləri doktoru, professor. == Həyatı == Fikrət Adıgözəlov 1943-cü ildə Qubadlı rayonunda anadan olub. Ali təhsilin başa vurduqdan və ordu sıralarında xidməti vəzifəsini yerinə yetirdikdən sonra 1968-ci ildə Azərbaycan Dövlət Plan komitəsinin ET iqtisadiyyat institutunda kiçik elmi işçi, baş elmi işçi işləmiş, 1976-cı ildə isə su resursları və su təsərrüfatı tikintiləri bölməsinə rəhbərlik etmişdir. O, 1983-1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri institutunda "Hidrotexnika işlərinin təşkili və texnologiyası" kafedrasının dosenti, 1991-1997-ci illərdə həmin kafedranın professoru seçilmişdir. 1988-1999-cu illərdə isə humanitar və ictimai fənlər kafedrasının müdiri işləmişdir. 1999-cu ilin sentyabrından o, "İnşaatın iqtisadiyyatı" kafedrasının professoru vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Fikrət Adıgözəlov elm və tədris ocaqlarında işlədiyi müddətdə su problemlərinə dair dövlət əhəmiyyətli elmi-tədqiqat işləri yerinə yetirmiş, respublikamızda su təsərrüfatı təyinatlı çoxlu tikinti obyektlərinin inşasının səmərəliliyini elmi cəhətdən əsaslandırmışdır. Bunların əksəriyyəti ölkənin xalq təsərrüfatı planına daxil edilərək, tikintisi həyata keçirilmişdir ki, bu da respublikamızda ucuz elektrik enerjisi istehsalının artmasına və suvarılan sahələrdə kənd təsərrüfatının inkişafına böyük təsir göstərmişdir. Fikrət Adıgözəlov su təsərrüfatının aktual problemlərinə dair apardığı elmi-tədqiqat işlərinə yekunlaşdıraraq 1976-cı ildə "Sudan səmərəli istifadə olunmasının və mühafizəsinin Naxçıvan MSSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsiri"nə dair aktual bir mövzuda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. F.S.Adıgözəlovun tədqiqatları konkret nəzəri, metodoloji və praktiki əhəmiyyət kəsb edən problemlərin dərindən həllinə yönəldiyindən geniş aprobasiya olunmuşdur.
Fərid Adıgözəlov
Həsən Adıgözəlzadə
Adıgözəlzadə Həsənağa Əfrasiyab oğlu — Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi. == Həyatı == Həsən Adıgözəlzadə 1946-cı il yanvarın 23-də Bakıda anadan olub. O, musiqiylə 6 yaşından maraqlanmağa başlayıb. Bülbül adına Orta ixtisas musiqi məktəbini və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsini bitirib. Qara Qarayev, Cövdət Hacıyev kimi bəstəkarlarla birlikdə çalışıb. Həsən Adıgözəlzadə musiqi məktəbində, universitetdə musiqi nəzəriyyəsindən dərs deyib. Azərbaycan Dövlət Televiziyası və Radiosunda musiqi verilişləri redaksiyasının redaktoru, Mədəniyyət Nazirliyinə bağlı xalq yaradıcılığı evinin direktor müavini, daha sonra isə Mədəniyyət Nazirliyində işləyib. Beynəlxalq Muğam Mərkəzinə və SSRİ Mədəniyyət Fonduna bağlı Beynəlxalq “Qopuz” Azərbaycan Xalq Sənətləri Mərkəzinə rəhbərlik edib. Avropa və Asiyanın müxtəlif ölkələrində, Türkiyə, Rusiya, Fransa, Litva, Çexoslovakiya, Gürcüstan, Tacikistanda keçirilən simpoziumlara, konfranslara məruzəçi kimi qatılıb. Beynəlxalq yarışlarda münsif olub və Beynəlxalq tədbirlərdə, festivallarda drijorluq edib.
Murad Adıgözəlzadə
Murad Zöhrab oğlu Adıgözəlzadə (20 noyabr 1973, Bakı) Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu, Azərbaycan Respublikasının əməkdar artisti (2005), Azərbaycan Respublikasının xalq artisti (2011). Adıgözəlzadə Murad Zöhrab oğlu 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. 1980-cı ildə Bülbül adına ixtisas musiqi məktəbinə daxil olub. 1984-cü ildə "Konsertino-Praqa" beynəlxalq radio-müsabiqəsində iştirak edib və on ən yaxşı gənc ifaçı siyahısına düşüb. 1987-ci ildə Çexoslavakiyada qastrollarla çıxış edib. 1990-cı ilin avqust ayında Almaniyada pianoçuların beynəlxalq müsabiqəsində iştirak edib. Həmin ilin sentyabr və oktyabr aylarında Türkiyədə qastrolları olub. 1991-ci ildə məktəbi bitirib və Üzeyir Hacıbəyov adına Bakı Dövlət Musiqi Akademiyasında professor R.Atakişiyevin sinifinə daxil olub, sonradan təhsilini professor F. Bədəlbəylinin sinifində davam etdirib. 1995-ci ildə Dövlət Kamera Orkestri ilə Türkiyədə qastrollarla çıxış edib. 1996-cı ilin may ayında Pianoçuların Respublika Müsabiqəsinin ilk laureatı olub və "İlin ən yaxşı pianoçusu" adına layiq görülüb.
Məmmədhəsən Adıgözəlov
Məmmədhəsən Adıgözəl oğlu Adıgözəlov – yüksək ixtisaslı ilk neft buruq ustularından biri, 1906-cı ildən "Hümmət" Sosial-Demokratik partiyasının üzvü, Neft Həmkarlar İttifaqının yaradıcılardan biri, 1907–1911-ci ilə qədər Neft Həmkarları İttifaqının xəzinədarı, 1918-ci ildə Xırdalan Sovetinin Xalq Deputların sədri, 1920–21-ci illərdə Xırdalan İnqilabı Sovetin sədri, Binəqədi İcraiyyə Komitəsi sədrinin müavini, 1921-ci ilin sonundan sədri işləmişdir. Cənubi Qafqaz kommunist təşkilatlarının 3-cü və AKP-nin bir sıra qurultayına nümayəndə seçilmişdir. 1934-cü ildə Azərbaycan SSR MİK Rəyasət heyətinin qərarı ilə ona "Əmək Qəhrəmanı" adı verilmişdir. "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir (1956). Bir məlumata görə o 23 iyun 1861-ci ildə Bakı qəzasın Xırdalan kəndində anadan olub, digər məlumata görə isə onun doğum tarixi 1860-cı il hesab olunur. 1872-ci ildə neft quyularının satın alınmasını ləğv edən çar hökuməti, torpaqların xərracda sərbəst alınması və satılması ilə əvəz etdi. Baş vermiş dəyişiklik Abşeron yarımadasında neft sektorunun inkişafına və bazar münasibətlərinin əmələ gəlməsinə səbəb oldu. Ağır keçən kənd təsərrüfatı həyatını 15 yaşından yüksək gəlirli və prespektivli olan neft sənayəsinə dəyişən Məmmədhəsən Adıgözəlov bütün ömrünü neft sənayesinə və neft sənayesində çalışan işçilərin mənafelərinin müdafiəsinə həsr etdi. Yeniyetmə yaşlarında ikən fiziki göstəricilərinə, boyuna, bacarığına və işə olan həvəsi ilə seçilirdi. O dövrdə peşəkar buruq ustası olmaq üçün ən azı 25 il təcrübə tələb olunurdu.
Qəmər Adıgözəlova
Qəmər Əbdülrəhim qızı Adıgözəlova-Polçayeva (d.12 aprel 1915, Axtı, Dağıstan – ö. 1992) — həkim, professor. Qəmər Əbdürrəhim qızı Adıgözəlova-Polçayeva 1915-ci il aprelin 12-də Dağıstanın Axtı kəndində anadan olmuşdur. O, Azərbaycan ET Oftalmologiya İnstitutunda 1960-cı ildən başlayaraq, 30 ildən artıq müddətdə elmi işlər üzrə direktor müavini vəzifəsini tutumuşdu. Bundan əlavə, prof. Adıgözəlova-Polçayeva 1957-1960-cı illərdə institutun terapevtik şöbəsinin müdiri vəzifəsində çalışmış, sonralar isə institutun iki elmi şöbəsinin – uşaqların görmənin mühafizəsi və gözün virus patologiyası şöbələrinin elmi rəhbəri olmuşdur. O, görmə üzvünün optik qüsurlarının ametropiyaları, çəpgözlüyün, astiqmatizmin, ambliopiyanın, anizometropiyanın haqqında anlayışlara bir çox yeniliklər gətirmişdir. Prof. Ü.C.Musabəyli ilə birlikdə o, oftalmologiyada ilk dəfə olaraq, uzağa akkomodasiyanın konsepsiyasını yaratmışdı. Bundan əlavə gözün müxtəlif mənşəli iltihabi xəstəliklərinin, gözün yenitörəmələrinin, uveal kataraktanın, traxomanın patogenezi problemlərinin işlənməsi də bir neçə onillik ərzində institutda onun rəhbərliyi altında aparılırdı.
Qəmər Adıgözəlova-Polçayeva
Qəmər Əbdülrəhim qızı Adıgözəlova-Polçayeva (d.12 aprel 1915, Axtı, Dağıstan – ö. 1992) — həkim, professor. Qəmər Əbdürrəhim qızı Adıgözəlova-Polçayeva 1915-ci il aprelin 12-də Dağıstanın Axtı kəndində anadan olmuşdur. O, Azərbaycan ET Oftalmologiya İnstitutunda 1960-cı ildən başlayaraq, 30 ildən artıq müddətdə elmi işlər üzrə direktor müavini vəzifəsini tutumuşdu. Bundan əlavə, prof. Adıgözəlova-Polçayeva 1957-1960-cı illərdə institutun terapevtik şöbəsinin müdiri vəzifəsində çalışmış, sonralar isə institutun iki elmi şöbəsinin – uşaqların görmənin mühafizəsi və gözün virus patologiyası şöbələrinin elmi rəhbəri olmuşdur. O, görmə üzvünün optik qüsurlarının ametropiyaları, çəpgözlüyün, astiqmatizmin, ambliopiyanın, anizometropiyanın haqqında anlayışlara bir çox yeniliklər gətirmişdir. Prof. Ü.C.Musabəyli ilə birlikdə o, oftalmologiyada ilk dəfə olaraq, uzağa akkomodasiyanın konsepsiyasını yaratmışdı. Bundan əlavə gözün müxtəlif mənşəli iltihabi xəstəliklərinin, gözün yenitörəmələrinin, uveal kataraktanın, traxomanın patogenezi problemlərinin işlənməsi də bir neçə onillik ərzində institutda onun rəhbərliyi altında aparılırdı.
Rauf Adıgözəlov
Rauf Adıgözəlov (tam adı: Rauf Zulfüqar oğlu Adıgözəlov; d. 22 noyabr 1940, Bakı, Azərbaycan SSR, SSRİ. – ö. 29 iyun 2002, Bakı, Azərbaycan) — Azərbaycanlı skripkaçı, müğәnni, professor, Əməkdar incəsənət xadimi (1991). Azərbaycan musiqisində misilsiz xidmətləri olan sənətkar. Rauf Zülfü oğlu Adıgözəlov 1940-cı il noyabrın 22-də Bakıda anadan olmuşdur. Muğam xanəndəsi Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açan Rauf, uşaqlıqdan musiqiyə həvəs göstərmişdir. Bu həvəslə o, 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. Həmin ildə gənc ifaçıların I Zaqafqaziya müsabiqəsində iştirak etdi. Təhsilini daha da mükəmməlləşdirmək üçün Rauf, Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasını da bitirdi. Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster vəzifəsində, 1966-cı ildən isə Azərbaycan Dövlət Kamera Orkestrində çalışdı.
Telman Adıgözəlov
Telman Abbasqulu oğlu Adıgözəlov (17 iyul 1953, Balakən – 15 aprel 2010, Bakı) — Azərbaycan televiziya, teatr və kino aktyoru, aparıcı, Azərbaycan Respublikasının xalq artisti (2006). Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olmuşdur. Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaratmışdır. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar. İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynamışdır. Telman Adıgözəlov 15 aprel 2010-cu ildə 56 yaşında ürək çatışmazlığında vəfat edib. Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Zöhrab Adıgözəlzadə
Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (3 iyul 1940, Bakı – 24 may 2012, Bakı) — Azərbaycan pianoçusu, Azərbaycan SSR xalq artisti (1982), professor. Zöhrab Adıgözəlzadə 1940-cı il iyulun 3-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent, professor kimi fəaliyyət göstərib. O həm də konsert fəaliyyəti ilə məşğul olub, Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərini ifa edib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb. Uzun sürən xəstəlikdən sonra 24 may 2012-ci ildə vəfat edib. Mayın 25-də Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilib.. Azərbaycan pianoçusu Murad Adıgözəlzadənin atasıdır. Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Zülfü Adıgözəlov
Zülfüqar (Zülfü) Səməd oğlu Adıgözəlov (1898, Qaradolaq, Şuşa qəzası – 31 may 1963, Bakı) — Azərbaycan xanəndəsi, muğam bilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı, Azərbaycan SSR əməkdar artisti (1943). Zülfü Adıgözəlov 1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olmuşdur. Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir. 1927-ci ildə Bakıya köçərək "Müdafiə evi"ndə işləmək üçün Ü. Hacıbəyov, Q, Pirimov, M. Maqomayev və b. qarşısında imtahan vermiş, eyni zamanda radio verilişləri komitəsinə işə qəbul olunmuşdu. Zülfü Adıgözəlov 1963-cü ildə Bakıda vəfat etmişdir. Bəstəkar Vasif Adıgözəlovun atasıdır. Bəstəkar Yalçın Adıgözəlovun babasıdır. Zülfü Adıgözəlov pəsxan xanəndə idi. O, muğam dəstgahını tam şəkildə, bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır.
İlyas Adıgözəlli
İlyas Xıdır oğlu Adıgözəlov — jurnalist, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti (1992). İlyas Adıgözəlli, 15 oktyabr 1938-ci ildə Gürcüstan Respublikasının Borçalı (Marneuli) rayonunun Sadaxlı kəndində anadan olmuşdur. Sadaxlı kənd orta məktəbini (1957), Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini (1962) bitirmişdir. Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində(1963–2007-ci illərdə) işləmişdir. Bu illərdə "Araz" radiostansiyasında şöbə müdiri(1964), baş redaktorun müavini(1969), baş redaktor(1990), "Araz" proqramının baş direktoru(1993–1997-ci illərdə), radioda şərhçi (1997–2007-ci illərdə) vəzifələrində çalışmışdır. 2 dəfə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına(1971,1984)və 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülüb 2007-ci ildən təqaüdə çıxsa da Azərbaycan Televiziya və Radio Verilişləri-Qapalı Səhmdar Cəmiyyətində müqavilə üzrə proqramlar hazırlayır. Bakı Avrasiya Universitetində və Bakı Slavyan Universitetində jurnalistika fakültəsi tələbələrinə dərs deyir. Doğulduğu Borçalının Sadaxlı kəndində elektrik dirəklərinə bənd edilmiş balaca radionu eşidən gündən onun sehrinə düşüb. Sonra isə evlərə radio xətləri çəkilərkən ailəsi üçün ilk radioqəbuledicini də özü alıb və mütəmadi olaraq verilişləri dinləyib. Elə jurnalistikaya həvəsi də buradan başlayıb.
Şirxan Adıgözəlov
Şirxan Adıgözəlov (prokuror)
Adıgözəlov Mehrac
Maqsud Adıgözəlov
Maqsud Adıgözəlov — "Sabah" Futbol Klubunun prezidenti, AFFA Klublar Komitəsinin sədri və AFFA İcraiyyə Komitəsinin üzvüdür. == Həyatı == Maqsud Adıgözəlov 1981-ci il 9 oktyabrda Bakı şəhərində anadan olub. 1998–2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə-kredit" ixtisası üzrə bakalavr təhsili alıb. 2002–2004-cü illərdə həmin universitetdə "Maliyyə-kredit" ixtisası üzrə magistr dərəcəsi əldə edib. 2011–2012-ci illərdə The George Washington University-də "Layihələrin idarə edilməsi" ixtisası üzrə magistr təhsili alıb. == Peşəkar fəaliyyəti == Karyerasına 2003-cü ildə Eupec Pipe Coatings Azerbaijan şirkətində Baş Operator kimi başlamış və burada 2006-cı ilə qədər fəaliyyət göstərmişdir. Daha sonra, 2006–2017-ci illərdə Access Bank-da İnzibati İdarənin rəhbəri kimi çalışmışdır. 2017-ci ildən etibarən "Sabah" Futbol Klubunun Prezidenti vəzifəsini icra edir. 2023-cü ildən AFFA-nın Klublar Komitəsinin sədri vəzifəsini də yerinə yetirir.